Web Toolbar by Wibiya



İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.
Untitled Document

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Təqvim

«  May 2024  »
BeÇaÇşCaCmŞbBz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il
not not
Oruc - dinin sütunlarından biridir. Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, müsafir olmayan, xəstə olmayan müsəlmana vacibdir. Ramazan ayının orucunu tutan aşağıdakılara riayət etməlidir.
Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən, və buna bənzər işlərdən (onanimz) çəkinməlidir. Başı tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə 1 müdd təam verməkdən ibarətdir.

Müstəhəb oruc

Müstəhəb oruc tutulduqda isə əgər, məsələn, bir mömin qardaşın səni yeməyə dəvət edirsə, orucunu aça bilərsən və bu halda orucun savabı da sənə yazılır.
Oruc haqqında Quran ayələri

Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar80; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. (Bəqərə surəsi, 183-185-ci ayələr)
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız (bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılarkən sizin üçün ağ sap qara sapdan (dan yerinin ağartısı gecənin qaranlığından) fərqlənincəyə qədər yeyin-için; sonra axşama (günəş batana) qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar! (Bəqərə surəsi, 187-ci ayə)
Orucun hökmləri

Oruc, insanın Allah-təalaya bəndəçilik edib Onun əmrini yerinə yetirmək məqsədilə sübh azanından şam azanına qədər, irəlidə izah olunacağı işlərdən çəkinməsidir.
Niyyət
İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; «sabah oruc tutacağam» deyərək niyyət etməsi şərt deyildir. Sadəcə olaraq Allah-təalaya bəndəçilik və Onun əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və şam azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.
İnsan Ramazan ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər.
Agah olan şəxs üçün, Ramazan ayı orucunun ən son niyyət vaxtı, sübh azanı vaxtıdır. Yəni ehtiyat vacibə görə hər nə qədər öz niyyətindən xəbərdar olmasa belə, sübh azanından qabaq batil edən işlərdən çəkinməklə yanaşı, oruca niyyət etmiş olmalıdır.
Orucu batil edən işləri görməyən şəxs, şam azanına az bir vaxt qalmış olsa belə, günün hər hansı vaxtında müstəhəb bir oruc niyyət edərsə, orucu səhihdir.
Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda, sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən «mütləq qürbət» niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.
Qəza və ya kəffarə orucu tutmaq istəyən şəxs, onu niyyətində müəyyən etməlidir. Məsələn; «qəza orucu və ya kəffarə orucunu tuturam» deyə niyyət etməlidir. Amma Ramazan ayında «Ramazan ayının orucunu tuturam» deyə niyyət etməsi lazım (ilzami) deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc niyyəti edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir. Nəzir və bu kimi oruclarda nəzir qəsdi etmək lazım deyil.
Əgər Ramazan ayının olduğunu bilsə və qəsdən Ramazan ayından qeyri bir orucun niyyətini etsə, qəsd etdiyi oruc hesaba alınmaz və həmçinin Ramazan ayının orucu kimi də sayılmaz – əgər o qəsd qürbət (yəni Allaha yaxınlaşmaq) qəsdi ilə zidd olsa; hətta ziddiyyətli olmasa belə, ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmaz.
Əgər məsələn; ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci, yaxud üçüncü günü olduğunu başa düşsə, orucu səhihdir.
Əgər sübh azanından əvvəl niyyət etsə və bihuş olsa və gün-arası özünə gəlsə, vacib ehtiyata əsasən o günün orucunu tamam etməlidir və əgər tamam etməsə, onun qəzasını yerinə yetirməlidir.
Əgər sübh azanından qabaq niyyət edib, sonra məst olarsa və həmin gün ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da yerinə yetirməlidir.
Əgər sübh azanından əvvəl niyyət edib yatsa və axşamdan sonra ayılsa, orucu səhihdir.
Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, zöhrdən qabaq Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir iş görmüşdürsə, orucu batildir. Amma şam azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazandan sonra da, o günün orucunu qəza etməlidir. Ehtiyat vacibə əsasən, əgər zöhrdən sonra da Ramazan olduğunu anlayarsa, rəcaən oruc niyyəti etməli, Ramazandan sonra qəzasını etməlidir. Amma əgər zöhrdən əvvəl başa düşsə və orucu batil edən bir iş görməsə, gərək oruc niyyəti etsin və orucu səhihdir.
Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-büluğa çatsa, gərək oruc tutsun. Əgər azandan sonra həddi-büluğa çatsa, o günün orucu ona vacib deyil. Amma əgər müstəhəb oruc tutmaq qəsdi etsə, ehtiyat müstəhəbə əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır.
Meyyitin orucunu tutmaq üçün əcir olan və ya boynunda kəffarə orucu olan bir şəxs, müstəhəb bir oruc tutarsa, eybi yoxdur. Amma boynunda Ramazan ayının qəza orucu olan bir şəxs, müstəhəb oruc tuta bilməz. Əgər unudaraq müstəhəb bir oruc niyyəti edərsə və zöhrdən qabaq xatırlayarsa, müstəhəb orucu pozular, lakin niyyətini qəza orucuna çevirə bilər. Amma əgər zöhrdən sonra agah olarsa, ehtiyata əsasən orucu batildir. Əgər şam azanından sonra xatırlayarsa, orucu səhihdir.
Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzr etmiş olsa, əgər sübh azanına kimi qəsdən niyyət etməsə, orucu batildir. Əgər o günün orucunun ona vacibolmasını bilməsə, ya unutsa və zöhrdən əvvəl yadına düşsə, orucu batil edən bir iş görməmiş olsa və niyyət etsə, onun orucu səhihdir. Əgər zöhrdən sonra yadına düşsə, Ramazan ayının orucunda deyilən ehtiyata riayət etməlidir.
Əgər vacib olan, lakin günü müəyyən olmayan oruc üçün, məsələn; kəffarə orucu kimi, qəsdən zöhr yaxınlaşana qədər niyyət etməsə, eybi yoxdur. Hətta əgər niyyətdən əvvəl oruc tutmamaq qərarına gəlsə, yaxud oruc tutub-tutmamaq barədə müəyyən qərara gəlməsə (tərəddüd etsə), belə ki, orucu batil edən işlərdən görməmişsə və zöhrdən əvvəl niyyət etsə, orucu səhihdir.
Əgər kafir Ramazan ayında, zöhrdən əvvəl müsəlman olsa və sübh azanından o vaxta kimi, orucu batil edən bir iş görməyibsə, vacib ehtiyata əsasən gərək «mafizimmə» niyyəti ilə orucu tamam etsin. Əgər belə etməsə, gərək onun qəzasını yerinə yetirsin.
Əgər xəstə olan bir şəxs, Ramazan ayı günündə zöhrdən qabaq sağalsa və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, ehtiyat vacibə əsasən oruc üçün niyyət edib o günün orucunu tutmalıdır. Amma əgər zöhrdən sonra sağalarsa, o günün orucu (həmin gün) ona vacib deyildir, gərək sonradan qəza etsin.
İnsanın, Şəbanın son günü, yoxsa Ramazanın əvvəl günü olduğunda şəkk etdiyi gün oruc tutması vacib deyildir. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma əgər «Ramazan ayı olduğu təqdirdə, Ramazandan və Ramazanayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın» deyə niyyət edərsə, orucunun səhih olması uzaq nəzər deyil, amma qəza və bu kimi oruc niyyəti etməsi daha yaxşıdır. Belə ki, əgər sonradan Ramazan ayı olduğu məlum olarsa, Ramazandanhesab olunar. Əgər mütləq oruc niyyəti edərsə və sonradan Ramazan ayı olduğu məlum olarsa, yenə də kifayətdir.
Şəbanın son günü, yoxsa Ramazanın əvvəl günü olduğunda şəkk etdiyi gündə, qəza, müstəhəb və bu kimi bir oruc niyyəti ilə oruc tutarsa və gün ərzində Ramazan ayı olduğunu anlayarsa, Ramazan ayı orucu üçün niyyət etməlidir.
