İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il

MƏQALƏLƏR

Baş səhifə » Məqalələr » Quranda qadın

Mömin və kafir qadınlardan nümunələr
Mömin və kafir qadınlardan nümunələr
«Təhrim» surəsinin, 9-12-ci ayələrinin təfsiri
(«Təfsiri-nümunə»dən tərcümə)
Ayələrin tərcüməsi:
     
يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ وَمَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ

     9. «Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların məskəni cəhənnəmdir. Ora necə də pis sığınacaqdır».
     
ضَرَبَ اللَّهُ مَثَلا لِلَّذِينَ كَفَرُوا اِمْرَأَةَ نُوحٍ وَامْرَأَةَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلا النَّارَ مَعَ الدَّاخِلِينَ

     10. «Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkir. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: «Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin!» – deyildi».
     
وَضَرَبَ اللَّهُ مَثَلا لِلَّذِينَ آمَنُوا اِمْرَأَةَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ

     11. «Allah iman gətirənlərə Fironun zövcəsini məsəl çəkir. O zaman o: «Ey Rəbbim! Mənim üçün öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!» – demişdi».
     
وَمَرْيَمَ ابْنَتَ عِمْرَانَ الَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِنْ رُوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ الْقَانِتِينَ

     12. «Allah (mömin qadınlara) həmçinin namusunu, ismətini qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkir. Biz (Cəbrayıl vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu».
     Peyğəmbərin (s) evindəki sirlər (zövcələrilə onun arasında yaranan ixtilaflar) ətrafdakılara yayıldıqda, münafiqlər buna çox sevinmiş və bu söz-söhbəti daha da qızışdırmışdılar. Bəlkə də elə buna görə «Təhrim» surəsinin 9-cu ayəsində onların barəsində kəskin göstərişlər verilərək buyurulub: «Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların məskəni cəhənnəmdir. Ora necə də pis sığınacaqdır».
     Kafirlərə qarşı olan cihad həm silahlı, həm də silahsız ola bilər. Amma münafiqlərə qarşı olan cihad isə silahsız olmalıdır. Çünki İslam Peyğəmbərinin (s) münafiqlərə qarşı silahla mübarizə aparması barəsində heç bir tarixi məlumat yoxdur. İmam Sadiq (ə) buyurub: «Allahın Rəsulu (s) münafiqlərə qarşı heç vaxt müharibə etməmişdir»(«Məcməul-bəyan», c.10, səh.319).
     Bu səbəbdən də «münafiqlərlə cihad» dedikdə, ya onları danlamaq, məzəmmət etmək, qorxutmaq, hədələmək, rüsvay etmək və s. bu kimi şeylər, yaxud da onların qəlblərini ələ almaq nəzərdə tutulur. Beləliklə, «cihad» kəlməsi daha geniş mənalara malikdir və hər cür səy etmə, çalışmağa şamil edilə bilər. 
     «وَاغْلُظْ عَلَيْهِمْ» (onlarla sərt rəftar et) cümləsi «qəzəblə danışmaq və hədədləmək» mənasındadır. İslam üçün ən təhlükəli olan münafiqlər zahirdə İslamdan danışıb müsəlmanlarla oturub-durmalarına baxmayaraq, Quranda qeyd edilən «sərt rəftar» yalnız onlar üçün nəzərdə tutulub. Çünki münafiqlərlə kafirlər kimi davranmaq mümkün deyil. Təbii ki, müharibəsiz olan bu rəftar münafiqlərin əllərinə silah alacaqlarına qədərdir. Əgər onlar silahla mübarizəyə başlasalar, eyni cavabı almalıdırlar. Belə bir hadisə Peyğəmbərin (s) vaxtında olmasa da, ondan sonra, xüsusilə Əli (ə)-ın dövründə baş vermişdi. O, münafiqlərlə silahlı mübarizəyə qalxmışdı.
     Bəziləri zikr olunan ayədəki «münafiqlərlə cihad» ifadəsində məqsəd, münafiqlərlə olan rəftarda şəri hədlərin icrasının nəzərdə tutulduğunu söyləmişlər. Çünki şəri həddin təyin olunduğu əksər insanlar münafiqlər idilər. Ancaq həmin dövrdə əksər şəri hədlərin münafiqlər üçün təyin olunmasına dair heç bir dəlilimiz yoxdur.
     Diqqət olunmalıdır ki, eynilə bu ayə «Tövbə» surəsinin 73-cü ayəsində də nazil olmuşdur.
     10-cu ayədə Peyğəmbərin (s) zövcələrinin törətdiyi hadisəyə yenidən qayıdaraq, onlara yaşanmış bir hadisə zikr olunur. Allahın iki böyük Peyğəmbərinin (ə) evində yaşayan təqvasız iki qadının macərası qeyd olunur. Sonra tarixin ən zülmkar adamının evində olan başqa bir möminə qadından söhbət açılır.
