Web Toolbar by Wibiya



İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.
Untitled Document

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Təqvim

«  May 2024  »
BeÇaÇşCaCmŞbBz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il
not not
SƏXAVƏT

Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi
Allah öz məxluqatını həddən artıq çox sevir. Ümumiyyətlə bütün sənətkarlar öz yaratdıqlarını çox sevirlər. Ona görə də Allah taala bəndələrin xeyrini nəzərə alıb bə᾽zi hökmləri vacib və müstəhəbb və bə᾽zi hökmlərin isə onların zərərinə olduğunu nəzərə alıb haram və məkruh hesab etmişdir. Nə günahkarın günahının Ona zərəri var, nə də müti (Allahın əmrindən itaət edən) adamın itaətinin Ona xeyri vardır.
Cümlə-aləm dönüb kafir olsa da Allahın şə᾽ninə bir toz belə qona bilməz”. Çünki Allah taala qüdrətlidir və heç nəyə ehtiyacı yoxdur. Onun məqsədi şəriət hökmlərini göndərməkdə dünya və axirətdə bəndələrin halını islah etmək, onları düz yola hidayət, zərəri onlardan uzaqlaşdırmaqdır. Belə olan surətdə onun hömklərinə fikir verməmək (bir halda ki, ne᾽mət verənə şükür və mövlasına itaət etməyi vacib bilən ağılın hökmü ilə müxalifət edir) səfehlikdir. Çünki bu, xeyiri tərk etmək, özünə zərər vurmaq və zülm etməkdir.
Ey insanlar, günah etməyin! Doğrudan da günah dünyada adamı xar, axirətdə isə əzaba düçar edər. Babamız Adəmin bir xəta ilə cənnətdən çıxarıldığı haqda düşünün.
Ey insanlar, tənbəllik, səfeh işlə və onlara səbəb olan şeylərdən uzaq olun. Deyilənə görə şeytan və nəfsi-əmmarə pis işləri gözəl, gözəl əməlləri pis cilvələndirməkdən aciz olduqda tənbəllik və bekarçılıq yaradan işlərə: ehtiyacdan artıq yemək, yatmaq, rahatlılıq, mal toplamaq, vaxtı görüşlərə, söhbətlərə, uzun-uzaq bəhslərə sərf etməyə üz tutarlar. Bəs onların hər birini insanın gözündə zinətləndirməklə onu bu işləri görməyə vadar edər və nəticədə qiymətli vaxtını itirməklə belə mənfi sifətlərin yaranmağına səbəb olar.
Ey insanlar, ömrünüzü boş və axirətə xeyiri olmayan işlərə sərf etməkdən gözləyin. Çünki ömrün hər anı gövhər kimidir, daha doğrusu ondan qiymətlidir. Ona görə ki, gövhəri hər hansı bir yolla əldə etmək olar, ömür isə daha ələ gəlməz. Əcəl gəlsə bir an belə gecikməz.
Ey insanlar, belə asanlıqla bu gövhəri hədərə verməyin.
Ey insanlar, yaşa dolmamış cavanlığın, xəstələnməmiş sağlamlığın, zəiflənməmiş qüvvətin, yalnız olmamış dövlətin, giriftar olmamış asudəliyin, ölməmiş isə həyatın qədrini bilin. Hədisdə var ki, cənnət əhli dünya işlərinin heç birinə deyil, yalnız Allahı zikr etmədikləri an üçün peşman olarlar.
Peyğəmbər (səlləllahu əleyhi və alih)dən rəvayət olunmuşdur: Hər kəs qiyamətdə özünü danlayacaq. Xeyir işlərin sahibi deyər: Əməllərimi bir az artırsaydım bundan da üstün məqam alardım. Pis işlərin sahibi isə deyər: -Ey kaş, o işləri görməsəydim əzab çəkməzdim.
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz hikmətli kalamlarında Əbuzərə belə buyurur: "Öz ömrünün qədrini bilməkdə dirhəm və dinar toplamaqdan çox həris ol.”
Hədislərdə deyilir ki, əməllərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ın Əbuzərə etdiyi vəsiyyətlərdən. Ən gözəli vaxtı qorumaqdır və hər kəs əkin vaxtını əldən versə biçin vaxtı peşman olar.
Ey insanlar, nəbada ölümdən sonra sənə xeyir verməyən işlərə ömrünü sərf edəsən. Hədisdə var ki, aqil o kəsdir ki, fürsət var ikən sabahı (axirət) üçün iş görür və zirək o kəsdir ki, öz qədrini bilir və ölümdən sonrası üçün çalışır. Axmaq o kəsdir ki, öz nəfsinə tabe olur və Allahdanda məğfirət təmənnası var.”
Axirətdə faydasız olan işlərə ömrü sərf edən insan o şəxsə bənzəyir ki, yer üzünə tökülmüş qiymətli daş-qaşları qoyub yerin dərinliklərindən çox çətinliklə köhnə saxsı və daş parçaları çıxarır. Ey insanlar, ömrünüzün qədrini yaxşı bilin, onu sizə nicat verməyən işlərdə itirməyin və özünüzü barama qurdu kimi torun içinə salıb məhv etməyin.
Sizlərə ən gözəl əxlaqi sifətləri tövsiyə edirik. Bu sifətlər aşağıdakılardır:
DİLİ QORUMAQ
Sizə heç bir əhəmiyyəti və xeyiri olmayan sözlərdən dilinizi saxlayın. Həqiqətdə Adəm övladının xətalarının çoxu dilindən çıxar. İnsanda dil kimi çox günah baş verən ikinci bir üzv yoxdur.
Elə buna görə də susmaq hikmət qapılarındandır.
Sizi cənnətə aparan xeyirli sözlərdən başqasını dilinizə gətirməyin. Hədisdə var ki, mö᾽min bəndənin susduğu vaxtlarını onun üçün savab yazarlar.
"Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun.”
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Mö᾽minin nicatı dilini qorumaqdadır”.
"İnsanın cəhənnəmə düşməsinə səbəb onların dillərinin törətdiyi bəlalardan bşaqa bir şey varmı?!”
Bəndənin qəlbi saf olmasa imanı düz olmaz. Dili düz olmasa qəlbi saf olmaz. Çünki mö᾽minin dili qəlbinin arasında olar. Danışmaqdan qabaq deyəcəyi söz haqda fikirləşər. Münafiqin qəlbi isə dilinin arxasında olar və dilinə gələni deyər, xeyir-şərini fikirləşməz. Susmaq peşmançılıq gətirməz. Nə çox söz-söhbət var ki, dünyada və axirətdə peşmançılıq gətirər. Kişi öz dilinin altında gizlənib.
Ey insan, danışmaqdan qabaq düşün və onu ağılın süzgəcindən keçir. Əgər Allaha xatir olsa danış, yoxsa sakit ol, sus, dinmə! Nə gözəl deyilib: "Dil çox başları bəlaya salıbdır, o bizimlə birgə doğulmuş düşmənimizdir”. Hədisdə var ki, elə bir bədən üzvü yoxdur ki, deməsin: "Səni Allaha and verirəm, məni əzaba düçar etmə.”
Deyiblər ki, əgər danışmaq və susmağın eyiblərin görsətmək istəsək danışmaq gümüşdürsə, susmaq isə qızıldır. Bə᾽zən müəyyən səbəblərə görə danışmaq qızıl olar, sükut isə heç; Məsələn, əxlaqdan, şər᾽i qaydalardan danışmaq, yaxud nəsihət etmək. Hətta bə᾽zi hallarda sükut öldürücü zəhər kimidir. Məsələn, əmr be mə᾽ruf və nəhy əz münkər zamanı susmaq, düz yola gəlmək istəyənlərə yol göstərməyib susmaq və s. Allah taala sizi bəyəndiyi işlərdə müvəffəq və gələcək günlərinizi isə keçmiş günlərinizdən xeyirli etsin.
NƏFSİN MÜHASİBƏSİ
Hər gecə öz-özünüzlə hesab çəkin.
Ey insan, (Allah sənə hər iki dünyanın xeyrini ruzi etsin) səninlə hesab çəkilməmiş özün özünlə hesab çək. Müdir hər gecə öz işçisi ilə hesab çəkdiyi kimi sən də hər gecə yatmaqdan qabaq bu ötən gün ərzində etdiklərini saf-çürük et. Əgər o işlər arasında günahın varsa Allahdan o günahın bağışlanmağını istə və əgər yaxşı bir əməli tərk etmisənsə yerinə yetirməyi qərara al. Əgər süstlük, ğəflət, bekarçılıq, mal zay etmək kimi hallara düçar olmusansa, özünə moizə və nəsihət verməklə nəfsini ədəbləndir və onu itaət etməyə məcbur et. Tacir kimi dəqiq ol, vaxtını zay etmə, ömrü ucuz və ziyanlı qiymətə satma. Əgər vaxtını yaxşı işlərdə sərf etmisənsə buna görə Allaha şükr et və ondan bu işlərin çoxalmasını istə. İmamlardan rəvayət olunur ki, "Hər gün özü ilə hesab çəkməyən şəxs bizim şiələrimizdən deyil. Əgər gün ərzində xeyirli iş görübsə Allahdan bu işin çoxalmağını istəsin və əgər günah iş görübsə Allahdan bağışlanmağını istəyib tövbə etsin”
NƏFSİN KEŞİYİNDƏ
Ey insan, nəfsinin işlərində diqqətli ol. Bunu bil ki, Allah səni görür və hər bir halda etdiyin hərəkətə, işə, dediyin sözə, gördüyün səhvə, atdığın qədəmə, çəkdiyin nəfəsə, hətta keçirdiyin anlara belə agahdır. Allah bəyəndiyini sən də bəyən, Onun seçdiyini sən də seç. Loğmandan hekayət olunur ki, oğluna dedi: "
Ey insan, Allahla olsan heç vaxt günah etməzsən. Çünki onun gördüyünü və xəbərdar olduğunu bilsən həya səni onunla müxalifət etməyə qoymaz”
TƏFƏKKÜR
Təfəkkür qəflətin qəti düşməni və qəlbin saflaşmasında ən mühüm səbəblərdəndir. Fikirdə olan küdurətin getməyində, qarşısını almaqda, qürur evini (dünya) sadə, əbədişadlıq evinə (axirət) üz tutmaqda təfəkkürün böyük rolu var. O, ibadətlərin başında durur, itaətlərin canı və ruhudur. Hədisdə var ki, ibadətlərin ən əfzəli, Allah və onun qüdrətində təfəkkür etməkdir.
Təfəkkür bəndənin Allaha yetişməsinə itaəti isə bəndənin Allahın səvabına nail olmasına səbəb hesab edirlər. Allahın özünə yetirən, onun səvabına yetirən əməldən yaxşıdır. Həmçinin təfəkkür qəlbə, ibadət isə bədənə məxsusdur. Qəlb başqa üzvlərdən şərəflidir. Demək qəlbin əməli də, başqa üzvlərin əməlindən şərafətli olacaqdır. Hədisdə var ki, bir saat təfəkkür bir il ya altmış il, yaxud da yetmiş il ibadətdən yaxşıdır.
Hədislərin müxtəlifliyi təfəkkür dərəcələrinin müxtəlif olduğu ilə əlaqədardır. Təfəkkür insana cəhənnəmdən nicat verər. Necə ki, Hürr ibn Yezid Riyahi azacıq düşünməklə nicat tapdı. Bir il, ya illərlə etdiyi ibadəti qiyamətdə ona xeyir verməzdi, lakin bir az fikirləşib düzgün nəticə alması ona xeyir verdi və cəhənnəmdən nicat tapdı. Ona görə də bir saat fikirləşmək yetmiş ilə (düşünülməmiş) ibadətdən xeyirli hesab olunur. Hədisdə var ki, ibadət, namaz və orucun çoxluğu ilə deyil, ibadət, Allah və Onun yaratdıqları barədə düşünməklədir.
Ey insan, hərdən bir keçmişdəkilər haqda fikirləş. Gör onların əvvəli, axırı və sahib olduqları var-dövlət necə oldu, kimin üçün qoyub getdilər, nə qazandılar, necə öz dünyalarından üzülüşdülər və ondan məhrum oldular? İpək üzərində yatan və yer üzərində saymazyana gəzənlər necə öz malından, əhl-əyalından, qəsr, imarət, kəniz və qulluqçularından ayrıldılar, əyninə kəfən geyib, zərif üzünü torpağa qoyub, əqrəb və ilanlara yoldaş olub tək-tənha qəbirin sakini oldular.”
Hərdən bir ölüm və onun qəfildən gəlməsini fikirləş. Onun vaxtı vardır ki, yetişdikdə nə bir an tez və nə bir an gecikər və o vaxt heç kimə bir dəqiqə də möhlət verilməz. Bu anı heç vaxt unutma!
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur və hər birinin vaxtı tə᾽yin olunmuşdur.
Fürsət varikən özünü ona hazır et, tövbə və saleh əməl ilə ona hazırlaş, onu yüngül tutma, ondan qafil olma. Çox insanı ölüm birdən yaxalayıb ki, nə Allahı zikr etməyə və nə tövbə etməyə möhlət tapıblar. Tövbəni təxir etdiyinə görə həsrət və peşmançılıq çəkən kəslərdən olmamaq üçün bunu heç vaxt unutma. Allah taala bu barədə belə buyurub:
"Ey pərvərdigarım, tərk etdiklərimin əvəzində saleh əməllər yerinə yetirməyim üçün məni yenidən həyata qaytar.”
Ey insan, dünya evi əzab, əziyyət, məşəqqət və bəladan başqa bir şey deyil, onun yaxşısı pisinə qarışmış, rahatlığı isə əzabla birgədir. Allah taala burada rahatlıq yaratmamışdır. Allah taala hədislərin birində buyurur: "Bəndələrim məndən dünyada rahatlıq istəyirlər, bir halda ki, mən onu yaratmamışam. Yaratdığım əbədi cənnəti isə məndən istəmirlər”.
Ey insan, bunları dərk etdikdən sonra çətinliklər sənə asanlaşar, axirət üçün səy etməyə rəğbət və həvəsin çoxalar. Dünyada zəhmət və məşəqqətin labüd olduğunu biləndən sonra daimi olan cənnət xatirinə bu məşəqqətlərə dözmək çox asan olar. Qarşıdan gələn ölümdən sonrakı həyat, qəbir, bərzəx, məhşər, əməllər və əqidəni təcəssümü, hesab, sirat (körpü), mizan, Allahın müttəqilərə və᾽d etdiyi cənnət və onun növləri, həmçinin günhkarlara və᾽d etdiyi cəhənnəm və əzabının qisimləri barədə fikirləş.
Ey insan, sənə var-dövlətinin yalnız Allah yolunda sərf etdiyini fayda verəcəyi haqqında düşün. Çünki onların arasından özünə bircə kəfən apara bilərsən. Arvad-uşaqların, sevimlilərin və yaxınlarının səni tənha öz əməllərinlə qəbirə qoyub getməkdən başqa heç bir çarələri yoxdur. Orada sənə xeyir verən yalnız Allaha xatir etdiyin əməllərindir ki, onlar səninlə bir olacaq və ayrılmayacaqlar. Deyilənlər barədə düzgün fikirləşsən gözəl işləri çoxaldacaq, niyyətini saflaşdıracaq və həlak olmaqdan nicat tapacaqsan, həmçinin fürsəti əldən vermədən sabahın üçün çalışacaqsan. Hədisdə var ki, zöhdün ən fəzilətlisi ölümü yada salmaqdır, ibadətlərin ən fəzilətlisi ölümü yada salmaqdır, təfəkkürün ən fəzilətlisi ölüm haqda fikirləşməkdir.
Hər kəs ölümü yad etməsə ömrünü faydasız işlərə və hər kəs ölümü yad etsə, ömrünü düz yolda sərf etmişdir. Ölüm insana ən gözəl nəsihətçi və çətinliklərdə yaxın köməkçidir. Ölümü yada salmağın nə qədər mühüm olduğu barədə onun çətinliyə düşmüş insanın işini asanlaşdırmağı, var-dövlətini əcrə səbəb olan yerə xərc etməsi və bəndəni lazımsız işlərdən çəkindirməsi kimi xüsusiyyətlərini demək kifayətdir. Nə gözəl deyiblər: "Ölüm haqda təfəkkür, çətinlikləri asanlaşdırar, qiyamət günü fayda verən işlərə rəğbət artırar, ölümdən qabaq tövbə etməyə və hazırlığa sövq edər, uzun arzulara son qoyar və bəndənin həsrət çəkməyinə imkan verməz”.
SƏBR
Ey insan, səbrin insanın nicat tapmağında çox mühüm rolu vardır. Həqiqətən bəndələr hər iki dünyada ali mərtəbələrə səbr ilə nail olarlar.
"Ruzigarın çətinliklərində səbr paltarını geyin ki, bu gözəl səbrinlə hüsni-aqibətə nail olarsan”.
Ey insan, ne᾽mətlərin şirinliyi kimi bəlaları da özünə xoş bil. Allahın sənin həyatında müqəddər etdiyi sağlamlıq və xəstəliyi, afiyət və bəlanı, cavanlıq və qocalığı, qüvvət və zəifliyi, var-dövlət və kasıblığı səmimi qəlblə qarşıla. Çünki səni bunlara mübtəla edən, hikmət sahibidir ki, hər nəyin aqibətini çox gözəl bilir, səni sevir, ata-anandan və özündən çox sənə mehriban odur və bunlar sənin xeyrinədir.
Ey insan, müsibət gələndə tez təşvişə düşüb canfəşanlıq etmə. Mehriban və həkim Allahın qəza və qədərinə razı ol, şikayətlənib müsibəti dilinə gətirmə. İmam Səccad əleyhissalamdan nəql olunan şe᾽rdə Həzrət belə buyurub: "Bəlaya mübtəla olsan kəramət sahibləri tək səbr et ki, bu ən böyük şücaətdir. Rəhimsizlərə belə rəhimli olan Allahı qoyub adi insanların qarşısında şikayətlənməyin”.
Ey insan, xoş güzaranlıq, var-dövlət və afiyəti sevdiyin kimi çətinlik, yoxsulluq və bəlanı da sevməlisən.
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan hədisdə Həzrət belə buyurur: "Hər kəs müsibətə səbr etsə Allah taala onun üçün hər birinin arası yerdən göyə qədər olan üç yüz dərəcə yazar. Hər kəs itaətdə səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşə qədər olan altıyüz dərəcə yazar. Hər kəs günahın müqabilində səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşin sonuna qədər olan doqquzyüz dərəcə yazar”.
Əxlaq alimləri səbri neçə mərtəbəyə bölüblər:
SƏBRİN MƏRTƏBƏLƏRİ VƏ NÖVLƏRİ
1-İnsanın ürəyi istədiyi sağlamlıq, mal, qohum-əqrəba, cah-cəlal və məqam kimi dünyəvi ləzzətlərin müqabilində edilən səbr. Bəndənin bunların müqabilində səbr edib, öz nəfsini onlara meyl etməkdən, ciddi yanaşıb tüğyana düşməkdən saxlaması nə qədər zəruridir.
2-İtaətdə səbr. Bu çətin işdir. Çünki nəfs təbii olaraq itaətdən, boyun qaçırır və daha çox ağalığa doğru meyilli olur. Ona görə deyiblər elə bir adam yoxdur ki, Fir᾽onun zahir etdiyi onun ürəyindən keçməsin. Lakin Fir᾽on imkan tapıb onu aşkar etdi. Elə bir adam yoxdur ki, öz nökərləri ya xadimləri və ya ətrafdakıları ilə bunu bildirməsin. Düzdür, həddini aşmasa da xadimlərin təqsiri olanda onlara acıqla qəzəblənməsi buna dəlildir. Bütün bunlar təkəbbürdən başqa bir şey deyildir.
Ey insan, itaətdə, həm əmələ başlamazdan qabaq, həm əməlin əsnasında, həm də ondan sonra səbr etməyin lazımdır. Əməldən qabaq, niyyətin düzlüyü üçün, əməlin əsnasında Allahın zikrindən qafil olmamağın üçün və əməldən sonra isə onu qiymətdən salan təkəbbür kimi halətlərin sənə üz verməməsi üçün lazımdır.
3-Günahların müqabilində edilən səbr. Bəndənin buna lap çox ehtiyacı var. Çünki yalan, qeybət, söz gəzdirmək, böhtan kimi günahlar adətdən doğur və adət isə sabitləşmiş bir xüsusiyyətdir. Şəhvət də bunlara əlavə olsa Şeytanın iki böyük qoşununa çevirilib fitrətə qalib gələrlər. Bəs günah nə qədər ləzzətli olsa ona səbr etmək də bir o qədər çətinləşər.
4-Xaricdən gələn tə᾽sirlərin müqabilindəki səbr. Belə ki, hər hansı bir iş, ya söz ilə sənə əziyyət olunarsa səbr et. Burada onun cavabını verməyib səbr etməyin "gözəl səbr” (şəriətdə) adlanır.
Ey insan, sənə pislik yetirən adamın müqabilində səbr edib işi Allaha həvalə et, intiqam almağa imkanın olsa da heç vaxt əks tə᾽sir göstərməyə can atma. Bizə yetişən hədislərdən əlavə, Əli əleyhissalamın oğlu Həsənə olan vəsiyyətlərindən: "Məbadə Allahdan başqa köməyi olmayan kəsə zülm edəsən”.
