Məsələ: 3327. Mənşəyi ağıla söykənən dini şüarların qarşısını almaq caiz deyil. Həmçinin, islamın ziddinə olan və müqəddəs şəri şüarların və göstərişlərin əleyhinə təşkil olunan proqramlara kömək etmək caiz deyil.
Məsələ: 3328. İslam alimlərinin sükutu zülmün güclənməsinə və ya onu təyid etmək mənasına gəlib, bununlada haram olunmuş əməllərin cərəyana gəlməsini çoxaldarsa, haramdır. Onlara vacibdir ki, dərhal təsiri olamasa belə, haqqı izhar edib batili inkar etsinlər.
Məsələ: 3329. Müsəlmanların zəifləşməsinə və onların əcnəbilərin əlində əsarət altına düşməsinə səbə olmayacağı təqdirdə, islami dövlət, qeyri islami dövlətlərlə əlaqə qura bilər.
Məsələ: 3330. İslami məhkəmələrdə gərək islami qanunlara əsaslansınlar. Şəxslərin, beynəlxalq hüquqlara uyğun olaraq məhkum edilməsi və ya cinayət işləri və hüquqi vəziflər üzrə hakim təyin edilməsi, caiz deyil. Bəli, dinin düşmənlərini susdurmaq üçün hüquq və beynəlmiləl işlər üzrə yuxarıda deylənlərə əsaslanmağın maneəsi yoxdur.
Məsələ: 3331. İslam dini ilə ziddiyyəti olan şəxslərin köməkçisi və yoldaşı olmaq haram, İsam ehtiramına və müsəlmanlara təcavüzdür. Həmçinin, bidət əhlinin məclislərində iştirak etmək haramdır.
Məsələ: 3332. Alimlərin və möminlərin zülmkar dövlətlərin qurumuna daxil olması fəsadların və pisliklərin qarşısını alacağına səbəb olacağı təqdirdə vacibdir. Bəli əgər camaatın etiqadlarını pozacaq və din alimlərinə olan etimadlarını itirilməsinə səbəb olacaq mühüm bir fəsadla üzləşəcəkləri təqdirdə caiz deyil.
Məsələ: 3333. Camaatın şəri azadlıqlarının ehtiramı müsəlmanların zərərinə, İslami nizama xələl gətirəməyəcəyi və əcnəbilərin sui istifadə edə bilməyəcəkləri təqdirdə, saxlanmalıdır.
Məsələ: 3334. Qeyri İslami ölkələrə səfər etmək və ya dini və məzhəbi əməlləri yerinə yetirə bilməyəcəyi yerlərə getmək zəruri olmadığı halda caiz deyil.
Məsələ: 3335. Əhli bidət və azdırıcı firqələrin məclislərində iştirak etmək caiz deyil. Əlbətdə onları rədd etmək imkanında olanlar və hidayət etmək qabliyyətinə malik olanlar məclisdərdə iştirak edə bilər. Həmşinin, azdırıcı mətbuat və nəşriyyata hətta alış-verişlə də olsa kömək etmək caiz deyil. Azdırıcı məqsəd və məramlarından məlumatlanıb onları rədd etmək üçün imkanını çoxaldan və azanları yola gətirənlərin o məclislərdə iştirak etmələri caizdir.
Məsələ: 3336. Müsəlmanların öz övladlarını kafirlərin öhdəsində olan məktəblrində və uşaq baxçalarında təlim-tərbiyə almaları üçün onların əlinə tapşırmaları caiz deyil. Tədris zamanı İslamın əleyhinə təbliğ edən etiqadı xarab edən müəllimin sinifində iştirak etmələri də eyni qayda ilə. Belə proqram üzrə çalışan şəxslərə hər hansı ixtiyar və hüquq verməkdən çəkinsinlər. Öz övladlarını istər ibtidai olsun, istər ali puç etiqadla qarışmış məktəblərə göndərməsinlər və onlarla həmkarlıq etmək caiz deyil.
Məsələ: 3337. Müsəlmanların ehtiyacı olan İslami cəmiyyətlərin və onların kafirlərə qarşı olan birliklərinin güclənməsinə səbəb olan elm və sənayenin öyrənilməsi hamıya vacibi kifayidir. Müsəlmanlarla müharibə vəziyyətində olan yad ölkələrlə onların güclənməsinə və müsəlmanların zəifləməsinə səbəb olacaq alış-veriş əlaqələri qurmaq caz deyil. Əlbətdə xəstələrin müalicəsi müdafiə avadanlıqlarının əldə edilməsi zərurəti isə istisnadır.
Məsələ: 3338. İqtisadi və ticari işlərə yadların qarışmasına yol vermək, onların xeyrinə və müsəlmanların zərərinə olacağı təqdirdə caiz deyil. Həmçinin, fəsad məkanları tikmək və bu işlərdə tərəddüdə yol vermək caiz deyil.
Məsələ: 3339. Möminlərin sükutu yaxşı işin pis və pis işin yaxşı olmasına və ya bu mənaya gəlməsinə, yaxud da əqli cəhətdən belə bir ehtimalın verilməsinə səbəb olacağı təqdirdə hamıya xüsusən İslam alimlərinə haqqı bildirmək lazımdır. Elə bir sükut əbədi olaraq caiz deyil.
