İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il

MƏQALƏLƏR

Baş səhifə » Məqalələr » Quranda qadın

Qadınları döymək olarmı???
Qadınları döymək olarmı???
Nisa surəsinin 34-cü ayəsinin təfsiri:

     
الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنّ فی المَضاجع و اضربوهنّ فإن اطعنکم فلا تبغوا علیهنّ سبیلا إنّ الله کان علیّاً کبیرا

     
     Ayənin tərcüməsi:
     «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və (onları yola gətirmək üçün başqa yol qalmazsa) döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!»
     
     Ayənin təfsiri:
     
Ailə quruluşundakı himayədarlıq məsələləri

     Kişilər qadınların hamiləridirlər:
     «Kişilər (qadınların hamiləridirlər və) qadınlar üzərində ixtiyar sahibləridirlər» – Bu cümləni açıqlamaq üçün ailənin cəmiyyətin kiçik bir hissəsi olmasını qeyd etməliyik. Bütün cəmiyyətlərdə olduğu kimi, bu cəmiyyətdə də bir rəhbər və himayədar olmalıdır. Çünki həm kişinin, həm də qadının birgə şəkildə rəhbərlik və himayədarlıq məsələlərini üzərlərinə götürmələri mənasız və nəticəsiz bir işdir. Bunun üçün də ya kişi, ya da qadın ailədə «başçı və müavin» rollarını bölüşdürməlidirlər. Qurani-Kərim, gördüyünüz kimi, rəhbərlik və himayədarlığın kişiyə verilməsini açıq şəkildə bildirir. (Bir məsələyə diqqət yetirin ki, bu sözləri vurğulamaqda məqsəd qadınları istismar etmək və onlara qarşı haqsız davranaraq güc tətbiq etmək deyildir, əksinə ümumi rəhbərliyin bir nəfərin əlində olması və eyni zamanda öhdəliklərin düzgün bölüşdürülərək məsləhətləşmələrin aparılması deməkdir).
     Hal-hazırki həyatımızda vahid rəhbərlik anlamı bütün başqa dövrlərdən daha qabarıq formada öz əhəmiyyətini büruzə verir. Belə ki, hər hansı bir işi həyata keçirmək əmrini almış ən kiçik heyətdə (hətta iki nəfərlik) belə, bir nəfər başçı təyin olunur və digərləri müavin və üzv olurlar. Əgər belə olmasa, onların işlərində hərc-mərclik yarana bilər. Ailədə də başçılığın və himayədarlığın ailənin kişisinin əlində olması bu mənanı kəsb edir. 
     Kişinin belə mövqeyə layiq bilinməsi, onda olan xüsusiyyətlərdən qaynaqlanır. Məsələn: kişi hisslərindən və emosiyalarından daha çox düşüncə və ağıla üstünlük verir (qadınların tam əksinə olaraq, belə ki, qadınlar ağıllarından daha çox hisslərinə və emosiyalarına üstünlük verirlər), eləcə də cismani gücə və potensiala malik olurlar. Yəni, kişilər birinci potensiallarından istifadə edərək düşünə və plan qura bilərlər və ikinci potünsiallarından istifadə edərək öz ailəsini və yaxınlarını yadlardan qoruya bilərlər. 
     Kişilərin xanımlarının və övladlarının qarşısında öhdəlik daşıması, gündəlik xərclərinin ödənilməsi, onları yaxşı həyat tərzi ilə təmin etməsi, ona ailənin başçısı və himayədarı olmaq haqqını verir. 
     Bəzi xanımların yuxarıda qeyd etdiyimiz sahələrdə öz həyat yoldaşlarından daha böyük imtiyaza malik olması mümkün ola bilər, amma dəfələrlə qeyd etdiyimiz kimi, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, qanun hər bir insan üçün fərdi şəkildə tənzimlənmir və ümumi xarakter daşıyır. Qadınların da olduqca mühüm öhdəlikləri öz üzərlərinə götürə bilmə bacarıqlarına baxmayaraq, qeyd olunmuş baxımdan kişilərin qadınlardan daha çox üstünlüyə malik olması barədə heç bir şübhə yoxdur.
     
أَمْوَالِهِمْ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ

     cümləsi də bu həqiqətə işarə edir, çünki birinci hissədə belə buyurur:«Bu, Allahın onlardan birini digərinə üstün etməsinə görədir» və ikinci hissədə «Bu, (kişilərin) öz mallarından (qadınlar və ailələri, aşaqları üçün) sərf etməsinə görədir» 
     Öhdəliklərin kişilərə tapşırılmasının, onların insani keyfiyyətlərinin, şəxsiyyətlərinin üstünlüyünə və yaxud axirət dünyasında daha böyük imtiyaza malik olmasına görə olmamasını unutmayın. Çünki bu məsələ bir başa olaraq təqva və pərhizkarlıqla əlaqəlidir. Belə ki, hər hansı bir müdir müavininin insani keyfiyyətləri onun müdirinin insani keyfiyyətlərindən və digər xüsusiyyətlərindən üstün ola bilər, amma müdir ona tapşırılmış işin başında dayandığı üçün öz müavinindən daha layiqlidir. 
     
فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ

     Allah-Taala burada buyurur ki, qadınlar ailədə üzərlərinə düşən vəzifələri həyata keçirmək sahəsində iki dəstəyə bölünürlər: 
     
     Birinci dəstə: Salihə və düzgün qadınlar 
     Yəni, bu qadınlar ailə quruluşu müqabilində itaətkardırlar və yalnız həyat yoldaşı yanında olanda yox, hətta o yanında olmayanda belə özlərini qoruyurlar. Yəni bu qadınlar istər mal, istər həyat yoldaşının şəxsiyyətini və ailə sirlərini, istərsə də namuslarını həyat yoldaşları yanlarında olmayanda belə, qoruyurlar. Onlar eləcə də, Allahın onların qarşısında qoyduğu hüquqlar sahəsində də üzərlərinə düşən öhdəlikləri və məsuliyyətləri lazımınca yerinə yetirirlər. Sözsüz ki, kişilər də belə qadınlara qarşı ən yüksək hörmət və ehtiram nümayiş etdirməlidirlər. 
     
     İkinci dəstə: Müxtəlif qadınlar
     Bu dəstəyə aid olan qadınlar üzərlərinə düşən öhdəlikləri həyata keçirməkdən boyun qaçırırlar və onlarda qeyri-düzgünlük müşahidə olunur. Belə qadınlarin müqabilində kişilərin üzərinə böyük məsuliyyət düşür və kişilər bu işləri mərhələli olaraq həyata keçirməlidirlər. Amma yenə də ədalət çərçivəsindən kənara çixmamalıdırlar. Birinci mərhələdə məğrurluq, xudbinlik və düşmənçilik kimi xüsusiyyətlərə malik olan qadınlar barəsində söz açılır. Qurani Kərim onlar barədə belə buyurur: 
     
وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ

      «(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin» Beləliklə də, ailə quruluşunu pozmaq və ailə sərhədlərini aşmaq istəyən qadınlara ilk olaraq səmimi nəsihətlər verin və bu hərəkətinin yarada biləcəyi problemlər barədə onları məlumatlandırın. Belə nəsihətlərlə onlara öz istəkləri arxasınca qaçmağa icazə verməyin. 
     
وَاهْجُرُوهُنّ فی المَضاجع

     «(Yola gəlməzlərsə) onlardan yatağınızı ayırın» və bununla da onlara qarşı laqeydlik və soyuqluq göstərməklə onların davranışlarından razı qalmadığınızı nümayiş etdirin. Bəlkə də, sizin bu addımınız onların ruhiyyəsində dəyişikliyin meydana çıxmasına səbəb ola bilər.
     
و اضربوهنّ

     «... və (onları yola gətirmək üçün başqa yol qalmazsa) döyün!»
     Qadınların üzərinə düşən öhdəliklər və məsuliyyətlər sahəsində mövcud olan düşüncə tərzlərində dəyişiklik baş verməzsə, onlar bu məsuliyyətlərin altından çıxmaq üçün müxtəlif yollar fikirləşərsə, nəsihətlər, yataqların ayrılması və onlara qarşı göstərilən bütün bu laqeydliklər nəticə verməzsə və onları öhdəliklərini həyata keçirmək üçün daha kəskin addıma ehtiyac duyularsa, onda qadınlara qarşı fiziki tənbehdən istifadə etməyə icazə verilir. 
     
     Sual:
     Müxtəlif insanlar bu məsələyə irad tutaraq müəyyən sual səsləndirə bilərlər. Məsələn, soruşa bilərlər ki, İslam dini kişilərin qadınlara qarşı güc tətbiq etməsinə necə icazə verə bilər?
     
