Gəncənin tarixi...

Gəncənin şəhər kimi formalaşmasına dair müxtəlif fikirlər var. Bəziləri şəhərin yaranmağını eramızdan əvvəlki dövrə aid edirlər, əksəriyyəti isə - orta əsrlərin əvvələrinə.

Hələ 40- cı illərdə, arxeoloji qazıntılar zamanı, tədqiqatlar belə bir fikirə gəlmişlər ki, Gəncənin ərazisində yaşayış məskəni hələ eramızdan əvvəl var idi . Gəncə toponomik anlamında da həmçin fikir ayrılıgı mövcuddur. Toponim (ərəblərdə- "Cənza", ermənilərdə-"Gaznak", gurculərdə- "Gəndza" ) pəhləvi sözu kimi qəbul edilirdi və "xəzinə, məhsul ambarı" mə'nasını daşıyırdı . Bu izahların heç birinin elmi əsası yoxdur. Reslərə görə, bu termin azərbaycan dilinə məxsusdur. Başqa bir fikirə əsasən, bu termin Gancak tayfasının adı ilə baglıdır, və bu həqiqətə daha yaxındır. Bu tayfanın mövcud olması elmlə artıq subuta yetirilmişdir. Orta Asiya tarixçiləri subut etməyə çalışırlar ki, onlar bu tayfanın törəmələridilər. VII-ci əsrin birinci yarısında Gəncə farslar, ikinci yarısında isə ərəblər tərəfindən dagıdılmışdır. VII-ci əsrin sonunda şəhər ərəbləə xəzərlər arasında döyuş meydanına çevrilmişdir . "Dərbəndnamə"- də qeyd edilir ki, VII-ci əsrin əvvəlində və VIII-ci əsrin əsrdə Azərbaycan ərazisi dəfələrlə yuruşlərə mə'ruz qalmışdı, və bunun nəticəsində Gəncə də ziyan çəkib. Arranın paytaxtı olan Bərdə şəhərindən sonra Gəncə beynəlxalq ticarətdə muhum rol oynamaga başlayır, burada tez-tez karvanlar dayanır. Dövruyyədə ərəb dinarı və dirxəm işlənirdi.

Gəncənin ölkənin paytaxtı kimi formalaşarkən hərbi muqavimətin artırılmasına xususi diqqət yetirilirdi. Artıq bu dövrdə qala divarları tikilmiş, onların ətrafında xəndəklər qazılmışdı.

IX-X-cu əsrlərdə xilafətin zəifləməsi ilə əlaqədar Azərbaycanda mustəqil Şirvanşahlar, Sacilər, Salarilər, Fəvvadilər feodal dövlətləri yaranmaga başlamışlar. Səlarilərin əlində olan Gəncə X-cu əsrin ortalarında Şəddadilərin paytaxtı oldu. İ Fədlunun ( 895-1030) dövrundə Gəncə daha da möhkəmləndi. Şəddadilər burada qala, saraylar, körpulər, karvansaraylar tikdilər və pul kəsməyə başladılar. Şəhər ətrafında yeni, daha möhkəm qala tikildi.
1063-cu ildə dəmirçi İbrahim Gəncənin məhşur qapısını düzəltdi. Gəncə iri bir mərkəzə çevrilərkən onun ərazisi böyuyur, yeni ticarət və sənaye məhəlləri tikilir. İpək və ondan hazırlanan mə'mulatlar nəinki yerli, hətta xarici bazarların alıcıların diqqətini cəlb edirdi. Gəncə həmçin dini mərkəz hesab olunurdu. Belə ki, alban katalikosun igamətgahı Bərdədən Gəncəyə köçürülmüşdür. Qətrap Təbrizi bu dövr haqqında belə yazır: "İndi Gəncə cənnət diyarına çevrildi".