Təcrübə göstərir ki, bə᾽zən gec də olsa Allah taala elə bu dünyada çox gözəl əvəzini çıxar və məzlumun intiqamını zalımdan alar.
5-İxtiyarı əlində olmayan bəlaların müqabilindəki səbr. Əziz adamlarını itirməyin, malın tələf olması, səhhətin pisləşməsi, göz işığının getməsi, bədən üzvlərinin gücdən düşməsi, yoxsulluq və fəqirlik kimi müsibətlərə dözmək və səbr etmək əksər hallarda çox çətin olur və çoxda böyük əcri vardır. Allah taala onlar haqqında buyurur:
"O kəslər ki, başlarına müsibət gəldiyi zaman səbr edib dedilər: "Biz Allah tərəfindən gəlmişik və Ona tərəfdə qayıdacağıq” onları pərvərdigarı tərəfindən salavat və xüsusi rəhmət gözləyir və onlar doğru yolda olanlardır.”
Ey insan, (Allah səbrin bütün qisimlərini sənə əta etsin) səbrin vasitəsilə neçə şey ələ gəlir ki, onlar səbr əhlinə səbrin acısını baldan da şirin edərlər: 1-Axirətdə hesabı mə᾽lum olmayan savabın verilməsi: hədislərdə var ki, səbr edənlər "Ərəsat”da durmadan, "Mizan” və hesab-kitab görmədən cənnətə daxil olacaqlar.
Səbr edən şəxs qiymətdə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc çəkib şəhid olanın dərəcəsinə nail olar.
Yoxsulluğa səbr etmək cihaddır.” İmam Sadiq əleyhissalam deyir ki, İmam Baqir əleyhissalam buyurubdur: "Səbr edən kəs, səbri ilə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar”.
Bu mətləbi yuxarıda deyilmiş hədisdən "səbr edən kəs Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar” anlamaq olar.
"Səbr etmək altmış il ibadətdən fəzilətlidir.”
İmam Sadiq əleyhissalam buyurub: "Hər kəs bir gecə öz dərdindən Allaha pənah apara, onun qəbul olmasını istəyə və ona şükr edə altmış illik ibadət kimi olar”.
"Mö᾽min hər hansı bir bəlaya səbr etsə ona min şəhidin savabı verilər.”
2-Təcrübə göstərir ki, insan səbrlə ali mərtəbələrə nail olur. 3-Zaman ötdükcə çətinlik aradan gedir, ömür qısalır, keçən anların sevinci və kədəri qalmır, gələcəkdə isə nə olacağını bilmirsən. İndi bir sənsən bir də yaşadığın saatlar. Yaxşı olar insan, ömrünü faydalı olan səbrə həsr etsin. 4-Narazı olub şikayətlənməyin əcri azaltmaqdan başqa bir nəticəsi olmaz. Olacağa çarə yoxdur və Allahın qəza-qədəri dəyişməz. bəndənin isə qul kimi hər şey qüdrətindən xaricdir. 5-Bu işdə böyük və çətin imtahanlardan çıxmış insanların həyatına nəzər salmağın böyük əhəmiyyəti var. 6-Bəlaya mübtəla olmaq özü bir səadətdir. Bəla dostluğun nişanəsidir. Ümumiyyətlə bəlanın ən şiddətlisinin mö᾽minin başına gəlməsi onun Allaha daha yaxın olduğunu kəşf edir. 7-Başa düşməlisən ki, bəlalar həkim və mehriban olan Allah tərəfindəndir O, bəndəsinin xeyrinə olmayan bir şeyi ona məsləhət görməz, ehtiyacsızdır, hər şeyə də qadirdir. 8-Bilməlisən ki, bu yalnız nəfsin islahı və paklığı üçündür. 9-Ah-nalə etməyin düşmənin sevincini və dostun kədərini artırar. 10-Səbr etməyin aqibəti hətta bu dünyada belə yaxşı nəticə ilə qurtarır. Məsələn, Yusif peyğəmbərin çətin sınaq və töhmətlərin müqabilində səbr etməsi onu son dərəcə izzətə yetirdi, zalım padşahı ona qul, qardaşlarını ona tabe, Züleyxanı isə xar olub onun yolunu gözlədikdən sonra (Yusif peyğəmbərin duası ilə) cavanlığı, gözəlliyi və gözünün nuru yenidən qayıdıb onunla izzətlə evləndi. "Yusif” surəsinin təfsirində gələn hədislərə müraciət edənə bu mətləb gizlin deyildir.
Həmçinin, Allah taala Əyyub peyğəmbərin səbrinə görə, əldən verdiyi səhhətini, övladlarını və əyalını ona qaytardı və ona çoxlu mal-dövlət verdi.
Ey insan, müsibət gələn zaman Əhli-beytin müsibətlərini yadına sal. Çünki elə bir müsibət yoxdur ki, onlar onun ən kamil fərdinə mübtəla olmasınlar. İnsanların ağası və məxluqatın yaradılışına səbəb olan İmamların böyük Hətta "Yeri, göyü və onda olanları” Əhli-beytə əleyhissalam xatir yaratmaq barədə çoxlu hədislər nəql olmuşdur.
Müsibətlərini xatırladıqda öz müsibətin sənə asanlaşar. Şair nə gözəl deyib:
"Sizin müsibətiniz bizim kiçik müsibətlərimizi unutdurdu və qarşıdan gələn müsibətlərimizi də asanlaşdırdı”.
Ey insan, məbadə bə᾽zi avamlar kimi çətinliklər müqabilində çarəsizlikdən səbr edəsən. Bu aşkar riadır. Sənin səbrin təqvalı insanların səbrindən olsun ki, onlar axirət əcrinin intizarındadırlar. Ən üstünü ariflərin səbridir ki, mehriban və hər şeyi bilən Allahdan gələn bəlaların ləzzətini duyasan.
Ey insan, müsibət zamanı səbrin ağlamaq ilə ziddiyyəti yoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o əzəmətilə oğlu İbrahimin vəfatında ağlayarkən ondan soruşdular "Sən bizə səbr etməyi əmr edirsən, bəs bu ağlamaq nədir?” Peyğəmbər (s) bunu deyənə acıqla: "Vay olsun sənə! Ürək yanar, göz yaş axıdır, ancaq biz Allahın razı olmadığı və Onu qəzəbləndirdiyi şeyi demərik”
Ey insan, müsibət zamanı "İnna lillah və inna iləyhi raciun” ibarətini çox təkrar et ki, ayədə qeyd olunan salavat, rəhmət və hidayətdən məhrum olmayasan və dözümlü və səbirli olmağın üçün böyük səbr sahiblərinin başına gələnləri tez-tez yad etməlisən.
Ey insan, İmam Sadiq əleyhissalam buyurubdur: "Səbr kasası daşdıqda ümid qapısı açılar.”
Təcrübələr də buna şahiddir ki, hər çətinliyin sonunda bir rahatlıq vardı.
Nə gözəl deyilib:

