Web Toolbar by Wibiya



İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.
Untitled Document

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Təqvim

«  May 2024  »
BeÇaÇşCaCmŞbBz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il
not not

Həcc - İslam dinin sütunlarından biri.


Həccin hökmləri

Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Həcc ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olur:

1. Hədd-büluğa çatmış olsun.

2. Aqil və azad olsun.

3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır. Amma əgər bu halda həccə getsə, günah etməsinə baxmayaraq, həcci səhih olur.

4. Müstəti olsun.

Özünə məxsus evi olmadan ehtiyacını ödəməkdə çətinliyə düşən bir şəxsə, həcc, yalnız evin puluna sahib olduğu təqdirdə, vacibdir.

Məkkəyə gedə bilən qadın, qayıdandan sonra özünün malı olmasa və əri də məsələn, fəqir olub onun xərcini verə bilməsə və çətinliklə yaşamağa məcbur olsa, həcc ona vacib deyildir.

Yol azuqəsi və miniyi olmayan bir şəxsə, başqa birisi «sən həccə get, sənin həcc səfərində olduğun müddətdə sənin və ailənin tə`minatını mən ödəyəcəyəm» deyərsə, onun bu sözünə əmin oluna bilərsə, həcc ona vacib olar.

Bir şəxsə həccə getməsi üçün, həccə gediş-qayıdış məsrəflərini və bu müddət ərzində ailəsinin yaşayışını təmin edəcək qədər mal bağışlanarsa, hərçənd borclu olsa və həccdən qayıtdıqdan sonra yaşayışını təmin edəcək qədər malı olmasa da, həcc ona vacib olar. Amma əgər həcc günləri onun qazanc və iş günləri ilə eyni günlərə təsadüf olunarsa, belə ki, həccə getdiyi təqdirdə borcunu vaxtında qaytara bilməzsə və ilin digər günlərində məişət xərclərini, təmin edə bilməzsə, ona həcc vacib deyildir.

Əgər Məkkəyə gedib-gəlmə müddətində gedib-gəlməsinin və ailəsinin xərcini ona verib, ona «həccə get» desələr, lakin onun mülkü etməsələr, əgər geri almayacaqlarına xatircəm olarsa, həcc ona vacib olar.

Əgər bir şəxsə həccə kifayət edəcək qədər mal verilsə və Məkkə yolunda malı verənə xidmət etməsini şərt edərlərsə, həcc o şəxsə vacib olmaz.

Əgər birinə bir miqdar pul versələr və həcc ona vacib olsa, həccə getsə və gələndən sonra özündə mal tapsa, ona artıq həcc vacib deyil.

Ticarət üçün, məsələn; Cəddəyə qədər gedib orada bir miqdar mal əldə etsə, istədiyi təqdirdə, oradan Məkkəyə getməyə müstəti olarsa, həcc etməlidir. Bu şəkildə həcc etdikdən sonra vətənindən Məkkəyə gedəcək qədər malı olsa belə, ona artıq həcc vacib olmaz.

Əgər insan başqasının tərəfindən şəxsən özü həcc ziyarəti etməyə əcir olsa, belə ki, özü gedə bilməsə və başqasını öz tərəfindən göndərmək istəsə, gərək onu əcir tutmuş şəxsdən icazə alsın.

Əgər bir şəxs müstəti olsa və Məkkəyə getsə və göstərilmiş müəyyən vaxtda Ərəfata və Məşərül-harama çatmasa, belə ki, əgər sonrakı illərdə müstəti olmasa, həcc ona vacib deyil, lakin əgər qabaqkı illər müstəti olub və həccə getməyibsə, bu halda əgər zəhmət olsa belə, gərək həccə getsin.

Əgər müstəti olan bir şəxs həccə getməsə və sonra qocalığına, ya xəstəliyinə, ya zəifliyinə görə həccə gedə bilməsə və bundan sonra həccə getməsinə ümidi olmasa, gərək başqasını öz tərəfindən həccə göndərsin. Sonradan əgər qüdrəti olsa, özü də həccə getsin. Həmçinin birinci ildə həccə getməyə çatan qədər malı olduğu halda qocalıq, xəstəlik və ya gücsüzlük üzündən həccə gedə bilməzsə və sonradan müqtədir olmasından da ümidsiz olsa, hökm eynidir. Bu təqdirlərin hamısında öz tərəfindən naib tutulan şəxs kişidirsə, onun naibinin «sərurə», yəni ilk dəfə həccə gedən şəxs olması müstəhəbb ehtiyatdır.

Başqası tərəfindən həccə getməyə əcir olunmuş şəxs, gərək onun tərəfindən nisa təvafını da yerinə yetirsin və əgər yerinə yetirməsə, qadın o əcirə haram olur.

Əgər nisa təvafını düzgün yerinə yetirməsə, ya unutsa, belə ki, bir neçə gündən sonra yadına düşsə və yarı yoldan qayıdıb yerinə yetirsə səhihdir, amma əgər qayıtmaq onun üçün çətin olsa, özünə naib tuta bilər.

Həcc ziyarəti

Ziyarət miqat adlanan 5 yerdən birində ehram bağlanma ilə başlayır. Azərbaycanlı zəvvarlar əsasən Mədinə yaxınlığında yerləşən Şəcərə məscidində ehram paltarı geyinirlər.

Birinci ehram ümreyi-təməttö üçündür.

Bundan sonra Məkkə şəhərinə köç edib, əvvəlcə Kəbəni 7 dəfə təvaf edib, təvaf namazı qılınır, sonra isə Səfa və Mərva dağları arasında 7 dəfə səy edib, səy namazı qılınır. Bundan sonra təqsir edib ümreyi-təməttönü yekunlaşdırıb ehramdan çıxırsan. Bu əməllər Zihiccə ayının 9-u gecəsinə qədər yekunlaşmalıdır.

Zihiccə ayının 9-u Ərəfə günüdür. Buna qədər Həcci-təməttö üçün ehram geyilir. Zəvvarlar zilhiccə ayının 9-u günorta azanından şam azanına qədər Ərəfat çölündə vüquf edirlər. Şam azanından sonra isə Müzdəlifə çölünə köç edirlər. Burada hər bir zəvvar böyük, orta və kiçik əqəbələrə atmaq üçün ən azı 49 ədəd noxud böyüklüyündə daş yığır. Zihiccənin 10-u Müzdəlifə çölündə sübh azanından gün çıxana qədər vüqüf edib, Minaya köç edirlər. Həmin gün Minada Böyük cəmərəyə 7 daş atıb, qurban kəsir və həlq etdirirlər. Bundan sonra ehram paltarından çıxırlar.

Daha sonra isə zilhiccənin 11-i növbə ilə kiçik, orta, böyük cəmərənin hər birinə 7 daş atılır. zilhiccənin 12-i də bu əməl günorta azanına qədər təkrar olunur. Azandan sonra zəvvarlar yenidən Məkkəyə köç edirlər. Daha sonra Kəbəni təvaf edib, təvaf namazı qılır, Səfa və Mərva arasında səy edib namaz qılırlar.

Bütün bunlardan sonra isə Nisə təvafı yerinə yetirilir.

Müstəhəbdir ki, Məkkəni tərk etmədən öncə vida təvafı yerinə yetirilsin.


Müqəddəs yolçuluq — həcc

Məqbul olan həccin qarşılığı cənnətdən başqa bir şey deyildir. (Hədisi-şərif)

Həcc ilin müəyyən günlərində müəyyən yerləri, müəyyən üsullarla ziyarət etməkdir. Bu ziyarət həcc niyyəti ilə ehrama girib, Ərafatda vəqfədə olmaq və Kəbəni təvaf etməkdən ibarətdir. Ehram həccin şərti, vəqfə və təvaf isə onun rüknləridir (əsasları).

İstər kişi, istərsə də qadın olsun, həccin şərtlərini daşıyan, yəni sağlamlıq və sərvət baxımından həcc etmə imkanına sahib olan hər müsəlmanın ömründə bir dəfə həccə getməsi fərzdir. İmkan ələ keçincə, gecikdirilmədən yerinə yetirilməsi gərəkdir.

Həccin fərz olmasının şərtləri

Bir şəxsə həcc ibadətinin fərz ola bilməsi üçün aşağıdakı şərtlər vacibdir.

  • Müsəlman olmaq
  • Yetkinlik çağına girmək
  • Ağıllı olmaq
  • Azad olmaq
  • Əsas ehtiyaclarına və evinə dönüncəyə qədər ailə fərdlərinə yetəcək, yol və vasitə məsrəflərini ödəyəcək qədər pula sahib olmaq.


HƏCCİN RÜKNLƏRİ

1. ƏRƏFAT VƏQFƏSİ

Ərəfat vəqfəsi edilməzsə, həcc səhih olmaz. Bu Məkkənin təxminən 25 km cənub-şərqində yerləşən və haram bölgəsi xaricində qalan, sərhədləri işarələnmiş olan Ərəfat bölgəsində yerinə yetirilir. Həcc əsnasında Ərəfata çıxmayan zəvvarın Həcci səhih olmaz. Çünki hədisdə də buyuruldugu kimi: "Həcc Ərəfatdır!”.

Vəqfənin səhih olmasının şərtləri bunlardır:

  • Həcc etmək niyyəti ilə ehramlı olmaq.
  • Vəqfəni Ərəfat hüdudları içində və Ərəfə günü zəval vaxtından (zöhr namazının giriş vaxtı) bayram səhəri "fəcr-i sadiq”ə, yəni dan yerinin ağarmasına (səhər namazının giriş vaxtı) qədərki zaman içində yerinə yetirmək.