XI əsrin ortalarında Azərbaycan səlcuqların hücumlarına mə'ruz qalmışdır. Təbrizi zəbt etdikdən sonra I Toğrul (1038-1068) 1054-cü ildə Gəncəyə doğru irəlilədi. Gəncə hakimi Şavir Toğrul bəyin vassalı olmağa razılaşdı. O, Toğrul bəyə qiymətli hədiyyə təqdim etdi və onun adına xütbə oxundu. Səlcuqların hücumları kəsilmirdi. XI əsrin 70-ci illərində Şəddadilər hökmdarı III Fədlun müharibə aparmağın mənasızlığını görüb təslim oldu, lakin bir müddətdən sonra əlverişli şəraitindən istifadə edərək yenidən hakimiyyətə qayıtdı. 1086-cı ildə Səlcuq hökmdarı Məlikşah (1072-1092) sərkərdə Buğayı Gəncənin üstünə yolladı. Yerli əhalinin güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhəri zəbt etdilər. Döyüş zamanı Gəncə hökmdarı III Fədlun əsir düşmüş, və beləliklə 100 ildən artıq hökm sürmüş Şəddadilər sülaləsinin hökmdarlığına son qoyulmuşdur. Gəncənin idarəsini Məlikşah öz oğlu Qiyas Əd-din Tapara e'tibar etdi. Qiyas Əd-din Tapar sultan (1105-1117) seçildikdən sonra da igamətgahı Gəncədə yerləşən əsas Səlcuq hökmdarlardan biri idi. XII əsrin birinci yarısında Gəncəyə bir neçə dəfə gürcülər hücum etmişlər. Buna cavab olaraq Səlcuq qoşunları Gürcüstana hücum etdilər və onu qarət etdilər.
Gəncə ilə bağlı başqa bir hadisə - 25 sentyabr 1139-cu il tarixdə baş vermiş güclü zəlzələ idi. Kirakos Qəndzakesi yazırdı: "В…Dağ və düzü duman və buludlar bürümüşdü, dəhşətli zəlzələ baş vermişdir. Gəncə dağıldıВ… Nəticədə Kəpəz dağı uçmuş və təpələrdən axan xırda çayların qarşısını kəsmişdir və göl əmələ gəldi." Müəllif, dicər yeddi göl barəsində yazmağı unudub və ya o vaxtı onlar barəsində mə'lumatı olmayıb. Bunlar təkraredilməz gözəlliyi olan Maralgöl, Ceyrangöl, Ördək gölü, Zəligölü, Ağ göl, Qara göl və Şamlıgöl kimi göllərdir.

Uzun-uzadı daxili feodal müharibələr Səlcuq dövləti zəiflətdi. Bu yerli feodalların güclənməsinə və yeni dövlətlərin yaradınmasına şərait yaratdı. Onlardan biri Şəmsəddin Eldəniz tərəfindən yaradılmış Atabəylər dövləti idi. Gəncə bu dövlətin Arranda mərkəzi oldu. XII əsrin əvvəli - XIII əsrlər Gəncənin Atabəylər dövlətinin ikinci paytaxtının çiçəklənmə dövrü adlandırmaq olar, çünki onun mə'lumatları ölkədən çox uzaqlarda məhşur idi və o, "Arran şəhərlərin anası" səviyyəsinə qalxmışdır. Burada hazırlanan və "Gəncə ipəyi" adlanan parça qonşu ölkələrin və Orta şərq bazarlarında yüksək qiymətləndirilirdi .
Sənətkarlıqla bərabər Gəncədə
əkinçilik, bağbançılıq və maldarlıq
geniş inkişaf almışdır. Adı mə'lum
olmayan müəllif öz əsərində "Əcaib
od-dünya" yazırdı ki, "əhali ilə sıx məskunlaşmış
Arranın bu böyük paytaxt şəhəri güclü
möhkəmlənmiş qala divarları ilə əhatə
olunub. Gəncə ağaclarla dolu idi. Burada hər cür
meyvələr var idi. Başqa şəhərlərə
atlas, parça, pambıq, ipək və başqa mallar aparırdılar.
Əhalisi mərd idi, yaxşı ox atırdı."
Göstərilən dövrdə
Gəncə Azərbaycanın mədəni inkişafında
mühüm rol oynayıb. Məhz bu şəhərdən
çıxmış alim və şairlərin əsərləri
bütün dünyada şöhrət qazanmışdır.
Bu mövqeydən Məshəti
Gəncəvinini yaradıcılığını
xüsusi ilə qeyd etmək lazımdır. O öz zəmanəsinin
dahi şairəsi olduğu üçün xalq arasında
böyük nüfuz və hörmətə layiq idi. Artıq
dünya şöhrəti qazanmış, Azərbaycanın
dahi şairi Nizami Gəncəvi , məhz
bu dövrdə Gəncədə yaşayıb və yaratmışdır.
Onun "Xəmsə" si dünya ədəbiyyatın nadir
incilərindən hesab olunur. Bu barədə Bertels yazırdı:"Nizami
özünün ilahi sehikarlığı ilə özünü
bəşəriyyətə tanıtdırdı".