"Allahın nə qədər gizli mehr və lütfü vardır ki, ona hətta zəkalı beyinlər yaxın düşə bilməzlər”.
"Hər bir çətinlikdən sonra hökmən rahatlıq vardır ki, onunla kədərli qəlbinə sevinc bəxş et”.
"Nə çox olub ki, səhərlər əhvalın narahat olduğun halda axşamlar sənə gözəl ruhiyyə üz gətiribdir”.
"Hər vaxt əhvalın dəyişsə təkcə uca, vahid Allaha e᾽timad et”.
"Çətin hadisələrlə üzləşdikdə heç vaxt ah-zar etmə. Allahın nə qədər gizli lütfü var”.
"Dünya sənə dar olsa "ələm nəşrəh” barədə fikirləş ki, hər çətinlikdən sonra iki yüngüllük taparsan. Əgər fikirləşsən fərəhli və şad olarsan”.
Ey insan, demək olar gözəl əxlaqi sifətlərin çoxunun mahiyyəti səbrlə bağlıdır, lakin hər birinin özünə məxsus adı var” qarın və şəhvətin müqabilindəki səbrə "iffət”, müsibətin müqabilindəki səbrə sadəcə "səbr”, günahın müqabilindəki səbrə "təqva”, özünü cüz᾽i miqdar malla razılaşdırmağa "qənaət”, döyüş və müharibədəki səbrə "şücaət”, qeyz və qəzəbin müqabilindəki səbrə "helm”, dünyəvi bəlaların müqabilindəki səbrə "ürəyi genişlik”, əgər eyş-işrət və firavan yaşamaqdan uzaqlaşarsa "zöhd” və s. deyilir ki, hər biri öz yerində bütün təfsilatı ilə şərh olunmuşdur.
TƏVƏKKÜL
Ey insan, (Allah taala sənə hər iki dünyanın xeyrini nəsib etsin) bütün işlərində Allaha təvəkkül və e᾽timad et. Çünki bütün işlər onun tədbiri və qəza qədərilədir. Allaha təvəkkül etməklə həm qəmdən, həm də etdiyin sə᾽yin çətinliklərindən rahat olarsan. Çünki həyatda hər hansı bir məqsəd uğrunda sə᾽y etməyin həmişə ona yetişməklə nəticələnmir. Əgər Allahın qəzası sə᾽yinlə üst-üstə düşməzsə narahatçılıq, kədər və qəm-qüssə səni əldən salacaq və əgər qəza ilə sə᾽y uyğun gələrsə bu yolda çəkdiyin zəhmətlərin özü insan üçün böyük bir yükdür. Amma bu işdə Allaha təvəkkül edib onun təqdirinə razı olarsansa, heç bir narahatçılıq keçirmədən aram və rahat olacaqsan. Əhli-beyt (əleyhimüssalam) da "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman gətirərlər” ayəsini dediyimiz mətləbin əvvəl və mənfi qismətinə təfsir etmişlər (Yə᾽ni, insanlar adətən öz elm, sə᾽y və zəhmətlərini öz məqsədlərinə yetişməkdə Allahdan ayrıca müstəqil bir səbəb hesab edib onların sorağına gedərlər).
Ey insan, işlərində alim, xəbərdar və qəza-qədər sahibi olan Allaha təvəkkül et, ondan başqasını gücsüz hətta milçəkdən də aciz bil. Oğul, naşı adamların düzgün başa düşməyib istinad etdikləri (Allah taala bütün işləri yalnız səbəblərilə icra edir) qaydada aldanma. Qaydanın mə᾽nası budur ki, heç bir iş səbəbsiz hasil olmur. Lakin bu qaydanın harasında yazılıb ki, bəndə öz işlərini müstəqil səbəb hesab etsin? Dualarda da deyilir ki, yalnız Allah taala müstəqildir və bütün işlərin səbəbi onun əlindədir. O, bu işdə heç kimi özünə şərik etməmişdir. Elmdən əməllərin məsələn, ruzi toplamağın barəsində hədislərdə gələn tə᾽kidli hökmlər səni çaşdırmasın. Bunlar aləmlərin pərvərdigarının qurduğu nizam-intizamı saxlamaq üçündür. Ona görə də həmin tə᾽kidlərlə yanaşı ifrat etməmək və qənaət haqqında da qəti hökmlər gəlmişdir.
Ey insan, səbəb və vəsilələrin hamısını qeyri-müstəqil san, onları öz sahibinə tapışır və bütün ona təvəkkül et. Şair nə gözəl deyib: "Öz işlərinin nəticəsinə arxayın olma, onları qəza-qədərin öhdəsinə burax. Bə᾽zən çətinliklər sovuşar, bə᾽zən də dünya sənə dar gələr. Nə çox ola bilər ki, çətinliklərin sonu sənin xeyrinə tamam olsun. Allah öz istədiyini icra edər, sən buna e᾽tiraz etmə”.
Əgər elm öyrənmək istəmirsənsə onda ehtiyacın qədər qazanc əldə et və qənaətlə xərclə. Hədislər və təcrübə göstərir ki, öz işində Allaha təvəkkül edən şəxsin halı səbəblərə arxayın olan kəsin halından yaxşı olar. Həyatda səbəblərə tam arxayın olan şəxsin, xüsusən onun yaxın bəndəsinin bu işi, Allahın ondan üz döndərməsinə, onu özbaşına buraxmasına hətta səbəblərin belə tə᾽sir etməməsinə gətirib çıxara bilər.
Ey insan, Yusif peyğəmbərin başına gələn o böyük bəlaların müqabilində səbr edib Allaha təvəkkül etməyi sənə kifayət edər. Həmçinin Yə᾽qub peyğəmbərin mübtəla olduğu o ürək ağrıdıcı və acınacaqlı hadisələrin müqabilində bir ləhzə də ondan ümidini üzməyib səbr etməsi bizlərə ən gözəl həyat dərsidir.
Ey insan, hacətlərini Allahdan başqasından istəmə, müsibətlərdə təkcə ondan kömək dilə. O, səxavətlidir, kəramət sahibidir. İbrahim peyğəmbərə xəlillik mənsəbini o vermişdir. Çünki İbrahim əleyhissalam heç vaxt özgəsindən bir şey istəməmişdir.
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Mən xeyrin hamısını başqalarının əllərində-kinə tamah salmamaqda gördüm”.
Başqa bir hədisdə İmam Sadiq Müəmmər Əz-Zəhrədən, o da Əliyibnil Hüseyn əleyhissalamdan nəql edir ki, buyurub: "Mənim nəzərimcə xeyr bütünlüklə insanlardan bir şey ummamaqda cəm olmuşdur”.
Yenə buyurur: "Sizlərdən hər biri Allahdan istəmədiyi bir şeyi ona verdiyi halda gərək başqalarından ümidini üzsün və yalnız ona bel bağlasın. Belə olan surətdə bəndə ona ağız açmamış Allah taala onun qəlbindən keçənləri ona əta edər”.
Hacətlərin ona əyandır. Bu babın rəvayətlərini nəzərdən keçir, bu mə᾽naya dəlalət edən çoxlu rəvayət taparsan.
"Səhifəyi-Səccadiyyə”nin on üçüncü duasını yaddan çıxarma, onun ətrafında yaxşı-yaxşı fikirləş ki, səbəblərə müstəqil surətdə üz gətirməyin bəyənilmədiyi haqqında dediklərim sənə aydın olsun.
QƏNAƏT
Ey insan, qənaət etməyi unutma ki, həm bədənin rahat olar həm də hər iki dünyada izzətli olarsan. Ona riayət etməməyin başqalarının qarşısında alçalmağına, axirətdə isə əzab-əziyyətə düçar olmağına səbəb ola bilər. Qənaət dedikdə ailəni imkan olduğu surətdə çətinliyə salmağı nəzərdə tutulmur. Çünki hədislərdə ailədə bolluq yaratmaq savab bir iş kimi qeyd olunmuşdur. Buna riayət etməmək vacib nəfəqənin (ev xərci) tərk olunmasına səbəb olar. Məqsəd budur ki, bacardıqca gücün çatanla razılaşıb öz qazancına münasib olaraq xərcləyəsən. Əgər sərvətlisənsə israfa yol verməmək şərtilə mümkün qədər ailənin maddi ehtiyaclarını artıqlaması ilə tə᾽min et. Bütün işlərini düzgün tədbirlə idarə et ki, nə xəsislərdən nə də israf və bədxərclik edənlərdən sayılasan.