     Cavab: 
     Müxtəlif dini rəvayətlərdə qeyd olunduğu və açıqlamaları bütün fiqhi kitablarda mövcud olduğu kimi, eləcə də psixoloqların da bu məsələyə açıqlama verdiyi kimi, bu sualın cavabı o qədər də çətin deyildir.
     Birincisi, qeyd olunmuş ayədə yalnız üzərinə düşən öhdəlikləri yerinə yetirməyən və heç bir başqa vasitələrin təsir göstərmədiyi qadınlara qarşı fiziki təhbehdən istifadə olunmasına icazə verilir. Bu məsələ yalnız İslama aid deyil, belə ki, dünyanın bütün qanunlarında öz üzərinə düşən vəzifələri yerinə yetirməyən insanlara öz işlərini görməkdə heç bir dinc üsullar kömək etməsə, fiziki gücdən istifadə olunur. Bu güc tətbiq etmə üsulları yalnız fiziki güc tətbiq etməklə bitmir və daha şiddətli cəzalardan istifadə olunur və məsələlər edama qədər irəliləyə bilir. 
     İkinci, fiqh kitablarında qeyd olunduğu kimi fiziki tənbeh mülayim olmalıdır və bunun nəticəsində qadında sınıq, yara və göyərmə əmələ gəlməməlidir.
     Üçüncüsü isə budur ki, psixoloqların ən son araşdırmaları bunu təsdiq edir ki, qadınların bir qrupunda «mazaxizm» (yəni, döyülməyə olan tələbat) mövcuddur. Bəzən mazaxizm hissləri daha çox güclənir və bunun sakitləşməsi üçün müxtəsər fiziki tənbehin böyük köməyi olur. Elə bu səbəbdən də, bunun belə fiziki tənbehə ehtiyacı olan qadınlar üçün nəzərdə tutulmasını və onlara dərman kimi təsir göstərməsini vurğulaya bilərik. 
     Sözsüz ki, bu mərhələlərdən hər hansı biri təsir göstərərsə və qadın öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə başlayarsa, müxtəlif bəhanə gətirməklə yoldaşınıza qarşı zor tətbiq etməyin. Çünki sonda bu sözlər buyrulmuşdur:
     
فإن اطعنکم فلا تبغوا علیهنّ سبیلا

     «Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın». 
     Belə bir sual yarana bilər ki, əgər kişilərdə də özbaşınalıq, məsuliyyətdən və üzərinə düşən öhdəlikləri həyata keçirməkdən boyun qaçırma halları baş verərsə, onlar da belə cəzalandırılmalıdırlar?
     Bu suala cavab olaraq bildirmək lazımdır ki, bəli, kişilər də qadınlar kimi öz üzərinə düşən öhdəliklərdən boyun qaçırdıqları təqdirdə cəzalandırılırlar. Yalnız qadınların bu işi görə bilməmələrinə görə şəhər hakimi və qazısı bu işi görürdü və müxtəlif yollardan, o cümlədən cismani tənbehlər etməklə onları öz öhdəliklərini və işlərini düzgün həyata keçirməyə sövq edirdilər. 
     Həzrət Əlinin (ə) zamanında yaşayan və öz xanımına qarşı güc tətbiq edən və haqq qarşısında boyun əymək istəməyən şəxsin rəvayətini hamınız yaxşı bilirsiniz. Sonda Əmirəl-möminin Əli (ə) ona qarşı sərt addım atdı və qılıncla hədələdi və beləliklə də onu haqq qarşısında təslim olmağa məcbur etdi. 
     Ayənin sonunda isə yenə də kişilərə xəbərdarlıq edərək ailədə tutduqları başçılıq və himayədarlıq vəzifələrindən sui-istifadə etməmələri və hamıdan daha uca və böyük olan Allahın qüdrəti barədə düşünməkləri qeyd qeyd olunur.
     
إنّ الله کان علیّاً کبیرا

     «Əlbəttə, Allah ucadır, böyükdür!»
     