XIII əsrin əvvəllərində
Azərbaycan monqolların işxalına məruz qaldılar.
Onlar ilk yürüşləri zamanı (1220) gözəl
müdafiə olunmuş Gəncəni tuta bilmədilər.
1225-ci ildə Azərbaycan yenidən Cəlaləddinin
yürüşünə məruz qaldı, hansı ki,
bir-birinin ardınca Azərbaycanın şəhərlərini
işxal etdi, o cümlədən Gəncəni. Bu işxal
Atabəylər dövlətinin arutu ilə nəticələndi.
Cəlaləddinin yerlərdəki
mə'murlarının zülmü və azğınlığının
nəticəsində 1231-ci ildə Gəncə əhalisi
xarici işxalcılara qarşı üsyana qalxdı.
Üsyancılar şəhər hakiminin sarayını
dağıdıb, bütün əyanları öldürdükdən
sonra varlıları bir neçə ay onlara təzminat verməyə
məcbür etdilər. Bu üsyan da yatırıldı.
Bu üsyanın başcısı sənətkar Bəndər
və onun 30 ən fəal silahdaşı ölümə
məhkum edildilər(10,32-33). 1231-ci ildə şəhəri
mühasirəyə alan monqollar güclü müqavimətə
rast gəldilər. Bütün bunlara baxmayaraq, işxalçılar
şəhəri tutub, yerli əhaliyə qarşı amansız
divan tutub şəhəri qarət etdilər. Şəhər
uzun müddət inkişafdan dayandı. Şəhərin
bərpası və inkişafı üçün icazə
yalnız 1235-ci ildə verildi.
XIII əsrin ortalarından başlayaraq
Azərbaycan Hülakilər dövlətinə daxil oldu.
Hülakilər dövlətinin başçısı və
onun idarəçisi Hülaki Xan (1256-1265) idi. 80-ci illərdə
Azərbaycan Əmir Teymurun işğalına məruz
qaldı. Ölkə Teymur və Toxtamış xan arasında
döyüş sahəsinə çevrildi. Teymurun Gürcüstana
hücümu zamanı Gəncə hərbi məntəqə
rolunu oynayırdı. Teymurun Azərbaycana yürüşü
dəhşətli fəlakətlərlə nəticələndi.
XVI əsrin əvvəllərində yeni dövlət,
Səfillər dövləti yarandı.I Şah İsmayıl
tərəfindən yaranmış dövlətin tərkibinə
daxil olan bəylərbəyliklərindən biridə Gəncə
bəylərbəyidi. Sultan Şahverdinin Gəncənin
baş bəylərbəyi təyin edilməsi ilə Gəncə
və Qarabağda Qacarlar nəslindən olan Ziyadoğlular
sülaləsinin uzun sürən hakimiyyəti başlandı.
Məhşur İmamzadə türbəsinin
inşa edilməsi məhz bu vaxtlara etimal edilir.
Gəncə, yenidən Zaqafqaziyada özünün
ticarətdə aparıcı yerini tutdu, Rusiya, Yaxın
Şərq və Avropa ölkələri ilə sıx
əlaqələr yarandı. Mənbələrdən
birində deyilir ki, o zaman Gəncəyə 50 mindən
artıq təsərrüfat(225000 əhali) var idi.
Hərbi döyüşlərin səngiməsi imkan verdi
ki, Gəncə şəhərinin başqa şəhərlərlə
əlaqəsi bərpa olunsun, ticarət əlaqələrinin
genişlənməsi iqtisadiyyatın inkişafına şərait
yaratdı. Türk səyyahı Övliya Çələbi
qeyd edir ki, o dövrdə Gəncə də 6000 ev vardı.
O xüsusi ilə ipəkçiliyin inkişafını
qeyd edirdi.
Rusiyanın xəzərətrafı əyalətlərini
işğal etməsi osmanları narahat edirdi. 1723-cü
ildə Gəncəni mühasirəyə alsalarda onlar
şəhəri tutua bilmədilər.