Əgər kasıbsansa qənaət et, qəza-qədərə razı ol və heç kimə öz sirrini açıb, kasıb olduğunu bildirmə. Dünyapərəst və dar düşüncəli adamlar bunu bilən kimi istehza ilə səni təhqir edərlər.
Şair nə gözəl deyib: "İnsanların ən yaxşısı qənaət edib öz kasıbçılığını gizlədəndir. Qənaət bizə izzət verər, ondan izzətli bir şey yoxdur”.
Ey insan, (Allah sənin abır-həyanı qorusun) təcrübəmdən deyirəm ki, sirri başqasına açmaq fəqirliyi artırar, adamı alçaldar, Allahın qəzəbinə səbəb olar. Çətinliyini başqasına açmaqla sənə məhəbbət göstərməyini və ya bir şey verməyini istəmə. Ruzi əvvəldən Allahın hikməti üzrə ayrılmışdır. Abrını (həyanı) tökməklə onu artırmaq olmaz, nə də iffət və izzətin onun azalmasına səbəb olar. Əksinə, bə᾽zən sirri açmaq Allahdan onun məxluqatına şikayətlənməyə gətirib çıxarar və onun qəzəblənməyi ilə həm dünyada vəziyyətin daha da çətinləşər, həm də axirətdə əzaba düçar olarsan. Hədisləri mülahizə etsən Allah taalanın qüdsi hədisdəki bu kəlamı sənə kifayət edər: "And olsun izzət və cəlalıma, Məndən ümidini üzüb başqasına üz gətirəni mütləq naümid edəcəyəm, insanlar arasında ona zillət paltarı geydirəcəyəm və Öz fəzlimdən onu uzaqlaşdıracağam”.
HƏYA
Həya insan üçün dünya və axirətdə bəyənilmiş ən gözəl əxlaqi sifətlərdəndir. İmamlardan yetişən hədislərdə buyurulur: Həya imandandır, imanın yeri isə cənnətdir.
Həya və iman bir-birindən ayrılmaz, əgər biri gedərsə o biri də ona qoşular.
İmam Sadiq ya Baqir (ə)-dan nəql olunmuşdur ki, buyurub: "Həya və iman bir-biri ilə yanaşıdırlar. Əgər biri getsə (olmasa) o birisi də onunla gedər”.
Həyası olmayanın imanı da olmaz.
Dörd şey hər kəsdə olsa, günahları həddən artıq çox olsa belə Allah o günahları savaba döndərər: doğruluq, həya, gözəl əxlaq və şükür.
Başqa bir hədisdə şükürün yerinə əmanətdarlıq deyilmişdir. İmam Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, buyurub: "Hər kəsdə bu dörd xislət olsa imanı kamil olmuşlardan sayılar və başdan ayağa qədər günaha batmış olsa belə heç şeyinə mənfi tə᾽sir qoymaz. Və o dörd xislət bunlardı: Düzlük, əmanəti əda etmək, həya və gözəl əxlaq”.
HÜSNÜ-XÜLQ (GÖZƏL ƏXLAQ VƏ RƏFTAR)
Ey insan, (Allah sənin əxlaqını gözəlləşdirsin) gözəl əxlaq sahibi olasan ki, onun hər iki dünyada böyük faydaları var. Onun nə qədər fəzilətli olmağı barədə Allahın, peyğəmbərlərin ən şərəflisini (Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)) onunla mədh və tə᾽rif etməsi sənə kifayət edər.
Hədislərdə var ki, gözəl əxlaq dinin yarısıdır. İnsana əta olunan ən fəzilətli sifətdir. Qiyamətdə insanın "mizan”ına ondan fəzilətli şey qoyulmayacaq. Gözəl əxlaqı olan kəs gündüzləri oruc tutub gecələri ibadət və Allah yolunda cihad edənin əcr və savabını qazanır.
Günəş buzu əritdiyi kimi gözəl əxlaq da xətaları məhv edər. Su duzu həll etdiyi kimi gözəl əxlaq da günahları aradan aparar.
İslam ümmətinin çoxu həqiqətdə təqva və gözəl əxlaqına görə cənnətə daxil olacaq. Qiyamət günündə Allah taala cəhənnəmin (odun) gözəl əxlaq sahibinin ətinə yeməsindən həya edər. Gözəl əxlaq ömrü artırar.
Hədislərdə hətta yəhudi ilə də gözəl rəftar etməyə əmr olunmuşdur. Mən əxlaqın gözəl və qəribə tə᾽sirlərini görmüşəm. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Siz heç vaxt öz malınızla bütün insanların vəziyyətini yaxşılaşdıra bilməzsiniz, çalışın açıq üz və gözəl əxlaq ilə onlarla rəftar edin”.
Həzrət Əli əleyhissalam buyurmuşdur: "Bütün insanlarla gözəl əxlaqla rəftar et ki, bundan sonra onlardan ayrı düşsən də sənə məhəbbət bəslərlər, öləndə sənin üçün: "Biz Allah tərəfindənik və ona tərəf qayıdacağıq” deyərlər. Çalış öləndən sonra da camaat sənin arxanca: "şükr olsun aləmlərin pərvərdigarı olan Allaha” deməsinlər”.
İmam Sadiq əleyhissalamdan gözəl əxlaqın nəyə deyildiyini soruşduqda Həzrət buyurdu: "Yumşaq və mülayim davran, danışığını gözəlləşdir və din qardaşlarınla gülərüzlə və mehriban rəftar et”.
Həzrət başqa bir hədisdə belə buyurub: "Mö᾽minlərlə gözəl rəftar etmək odur ki, onlara xoş və gülərüz göstərəsən. Müxaliflərlə isə mülayim danışasan ki, onlar imana gəlsinlər. Əgər imana gəlməyəcəyindən ümidin üzülsə o zaman özünü və mö᾽min qardaşlarını onun şərrindən gözlə”. "İnsanlara xoş sözlər deyin”. ayəsinin təfsirində İmam Həsən Əsgəri əleyhissalamdan nəql olunur ki, İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: "Bütün insanlara xoş söz deyin, istər mö᾽min olsun, istər qeyri-mö᾽min. Mö᾽minlər üçün üzü açıqlıqla və qeyri-mö᾽minlərlə onların imana gəlməyi gözəl və mehriban danışsın, çünki faydası olmadığı halda özünü və mö᾽min qardaşlarını onların (qeyri-mö᾽minlərin) şərindən qorumuş olar”.
Allah düşmənləri ilə mülayim rəftar etmək özünün və mö᾽min qardaşlarının xeyrinə ən fəzilətli sədəqədir.
Ey insan, məxsusən əhl-əyalın ilə bəd rəftar etməkdən özünü gözlə. Hədisdə var ki, bədrəftarın yeri hökmən cəhənnəmdir. Sirkə balı xarab etdiyi kimi bədrəftar da imanı aradan aparar.
Mə᾽azın dəfnində yetmiş min mələk hazır olsa da ailəsində bə᾽zi əxlaqi nöqtələrə riayət etmədiyi üçün qəbir sıxıntısı ilə qarşılaşdı.
HƏLİMLİK VƏ GÜZƏŞT
Ey insan, sözlərimə dəqiq fikir ver bu iki sifətin sahibi hesab-kitabsız cənnətə daxil olar. Bu iki sifət elə şərafətlidir ki, Mütəal Allah özünü bu sifətlərlə tə᾽rif etmişdir. Peyğəmbər və övliyaların bu barədəki, qissələri lap çoxdur və burada onları zikr etməyə imkan yoxdur. Hədislərdə gəlib ki, insan helmsiz abid ola bilməz. Allah helmli insanı sevər. Həlimlik mö᾽minin sifətlərindədir.İntiqam almağa qüdrəti olan kəs qəzəbli vaxtı öz hiddətini cilovlayarsa Allah qiyamət günündə onu tam razı salar, qəlbini imanla doldurar və onu əmin-amanlıqda qərar verər. Onu məxsus ehtiramla çağırıb, deyər hər hansı hurul-eyni seçirsən seç və ona şəhid savabı verər.