Əgər vaxtı müəyyən olan vacib bir orucda (Ramazan ayının orucu kimi) «orucumu batil edim, yoxsa etməyim»-deyə tərəddüddə olsa və müəyyən qərara gələ bilməsə, yaxud orucunu batil etməsinə dair qəsd etsə, əgər yenidən oruc qəsdi etməsə orucu batildir. Əgər yenidən oruc niyyəti etsə ehtiyat vacib budur ki, o günün orucunu tamamlayıb sonradan da qəzasını tutsun.
Müstəhəb olan və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib bir orucda, əgər orucu batil edən bir iş görməyi qəsd edərsə və ya belə bir işi görüb-görməmək xüsusunda tərəddüdə düşərsə, əgər həmin işi görməsə və vacib orucda zöhrdən əvvələ qədər və müstəhəb orucda, şam azanından əvvələ qədər təkrarən oruc üçün niyyət edərsə, orucu səhihdir.
Orucu batil edən şeylər
Bir neçə şey orucu batil edər:
1. Yemək və içmək.
2. Cima.
3. İstimna (istimna, kişilərdə başqası ilə cima etmədən, özündən məni xaric etməsinə deyilir. Qadınlarda isə şəhvətlə çıxan, «inzal» adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət xaric olması halına uyğundur və bu hal cənabətə səbəb olur).
4. Ehtiyat vacibə əsasən Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinlərinə (ə) yalan isnad vermək – (onların adından yalandan bir söz demək).
5. Ehtiyat vacibə görə tozu boğaza yetişdirmək.
6. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq.
7. Axıcı şeylərlə imalə etmək.
8. Qəsdən qusmaq.
Bunların hökmləri aşağıdakı məsələlərdə şərh olunacaqdır.
1. Yemək və içmək
Əgər oruc tutan şəxs oruc tutduğunu bilə-bilə qəsdən bir şey yesə, ya içsə orucu batil olar, istər çörək və su kimi yeyilməsi adət olan şeylərdən olsun, istərsə də torpaq və ağac şirəsi kimi yeyilməsi adət olmayan şeylərdən olsun; istər az olsun, istərsə də çox, hətta əgər diş fırçasını ağızdan çıxarıb yenə ağızına daxil etsə və onun rütubətini udsa, oruc batil olur. Amma əgər fırçanın rütubəti «xarici rütubətdir» deyilməyəcək şəkildə ağızın suyunda aradan gedərsə, onu udmağın eybi yoxdur.
Yeməyə məşğul olarkən, sübh olduğunu bilsə, gərək ağzından tikəni çıxartsın, əgər qəsdən udsa, orucu batildir və sonradan deyiləcək göstərişə görə ona kəffarə də vacib olar.
Əgər oruc tutan kəs bir şeyi səhvən yesə, ya içsə, orucu batil olmaz.
Ampul (iynə) və sirom (sistem) orucu batil etmir, hərçənd ampul bədəni gücləndirmək üçün, yaxud sirom qəndli-duzlu olsa belə. Həmçinin təngənəfəslik (astma) üçün istifadə olunan isperi də eynilə; əgər dərmanı təkcə ağ ciyərə daxil etsə, orucu batil etməz. Eləcə də gözə və ya qulağa dərman tökülməsi də orucu batil etməz, hətta onun dadı boğaza çatsa belə. Əgər dərmanı buruna tökslər və o, boğaza çatmasa orucu batil etmir.
Əgər oruc tutan dişinin arasında qalan bir şeyi qəsdən udsa, orucu batil olar.
Oruc tutmaq istəyən şəxsə azandan əvvəl dişlərini təmizləmək lazım (vacib) deyildir. Amma əgər dişlərinin arasında qalan yemək qırıntısının, gündüz boğazına yetişəcəyini bilirsə, təmizləməsi gərəkdir.
Ağız suyunu udmaq, turş və turşa bənzər şeyi xəyala gətirməklə ağızda toplaşan suyu udmaq orucu batil etmir.