Bu İran hökümətini
narahat edirdi. O zaman İran hökümətinin başında
duran Nadir şah qabağına belə bir məqsəd
qoydu. Rusları və türkləri Azərbaycandan çıxarıb
onu işğal etmək. 1735-ci ilin martında Gəncə
yaxınlığında rus-iran müqaviləsi bağlandı,
bu müqaviləyə əsasən çar höküməti
öz qoşunlarını xəzərətrafı quberniyadan
çıxardı. Nadir şahın siyasəti Azərbaycan
əhalisini tamam müflisləşdirdi. 1747-ci ildə
şahın öldürülməsi müstəqilliyə
olan mübarizəni daha da gücləndirdi ki, bunun da nəticəsində
Azərbaycan ayrı-ayrı feodal torpaqlarına - xanlıqlara
parçalandı. XVIII əsrin ortalarında belə xanlıqlardan
biri də Gəncə xanlığı idi. Şahverdi
xan Ziyadxanoğlu Gəncənin xanı (1740-1756) oldu. Xanlığın
mərkəzi Gəncə şəhəri oldu. XVIII əsrin
80-ci illərində hakimiyyətdə olan Cavad xanın
(1785-1840) dövründə Gəncə xanlığı
xeyli möhkəmləndi. O müstəqil xarici si siyasət
yeridirdi. Gəncə xanlığı özü tədavülə
pul buraxırdı. Bu dövrdə tacir və mülkədarları,
aristokratları müdafiə edən çar rusiyası
öz növbəsində yeni-yeni torpaqlar ələ keçirmək,
özü üçün yeni bazarlar tapmaq istəyirdi.
Bu səbəbdən Rusiya üçün Azərbaycan
iqtisadi və strateji cəhətdən böyük əhəmiyyətə
malik idi.
Gəncənin xüsusilə əlverişli
mövqedə yerləşdiyini nəzərə alan Rusiya
həmin ərazini ordunun dayağı kimi istifadə edərək
Azərbaycanın digər xanlıqlarını da işğal
etmək üçün bu ərazini seçmişdir. Rus
ordusunun komandanlığı Gəncəni "İranın
şimal əyalətlərinin açarı" adlandırırdı.
General Sisianov yazırdı ki, Gəncə qalası özünün
əlverişli coğrafi mövqeyi ilə Azərbaycan
ərazisində xüsusi rol oynayır, ona görə
də Rusiya üçün onu tutmaq ən önəmli
məsələdir.
Cavad xana təslim olmağı bir neçə
dəfə təklif edən Sisianov hər dəfə
rədd cavabı aldı. 1803-cü il noyabrın 20-də
Sisianov Tiflis istiqamətindən Gəncəyə sarı
hərəkətə başladı, qoşun dekabr ayında
Gəncə qalasına gəlib çatdı. Qalanın
almağı çətin olduğunu başa düşən
Sisyanov, müəyyən hazırlıqdan sonra, 3 yanvar
1904-cü ildə səhər saat 5-də hücum əmri
verdi ağır döyüşdən sonra ruslar qalanı
aldılar.Cavad xan öldürüldü. Bu işxaldan
sonra Gəncə şəhərinin adı Aleksandrın
arvadı Yelizavetanın şəhərinə dəyişərək
Yelizavetpol qoyuldu..

1805-ci ildə çar hökuməti rəsmi olaraq komandant üsul idarəsini tətbiq etdi. Bu zamanda bhtün hərbi, maliyə və dikər mülklər komendantın əlində cəmləndi. 1806-cı ildə Gəncədə məhkəmə yarandı. Əhali üzərində nəzarəti gücləndirmək üçün 1824-cü ildə Gəncədə polis idarəsi yarandı.Əhali bu idarə və onun iş üslublarından narazı idi. 1840-cı ildə komendantlıq sistemi ləğv edildi. Gəncə uyezd kimi Gürcüstanın-İmertiya quberniyasının tərkibinə daxil olundu və uyezdin başcısı təyin olundu. 1868-ci ildə Yelizavetpol quberniyası yarandı. Gəncə Yelizavetpol quberniyasının paytaxtı oldu. .

Gəncənin Bakı-Tiflis karvan yolunun üstundə yerləşməsi ona zaqafqazyanın ticarət mərkəzləri və Şərqin böyük ticarət mərkəzləri ilə əlaqə saxlamağa şərait yaradırdı. XIX əsrin yarısında Gəncənin mədəni həyatı inkişaf edirdi. Mədrəsə və məktəblərdə şakirdləri klassik şərq ədəbiyatı ilə tanış edirdilər. Lakin nə dini məktəblər nə mədrəsələrin aydın proqramları yox idi. Şah Abbas məscidindən bir qədər aralı olan mədrəsədə 100-dən çox şakird təhsil alırdı. XIX əsrin ortalarından başlayaraq Gəncədə xüsusi məktəblər fəaliyət köstərməyə başladı, 1860-cı ildə bu məktəblərdə 198-zə yaxın şakird təhsil alırdı. Yekanə qız məktəbində 18 şakird təhsil alırdı. 60-cı ilin ortalarında artıq Gəncə məktəblərində 981 nəfər təhsil alməşdı. .