Allah yanında bəndənin içdiyi qurtumların ən qiymətlisi qəzəbinin tüğyan etdiyi vaxt onu səbr və ya helm ilə udduğu qurtumdur.
Qəzəb və hiddətini saxlayan kimsənin Allah dünya və axirətdə izzətini artırar. Və qiyamət günü Allah bütün məxluqatı bir yerə cəm etdikdən sonra bir səs gəlir: Fəzilət əhli haradadırlar? Onların arasından bir iddəsi baş qaldırdıqdan sonra mələklər onları qarşılayıb soruşarlar: Fəzilətiniz nədir? deyərlər: Bizimlə əlaqəni kəsənlərlə rabitəni kəsmədik, bizi məhrum edənləri məhrum etməzdik və bizə zülm edənləri bağışlayardıq. Bu zaman onlara deyilər: Düz dediniz, hesab-kitabsız cənnətə daxil olun.
Qələbənin zəkatı güzəştdir.İnsanların daha çox qüdrətlisi güzəştə getməlidir. Güzəşt etmək bəndənin izzətini artırar. Güzəşt edin ki, Allah da sizi izzətli etsin.
Gərək sənə zülm edəni bağışlayasan ki, Allah taala da onun hökmlərinə müxalifət göstərməklə etdiyin zülmlərindən keçsin və qabaqda qeyd olunan yüksək məqamlara çata biləsən. Ey insan, nəbada qəzəblənəsən, bu qəzəblənən insanın iman və əqidəsindəki zəifliyi göstərir. Hədislərdə deyilb ki, sirkə balı korladığı kimi qəzəb də imanı xarab edər. Qəzəb küfrün dirəklərindən biridir. Qəzəb bütün şər işlərin köküdür. Qəzəb hikmət sahibinin qəlbini öldürər. Öz qəzəbini cilovlaya bilməyən kimsə əqlinə sahib ola bilməz. Lə᾽nətlənmiş iblis deyibdir: Qəzəb mənim tor və tələmdir ki, onunla insanların yaxşılarını behiştdən və onun yolundan kənar edərəm. Qəzəbin qarşısını almaq üçün bir neçə yol göstərib:
1-Şeytandan uzaq olmaq üçün Allaha pənah aparmaq.
2-Mütəal Allahı zikr edib yada salmaq. Hədisdə deyilib ki, Tövratda belə yazılmışdır: "Ey adəm oğlu qəzəblənəndə məni zikr et ki, mən də qəzəblənəndə səni zikr edim (bağışlayım), səni həlakətə saldıqlarımın arasında qərar verməyim. Sənə bir zülm olunarsa mənim zəfərimi gözlə ki, mənim zəfərim sənə, özün intiqam almağından çox xeyirlidir”.
3-Qəzəblənən vaxt, şəxs ayaq üstədirsə otursun, oturmuşsa uzansın, yaxud ayağa dursun.
4-Qəzəbləndiyin yeri dəyişmək. Bir gün Şeytan Həzrət Musaya dedi: Qəzəbləndiyin vaxt öz yerini dəyiş ki, yoxsa səni fitnəyə salaram.
5-Soyuq su ilə dəstəmaz və ya qüsl almaq.
6-Qəzəb olunan şəxs qəzəblənənin əqrəbasından biridirsə öz əlini onun bədəninə sürtsün ki, qəzəbi yatar.
7-Su içmək.
8-Üzüm yemək qəzəbi yatırar.
9-Bu duanı -Əllahummə əzhib ənni ğəyzə qəlbi və əcirni min muzillatilfəitən, əs᾽əlukə cənnətəkə və əuzu bikə mənəşşərəkəti, əllahummə səbbitni ələlhuda vəssəvab, vəc᾽əlni raziyən mərziyyən ğəyrə zallin və la muzillin (ya Rəbb məndən qəlbimin azğınlığını dəf et, məni fitnələrin zəlalətindən qurtar, səndən öz cənnətini istəyirəm, tələlərə düşməkdən sənə pənah gətirirəm, ya Rəbb məni hidayət və doğru yol üstə sabit qədəm et, həm məni razı et həm də məndən razı ol və məni nə əyri yola uğrayan, nə də uğradanlardan et) desin. Hədislərdə deyilib hər kim başqalarına olan qəzəbini cilovlayarsa Allah qiyamətdə onu qoruyar, eyiblərini örtər və behişt onun üçündür.
İNSAF VƏ MÜRÜVVƏT
Ey insan, bunlara riayət et və heç vaxt tərk etmə ki, insana nicat verənlərdəndir. Mürüvvəti olmayan kimsənin dini olmaz. Allahın xəlqə ən böyük vacib etdiyi şey insanın xalq arasında insaflı olmasıdır.
İnsaf yə᾽ni özün üçün bəyəndiyini başqalarına da məsləhət bilmək və bəyənmədiyini isə onlara bilməməkdir.
VƏ᾽DƏ VƏFA ETMƏK
Ey insan, (Allah sənə vəfa etsin) və᾽də verdinsə hökmən ona vəfa et ki, buna həm Qur᾽anda həm hədislərdə çox tə᾽kid edilibdir. Allah Qur᾽anda buyurur: "Öz əhdinizə vəfa edin ki, bu barədə mütləq sorğu-sual olunacaq”.
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurubdur: Allaha və qiyamətə imanı olan kimsə verdiyi və᾽də vəfa etsin.
Həzrət Sadiq əleyhissalam buyurubdur: Mö᾽min bir kimsənin öz mö᾽min qardaşına verdiyi və᾽d bir nəzirdir ki, başqa bir şeylə əvəz olunmaz. Və᾽də vəfa etməyən şəxs Allaha vəfa etməmiş və Allahın qəzəbinə uğramışdır. Və᾽də vəfa etmənin əzəmətini Qur᾽anda Mütəal Allahın İsmail peyğəmbəri "və᾽də vəfa edən” sifətilə mədh etməsi göstərir.
Və᾽də vəfa etməməyin barəsində gələn tə᾽kidləri kənara qoysaq, bizə yalnız Mütəal Allahın bu sözü "Ey iman gətirənlər görmədiyiniz bir şeyi niyə deyirsiniz? Bunu dilə gətirməyiniz Allah yanında çox böyük günahdır” kəlamı kifayətdir. Hədislərdə var ki, İsmail peyğəmbər bir şəxsə müəyyən bir yerdə görüşməyi söz verdi. Lakin o şəxs bunu unutdu. İsmail peyğəmbər onu həmin yerdə bir il gözlədikdən sonra gəlib çıxdı.
Başqa bir hədisdə var ki, İsmail peyğəmbər hətta günəşin şiddətli vaxtları belə və᾽dəsini pozmamaq üçün kölgəyə tərəf getmədi. Daha başqa bir hədisdə isə deyilir ki, o, gözlədiyi bu müddət ərzində yalnız ağac qabığı ilə qidalanarmış.
Ey insan, (Allah sənin günahını bağışlasın) və᾽də vəfa etmədə sən də o cür ol, əgər qadir deyilsənsə çalış özünü ona bənzədəsən. Heç vaxt qüdrətin çatmadığı bir şeyi və᾽d vermə. Çünki və᾽di sındırmaq insana ardır. Şair gözəl demişdir: "Və᾽d verməkdən qabaq yox deməyin yaxşıdır, amma bəli deyib sonra vəfa etməməyin çox pisdir. Əgər peşman-lıqdan qorxursansa yox ilə başlamağın məsləhətdir”.
SƏXAVƏT
Ey insan, səxavətli ol ki, onun həm dünyada həm axirətdə nəticəsi var. Səxavətli insan dünya və axirətdə izzətli, xəsis isə hər ikisində zəlil olar.
Səxavətliyin qiyməti barədə Hatəmin cəhənnəmdə olduğu bir halda atəşin onu yandıra bilməməyi kifayət edər.
Ey insan, bil ki, xəsislik adamı hər iki dünyada üzü qara edər.
Mütəal Allahın bu kəlamını yaddan çıxarma: "Əlini təmamilə açıb, hər şeyini ehsan etmə ki, sonra özünü danlayıb peşman olasan”. Xərclədikdə orta bir yol tut” nə xəsislik et, nə də israf. Çünki hər işdə yaxşı cəhət orta həddə riayət etməkdir.
 

