![]() | ![]() | ![]() |
![]() Mozilla Firefox | ![]() OPERA | ![]() Google Chrome | ![]() SAFARi |
Baş səhifə » Məqalələr |
Kataloqdakı məqalələrin sayı: 52 Göstərilmişlər: 1-20 |
Səhifələr: 1 2 3 » |
Məsumlarımız qadınlar haqqında nə buyurub? Məsumlarımız qadınlar haqqında nə buyurub? İslami təlimlərə nəzər saldıqda qadınlar barəsində çoxlu təkidlərin mövcud olmasına rast gələrik və bu təkidlər qanundan daha üstün qəbul edilir. Əvvəl qızlardan başlayın Allah Rəsulu (s) buyurub: من دخل السوق فاشتری تحفة فحملها الی عیاله... و لبیداً بالاناث... "Hər kim bazara gedib əhli-əyalına töhfə alsa və onu evə gətirsə, həmin hədiyyələri verərkən qızlarından başlasın”. ( Vəsailuş-Şiə, cild 21, səh 514) Allah Rəsulu (s) buyurub: ساووا بین اولادکم فی العطیه، فلو کنت مفضّلاً لفضّلت النساء Ətraflı
|
![]() Qadının evdə oturması Qadının evdə oturmasına dair bəzi hədislərdə qadının evdə oturub yoldaşının qayğısına qalması onun vəzifəsi kimi qeyd olunmuşdur. Buna əsasən onun ictimai və siyasi məsələlərdə iştirak etmə hüququ da yoxdur. Bu barədə bir neçə hədisi qeyd edirik: «Qadınlardan – azan, iqamə demək, cümə və camaat namazında iştirak etmək, xəstələrin görüşünə getmək, dəfn mərasimində iştirak etmək, ləbbeyki uca səslə söyləmək, Səfa və Mərva arasında qaçaraq səy etmək, Kəbəyə daxil olmaq, başını qırxmaq və Həcərul-Əsvədə əl sürtmək – hökmləri götürülmüşdür». (Səduq, «Xisal», cüz 2, hədis 12, həmin kitab, cild 4, «Babun-nəvadir», hədis 5762, səh.364) «Qadınlar örtülü saxlanılmalıdır, onları evlərində saxlayın». (Məclisi, cild 100, səh.250, Kuleyni cild 5, səh.535) «Qadının Allaha ən yaxın olan vəziyyəti evdə olduğu vaxtdır». (Məclisi, cild 43, səh.92) «Qadınlarınızın ən yaxşı məscidi evləridir». (Hürr Amuli, cild 3, səh.510) Ətraflı
|
Qadının elm öyrənməsinin qadağan olunmasına dair bəzi hədislər ![]() Qadının elm öyrənməsinin qadağan olunmasına dair bəzi hədislər Qadının elm və yazı yazmağı öyrənməsini qadağan edən bəzi hədislər mövcuddur. O hədislərdən birini qeyd edirik: Kuleyni Əli İbrahimdən, o atasından, o Nofəlidən, o Səkunidən, o da imam Sadiqdən (ə) nəql etmişdir ki, Peyğəmbər (s) belə buyurub: «Qadınları elm ocaqlarında məskunlaşdırmayın. Onlara yazı yazmağı öyrətməyin. Onlara ip əyirməyi və «Nur» surəsini öyrədin». (Kuleyni, cild 5, səh 516) Bu sahədə olan bir çox hədislər sənəd baxımından zəifdir və qəbul oluna bilməz. Çünki bu hədisin müqabilində elmin öyrənilməsini israrla təkid edən, insanı ona qarşı rəğbətləndirən və ruhlandıran hədislər mövcuddur. Həmçinin, elmin fəziləti, onu tələb etməyin əhəmiyyəti və alimlərin ibadət əhlindən üstün olmalarına dair bir çox hədislər vardır. İmam Cəfər Sadiq (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişdir: «Elm öyrənmək hər bir müsəlmana vacibdir. Bilin ki, Allah elm hərislərini sevər». («Usuli Kafi», I cild, hədis 37) İmam Baqir (ə) buyurmuşdur: «Elmindən istifadə edilən alim, yetmiş min abiddən daha üstündür». Həmçinin, Peyğəmbərlərin besətinin fəlsəfəsi, onların elm və hikmət öyrətmələri üçün olduğunu bildirən ayələr də vardır. Ətraflı
|
Qadın və şeytanın onu aldatması Qadın və şeytanın onu aldatması Bu məzmunlu hədislər azdır. Bu növ hədislərdə ilk növbədə Həvva şeytanın aldatmasına uyub və günaha mürtəkib olduğu və daha sonra Adəmin ona aldanıb günah etməsi qeyd olunur. Başqa ifadə ilə desək, şeytan müstəqil şəkildə Adəmi günaha sürükləyə bilmədiyindən ilk növbədə Həvvaya vəsvəsə etmiş və onun əli ilə qadağan olunmuş meyvəni Adəmə yedirtmişdir. Burhan təfsirində bu hədis qeyd olunmuşdur. «Allah İblisi Adəmə səcdə etməkdən imtina etdiyinə görə lənətlədikdə Adəm və Həvvaya Cənnətə daxil olmalarını tapşırıq verdi. Onlara belə buyurdu: Ey Adəm sən və sənin yoldaşın bu Cənnətdə yaşayın və onun istənilən yerindən hər nə qədər istəsəniz bəhrələnin. Yalnız bu ağaca yaxınlaşmayın. Bu ağac həmin ağacdır ki, onun meyvəsindən yeyən hər kəs elm oxuyub öyrənmədən bütün elmlərə nail olar. Şeytan aldatmaq məqsədilə ilk növbədə Adəmə yaxınlaşdı. Amma Adəm onun azdırmasına uymadı. İblis Adəmdən məyus olduqda eyni şəkildə Həvvaya yaxınlaşdı, amma onu aldada bildi. Qadın o ağacın meyvəsindən yedi, sonra isə Adəmin yanına gəlib dedi: Bu ağacın bizə halal olmasını bilmirsənmi? Mən onun meyvəsindən yedim və heç kəs mənə maneçilik törətmədi. Bu zaman Adəm aldanıb xətaya düçar oldu və o meyvədən yedi». (Buhrani, «Əl-burhan», cild 1, səh 79-80) Ətraflı
|
![]() Qadının kişidən yaranması Qadının kişidən yaranmasına dair müxtəlif hədislər mövcuddur. O hədislərin məzmunu qadının kişinin qabırğalarının birindən yarandığını bildirir. Həmin hədislərin bəzisini qeyd edirik: Tavus Yəmani imam Baqirdən (ə) soruşdu: «Həvvanı niyə «Həvva» adlandırıblar?» Buyurdu: «Çünki qabırğadan, yəni Adəmdən yaranıb».(Məclisi, c.11, səh.100) İmam Sadiq (ə) buyurub: «Allah Adəmi yatırdıb, onun əyri qabırğasından Həvvanı yaratdı. Adəm oyandıqda Həvvanı öz yatağında gördü». (Məclisi, c.15, səh.33) Bəzi təfsirçilər bu növ hədislərin təsdiqlənməsində bəzi ayələrə söykənirlər. Onlardan birinə işarə edirik: يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالا كَثِيرًا وَنِسَاءً Ətraflı
|
Saxta hədislərdə qadına qarşı kobudluğu əks etdirən fikirlərin tənqidi ![]() Saxta hədislərdə qadına qarşı kobudluğu əks etdirən fikirlərin tənqidi İslam dininin qadına qarşı uca baxışı ilə yanaşı dini mətnlərdə qadın cinsinə qarşı bədbin baxışlara, təhqiramiz sözlərə və kobudluğa səbəb olan bir sıra hədislərə rast gəlmək olur. Qadına qarşı olan bu mənfi baxışlar cürbəcür amillərin nəticəsidir. Bu amillərin ən önəmlisi bəzi hədislərin saxtalaşdırılması və ikinci xəlifənin hədis yazılmasını qadağan etməsidir. Həmçinin, bu amillərdən də daha üstün amil yəhudilərin hədisləri saxtalaşdırmasıdır. Bir tərəfdən bu cür hədislər, digər tərəfdən isə qadının Quran ayələrində və digər hədislərdə olan üstünlüyü bu ziddiyyəti həll etmək üçün o cür hədislərin sənəd və dəlalət baxımından araşdırılmasını tələb edir. Bu məqsədlə bu yazıda mənbə baxımından saxta olan bu növ hədisləri araşdırıb, tənqid edirik. Ətraflı
|
Ətraflı
|
![]() «Nəhcül-bəlağə»də qadın «...Həqiqətən, qadınların iman, irs və ağıldan payları azdır...»(«Nəhcül-bəlağə», 79-cu xütbə) Qurana əsasən qadın bir insan olaraq, Allahın öz bəndələrinə verdiyi bütün insani keyfiyyətlərə malikdir və kamillik məqamına çatmaqda qadınla kişi arasında heç bir fərq qoyulmayıb. Müsəlman qadınlar öz şəxsiyyətinin belə bir təsvirini «Nəhcül-bəlağə»də aradıqda, barələrində deyilmiş «ağıldan payları az», «imanda zəif», «əqrəb», «şərr» və s. kimi ifadələrlə rastlaşır və onlarda belə bir sual yaranır – həqiqətənmi qadınlar bəndəlik, kamillik məqamına çatmaqda, ağıl və düşüncədə kişilərdən naqisdirlər?! Təəssüf ki, «Nəhcül-bəlağə»nin bu barədə olan şərhləri arasındakı ziddiyyətlər Əlinin (ə) sözlərinin həqiqətini olduğu kimi dərk etməyə imkan verməyib. Şərhçilər «Nəhcül-bəlağə»də qadınlar barəsində olan ifadələri bəzən fəlsəfi dillə, bəzən tarixi, yaxud psixoloji baxımdan əsaslandırmağa çalışsalar da, bu fikirlər arasındakı fərqlər hər dəfə «müsəlman qadın»ın fikri kimi daha artıq dolaşmışdır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Əli (ə) ədalətin məzhəridir. Malik Əştəri Misirə vali təyin edərkən O Həzrətin (ə) yazdığı məktub bu günədək öz aktuallığını qoruyan ən kamil, misilsiz hüquqi sənəddir. Məsihi Corc Cordaq Əlinin (ə) ədalət nidası qarşısında diz çökərək «Həqiqi ədaləti ondan öyrənmək lazımdır» – deyir. Mötəzilə əqidəsində olan ibn Əbil Hədid «Nəhcül-bəlağə»yə yazdığı şərhin sonunda Əlinin (ə) nurani kəlamları qarşısında öz acizliyini etiraf edərək deyir: «Vadinin seli axdı-daşdı, amma sona çatmadı, torpağa getdi». Ətraflı
|
Qadın qəhrəman yox, xoşətirli bir güldür
Ətraflı
|
![]() Qadına olan xüsusi diqqət Həzrət Əmirəl-möminin Əli (ə) İmam Həsən Müctəbaya (ə) xitabən qadını belə vəsf edir: فَإِنَّ الْمَرْأَةَ رَيْحَانَةٌ وَ لَيْسَتْ بِقَهْرَمَانَة «Qadın qəhrəman yox, xoşətirli bir güldür» («Nəhcül-bəlağə», 31-ci məktub). Əgər qadın bir gülə bənzədilirsə, deməli onun solmaması üçün ona daha çox qayğı göstərilməli və diqqət yetirilməlidir. İmam Sadiq (ə) isə belə buyurub: مَنِ اتَّخَذَ امْرَأَةً فَلْيُكْرِمْهَا فَإِنَّمَا امْرَأَةُ أَحَدِكُمْ لُعْبَةٌ فَمَنِ اتَّخَذَهَا فَلَا يُضَيِّعْهَ Yəni, evlənən kişi, qadınına (zövcəsinə) ehtiramla yanaşmalıdır. Çünki, qadınlarınız sizin oyun-oyuncağınızdır və onu (oyuncağı) əldə edən onu korlamamalıldır («Biharul-ənvar», 103-cü cild, 224-cü səh). Ətraflı
|
![]() Qadınları döymək olarmı??? Nisa surəsinin 34-cü ayəsinin təfsiri: الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنّ فی المَضاجع و اضربوهنّ فإن اطعنکم فلا تبغوا علیهنّ سبیلا إنّ الله کان علیّاً کبیرا Ayənin tərcüməsi: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Ətraflı
|
Mömin qadınla cahil qadının müqayisəsi Mömin qadınla cahil qadının müqayisəsi "And olsun nəfsi (insanı və ya insan nəfsini) yaradana; sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. ("Şəms” surəsi, ayə 7-10) Allah-Taala bu ayələri ilə bildirmək istəyib ki, insan Quran ayələriylə idarə olunmadığı təqdirdə, nəfs insanı sərhəd tanımayan pisliklərə sürükləyər. İnsan yalnız Allah qorxusu və axirət inancı sayəsində bu pisliklərdən çəkinə bilər. Bu xüsusiyyətlər olmadıqda insan dünyada etdiklərinə görə axirətdə cavab verəcəyini düşünmədən hərəkət edər və nəfsinin istəklərini yerinə yetirməkdən qorxmaz. Niyyəti hər nə qədər pis də olsa, o, bundan çəkinmək üçün tutarlı bir səbəb tapa bilməz. Əgər nəfsi ona hirslənməsini ilham edərsə, o, dərhal bu təlqinə qapılar. Ya da qısqanclıqdan qarşı tərəfə pis münasibət göstərməsini təlqin edirsə, o, bunu da dərhal tətbiq edər. Nəfsi hirsini, ya da qısqanclığını tənəli sözlər söyləməklə, lağ etməklə, böhtan atmaqla, yalan danışmaqla, intriqa yaratmaqla, ikiüzlülük etməklə göstərməsini istəyərsə, o, bütün bunları heç düşünmədən dərhal edər və bunları tətbiq etməkdən də heç qorxmaz. Çünki Allaha hesab verəcəyini düşünmür. Ətraflı
|