Gəncədə milli teatr olmayıb. Onu şəbehi və başqa xalq oyunları əvəz edirdi. Xalq məzhəkələrindən başqa şəhərlərdə rus dilində teatr tamaşaları verirdilər. Ona rus dili bilən ziyalılar baxa bilirdilər.


Gəncənin pambıqtəmizləmə zavodlarında istehsal olunmuş yüz minlərlə pud mahlıc Moskva, Lodz və başqa şəhərlərə göndərilirdi. Bu zavodlar "Ümid", "Ulduz", "Pambıq", "Qevorkov qardaşları", "Rəfiyev qardaşları" satış evlərinə, "Arzumanov və Ko " sənaye-satış cəmiyyətinə məxsus idilər. Satış evlərinin təsisçiləri əsasən milli kapitalın nümayəndələri idilər. Gəncədə yeni səhmdar cəmiyyət yarandı, 1919-cu ildə Gəncədə "Yelizavetpol kənd təsərrüfatı və sənaye malları" səhmdar cəmiyyəti yarandı ki, o da mahlıc hazırlanması ilə məşğul olurdu.

Kapitalizmin inkişafı ilə bərabər şəhərdə kredit-bank sistemi geniş vüsət almışdır. Belə ki, 1896-ci ildə Azov-Don ticarət bankının filialı, 1905=ci ildə birinci və 1907-ci ildə ikinci qarışıq kredit-ticarət cəmiyyəti, 1912-ci ildə Tiflis ticarət bankının şö'bəsi, 1913-cü ildə Volqa-Don ticarət bankının agentliyi və 1916-cı ildə Yelizavetpol dövlət bankının şö'bəsi yaranmışdır.1883-cü ildə istifadəyə verilmiş Bakı-Tiflis dəmir yolu şəhər iqtisadiyyatının inkişafına kömək etmişdir.

Gəncədə müharibəyə qarşı zəhmətkeşlərin tə'til və nümayişləri gedirdi. Kapitalizmin inkişafı şəhərin mədəni həyatının da inkişafına öz təsirini göstərmişdir. Bu maariçiliyin inkişafına da təsir etmişdir. Bu dövrdə Gəncədə məktəblərdən başqa dini müsəlman məktəbləri də fəaliyyət göstərirdi.
1883-cü ildə Gəncədə "Müqəddəs Nina xeyriyyə cəmiyyəti"-nin təşkil etdiyi qızlar gimnaziyası fəaliyyət göstərirdi. 1924-cü ildə şəhərdə pedaqoji seminariya açılmışdır. Seminariyanın açıldığı il oraya 18 tələbə qəbul olunmuşdur ki. Onların da əksərriyəti zəngin ailələrin nümayəndələri idilər.
18-ci il ....
Bir anda qə"bul olunmuş bütün
dəyərlər öz qiymətini itirdi. İnqilab Gəncənin
inkişafına öz düzəlişlərini verdi.
Bir çox adam İrana və Türkiyəyə köçərək,
70 il ərzində öz qohumları və doğma şəhərlərilə
əlaqə saxlamaqdan məhrum olmuşlar. Yalnız 90-cı
illərin sonunda Vətənə qayıtmağa imkan yarandı.
Şura hökümətinin ilk
illərində su təhcizatı məsələsi kəskinliklə
ön plana çıxdı. Şəhər içtimayyətinin
təşəbbüsü ilə kəhrizlər salınmışdır.
Su kəməri tikilməsindən əvvəl köhnə
kəhrizlər və quyular tə'mir olunmuşdur. Su kəməri
tikintisi 1936-cı ildə başa çatmışdır
və bununla da Gəncə əhalisinin su ilə tə'minatı
problemi aradan qaldırılmışdır. Şəhərdə
yeni su kəmərinin tikintisi 1939-40-cı illərdə
başlamış və Böyük Vətən müharibəsinin
ağır illərində başa çatmışdır.