2. ZİYARƏT TƏVAFI

Ziyarət tavafı edilmədən də həcc ibadəti tamam olmaz. Təvaf Həcərül-əsvədin olduğu küncdən və ya eyni sırada başlayaraq, Kəbənin ətrafında saat əqrəbinin əksi istiqamətində yeddi dəfə dönməkdir. Hər dəfə dönməyə "şavt” deyilir və 7 şavt bir təvaf sayılır. Təvafın səhih olmasının şərtləri bunlardır:

  • Təvaf vaxtında edilməlidir. Ziyarət tavafına "ifada təvafı” da deyilir. Ziyarət tavafının vaxtı bayramın ilk günü fəcri-sadiqdən etibarən başlayır. İlk vaxtından etibarən ömrün sonuna qədər edilə bilərsə də, bayramın üçüncü günü günəş batana qədər edilməsi daha fəzilətlidir.
  • Niyyət
  • Şavtların çoxu edilməlidir. Hənəfi məzhəbinə görə, şavtlardan ən azı dördünü etmək təvafın səhih ola bilməsinin bir şərtidir.

Həccin vacibləri

Həccin rükn və şərtləri ilə yanaşı bir də vacibləri vardır. Bunların tərki ilə həcc batil olmaz. Fəqət, üzrsüz tərk edilməsi təhrimən (harama yaxın) məkruhdur. Bu vaciblər beşdir:

1. Səfa-Mərvə təpələri arasındakı səy

Kəbənin şərq tərəfində olan Səfa-Mərvə təpələri arasında Səfadan başlayaraq Mərvədə tamamlamaq üzrə dörd gediş, üç gəliş, cəmi 7 dəfə gedib-gəlməkdən ibarətdir. Səfadan Mərvəyə hər fedişə və Mərvədən Səfaya hər dönüşə "bir şavt” deyilir.

  • Səyi ehrama girdikdən sonra etmək.
  • Həcc səyini həcc ayları başlandıqdan sonra etmək.
  • Mötəbər bir təvafın ardınca edilməsi.
  • Şavtların çox hissəsinin, yəni ən azı dördünün edilmiş olması.
  • Səyə Səfa təpəsindən başlamaq.

2. Müzdəlifədə vəqfə

Həccdə Ərəfə gününü bayram gününə bağlayan gecəni Mina ilə Ərəfat arasında Hərəm hedudları içərisində, Müzdəlifə bölgəsində keçirmək sünnət, Qurban bayramının birinci günü fəcr-i sadiqdən günəşin doğuşuna qədər orada vəqfədə durmaq isə vacibdir.

Vəqfənin səhih olmasının şərtləri:

  • Həcc niyyəti ilə ehramlı olmaq.
  • Ərafat vəqfəsini yerinə yetirmiş olmaq.
  • Bəlli olan məkanda, yəni Müzdəlifə hüdudları içində etmək. Məşari-Haram yaxınlığında etmək sünnətdir.
  • Müəyyən zaman içərisində etmək.

3. Şeytan daşlama

Həcc edənlərin bayram günlərində Minada birinci gün yalnız Əqəbə cəmrəsinə, digər günlərdə sırayla Kiçik, Orta və Əqəbə cəmrəsinə öncədən hazırlanmış olan xüsusidaşları atmalarıdır. Şeytan daşlama günləri bayramın birinci günü fəcr-i sadiqdən dördüncü günü günəş batıncaya qədər keçən müddətdir.

Şeytan daşlamağın səhih olmasının şərtləri:

  • Cəmrələrə daşlar əl ilə atılır.
  • Atılan şeylər daş, qurumuş palçıq və bu kimi təyəmmüm edilməsi caiz olan bir maddə olmalıdır.
  • Daşların hər birisi ayrı-ayrı atılmalıdır.
  • Daşlar müəyyən edilmiş yerlərə atılmalıdır, yəni daşlardan hörülmüş sütuna və ya çevrəsindəki hovuzun içinə düşməlidir.
  • Daşların atılması lazım olan yerə daş atanın şəxsən atması nəticəsində hədəfə çatmalıdır.
  • Daş atmağa gücü çatan daşları şəxsən özü atmalıdır.
  • Daşlar təyin olunmuş vaxtlarda atılmalıdır.

4. Saçları dibdən qırxdırmaq və ya qısaltmaq

5. Vida təvafı

Harəm bölgəsi hüdudları çərçivəsində yaşamayan, uzaqlardan gəlmiş ziyarətçilərin məmləkətlərinə dönməzdən əvvəl etdikləri təvafdır.