Mozilla Firefox | OPERA | Google Chrome | SAFARi |
Baş səhifə » Məqalələr » Fitr Bayramı |
Cəmi məqalələr: 7 Göstərilib: 1-7 |
Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir. İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər. Ətraflı
|
Fitrə zəkatının istifadə olunduğu yerlər
Vacib ehtiyata əsasən, zəkatın fitrəsini müsəlman, on iki imam şiəsi olmaq şərti ilə yalnız fəqir və miskinlərə verməlidirlər. Habelə, ehtiyaclı olan şiə uşaqlarına da, onlar üçün istifadə edib, yaxud uşaqların başçıları vasitəsi ilə onlara sahib çıxmalarından asılı olmayaraq, fitrə vermək olar. Fitrə alan fəqirin adil olması lazım deyil. Lakin, vacib ehtiyata əsasən, içki içən və ya açıq-aşkar böyük günahlar edən, həmçinin, fitrəni Allaha günah edilən yerlərdə istifadə edən şəxslərə fitrə verilməsin. Ətraflı
|
Vacib ehtiyata əsasən, fəqirə illik xərclərindən artıq və bir sadan (təqribən 3 kq.) az verilməsin.) Əgər bir sanın yerinə, bir sa adi ərzağın qiyməti qədər olan yarım sa yaxşı mal verilsə kifayat deyil. Əgər onu fitrənin qiyməti məqsədi ilə də versə, eybi var. İnsan, hər ikisinin qarışığı o məntəqənin adi yeməklərindən sayıldığı halda, sanın yarısını bir növdən (məsələn, buğdadan), yarısını isə başqa növdən (məsələn, arpadan) verə bilər. Fitrənin zəkatı verildikdə ehtiyaclı qohumları yadlardan, sonra ehtiyaclı qonşuları digərlərindən, habelə, ehtiyaclı olan elm əhlini elm əhli olmayanlardan önə salmaq müstəhəbdir. Əgər fəqir hesab edib bir şəxsə fitrə verilsə, sonradan fəqir olmaması məlum olsa, o malı geri alıb müstəhəqqə verə bilər. Əgər geri almasa gərək öz malından fitrəni versin. Əgər aradan gedibsə, fitrəni alan şəxs aldığının fitrə zəkatı olduğunu bilsə, gərək onun əvəzini versin. Belə olmadığı halda əvəzini vermək ona vacib deyil. Əgər fitrə verən şəxs fəqir axtarışında səhlənkarlıq etməyibsə ona da bir şey vacib deyil. Ehtiyacı olmasını iddia edən şəxsə fitrə zəkatı vermək olmaz. Gərək onun fəqir olmasına əmin olsun. Ən azı xarici görünüşündən (fəqir olmasını) güman etməlidir. Yaxud, əvvəllər fəqir olduğunu bilir, (hazırda isə) fəqirliyinin aradan getməsi məlum deyil. Ətraflı
|
Fitrə zəkatının müxtəlif məsələləri Malın zəkatında olduğu kimi, fitrənin zəkatında da qürbət qəsdi lazımdır. Yəni, Allahın əmrinə itaət etmək məqsədi ilə fitrə zəkatı verilməlidir və fitrə niyyəti də şərtdir. Fitrə zəkatını ramazan ayından qabaq vermək olmaz. Verdiyi halda isə, Fitr bayramı günü yenidən verməlidir. Vacib ehtiyata əsasən, mübarək ramazan ayında da verməsin. Lakin, əgər ramazan ayından əvvəl, yaxud ramazan ayında fəqirə borc versə, ona fitrə vacib olandan sonra öz borcunu fitrə yerinə hesab etməsinin maneəsi yoxdur. Ətraflı
|
1. Gərək insan özü ayı görsün. Ətraflı
|
Allahın pəhrizkar qullarının bayramı
Ətraflı
|