     
İncəliklər

     ◘ Öhdəsində bir başqasının islahına dair vəzifəsi olan kəsə «qəvvam» deyirlər.
     ◘ «Nüşuz» uca yerə deyilir. Həddi aşmaq, yuxarıdan getmək də «nüşuz» adlandırılır.
     Həyatın təmini və idarə edilməsi ləyaqəti himayə və müdiriyyət şərtidir. Bu baxımdan kişilər nəinki ailə həyatında, hətta ictimai işlərdə, mühakimədə və döyüşdə də qadından irəlidirlər. Cütlük məsələsi ailə həyatına aiddir. Allah uyğun üstünlüyü evə məxsus etməmişdir.
     ◘ Bə’zi qadınlar fiziki güc və qazanc baxımından kişidən üstün olsalar da, qanun və proqramda nadir hallar yox, əksər ümumi hallar nəzərdə tutulmalıdır.
     ◘ «Hafizatun lilğəybi bima həfizəllah» cümləsi müxtəlif şəkillərdə mənalandırılmışdır:
     a) Qadınlar Allah istəyən şeyləri hifz edirlər.
     b) Qadınlar ərlərinin hüquqlarını hifz edirlər. Necə ki, Allah kişilərə müəyyən vəzifələr tə’yin etməklə qadınların haqqını hifz etmişdir.
     v) Qadınlar hifz edəndirlər, amma bu tövfiq onlara İlahi hifzdəndir.
     ◘ Mülayim tədbirlər nəticə vermədikdə, ya vəzifədən əl çəkmək, ya da nəsihət tə’sir etmədikdə sərtlik göstərmək lazım gəlir. Psixoloqların fikrincə, bə’zi insanlarda «mazoxizm» (əziyyət istəyi) səciyyəsi var. Cüzi fiziki tənbeh sanki onlar üçün məlhəmdir. İslam fiziki cəza verilməsini tövsiyə edərkən bildirir ki, tənbeh zamanı bədən göyərməməli, yaralanmamalıdır. Bundan əlavə, qadın ər tərəfindən tənbeh olunursa, kişilər nəzərdə tutulmuş hallarda qazi tərəfindən tənbeh olunur. 
     ◘ Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Sizin kötəyinizin qadın cismində əsəri qalmamalıdır...» ("Təfsire-Təbəri”, c. 5, səh. 68.; "Təfsire-Dürrül-Mənsur”, c. 2, s.522)
     
     ◘ İmam Sadiq (ə) buyurmuşdur: «Ərlə yaxınlıqdan imtina qadın üçün itaətsizlik sayılır. «Vurmaq» dedikdə diş fırçası və ona oxşar şeylərlə vurmaq nəzərdə tutulur». ("Təfsire-Təbəri”, c. 5, səh. 68.; "Təfsire-Dürrül-Mənsur”, c. 2, s.522)
     
     
Qeydlər

     1. İki nəfərlik bir cəmiyyətdə də biri məsul, rəhbər olmalıdır. Ailənin müdiri kişidir. 
     2. Ailə işlərinin idarəsində ağıl və tədbir hiss və məhəbbətə hakim olmalıdır. 
     3. İslam dininin hüquq nizamı yaranış nizamı ilə həmahəngdir. Kişinin müdiriyyət haqqı onun fiziki və ruhi möhkəmliyinə əsaslanır.
     4. Təbii üstünlüklər İlahi fəzldir. 
     5. Ailənin xərcləri kişinin öhdəsinədir. 
     6. Qanun hazırlayan kəs qadın və kişi arasındakı təbii fərqləri nəzərə almalıdır. 
     7. Ərə itaət və təvazökarlığı qadının ləyaqət nişanəsidir. 
     8. Layiqli zövcənin əlaməti onun özünü əri olmayan yerdə hifz etməsidir. 
     9. Qadının ərə itaəti və ərin haqqını hifz etməsi, onun ailə ehtiyaclarının kişi tərəfindən tə’min olunmasından asılıdır. 
     10. Hadisə baş verməmiş çarə tapılmalıdır. Qadın itaətdən çıxmamış tədbir görün. 
     11. İtaətçil zövcəyə əziyyət vermək olmaz. 
     12. Qadına nəsihət, onun yatağının tərk olunması və tənbehi qadını itaətə gətirmək üçün müəyyən olunmuş yollardır. Qadın digər bir yolla itaət edirsə, kişinin ona qarşı çıxmaq haqqı yoxdur. Ayədən aşkar görünür ki, başqa bir yolla olmuş olsa, əsas məsələ itaətdir.
     13. Qadının təvazökarlığı onun zəifliyi yox, dəyərli olma əlamətidir. 
     14. Sirr saxlamaq, mal, abır və namusun hifzi layiqli zövcənin nişanələrindəndir. Layiqli qadın ər olmayan yerdə də özünü qoruyur. 
     15. Pis işlə addım-addım, mərhələ-mərhələ mübarizə aparılmalıdır, əvvəlcə moizə, sonra arxa çevirmə, daha sonra isə tənbeh. 
     16. Moizə təsir edən yerdə sərtlik qadağandır. Əgər ər öz arvadından kənarlaşmaqla onu itaətə gətirə bilirsə, tənbeh qadağan olur. 
     17. Sərt rəftar və tənbeh intiqam almaq üçün yox, vəzifəni yerinə yetirmək üçündür. 
     18. Kişinin qadından üstünlüyü onu qürrələndirməməlidir. Çünki Allah ən üstün varlıqdır. 
     19. Allahın üstünlüyünə diqqət, təqva və zövcəyə qarşı zülmdən çəkinmək səbəbidir.
Kateqoriya: Quranda qadın | Əlavə edən: Elcin (30.11.2011)
Baxılıb: 949 | Reyting: 0.0/0
Cəmi şərhlər: 0
Имя *:
Email *:
Код *: