Web Toolbar by Wibiya



İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.
Untitled Document

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Təqvim

«  May 2024  »
BeÇaÇşCaCmŞbBz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il
not not

Təvəlla (Allah dostları ilə dost olmaq)

Təvəllanın İslamda vacib olmasını bütün müsəlmanlar ixtilafsız olaraq qəbul edir və bu məsələ dinin zəruriyyatından olduğuna görə onda təqlid yoxdur. Lakin bu əməlin kimlərlə, necə, hansı şəraitlə və hansı yollarla olmasını bilməkdə müctehidə təqlid etmək vacibdir.

Təvəlla ərəb lüğətində dostluq, məhəbbət, Təbərra isə dönmə, üz döndərmə, əl çəkmə, rədd etmə, imtina etmə, özünü saxlama və s. kimi mənalarda işlənir. Bu iki kəlmə dini termindir və İslam dininin əsas vaciblərindəndir. Mənası isə Allahın, Peyğəmbərin, Əhli-beytin və möminlərin dostlarını və istədiklərini sevmək və məhəbbət bəsləmək, onlara itaət etmək və onların düşmənlərindən üz çevirməkdir.

   Fəzl bin Yəsar İmam Sadiqdən (ə) nəql edir ki, dostluq, sevgi, düşmənçilik və qəzəb barədə ondan soruşdum, İmam buyurdu: "İman Allaha xatir sevgi və düşmənçilikdən başqa bir şey deyil.”(1) Sonra bu ayəni oxudu: 
"...lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır!”(2).
   Ümumuyyyətlə imana və iman əhlinə məhəbbət bəsləmək İslam dininin maariflərindəndir. İmam Sadiqin kəlamına və oxuduğu ayəyə əsasən təvəllanı belə mənalandırırıq: Haqq yolda olduqlarına görə məsum imamları və onları sevənləri (şiələri) sevmək.
   Bu isə müsəlmanların öhdəsində olan Peyğəmbərin peyğəmbərliyinin mükafatıdır. Quran buyurur:"
 Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə (ümmətimə) bununla müjdə verir. (Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-Beytimə yaxın adamlarıma sevgidən başqa bir şey istəmirəm.(3) Bu ayə nazil olandan sonar bəzi səhabələr Peyğəmbərdən soruşdular ki, məhəbbəti və itaəti bizə vacib olan sənin yaxın adamların (Əhli-beytin) kimlərdi? Həzrət buyurdu:” Əli, Fatimə və onların övladları.”
   Rəsuli-əkrəm (s) buyurur: " Öz övladlarınızı üç şeylə tərbiyə edin:  Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla.”(4) 
   İmam Rizanın məşhur "Silsilətüz-zəhəb” hədisinə əsasən Əhli-beytə məhəbbət bəsləmək əməllərin qəbul olma şərtlərindəndir.(5) 
   Həzrət Peyğəmbər buyurub: "Allah hər kəsə imamların (Əhli-beytimin) sevgisini versə, ona dünya və axirət xeyirini vermişdir”(6)
   İmam Sadiq (ə) buyurub: "Qəlb Allahın hərəmidir, orada Allahdan qeyrisinə yer vermə.”(7)
   Əlbəttə Təvəlla bir vacib əməl olaraq şiələr və Əhli-beytə məxsus deyil. Təvəlla haqq və haqq əhlini sevib onlara itaət etmək, əməlləri onların əməlləriylə  uyğunlaşdırmaqdır. Allah-taala Quranda Peyğəmbəri vəsf etdikdə onun Öz Peyğəmbəri olduğunu və kafirlərə qarşı sərt, möminlərlə isə mərhəmətli olduğunu bildirir: "Muhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər...”(8) Əhli-beyt (ə) həmişə haqla olub, haqqa ən layiqli və düzgün şəkildə tabe olduqlarından şiələr onlara məhəbbət bəsləyirlər. 
   Dua və minacatlarda bu mövzuya açıq-aydın təkid olmuşdur. Nümunə olaraq bəzilərinə işarə edirik: Ramazan ayının 25-ci gününün duasında oxuyuruq: "İlahi! Bu ayda məni dostlarına məhəbbət bəsləyənlər və düşmənlərinə düşmən olanlardan qərar ver!”(9)
Həmçinin 16-cı günün duası belədir: "İlahi! Yaxşı insanlarla birlikdə olmaqda və pis insanlardan uzaq olmaqda mənə kömək et!” (10) Fitr bayramı namazının qunutunda belə dua oxunur: "İlahi! Sənin saleh bəndələrinin Səndən istədiklərini istəyirəm, onların nifrət etdiklərinə nifrət edirəm.”(11) Qiyamətdə insanlardan soruşulan suallardan biri də vilayət və təvəlladır. Quran təfsirçiləri "Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!” (12)-ayəsini izah edərkən bir hədisi vurğulayırlar: o gün beş şeydən sual olunacaq; Ömür, gənclik, mal-dövlət, nemət və vilayət.
  Müqəddəs İslam dini mömin və müsəlmanlar arasında möhkəm və sarsılmaz əlaqəyə təkid etməklə yanaşı möminləri kafirlər və münafiqlərlə ünsiyyət qurmaqdan çəkindirmişdir. Bunu bəyan edən bəzi ayələri nəzərinizdən keçiririk:
1. "Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz)...”(13)
Bəzi ayələrdə onlardan uzaq olmaq daha şiddətli şəkildə bəyan olmuşdur: "O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!”(14)
2. Başqa ayələrdə də kafirlərlə dost olmaq kəskin şəkildə pislənmişdir: "Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür... Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: "Biz də inandıq”, - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər... Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz...”(15)
3. "Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin”.(16)
4. "Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Muhəmmədi s ) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz)...” ,"İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” "Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!”(17)
  Sonda bir ayə və həzrət Əlinin dəyərli bir kəlamı ilə məqaləni tamamlayırıq. Allah-taala buyurur: "Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!”(18) 
   Həzrət Əli (ə) Kumeylə buyurub: "Ey Kumeyl! Məhəbbət bəsləməyib, mehribanlıq göstərmədiyin qardaşına qardaş deyilsən.”(19)