İslam — (ərəb. الإسلام, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:
İslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilib.
Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə...
Dahi Nizaminin vətəni, qədim mədəniyyət abidəsi - Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzündə, Gəncə çayın hər iki sahilində yerləşir.
Gəncə şəhərində 504 tarixi abidə siyahıya alınıb. Bunlardan 288-nin dövlət tərəfindən qorunur.
Həzrəti Muhəmməd (s) hicri təqvimlə 570-ci ildə Məkkə şəhərində (Səüdiyyə Ərəbistanı) anadan olub...
Allah təbarəkə və təalanın 99 gözəl və müqəddəs adları və onların mənaları...
"Əhli-beyt" sözü lüğətdə "ev əhli" mə`nası verməsinə baxmayaraq, istilahi mə`nada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir.
Allah-Təala buyurur: "İman gətirən bəndələrimə de ki, namaz qılsınlar!.." (İbrahim surəsi, ayə 31)
Sizi maraqlandıran hər bir sualları bizə təqdim edə bilərsiniz, o cümlədən sayt haqqında öz təəsüratlarınızıda bölüşə bilərsiniz..
"Təqlid” sözü ərəb mənşəli olub, lüğətdə əsl mə`nası "öhdəsinə bir şey almağa” deyilir...
İslam fəlsəfəsi mürəkkəb bir elm olaraq antologiya, qnoseologiya‒ idrak nəzəriyyələri kimi müxtəlif məsələlərdən bəhs edir.
bu bölümün köməkliyi ilə saytın inzibati heyəti ilə və ümumilikdə idarəçilərlə əlaqə saxlaya bilərsiniz
Kral Abdullahın tapşırığına əsasən həyata keçirilən layihənin sonunda Məkkənin əl-Həram bölgəsinin görünüşü tamamilə dəyişəcək
Hər il 200-dən çox ölkədən milyonlarla hacılığa namizədin axışdığı Məkkə yenidən inşa edilir. Kral Abdullahın tapşırığına əsasən həyata keçirilən layihənin sonunda Məkkənin əl-Həram bölgəsinin görünüşü tamamilə dəyişəcək. Artıq sosial şəbəkələr və "youtube”də "Yeni Məkkə” layihəsinin 3D görüntüləri də yayılıb. Videoda Məkkənin və Kəbənin 20 il sonrakı halını görmək mümkündür.
Qeyd edək ki, layihəyə görə Kəbənin ətrafındakı bir çox evlər, həmçinin kral sarayı söküləcək. Layihə başa çatdıqdan sonra zəvvarlar Ciddə hava limanından Məkkəyə xüsusi dəmir yolu xətti – "Hacı ekspress” vasitəsilə 2 saat yarıma gedə biləcəklər.Məkkənin görünüşünü dəyişəcək bu layihənin icrası «Absal» şirkəti tərəfindən həyata keçirilir. Plana əsasən, Kəbənin ətrafında 560 kv.metrlik sahədə heç bir bina olmayacaq. Həmin sahəyə düşən 7000 bina söküləcək, onların yerinə 12 zolaqlı yol salınacaq. Kəbəyə yaxın yerlərdə əlavə 35 yeni mehmanxana tikiləcək. 4, 5 və 7 ulduzlu mehmanxanalarda 45 min müsəlman qala biləcək və burdakı otaqların hamısı Kəbəyə baxacaq.
İqtisadçılar yeni mehmanxanaların istifadəyə verilməsindən sonra krallığın həcc və ümrə mövsümündəki gəlirlərinin 27 milyard dollardan çox olacağını proqnozlaşdırırlar./azadlıq