Sinə və başdan gələn ağız boşluğuna çatmamış bəlğəmi udmağın eybi yoxdur. Amma vacib ehtiyat odur ki, ağız boşluğuna daxil olsa, onu udmasınlar.
Əgər oruc tutan şəxs susdayarsa və su içmədiyi təqdirdə, öləcəyindən və ya ona bir zərər dəyəcəyindən, ya da dözülməyən bir çətinliyə düşəcəyindən qorxarsa, bu işlərin qorxusunu aradan aparacaq qədər su içə bilər. Hətta ölüm və sair kimi qorxu olan yerlərdə içməsi vacibdir. Amma bu halda onun orucu batil olur. Əgər Ramazan ayıdırsa, lazım ehtiyata əsasən gərək ondan artıq içməsin və günün qalanında orucu batil edən işlərdən çəkinsin.
Adətən yeməyin boğaza yetişməsinə səbəb olmayan uşaq və quş üçün yeyintini çeynəmək və ya yeməyin dadına baxmaq (təsadüfən boğaza yetişsə belə) orucu batil etməz. Amma əgər insan, əvvəlcədən yeməyin boğaza çatacağını bilirsə, orucu batil olur və qəzasının tutması, həmçinin kəffarə də verməsi ona vacibdir.
İnsan zəifliyi üzündən orucunu yeyə bilməz. Amma əgər onun zəifliyi adətən dözülməsi mümkün olmayacaq dərəcədədirsə, orucu yeməsinin eybi yoxdur.
2. Cima
Cima orucu batil edər; hətta əgər təkcə sünnət yeri miqdarında daxil olsa və məni gəlməsə belə.
Əgər sünnət yerindən az miqdarı daxil olsa və məni gəlməsə, oruc batil olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa belə, orucu batil olur.
Əgər qəsdən cima etmək istəsə və sünnət yeri qədər daxil olub-olmadığında şəkk edərsə, bunun hökmü 1551-ci məsələyə müraciət etməklə aydın olar. Əgər batil edən bir iş görməyibsə ona kəffarə vacib olmaz.
Əgər şəxs oruc olduğunu unudub yaxınlıq etsə, yaxud onu cima etməyə məcbur etsələr, belə ki, bu iş onun ixtiyarından kənar olsa, onun orucu batil olmaz. Amma əgər cima halında yadına düşsə, yaxud məcburiyyət onun üzərindən götürülərsə, gərək dərhal cima halından çıxsın, əgər çıxmasa, onun orucu batildir.
3. İstimna
Əgər oruc tutan istimna etsə orucu batil olar.
Əgər insandan ixtiyarsız məni xaric olsa, orucu batil deyildir.
Oruc tutan şəxs, gündüz yatacağı təqdirdə, mühtəlim olacağını (yəni yuxuda ondan məni gələcəyini) bilirsə, yatmamaqla əziyyətə düşməsə belə, yatması caizdir. Əgər yataraq mühtəlim olarsa, orucu batil olmaz.
Əgər oruc tutan, məni xaric olarkən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.
Oruc tutub mühtəlim olan şəxs bövl etmək vasitəsilə məninin qalanının məcradan xaric olacağını bilirsə belə, bövl edə bilər.
Mühtəlim olmuş oruc tutan şəxs, məcrada məni qaldığını və əgər qüsldən qabaq bövl etməzsə, qüsldən sonra məninin xaricə çıxacağını bilirsə, qüsldən qabaq bövl etməsi ehtiyat-müstəhəbdir.
Məni xaricə çıxarmaq məqsədi ilə zarafat edən, yaxud özü ilə oynayan şəxsdən məni gəlməsə, yenidən oruc qəsdi etməsə orucu batildir. Əgər oruc niyyəti etsə, lazım-ehtiyata əsasən o orucu tamamlayıb sonra qəzasını da tutmalıdır.
Əgər oruc tutan bir şəxs, məni çıxarmaq məqsədi olmadan, məsələn; öz qadını ilə mazaqlaşarsa, ya zarafatlaşsa, özündən məni gəlməyəcəyindən əmindirsə, təsadüfən ondan məni gəlsə belə, orucu səhihdir. Amma əgər məninin gəlməyəcəyindən əmin deyilsə, məni gəldiyi təqdirdə orucu batil olur.
4. Allaha və Peyğəmbərə(s) yalan isnad vermək
Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və buna bənzər hər hansı bir yolla Allaha, Peyğəmbərə (s.ə.v.v) və on iki imamlardan (ə) birinə qəsdən yalan olan bir şeyi nisbət verərsə, hətta sonra dərhal «yalan dedim» deyərək tövbə etsə belə, lazım-ehtiyata əsasən orucu batil olar. Həmçinin Həzrət-Zəhraya (səlamullahi ələyha), digər peyğəmbərlərə və onların vəsilərinə də yalan bir şeyi nisbət vermək, ehtiyat-müstəhəb olaraq eyni hökmü daşıyır.
Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və hüccət olmasına dəlili olmayan bir rəvayəti nəql etmək istəsə, vacib ehtiyata əsasən gərək o rəvayəti birbaşa Peyğəmbərə (s.ə.v.v) və imamlara (ə) nisbət verməsin.
Əgər düz olmasına etiqadlı olduğu bir şeyi Allah, ya Peyğəmbər qövlündən nəql etsə və sonra yalan olduğunu başa düşsə, orucu batil olmaz.
Əgər bir şeyin yalan olduğunu bilərək, onu Allaha və Peyğəmbərə nisbət versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, bu halda əgər bu işin orucu batil etdiyinə bilirmişsə lazım ehtiyata əsasən gərək orucu tamam etsin və qəzasını da əmələ gətirsin.
Əgər başqasının uydurduğu yalanı qəsdən Allaha, Peyğəmbərə (s.ə.v.v) və Peyğəmbərin canişinlərinə (ə) nisbət versə, lazım ehtiyata əsasən orucu batil olur. Amma əgər o yalanı uyduran şəxsin dilindən nəql edərsə, eybi yoxdur.
Əgər oruc tutandan «Peyğəmbər (səlləllahu ələyhi və alihi) belə bir söz buyurmuşdurmu» deyə soruşsalar «yox» əvəzinə qəsdən «bəli» desə, yaxud «bəli» əvəzinə qəsdən «yox» desə, lazım ehtiyata əsasən orucu batil olur.
Əgər Allahın və Peyğəmbər (səlləllahu ələyhi və alih)-in adından düz sözü desə də, sonra «yalan demişəm» desə, ya gecə onlara bir yalanı isnad verib sabahkı gün oruc olub desə ki, «dünən gecə dediyim söz düzdür» ehtiyata əsasən, orucu batil olur. Amma əgər məqsədi verdiyi xəbərin təfsilatını bəyan etmək olsa orucu batil olmur.
5. Tozu boğaza çatdirmaq
Vacib ehtiyata əsasən, qatı tozu boğaza yetişdirmək orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun.
Qatı olmayan tozun boğaza yetişdirmək orucu batil etmir.
Əgər külək vasitəsilə qatı toz əmələ gəlsə, insan bundan bildiyi və bacardığı halda qorunmasa və həmin toz boğaza yetişsə, vacib ehtiyata əsasən orucu batil olar.
Vacib ehtiyat odur ki, oruc tutan, siqaret, tənbəki tüstüsünü və bu kimi şeyləri boğaza çatdırmasın.
Əgər diqqətsizlik səbəbindən toz, tüstü və bu kimi şeylər oruc tutanın boğazına yetişərsə, boğazına yetişməyəcəyinə yəqin və ya xatircəmliyi olmuşdursa, orucu səhihdir. Amma əgər boğazına yetişməyəcəyini zənn etmişdirsə, o günün orucunu qəza etməsi daha yaxşıdır.
Əgər oruc olduğunu unudub, diqqətsizlik edərsə və ya özündən asılı olmayaraq toz və bu kimi şeylər onun boğazına yetişərsə, orucu batil olmaz.
Başın hər yerini bütünlüklə suya salmaq orucu batil etmir, lakin şiddətli kərahəti var.
6. Sübh azanına qədər cənabət heyz və nifas halinda qalmaq
Əgər cünub olan şəxs, Ramazan ayında qəsdən sübh azanına qədər qüsl etməsə, yoxsa vəzifəsi təyəmmüm olan halda qəsdən təyəmmüm etməzsə, gərək o günün orucunu tamamlasın, başqa bir günü də oruc tutsun. Həmin günün də qəza, yoxsa üqubət (cəza) orucu olması məlum olmadığından həm o günün orucunu Ramazan ayından, həm də o günün yerinə tutacaq orucu mafizzimmə qəsdi ilə tutmalı, qəza niyyəti də etməməlidir.
Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir kəs sübh azanına qədər qəsdən cünub halda qalsa o günü oruc tuta bilməz. Əgər qəsdən olmasa, o gün oruc tuta bilər, baxmayaraq ki, ehtiyat onu tərk etməkdədir.
Ramazan ayı orucu və onun qəzasından başqa, digər vacib və müstəhəb orucda, cünub insan qəsdən sübh azanına qədər cənabətli qalsa, o günü oruc tuta bilər.
Ramazan ayı gecəsində cünub olan bir şəxs, əgər qəsdən vaxt daralıncaya qədər qüsl etməzsə, gərək təyəmmüm edib oruc tutsun və orucu səhihdir.
Əgər cünub Ramazan ayında qüslünü unutsa və bir gündən sonra yadına düşsə, gərək o günün orucunun qəzasını tutsun. Əgər bir neçə gündən sonra yadına düşsə, cünub olduğunu yəqin bildiyi bütün günlər üçün qəza etsin, məsələn; əgər üç, ya dörd gün cünub olmasını bilməsə, gərək üç günün orucunu qəza etsin.
Ramazan ayı gecəsində qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmayan şəxs, özünü cünub edərsə, orucu batildir, qəza və kəffarə də ona vacibdir.
Əgər qüsl üçün vaxt olmadığını bilsə və özünü cünub etsə, yaxud vaxt ola-ola qəsdən vaxt daralıncaya qədər qüslü təxirə salsa, günahkar olmasına baxmayaraq təyəmmüm etsə, orucu səhihdir.
Ramazan ayı gecəsində cünub olan şəxs, yatdığı təqdirdə, sübhə qədər oyana bilməyəcəyini bilərsə, ehtiyat vacibə görə qüsl etmədən yatmamalıdır. Əgər qüsl etməzdən qabaq ixtiyari olaraq yatsa və sübhə qədər oyanmasa, o günün orucunu tamamlamalıdır, qəza və kəffarə də ona vacib olur.
Cünub olan bir şəxs, Ramazan ayı gecəsində yatıb sonra oyanarsa, belə ki, yenidən yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına ehtimal versə, yata bilər.
Ramazan ayı gecəsində cünub olan bir şəxs, yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına yəqini olsa, yaxud əmin olarsa, əgər oyandıqdan sonra qüsl etmə qərarında olub, bu qərarla yatarsa və sübhə qədər yuxudan ayılmazsa, orucu səhihdir.
Ramazan ayı gecəsində cünub olan və yatacağı təqdirdə sübh azanından qabaq oyanacağına əmin olmayan şəxs oyandıqdan sonra qüsl etməli olduğundan qəflətdə olarsa, əgər yatarsa və sübh azanına qədər oyanmazsa, ehtiyata əsasən o orucun qəzası ona vacib olur.
Ramazan ayı gecəsində cünub olan və yatarsa, sübh azanından qabaq oyanacağına əmin olan və ya ehtimal verən bir şəxs, oyanacağından sonra qüsl etmək istəməzsə, əgər yatarsa və sonra oyanmazsa, o günün orucunu tamamlamalıdır, qəza etməsi vəkəffarə də verməsi lazımdır. Oyanacağından sonra qüsl edib-etməmək barəsində tərəddüdü olduğu təqdirdə də lazım ehtiyat odur ki, eyni hökmü daşıyır.