ƏMƏLİ ƏXLAQ

İslam mədəniyyətinin qucağında yaranmış, inkişaf etmiş və təkamül tapmış elmlərdən biri də irfan elmidir. İrfan barəsində iki baxımdan danışmaq və tədqiqat aparmaq olar: ictimai baxımdan və mədəni baxımdan. Arifləri İslam mədəniyyətinin müfəssir (təfsirçi), mühəddis (hədisşünas), fəqih (fiqh alimi), mütəkəllim (kəlam alimi), filosof, ədib, şair və s. təbəqələrindən fərləndirən mühüm bir cəhət vardır. Bu da ondan ibarətdir ki, ariflər mədəni təbəqə kimi mövcud olmaqdan, irfan adlı elm yaratmaqdan, öz sıralarında böyük alimlər yetişdirməkdən və əhəmmiyyətli əsərlər yazmaqdan əlavə, həm də İslam dünyasında özünəməxsus cizgilərə malik ictimai dəstə (firqə) də yaratmışlar.

 Halbuki, fəqihlər, hikmət sahibləri və sair təbəqələr yalnız mədəni təbəqə olaraq qalmış və başqalarından seçilən dəstə kimi tanınmamışlar. İrfan əhlini mədəni baxımdan yanaşdıqda «ariflər», ictimai baxımdan yanaşdıqda isə çox vaxt «təsəvvufçular» adlandırırlar.

Ariflər və təsəvvufçular İslamda dini parçalanmanın məhsulu olmadıqlarına, heç bunun iddiasında da bulunmadıqlarına, bütün islami qrup və məzhəblərin daxilində yayıldıqlarına baxmayaraq, eyni zamanda, çox möhkəm və mütəşəkkil ictimai dəstə halındadırlar. Fikir və düşüncələri, xüsusi davranış qaydaları, geyim və zahiri görünüşlərindəki özünəməxsusluq, xanəgahlarda yaşamaları və s. xüsusiyyətlər onları özəl dini-ictimai qrup kimi fərqləndirmiş və hazırda da fərqləndirməkdədir.

 Əlbəttə, hər yerdə (xüsusilə, şiəlik daxilində) zahirən başqalarından heç nə ilə fərqlənməyən, eyni zamanda, irfani seyru-süluk əhli (haqq yolunun yolçusu) olan ariflər mövcud olmuşdur və hazırda da vardır. Özlərindən yüzlərlə dəb çıxarıb bidətlər icad edən dəstələrdən fərqli olaraq, əsil ariflər də elə onlardır.

 Hazırki məqalədə irfanın ictimai cəhətlərinə, yəni təsəvvuf baxımından təhlilinə toxunmayacağıq. Yalnız mədəni baxımdan söhbət açaraq, irfana bir elm və İslam mədəniyyətinin bir şaxəsi kimi nəzər salacağıq. Əgər məsələyə ictimai baxımdan yanaşsaq, mütləq bu təbəqənin (sufilərin) yaranma səbəblərini, mənşəyini, İslam dünyası üçün müsbət yoxsa mənfi, faydalı yoxsa ziyanlı rol oynadığını, başqa İslam cərəyanlarına münasibət və təsirini, İslam maarifinə və İslamın dünyada yayılma prosesinə göstərdiyi təsirləri araşdırmalıyıq. Lakin biz bu mövzuların heç birinə toxunmayacaq, irfan barədə yalnız bir elm və mədəni bölmə olaraq söz açacağıq.

 İrfan bir elmi və mədəni kompleks kimi iki hissədən ibarətdir: əməli (praktiki) hissə və nəzəri hissə.

ƏMƏLİ İRFAN

Əməli irfan insanın özü, dünya və Allahla münasibətdə əlaqə və vəzifələrini açıb göstərir və bunları izah edir. Bu cəhətdən irfan əxlaq elminə bənzəyir. Yəni, onun kimi praktiki elmdir (aralarındakı fərq bir qədər sonra göstəriləcək). İrfanın bu bölümünü «seyru-süluk» elmi adlandırırlar. Burada insaniyyətin ən yüksək nöqtəsinə, yəni «tövhid» mərhələsinə çatmaq üçün «salik»in (haqq yolçusunun) mənəviyyat səfərinə haradan başlayacağı, hansı mənzil və mərhələləri ardıcıllıqla keçəcəyi, yol boyunca bu mənzillərdə nə kimi hallarla üzləşəcəyi və hansı vəziyyətlərə düşəcəyi izah edilir. Əlbəttə, bütün bu mənzil və mərhələlər, həmin yolu əvvəlcədən keçmiş, onun qayda-qanunlarından xəbərdar olan kamil və yetkin bir şəxsin nəzarəti və rəhbərliyi altında keçilməlidir. Əgər həmin kamil insan bələdçilik etməsə, düzgün yoldan azmaq təhlükəsi yaranar.

Ariflər bu mənəviyyat yoluna yeni qədəm basmış şəxsi mütləq müşayiət etməli olan kamil insanı rəmzlər vasitəsilə «tairi-qüds» (müqəddəs quş) və «Xızr» adlandırmışlar. Ariflər tərəfindən insaniyyətin ən yüksək nöqtəsi hesab edilən və seyru-sülukun son məqsədi sayılan tövhidlə sadə camaatın, hətta filosofların dərk etdikləri tövhid (yəni, vacibu'l-vücud (Allah) yeganədir) arasında yerlə göy qədər fərq vardır. Arifin tövhidi budur ki, həqiqi mövcud olan yalnız Allahdır, Allahdan savayı hər şey «görünüş»dür (təzahürdür), «varlıq» deyil. Arifin tövhidi «Allahdan savayı heç nə yoxdur» deməkdir. Arifin tövhidi, yollar keçərək, Allahdan savayı heç nəyi görməmək mərhələsinə çatmaqdır.

Ariflərin əleyhdarları tövhidin bu mərhələsini təsdiq etmir, adətən onu küfr və mülhidlik adlandırırlar. Amma ariflərin əqidəsincə, həqiqi tövhid elə budur, tövhidin digər mərhələləri isə şirkdən xali deyil. Ariflərin fikrincə, bu mərhələyə ağıl və düşüncə ilə deyil, ürəyin çalışma və mübarizələri, seyru-süluk və ruhi təmizlənmə, paklanma yolu ilə çatmaq mümkündür. Hər halda, irfanın bu bölümü (əməli irfan) ilə «nə etməli» sualına cavab axtaran əxlaq elmi arasında oxşarlıq vardır. Aralarındakı fərq isə aşağıdakılardan ibarətdir:

- Birincisi, irfan insanın özü, dünya (ətraf mühit) və Allaha əlaqələrindən bəhs edir və əsas diqqəti bəndə ilə Allah arasındakı rabitəyə yönəldir. Halbuki, heç də bütün əxlaqi sistemlər insanın Allahla rabitəsini araşdırmağı zəruri saymır, yalnız dini əxlaq sistemləri bu məsələyə əhəmmiyyət və diqqət göstərir.

- İkincisi, qərarlaşmış və sabit xarakterli əxlaq elminin əksinə olaraq, irfani seyru-süluk, adından da məlum olduğu kimi, təkamülpərvər mütəhərrik anlayışdır, yəni irfanda salikin ilk nöqtədən başlayaraq son mənzilə kimi ardıcıl surətdə keçəcəyi məqsəd, mənzil və mərhələlərdən bəhs edilir.