1920-ci ildə Azərbaycan maarif komitəsinin
qərarı ilə Gəncədə 14 ibtidai və 4 orta
məktəbi tikilmişdir. İbtidai məktəblərdə
2.794 şagird oxuyurdu. 1928-29-cu tədris illərində Gəncə
şəhərində tədris proqramı sistemi uşaqların
95 %-ni məktəbə cəlb etmişdi. 1936-cı ilədək
nəinki Gəncə, hətta bütün Azərbaycan
ümumi ibtidai təhsil sisteminə keçmişdir. 1939-cu
ildə Gəncədə 16 orta məktəb fəaliyyət
göstərirdi.
1931-ci ildə Gəncə şəhərinə
Zaqafkaziya qidromeliorasiya institutu və Bakıdan 2 kənd
təsərrüfatı məktəbi köçürülmüşdür.
1933-cü ildə isə onlar birləşib 6 fakültədən
ibarət Kənd təsərrüfatı institutu yaratmışdılar.
Bundan başqa bu illərdə şəhərdə ikiillik
pedaqoji institutu, Gəncə musiqi texnikumu, N.K. Krupskaya adına
Gəncə tibb texnikumu, iki texniki peşə məktəbi
fəaliyyət göstərirdi. İldən ilə Gəncədə
mədəniyyət ocaqlarının sayı artırdı.
1940-cı ildə 9 kitabxana, 13 klub, 7oxu zalı qeydə alınmışdır.
Xalq təhsilinin artmasında maarifçiliyin həmçinin
böyuk rolu var idi. O, şəhərdə 1920-ci ildə
yaradılmışdır. "Qırmızı Gəncə",
"Yeni Gəncə", "Qızıl Gəncə", "Zərbə",
"Gəncə bolşeviki"qəzetləri ilə birgə
burada bir sıra həmçinin çap olunurdu.
1936-1950-ci
illərdə bütün SSRİ-də olduğu kimi Gəncədə
də repressiyalar, həbslər olunurdu. Repressiyada olanların
əksəriyyəti cənub əhalisi üçün dözülməz
şəraitə düşdükləri üçün
geri qayıtmadılar, qalan hissəsi isə illər keçdikdən
sonra səhhətləri pozulmuş halda geri döndülər.
Böyük Vətən müharibəsi
illrində 25.643 gəncəli cəbhəyə yola düşmüşdür.
Gəncə sakini kiçik leytenant İsrafil Məmmədov
- Sovet İttifaqı Qəhramanı adına layiq görülmüş
ilk azərbaycanlı idi.Onun Novqorod yaxınlığında
olan Pustınovka kəndində gedən döyüşlər
zamanı etdiyi qəhrəmanlıq ona dunya şöhrəti
gətirmişdir.
Gəncə tekstil kombinatı tikilmiş
və ən müasir avadanlıqlarla təhçiz olunmuşdur.
Orada 83 min tağalaq həcmli 20,480 ədəd toxuculuq dəzgahı
qurulmuşdur. Eyni zamanda, şəhərin əlli kilometrliyində
Mingəçevir su elektrik stansiyası işə salınmışdır
və bu Gəncənin elektrik problemini aradan qalırmışdır.
1954-cü ildə Gəncədə ilk yüksək cəryanlı
yarımstansiya işə başladı.
50-ci illərdə ağır sənaye
üzrə mühüm işlər görülmüşdür,
məhz o zaman Gəncə auminiy istehsalı zavodu işə
salındı.
Yeyinti istehsalı isə daha güclü
təkan alaraq inkişafını davam edirdi. Bu devrdə
ət kombinatı, dəyirman, süd kombinatı, çörək
kombinatı və konditer fabrikası işə başlamışdı.
70-ci illərdə Gəncə xalça
kombinatının ikinci növbəsi istismara təhvil verilmişdir.
90-cı illərin sonuna Gəncə,
Bakı və Sumqayıtdan respublikanın sonra inkişaf
etmiş ağır, yüngül və yeyinti sənayesi
olan böyük sənaye mərkəzinə çevrilmişdir.
Be lə ki, Gəncənin 22 sənaye müəssisəsində
400 çeşiddə xalq istehlakı malları istehsal edilirdi.
