İslam — (ərəb. الإسلام, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:
İslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilib.
Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə...
Dahi Nizaminin vətəni, qədim mədəniyyət abidəsi - Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzündə, Gəncə çayın hər iki sahilində yerləşir.
Gəncə şəhərində 504 tarixi abidə siyahıya alınıb. Bunlardan 288-nin dövlət tərəfindən qorunur.
Həzrəti Muhəmməd (s) hicri təqvimlə 570-ci ildə Məkkə şəhərində (Səüdiyyə Ərəbistanı) anadan olub...
Allah təbarəkə və təalanın 99 gözəl və müqəddəs adları və onların mənaları...
"Əhli-beyt" sözü lüğətdə "ev əhli" mə`nası verməsinə baxmayaraq, istilahi mə`nada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir.
Allah-Təala buyurur: "İman gətirən bəndələrimə de ki, namaz qılsınlar!.." (İbrahim surəsi, ayə 31)
Sizi maraqlandıran hər bir sualları bizə təqdim edə bilərsiniz, o cümlədən sayt haqqında öz təəsüratlarınızıda bölüşə bilərsiniz..
"Təqlid” sözü ərəb mənşəli olub, lüğətdə əsl mə`nası "öhdəsinə bir şey almağa” deyilir...
İslam fəlsəfəsi mürəkkəb bir elm olaraq antologiya, qnoseologiya‒ idrak nəzəriyyələri kimi müxtəlif məsələlərdən bəhs edir.
bu bölümün köməkliyi ilə saytın inzibati heyəti ilə və ümumilikdə idarəçilərlə əlaqə saxlaya bilərsiniz
Kral Abdullahın tapşırığına əsasən həyata keçirilən layihənin sonunda Məkkənin əl-Həram bölgəsinin görünüşü tamamilə dəyişəcək
Hər il 200-dən çox ölkədən milyonlarla hacılığa namizədin axışdığı Məkkə yenidən inşa edilir. Kral Abdullahın tapşırığına əsasən həyata keçirilən layihənin sonunda Məkkənin əl-Həram bölgəsinin görünüşü tamamilə dəyişəcək. Artıq sosial şəbəkələr və "youtube”də "Yeni Məkkə” layihəsinin 3D görüntüləri də yayılıb. Videoda Məkkənin və Kəbənin 20 il sonrakı halını görmək mümkündür.
Qeyd edək ki, layihəyə görə Kəbənin ətrafındakı bir çox evlər, həmçinin kral sarayı söküləcək. Layihə başa çatdıqdan sonra zəvvarlar Ciddə hava limanından Məkkəyə xüsusi dəmir yolu xətti – "Hacı ekspress” vasitəsilə 2 saat yarıma gedə biləcəklər.Məkkənin görünüşünü dəyişəcək bu layihənin icrası «Absal» şirkəti tərəfindən həyata keçirilir. Plana əsasən, Kəbənin ətrafında 560 kv.metrlik sahədə heç bir bina olmayacaq. Həmin sahəyə düşən 7000 bina söküləcək, onların yerinə 12 zolaqlı yol salınacaq. Kəbəyə yaxın yerlərdə əlavə 35 yeni mehmanxana tikiləcək. 4, 5 və 7 ulduzlu mehmanxanalarda 4 ... ƏTRAFLI »
Quran Allah kəlamı olaraq bəşəriyyətin hidayəti üçün göndərdiyi müqəddəs kitablar sırasında sonuncu və Onun nazil etdiyi formada təhrifdən amanda qalıb bizə yetişən mükəmməl və misilsiz kitabdır. O nə məzmun, nə də ifadə tərzi baxımından tayı bərabəri olmayan ilahi kəlamlar məcmuəsidir.
Quran insanı hidayət edən, onu tərbiyələndirən, yaşayış tərzini göstərən bir öyrətməndir. Onda, iman, təqva hidayət nuru, dünyəvi və axirət səadəti, insaniyyət, əxlaq, nizam-intizam, ilahi qanun və s. Təlim-tərbiylər vardır.
14 əsr bundan öncə bəşəriyyətə qismət olan bu müqəddəs kitabın möcüzəliyi ondadır ki, orada bir sıra təbiət elmlərinə işarə olunmuş, kainatın bəzi sirlərinin üzərindən pərdə götürmüşdür. Lakin müxtəlif sahələrə aid elmi kəşflərin mövcud olmasına baxmayaraq biz bu ilahi kitaba bütün elmləri əhatə edən ensiklopediya gözü ilə baxmamalı, onu islah və hidayət edən, bəşəriyyəti qəflət yuxusundan və cəhalət girdabından azad edən, onlara səadət bəxş edən yeganə kitab kimi münasibət bəsləməliyik.
... ƏTRAFLI »
İndoneziyali xanım Hiravati Vidodo maqnit xassəli hicab (baş örtüyü) ixtira edib. Maqnit xassəli saplardan toxunmuş bu hicab baş ağrıları və beyin xəstəliklərinin sağalması üçün olduqca faydalıdır.
Digər hicablardan yalnız sapları ilə fərqlənən bu hicab İndoneziya və Malaziyada müsəlman xanımlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Tibb mütəxəssislərinin nəzərincə bu hicab beyin xəstəlikləri və baş ağrılarından əlavə bədəndə olan digər ağrıların da azalması üçün faydalidır və qadınlarda qan azlığı xəstəliyini müalicə edir.
Yuxarıdakı ayədə qeyd edilən ərəb dilindəki "sada” kəlməsi Azərbaycan türkcəsində "yarılmaq”, "çatlamaq” mənalarına gəlir. Allahın Yerin yarılmasına and içməsi diqqəti Quranın başqa elmi möcüzələrində olduğu kimi burada da bir məsələyə yönəldir. 1945-46-cı illərdə alimlər mineral mənbələri tədqiq etmək üçün ilk dəfə dənizlərin və okeanların dibinə endilər. Onların tədqiqatlarında diqqətçəkən məsələsi ilə bağlı idi. Yerin üst səthindəki dağlıq təbəqə şimal-cənub və şərq-qərb istiqamətli olub on minlərlə kilometr uzunluğunda çoxsaylı və geniş çatlarla (fay) yarılmışdı. Bundan əlavə, alimlər dənizlərin və okeanların altındakı 100-150 km dərinliklərdə ərimiş maqmanın olduğunu aşkarladılar. Dənizlərin ortasında yerləşən dağrdan bu yarıqlara görə lava axınları yayılır. Yer üzünün bu yarıqlı səthi kənara çox əhəmiyyətli miqdarda istilik saçır və ərimiş qayaların əksər hissəsi okeanlardakı təpələri meydana gətirir.Əgər Yer üzünün qabağında böyük miqdarda istiliyin kənara çıxmasına səbəb olan bu yarıq və çatlar olmasaydı, dünyada yaşamaq mümkün olmazdı.