Məsələ: 3340. Cəmiyyətin əmniyyətini qorumaq üçün qərara alınmış qanunlar və sürüçülərin yol hərəkat qaydalarını pozmaq üçün təyin olunmuş cərimələr nizamın qorunması üçündür. Bu qanunlar şəri hakimlərin nəzərindən keçib şəri çərçibədə təsdiqləndiyi təqdirdə onlara riayət etmək lazımdır. Silah saxlamalarına, əmanətə xəyanətə və adam aldatma cinayətlərinə görə, şikayətçi şikayətindən dönüb rizayətə gəlsə belə şəri hakim ehtiyata riayət edərək onları cəzalandırıb tənbih edə bilər.
Məsələ: 3341. Qanuna əsasən magistiral yoldan keçməyə icazə yoxdur. Oradan keçənlər yol qəzasına düşüb ölərlərsə onların qanlarının hədər olmasını demək olmaz. Ehtiyata görə əgər ölüm hadisəsi qəsdə oxşardısa gərək qatil onun diyəsinin öhdəsindən gəlib ödəsin; qətl hadisəsi məhz səhv üzündən olubsa ata tərəfindən olan yaxınları onun diyəsini verməlidirlər.
Məsələ: 3342. Saxta sənədlər, möhürlər, evlilik tarixlərini dəyişmək və başqa bunun kimi işləri etmək caiz deyil. Şəri hakim ehtiyata riayət edərək saxtalaşdıranı tənbeh və cərimə edə bilər.
Məsələ: 3343. Şəri hakim çıxmış hökmün şəriətə xilaf olduğunu ayırd edibsə ali məhkəmədə təsdiqlənibsə belə onu icra olunacaq mərhələyə çatmağa qoymamalıdır.
Məsələ: 3344. Dövlət mallarını xarab etmək caiz deyil və xarab edən şəxs zamindir; gərək onların qiymətini bettül-mala ödəsin. Əgər qəsdən bu işi edibsə şəri hakimin icazəsi ilə cəzalandırılsın. Bəli əgər dövlətin malı onun əlində əmanət kimi olarsa, onu saxlamaqda səhlənkarlığa yol verməyib və həddinidə aşmadığı təqdirdə aradan gedərsə tələf olan mala zamin deyil.
Məsələ: 3345. Dövlət mallarını mənimsəmək caiz deyil, gərək oğurlanmış mal dövlətə qaytarılsın. Şəri hakimin nəzəri və məsləhəti ilə cəzalandırılmasının maneəsi yoxdur.
Məsələ: 3346. Alacağı olan şəxslər borcluların əmlakının müsadirəsini tələb edib bu əmlakın borca ödəndikdən sonra digər qalan mallarından öz borclarını ala bilərlər.
Məsələ: 3347. Sənəd və zəmanətin alınmaması başqalarının haqqının zay olacağına səbəb olacağı surətdə sonrakı təhqiqatlar üçün sənədlə zəmanət almağın maniəsi yoxdur.
Məsələ: 3348. Əgər bir cinayətkardan bir neçə şikayətlər olunubsa və şikayətçilərdən bəziləri razılığa gələrək şikayətini geri götürüb, bəziləri də razılığa gəlməzsə, razılq verməyənlərin şikiayətinə görə, gərək cinayətin hökmü yerinə yetirilsin.
Məsələ: 3349. Qəsdən adam öldürmənin hökmü qisas və ya diyə ödəməkdir. Qətlə yetirilmişin vəlisi razılığa gəldiyi təqdirdə qatilin əbədi həbsə məhkum etmək səhih deyil.
Məsələ: 3350. Qəsdən olmayan və ehtiyatsızlıq üzündün baş verən qətl hadisəsi baş verərsə, şikayətçi razılıq verib diyə haqqından keçir. Şəri hakim fərdlərin (cinayətdən) çəkinməməzliyi və ictimai nizamın qorunması üçün məsləhət bildiyi halda cinayətkarları tənbeh etsin. Amma öldürülən, bıçaq çəkən qatili bağışlayıb razılıq versə, şəri hakim onun azad olunmasını məsləhət bilməsə, saxlayıb və ya cərimə edə bilər.
Məsələ: 3351. Mülkü malların qiymətinin təyini, onu satana aiddir; o, hər qiymətə istəsə, sata bilər. Bəli, əgər onun qiymət təyinində azadlığı islam ölkəsi nizamının əleyhinədirsə və cəmiyyətdə iqtisadiyyatın pozulmasına səbəb olarsa, şəri hakim islami cəmiyyətin məsləhəti (xeyri) üçün qiymət təyin edib və onu satana (bu qiymətin qəbul edilməsini) lazımlı etsin.
Məsələ: 3352. Hər hansı şəri şəraitdə təşkil olunan xeyriyyə müəssisələri, onun hüquqi sahibliyi vardır, onunla müamilə etmək olar. Şəxsi sahiblik haqqı ilə müəssisələrdə olan hüquqi sahiblik arasında fərq yoxdur.