Müharibədən
sonrakı və bərpa devrlərində şəhərin
görkəmi tamamilə dəyişmişdir. Onun sahəsi
yeni tikilən evlərin və içtimai binaların hesabına
gözəçarpacak dərəcədə genişlənmişdir,
o yeni küçələr və alleyalarla zənginləşmiş
və gözəlləşmişdir. Hal-hazırda Gəncənin
əhatə etdiyi sahə 100 kv.metdən artıq, əhalisi
350 min adamdır. Cənubda 'Gülüstan' mikrorayonunun,
qərbində isə 'Yeni Gəncə' yaşayış
massivinin tililməsi şəhərin daha da genişlənməsinə
və inkişafına şərait yaratmışdır.
Şəhər sahəsinin genişlənməsi
və əhalinin artması, içməli suya olan tələbatın
artmasına gətirib çıxartmışdır. Nəticədə
1957-ci ildə uzunluğu 28 kilometr olan Ağsu-Gəncə
su borusunun tikintisi başa çatmışdır və əhalinin
suya olan tələbatı tamamilə ödənilmişdir.
90-cıların sonuna Gəncənin
35 orta məktəbində 35 minə yaxın şagird təhsil
alırdı, 9 peşə məktəblərində - 5000
tələbə, 6 səkkizillik məktəbində 2 min
tələbə oxuyurdu, 67 uşaq baxçalarında 10 minədək
uşaq var idi.
Şəhərdə tibb məktəbi,
yüngül sənaye, politexnik, kənd təsərrüfatı,
tikinti və s. kimi texnikumlar fəaliyyət göstərirdi.
Ali məktəblərdən Azərbaycan Kənd Təsərrüfatı
Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Gəncə
Dövlət Universiteti fəaliyyət göstərirdi.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının
Respublikada və onun hüdudlarından uzaqlarda adları
tanınan məВёzunları kimi Elmlər Akademiyasının
akademikləri H.Əliyev, İ.Abdullayev, V.Tutayuk, M.Abutalıbov,
M.Musayev, M.Hüseynov, F.Məlikov, A.Ağabəyli, Sovet
İttifaqı qəhrəmanı Bəsti Bağırova
və Şamama Həsənova kimi şəxsiyətlərin
adlarını çəkmək olar.
Şəhərdə Elmlər Akademiyasının Elm Mərkəzi yaradılmışdır.
Tarixən, Gəncə Azərbaycan
musiqisinin mərkəzlərindən biri olmuşdur. Əməkdar
incəsənət xadimi Qənbər Hüseynlinin dünya
ilə məhşur olan "Cücələrim" mahnısı
məhz Gəncə torpağında yazılmışdır.
Məhşur sovet bəstəkarı , SSSR-i xalq artisti ,
Azərbaycan və SSSR-i Dövlət mükafatlarının
layreatı Fikrət Əmirov həyat
yolunu Gəncədə başlayaraq, həyatının
çox bir hissəsini Gəncə ilə bağlamışdır.
Bəstəkar T.Hacıyev, Dövlət konservatoriyasının
müəllimləri A.Əlizadə, B.Hüseynli, N.Nəbiyev,
M.Dilbazi, Ü.Xəlilov, V.Əhmədov və s. ilk addımlarını
Gəncədə atmış və ilk uğurlarına
Gəncədə nail olmuşlar.
P.S. Gəncə yaşayır və onu yaşadan insanlardır, o şəxsiyətlər ki "Gəncə" və "Gəncəlilər" sözlərini hər vaxt uca tutaraq öz həyat yolları ilə hər kəsə bu sözləri fərəh və iftixar hissi ilə deməyə məcbur edir, o insanlar ki bu sözləri Qeyrət, Məhəbbət və Sadiqlik sinoniminə çevirmişlər. Rəhmətlik akademik Ziya Bunyatov haqqında AzTV-də yayınlanan proqramda onun dediyi sözlər həmişə bizim yadımızda qalacaq: "O zamanlar Gəncəlilər haqqında deyirdilər ki, onlar əllərində qılınc anadan olurlar". "Zerkalo" qəzetində Gəncə haqqında çap olunan məqalədə, 1988 ci ildə Gəncə şəhərinə qoşunların daxilini rəhbərlik edən Rus qeneralın sözləri yazılmışdır: "Körpünün yanında, atəşə baxmayaraq, bir neçə cavan oğlan əlində yandırıcı vasitələr ilə tankların qarşısına atıldılar . Belə şeyi mən hətta Əfqanistanda görməmişdim...". Biz əminik ki, akademik söylədiyi qılınc, ədalət qılıncı idi hansı ki indi də Gəncəlilərdə qalır və qələcək nəsillərdə də qalacaq.