İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Təqvim

«  May 2011  »
BeÇaÇşCaCmŞbBz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il
Baş səhifə » 2011 » May » 21 » Nübüvvət
04:11
Nübüvvət
Bidiyiniz kimi Allah-Təala bəşərin kamilliyə və səadətə çatması üçün bir çox vasitələr yaratmışdır. Lakin Allah-Təala insanların öz içlərindən onun əmr, göstəriş, qadağalarını çatdıran peyğəmbərlər seçməsi onun əsas missiyalarındandır. Bəli Allah-Təala 124000 peyğəmbər təyin etməsi bunu söyləməyə əsas verir. 
Bəşərin peyğəmbərlərə ehtiyacı
Allah-Təala öz kamil qüdrəti ilə heç nəyə ehtiyacı olmadan varlıq aləmini və buradakı çeşidli məxluqatı yaratmış, onları öz saysız-hesabsız nemətləri ilə təmin etmişdir. 
İnsan və hər bir yaradılan, canlı və cansız aləm ilk yaranış günündən öz həyatının sonunadək Allahın nəzarəti ilə hər biri öz nizam və düzəni ilə müəyyən bir məqsədə doğru hidayət olunur və hərəkət edir. Hər bir varlıq nümunəsi bütün mərhələlərdə Allahın yardım və inayətindən bəhrələnir. 
Əgər təkcə öz yaşayışımızın müxtəlif mərhələlərini diqqətlə izləsək - yəni südəmər uşaqlıq dövrü, uşaqlıq, yeniyetmə çağı, gənclik, yetkinlik və qocalıq çağlarını nəzərdən keçirsək, öz vicdanımız Allahın bizə etdiyi yardımı yadımıza salar və ona şahidlik edər. Bu məsələyə ağıllı tərzdə yanaşaraq mühakimə yürütsək, Allahın öz yaratdığı xilqətinə hər şeydən və hər kəsdən daha mehriban və yaxın olması bizim üçün şəksiz -şübhəsiz aydınlaşar. Allah həmin rəhmət və mehribanlığına görə xilqətin məsləhətinə uyğun tədbir görür, hikmət və məsləhət olmadan heç bir şeyin xarab olmasına və məhvinə izn vermir. 
İnsan Allahın yaratdığı xilqətdən (yaradılışından) biridir, insanın xoşbəxtliyi və mənafeyi onun dünya və hadisələrə gerçək gözlə baxmasını, yaxşı əməl göstərməsini, düzgün etiqada (əqidəyə), bəyənilmiş əxlaqa və yaxşı rəftara malik olmasını tələb edir. İnsan öz fitri ağlı ilə yaxşı və pisi seçərək hər şeyi öz yoluna qoya bilər. 
Ancaq bilmək lazımdır ki, ağıl təklikdə bütün çətinlikləri və düyünləri aça bilməz, insanı bütövlükdə gerçəkliyi tam aydın görməyə və yaxşı əmələ yönəldə bilməz. Çünki insan cəmiyyətində müşahidə edilən bu qədər xoşagəlməz sifətlər və pis işlər məhz ağıl və şüur sahibi olan insanlardan baş verir. Deməli, ağıl nəfsin tələbi ilə öz həvayi-nəfsinə və mənfəətinə uyaraq insaniyyət duyğularını nəfsə qurban verir. 
Bu və başqa səbəblərə görə Allah-Təala insanları öz nəfsinin əmrinə baş əyməyən başqa yol və vasitələrlə idarə etməli olur. İnsanları xəta və səhvlərdən çəkindirən, onları gerçək insani səadətə qovuşduran bu yol nədən ibarətdir? Bu yeganə yol peyğəmbərlik yoludur.
Peyğəmbərlər
Bizim ağılımızın dərin mühakimə və hökmünə əsasən bəşərin doğru yola yönəlməsi üçün onun üzərinə peyğəmbərlik qapısı açılmalıdır. Həmin yol doğrudan da bəşərin üzünə açılmışdır. Bir sıra insanlar Allah tərəfindən göndərilmiş, onlar vasitəsilə camaat üçün etiqad və əməli rəftar qaydaları çatdırılmışdır. Peyğəmbərlər insanları doğru yola dəvət üçün gəlmişlər. Onlar öz dəvətinin düzgünlüyünü və doğruluğunu, təbliğ etdikləri dinin gerçəkliyini xalqın anladığı bir yolla sübut etmiş, öz tərbiyyə məktəbində ləyaqətli şəxsiyyətlər yetişdirmişlər. 
Peyğəmbərlər Allah tərəfindən xeyir və şər, səadət və bədbəxtlik yollarını xalqa ayırd edir, iman gətirənlərə savab müjdəsi verir, onları Allahın rəhmətinə ümidvar edir, zalımları və imandan boyun qaçıranları Allahın əzabı ilə qorxudur. İnsan isə bu yollardan hər birini qəbul etməkdə və seçməkdə ixtiyar sahibidir. Bir sözlə insan bu xeyir yolu seçib əməl etdikdə, ona imanlı şəxs deyirlər. Bizə aydın olur ki, ağılla xeyir və şəri bilməkdən əlavə insanlara Allah tərəfindən bəxş olunan və insan öz ixtiyarı ilə əldə edəcəyi iman gərəkdir ki, bu bildiklərini öz həyatında icra etsin. 
Allah-Təala insanları sadə yolla dinə, imana gəlməsi və kamilliyə çatması üçün əvvəlcə vəhy yolu ilə peyğəmbərlərə öz əmrlərini çatdırır, daha sonra peyğəmbərlər öz vəzifələrinə əməl edərək insanlara təbliğ edir və pis əməllərdən çəkindirirlər. 
Allah-Təala Qurani-Kərimdə buyurur: «Biz peyğəmbərləri (iman gətirənlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allah üçün bəhanə yeri qalmasın. Allah yenilməz qüdrət və hikmət sahibidir» (Nisa surəsi ayə 165) 
Peyğəmbərə xas sifətlər
Deyilənlərin nəticəsinə görə peyğəmbərlərə xas olan aşağıdakı sifətləri ümumilləşdirmək olar: 
1. Öz peyğəmbərlik vəzifəsini yerinə yetirməkdə xətadan uzaq və günahsız olur, unutqanlığa və başqa zehni xətalara yol verməzlər. Çünki peyğəmbərlər onlara vəhy olunanları düzgün qəbul etməli və səhvsiz-xətasız xalqa çatdırmalıdırlar. Belə olmasa ilahi hidayət (camaatı düz yola yönəltmək) öz hədəfinə yetişməz, ümumi hidayət qanunu etibardan düşərək insanlara təsir göstərməz. 
2. Öz danışıq və rəftarında günah və yanlışlıqdan uzaq olar, çünki onda məsiyyət (günah etmə) əlaməti olarsa təbliğin təsiri olmaz. Əməli ilə sözü düz gəlməyən şəxslərə camaat qiymət verməz. İnsanın əməlini sözləri ilə ölçüb ona dəyər verərlər. 
Bu iki məsələni bir ifadə ilə yekunlaşdırmaq olar: peyğəmbərlərin dini təbliğin düzgün və təsirli olması üçün o özü xəta və günahlardan pak olmalıdır. 
3. Əxlaqi fəzilətlər- diyanət, iffət, şücaət və ədalət kimi sifətlər bəyənilmiş sifətlər sayılır. Hər sayaq günahdan pak olan şəxs gerçək ilahi dinə tabe olmaqla heç vaxt qeyri-əxlaqi sifətlərə bulaşmaz. Deməli, peyğəmbərlər əxlaqi fəzilət sahibi olmalıdır. 
Peyğəmbərlər bəşər arasında
Tarixdən bəllidir ki, peyğəmbərlər bəşər arasından çıxaraq insanları ilahi dinə dəvət etməyə qalxmışlar. Əksər peyğəmbərlərin həyat yolu tarixi sənədlərlə aydın təsvir və təsdiq edilməmişdir. Təkcə Həzrəti-Muhəmmədin (s) həyatı gerçək sənədlə təsdiq edilib və burada qaranlıq məqamlar yoxdur. Qurani-Kərim isə yeganə təhrif olunmamış səmavi kitabdır və İslamın ali məqsədlərini bəyan edir. Bu kitabda keçmiş peyğəmbərlərin dəvəti açıqlanır, onların hədəf və məqsədi diqqətə çatdırılır. Qalan dini kitabların hamısı təhrif edilmişdir. 
Qurani-Kərimdə deyilir ki, Allah tərəfindən insanlara doğru çoxlu peyğəmbərlər gəlmiş, onlar isə «birlik» sözü ilə bəşəri haqq din olan təkallahlıq dininə, yəni tovhidə dəvət etmişlər. 
Qurani-Kərimdə buyurulur: «(Ya Muhəmməd) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona «Allahdan başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin»- deyə vəhy etmədik (deyilməsin)». (Ənbiya surəsi ayə 25)
Şəriət sahibi olan peyğəmbərlər
Qurani- Kərim eyni zamanda bəyan edir ki, bütün peyğəmbərlər kitaba və şəriətə malik olmamışlar. Allah-Təala Qurani-Kərimdə belə buyurur: «(Ya Peyğəmbər) Allah «Dini qoruyub saxlayın, ona düzgün riayət edin, dində ayrılığa düşməyin»- deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə (ə), Musaya (ə) və İsaya (ə) tövsiyə etdiyini dində sizin üçün qanuni (şəriətə uyğun) etdi. Sənin dəvət etdiyin (təkallahlıq dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona doğru qayıdan kəsi də doqru yola yönəldər». (Şura surəsi ayə 18) 
Peyğəmbərlər arasında beş nəfər böyuk peyğəmbər sayılır ki, onlar şəriət sahibidir: 
1. Həzrəti Nuh (ə)
2. Həzrəti İbrahim (ə) 
3. Həzrəti Musa (ə) 
4. Həzrəti İsa (ə) 
5. Həzrəti Muhəmməd (s). 
Hər bir peyğəmbərin şəriəti özündən əvvəlki peyğəmbərin şəriətini tamamlayır.
Allahın göndərilmişləri isə beş deyil, belə ki, hər ümmət üçün peyğəmbər göndərilmişdir. Allah-Təala bəşər üçün çoxlu peyğəmbərlər göndərmişdir ki, Quranda onlardan 25 nəfərin adı çəkilir.
Allah-Təala Qurani Kərimdə buyurur: «Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz» (Yunis surəsi ayə 47).
Hər peyğəmbərdən sonra gələnlər xalqı peyğəmbərlərin şəriətinə dəvət etmiş və peyğəmbərlərin göndərilməsi Həzrəti Muhəmmədə (s) qədər davam etmişdir. Nəhayət, Allah-Təala sonuncu peyğəmbər Həzrəti Muhəmmədi (s) göndərməklə bu məsələni xətm etmişdir. Allah bununla sonuncu ən mükəmməl səmavi kitabı və kamil dini qanun-qaydaları Yer üzərində insanları doğru yola yönəltmək üçün göndərdi. Bu din, bu kitab və bu şəriət qiyamətə qədər həmişə canlı qalacaqdır. //islam-azeri.az
Baxılıb: 1233 | Müəllif: Elcin | Reytinq: 0.0/0
Şərhlər: 1
0
1) Lilly (14.11.2011 12:03) [Материал]
That's 2 cvleer by half and 2x2 clever 4 me. Thanks!

Имя *:
Email *:
Код *: