Mozilla Firefox | OPERA | Google Chrome | SAFARi |
Vahabilər övliyaların təvəllüd ya vəfat üçün günü təşkil edilən məclisləri onlara edilən ibadət hesab etdiklərinə görə bunu bütə edilən pərəstişlə bərabər sayırlar: "هي نُوعٌ من العبادة لهم و تعظيمُهُمْ..."[1] Onlar öz sözlərini sübuta yetirmək üçün cahil ərəblərin rəftarına işarə edərək onların hər münasibətdə, istər döğum yaxud vəfat günləri, pis ya yaxşı xatirələr üçün bütxanalara yığışıb sevinc yaxud qəmlərini bölüşdüklərini misal gətirirlər. Cahil ərəblər Tək Allaha inandıqlarına baxmayaraq, öz əlləri ilə düzəltdikləri şeyləri yer üzündə hərtərəfli qüdrətə sahib bilib ona təvəssül edirdilər. "و يقولونَ هؤلاءِ شُفَعاؤُنَا عِنْدَالله" "Onlar bu şeylərin Allah yanında bizim şəfaətvericilərimiz olduğunu deyirlər”. Yəqinliklə demək lazımdır ki, təkcə vahabilər deyil, əslində bütün müsəlmanlar şirklə qarışıqlı məclislərə qarşı ziddirlər. Maraqlı burasıdır ki, nə üçün vahabilər şirk qarışıqlı olmasa da belə məclislərin qurulmasına qarşı çıxırlar? Görəsən bunun səbəbi bəzi müsəlmanların əqidəsinə rişxəndlə yanaşıb təfəkkürlərinin dinin ziddinə olduğunu söyləmək deyilmi? Vahabilərin qəbul etdikləri iki bayram "Fəthul Məcid” kitabının müəllifi ümumiyyətlə, vahabilərin iki bayramı rəsmi surətdə qəbul etdiyini deyirlər: Fitir bayramı və Cümə günləri. Onlar Cümə günü bayramı barəsində Peyğəmbərdən (s) olan hədisə istidlal edirlər. "اِنَّ هَذَا يَومٌ جعله اللهُ للمسلمين عيداً" "Həqiqətən Allah bu günü (Cümə) müsəlmanlar üçün şənlik və bayram günü etmişdir”. Onların nəzərincə, bu iki gündə şənlik edib sevinmək rəvadır. Çünki, Peyğəmbər bu iki bayrama təkid və sifariş etmiş, digər bayramlara etina etməməyi tapşırmışdır. Bu barədə isə bizim əlimizdə rəvayət yoxdur.[2] Müəllif sözünü Sabit ibn Zəhhakın dilindən nəql olunan rəvayətlə isbat edir: Zəhhak deyir: Günlərin birində Peyğəmbərə dəvə qurban kəsmək, nəzir vermək və... haqqında sual verdim. Peyğəmbər buyurdu: Orada büt olmazsa və o nəzir günaha və cahiliyyət adətlərini yaşatmağa səbəb olmazsa, eybi yoxdur. "قال: نذر رجلٌ أن ينجر اِبلاً ببوانة. فسأل النبي (ص) فقال: هل كان فيها وثنٌ من اوثان الجاهلية يُعبَد؟ قال: لا. فهل كان عيدٌ من اعيادهم؟ قال: لا. فقال (ص): فَاِنَّه لا وفاء لنذر في معصية الله"[3] "Dedi: Ey Allahın rəsulu, bir şəxs "Bəvanədə” qurban kəsməyi nəzir edib. Həzrət sual verdi: Orada cahillik dövründə pərəstiş edilən bütlərdən varmı? Dedi: Xeyr. Həzrət yenə sual etdi: Orada cahillik dövründə keçirilən bayramlardan keçirilirmi? Cavab verdi: Xeyr. Həzrət dedi: Nəzirin düzgündür, onu yerinə yetir. Çünki, yalnız günahla ilə nəticələnə biləcək nəzirlərə əməl etmək lazım deyil.[4] [1] "Fəthul-Məcid”, səh. 154. [2] "Fəthul-Məcid”, səh. 153 [3] "Fəthul-Məcid”, səh. 153 [4] Fəthul-Məcid, səh. 153