Cünub olan bir şəxs, Ramazan ayı gecəsində (bir dəfə) yatıb-oyandıqdan sonra ikinci dəfə yatacağı təqdirdə, sübh azanından qabaq oyanacağına əmin olarsa və ya ehtimal verərsə, habelə, oyandıqdan sonra qüsl etmək qərarında olarsa, belə ki, yenidən yatsa və sübh azanına qədər oyanmasa, o günün orucunu qəza etməlidir. Əgər ikinci yuxudan oyandıqdan sonra üçüncü dəfə yatıb, sübh azanına qədər oyanmazsa, o günün orucunu qəza etməlidir, kəffarə də verməsi ehtiyat müstəhəbdir.
İnsanın mühtəlim olması baş verən yuxu, birinci yuxu hesab olunur. Buna əsasən, əgər oyandıqdan sonra yenidən yatsa və sübh azanına qədər oyanmasa, əvvəlki məsələdə deyildiyi kimi, gərək o günün orucunu qəza etsin.
Əgər oruc tutan gündüz mühtəlim olsa, dərhal qüsl etməsi vacib deyil.
Ramazan ayında, sübh azanından sonra oyanıb mühtəlim olduğunu görərsə, azandan qabaq mühtəlim olduğunu anlasa belə, orucu səhihdir.
Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs, əgər sübh azanından sonra oyanıb, mühtəlim olduğunu görərsə və sübh azanından qabaq mühtəlim olduğunu anlayarsa, o günü Ramazan ayı orucunun qəzası niyyəti ilə oruc tuta bilər.
Əgər qadın sübh azanından əvvəl heyz, yaxud nifasdan pak olsa və qəsdən qüsl etməsə və ya vəzifəsi təyəmmüm olduğu halda təyəmmüm etməsə, gərək o günün orucunu tamamlasın, qəzasını da tutsun. Ramazan ayının qəzasında da qəsdən qüsl və ya təyəmmüm etməsə, ehtiyat vacibə görə o günü oruc tuta bilməz.
Ramazan ayı gecəsində heyz və ya nifasdan pak olsa, vaxt daralıncaya qədər qəsdən qüsl etməsə, gərək təyəmmüm etsin, (bu halda) o günün orucu səhihdir.
Əgər qadın, sübh azanından əvvəl Ramazan ayında heyz, yaxud nifasdan pak olsa və qüsl etməyə vaxtı olmasa, gərək təyəmmüm etsin, amma sübh azanına kimi oyaq qalmaq lazım deyil. Vəzifəsi təyəmmüm olan cünubun da hökmü belədir.
Əgər qadın Ramazan ayında sübh azanına yaxın heyz və nifas qanından pak olsa və qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmazsa, orucu səhihdir.
Əgər qadın, sübh azanından sonra heyz və nifas qanından pak olsa, yaxud gün arasında heyz ya nifas qanı görsə, axşama yaxın olsa da orucu batildir.
Əgər qadın, heyz, yaxud nifas qüslünü unutsa, bir, ya bir neçə gündən sonra yadına düşsə, tutduğu oruclar səhihdir.
Əgər qadın Ramazan ayında sübh azanından qabaq heyz və ya nifas qanından pak olsa və qüsl etməkdə səhlənkarlıq edib, sübh azanına qədər qüsl etməzsə və vaxt daraldığı zaman təyəmmüm də etməzsə, o günün orucunu tamamlamalı, qəzasını da etməlidir. Amma əgər səhlənkarlıq etməzsə və məsələn; qadınlar hamamının açılmasını gözləyərsə, üç dəfə yatıb azana qədər qüsl etməsə belə, təyəmmüm etməkdə də səhlənkarlıq etməzsə, orucu səhihdir.
Kəsirə istihazəli olan qadın, hərçənd boynuna vacib olan qüslləri istihazə hökmlərinə, 394-cü məsələsində deyildiyi şəkildə əməl etməsə də belə, orucu səhihdir. Həmçinin mütəvəssitə istihazəli qadın qüsl etməsə belə, orucu səhihdir.