![]() Kənizlərlə evlilik «Nisə» surəsinin 25-ci ayəsinin təfsiri وَمَن لَم يَسْتَطِعْ مِنكُمْ طَوْلاً أَن يَنكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِن مَا مَلَكَتْ أَيْمَانِكُم مِن فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ وَاللّهُ أَعْلَمُ بِايِمَانِكُمْ بَعْضُكُم مِن بَعْضٍ فَانكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلاَ مُتَّخِذَاتِ أَخْدَانٍ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ذلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنكُمْ وَأَن تَصْبِرُوا خَيْرٌ لَكُمْ وَاللّهُ غَفُورٌ رَحِيمٌ Ayənin tərcüməsi: "Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mömin (cavan) cariyələrdən (kənizlərdən) alsınlar. Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul, azad qadın və cariyə hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış və etiqad baxımından aralarında vəhdət, birlik mövcuddur. Ətraflı
|
![]() Müvəqqəti əqd «Nisə» surəsinin 24-cü ayəsinin təfsiri وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلا مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللَّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا Ayənin tərcüməsi: «(Cihad vaxtı əsir olan) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə haram edildi. Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir!» Ətraflı
|
Məhrəmlərlə evlənməyin haram olunması ![]() Məhrəmlərlə evlənməyin haram olunması «Nisə» surəsinin 23-cü ayəsinin təfsiri («Təfsiri-nümunə»dən tərcümə) «Nisə» surəsi, ayə 23 حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالاتُكُمْ وَبَنَاتُ الأخِ وَبَنَاتُ الأخْتِ وَأُمَّهَاتُكُمُ اللاتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُمْ مِنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَائِكُمْ وَرَبَائِبُكُمُ اللاتِي فِي حُجُورِكُمْ مِنْ نِسَائِكُمُ اللاتِي دَخَلْتُمْ بِهِنَّ فَإِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلا جُنَاحَ عَلَيْكُمْ وَحَلائِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلابِكُمْ وَأَنْ تَجْمَعُوا بَيْنَ الأخْتَيْنِ إِلا مَا قَدْ سَلَفَ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا Ətraflı
|
Ögey analarla evlilik qadağandır ![]() Ögey analarla evlilik qadağandır «Nisə» surəsinin 22-ci ayəsinin təfsiri «Nisə» surəsi, ayə 22 وَلاَ تَنكِحُواْ مَا نَكَحَ آبَاؤُكُم مِّنَ النِّسَاء إِلاَّ مَا قَدْ سَلَفَ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاء سَبِيلاً Ayənin tərcüməsi: «Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox pis işdir və (Allahın qəzəbinə səbəb olan) çirkin bir yoldur». Ətraflı
|
Qadınların hüququnun müdafiəsi Qadınların hüququnun müdafiəsi «Nisə» surəsinin 19-cu ayəsinin təfsiri («Təfsiri Nümunə»dən tərcümə) Ayənin tərcüməsi: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّسَاءَ كَرْهًا وَلا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا Nisə surəsi, ayə 19: «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq törətməklə) varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər (hər hansı bir səbəbə görə arvadlarınızdan razı olmasanız və bəzi işlərə görə) onlara nifrət etsəniz, (tələsik ayrılmaq qərarına gəlməyin, nə qədər qüdrətiniz varsa, dözün. Çünki ola bilsin ki, öz qərarınızda səhvə yol verəsiniz) ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun». Ətraflı
|
Mömin və kafir qadınlardan nümunələr Mömin və kafir qadınlardan nümunələr «Təhrim» surəsinin, 9-12-ci ayələrinin təfsiri («Təfsiri-nümunə»dən tərcümə) Ayələrin tərcüməsi: يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ وَمَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ 9. «Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların məskəni cəhənnəmdir. Ora necə də pis sığınacaqdır». ضَرَبَ اللَّهُ مَثَلا لِلَّذِينَ كَفَرُوا اِمْرَأَةَ نُوحٍ وَامْرَأَةَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلا النَّارَ مَعَ الدَّاخِلِينَ Ətraflı
|