Məss-meyyit edən şəxs, yəni bədəninin bir yerini meyyitin bədəninə toxunduran məssi-meyyit qüslü etmədən oruc tuta bilər, əgər oruc halında meyyitə məss etsə də, orucu batil olmaz.
7. İmalə etmək (klizma)
Axıcı şeylə imalə etmək, çarəsizlik və müalicə üzündən də olsa, orucu batil edər.
8. Qusmaq
Hərgah oruc tutan qəsdən qussa, əgər xəstəlik və bu kimi səbəblərin çarəsizliyindən olsa da, orucu batildir. Amma əgər ixtiyarsız və ya səhvən qussa, eybi yoxdur.
Əgər gecə, gündüz qusacağına səbəb olmasını bildiyi bir şeyi yeyərsə, orucu səhihdir.
Əgər oruc tutan qusmasının qarşısını ala bilsə, əgər onun təbinə hadis olmuşsa, qarşısını alması lazım (vacib) deyil.
Oruc tutan kimsənin boğazına milçək düşərsə, əgər onun qarnına getməyi yemək deyilməyəcək qədər boğazdan aşağı enmişsə, onu xaricə çıxarmaq lazım deyil və orucu da səhihdir. Amma əgər bu qədər aşağı getməmişsə, qusmaq belə lazımsa, onu xaricə çıxarmalıdır. Amma əgər qusmanın ona zərəri, ya da artıq məşəqqəti olsa, xaricə çıxarması lazım deyil. Bu halda əgər onu qusaraq çıxarmazsa və udarsa orucu batil olur. Əgər onu qusaraq çıxarsa da orucu batil olur.
Əgər oruc tutan səhvən bir şeyi udsa və mədəsinə çatmamışdan əvvəl oruc olduğunu yadına salsa, onu mədəsinə daxil edəcəyi təqdirdə artıq yeyilmək adlanmayacaq qədər aşağı enmişsə, onu bayıra çıxarması lazım deyil və orucu da səhihdir.
Əgər gəyirməklə bir şeyin boğazından çıxacağına yəqin etsə, bu, qusmaq adlanacaq tərzdədirsə, gərək qəsdən gəyirməsin, amma əgər yəqini olmasa, eybi yoxdur.
Əgər oruc tutan bir şəxs, gəyirdiyi zaman boğazına və ya ağzına bir şey gələrsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız udarsa, orucu səhihdir.
Orucu batil edən şeylərin hökmləri
Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma cünub olan şəxs, əgər 1602-ci məsələdə deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl etməsə, orucu batil olar. Amma əgər insan, orucu batil edən şeylərdən bəzisinin orucu batil etdiyini bilməzsə, bu bilməməzlikdə səhlənkarlıq etməzsə, və bu barədə bir şübhəsi də olmasa ya da, şəri bir dəlilə istinadı olsa və o işi görərsə, yemək, içmək və cimadan başqa şeylərdə orucu batil olmaz.
Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini yerinə yetirsə və belə xəyal etsə ki, orucu batil olubdur və qəsdən ikinci dəfə o işlərdən görsə, keçən məsələdəki hökm ona da aid olar.
Əgər oruc tutan bir şəxsin boğazına zorla bir şey töksələr, orucu batil olmaz. Amma əgər onu, orucunu yemək, içmək və ya cima ilə pozmağa məcbur etsələr, məsələn; əgər ona «yemək yemədiyin təqdirdə, malına və canına zərər verəcəyik» desələr, o da zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olar. Bu üç şeydən başqalarında da ehtiyat vacibə görə batil olur.
Oruc tutan, kiminsə bir şeyi onun boğazına tökəcəyini, ya özünün orucunu batil edəcəyinə məcbur olunacağını bildiyi yerə gərək getməsin. Əgər getsə və çarəsizlik üzündən orucu batil edən işlərdən görsə, onun orucu batil olar. Əgər boğazına zorla bir şey tökərlərsə, lazım ehtiyata əsasən, eyni hökmü daşıyır.

Səhifələr: [1] [2]