     «Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkir. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər».
     Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: «Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin!» – deyildi».
     Beləliklə, sirləri ifşa etməklə Peyğəmbəri (s) narahat edən iki qadına bu ayə vasitəsilə xəbərdarlıq olunur ki, Peyğəmbərin (s) arvadı olduqları üçün cəhənnəm əzabından xilas olunacaqlarını güman etməsinlər. Nuhun və Lutun arvadları öz ərlərinə xəyanət etdiklərinə görə nübuvvət sülaləsindən ayrılıb İlahi əzaba düçar olduqları kimi, onlar da İslam Peyğəmbərinin (s) ailəsindən ayrılaraq İlahi əzaba düçar ola bilərlər. Bununla yanaşı Allah övliyaları ilə ailə qurmuş bütün qadınlara xəbərdarlıq edilir ki, günah edərkən İlahi əzabdan amanda qalacaqlarını zənn etməsinlər.
     Bəzi təfsirlərə görə, Nuh peyğəmbərin həyat yoldaşının adı «Valihə», Lut peyğəmbərin həyat yoldaşının adı isə «Valiə» olmuşdur («Qirtibi», c.10, səh. 6680). Bəziləri isə bunun əksini (yəni Nuh peyğəmbərin həyat yoldaşının adı «Valiə», Lut peyğəmbərin həyat yoldaşının adı isə «Valihə», və ya «Vahilə»-dir) söyləmişlər («Ruhul-məani», c.28, səh.142). (Bəziləri isə Nuh peyğəmbərin arvadının adının «Vağilə» yaxud, «Valiğə» olduğunu söyləmişlər).
     Bu iki Peyğəmbərin (ə) zövcələri onlara xəyanət etmişdir. Əlbəttə ki, bu xəyanət iffət yolundan azmaq mənasında deyil. Çünki heç bir peyğəmbərin arvadı iffətsizliyə aludə olmamışdır. İslam Peyğəmbəri (s) bu haqda belə buyurub: «Heç vaxt heç bir peyğəmbərin arvadı iffətsizliyə aludə olmamışdır» («Durrul-mənsur», c.6, səh.245).
     Həzrət Lutun (ə) arvadı ərinin düşmənləri ilə həmkarlıq etmə və evinin sirlərini düşmənlərinə çatdırma baxımından ərinə xəyanət edib. Həzrət Nuhun da arvadı ona eyni xəyanəti etmişdir. Rağib «Mufrədat» kitabında yazır: «Xəyanət» və «nifaq» bir həqiqətdir. «Xəyanət» əhd və əmanət müqabilində, «nifaq» isə dini məsələlərdə işlədilir.
     İslam Peyğəmbərinin (s) ailəsində baş verənlərdən sonra bu dastanın nəql olunması da bunu göstərir ki, «xəyanət»də məqsəd, iffətsizlik deyil.
     Beləliklə, bu ayə Peyğəmbər (s) kimi böyük şəxsiyyətlərlə ünsiyyət qurduqları üçün əzabdan nicat tapacaqlarını güman edən insanların ümidlərini puç edir ki, bir daha heç kəs belə ümidlə günah etməsin. Bu səbəbdən də ayənin sonunda buyurulur: «Onlara: «Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin!» – deyildi».
     Yəni siz Peyğəmbər (s) arvadı olduğunuz üçün başqalarından üstün deyilsiniz.
     Sonra imanlı şəxslər üçün iki misal zikr edilərək belə buyurulur: «Allah iman gətirənlərə Fironun zövcəsini məsəl çəkir. O zaman o: «Ey Rəbbim! Mənim üçün öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!» – demişdi».
     Fironun zövcəsinin adı «Asiyə», atasının adı isə «Məzahim» idi. Həzrət Musanın sehrbazlar qarşısında etdiyi möcüzəni gördüyü zaman, Asiyənin qəlbində iman nuru yarandı və o, həmin anda Musaya iman gətirdi. O, öz imanını və Allaha olan sevgisini gizli saxlamaq istəsə də bacarmırdı. Firon bundan xəbər tutduqda, bu işi ona dəfələrlə qadağan etmiş və israrla Musanın dinindən əl çəkməsini ondan istəmişdi. Amma Asiyə Fironun bu istəyinə təslim olmamışdı. Nəhayət, Firon göstəriş verir ki, arvadının əl-ayağını bağlayaraq qızmar günəş altında saxlasınlar və sinəsinə böyük bir daş atsınlar. Asiyə ömrünün son anlarında Allaha belə dua edir: «Ey Rəbbim! Mənim üçün öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!»
     Allah bu fədakar və pak qadının duasını qəbul edərək, onu «Məryəm» kimi ən ismətli qadınlar sırasına daxil edir. İslam Peyğəmbəri (s) buyurub: «Behiştin ən üstün qadınları (dörd nəfərdir): Xuvəylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Fironun zövcəsi, Məzahimin qızı Asiyə» («Durrul-mənsur», c.6, səh.246).
     Asiyə öz sözləri ilə Fironun əzəmətli sarayını təhqir edir və bu sarayı Allahın rəhmət dolu evi ilə müqayisədə dəyərsiz bilir. «Musa kimi çoban bir kişiyə iman gətirməklə, Misirin ən üstün qadını olmaq imkanını əldən vermə!» – deyərək ona nəsihət edənlərin cavabını Asiyə öz duası ilə verir. «Məni zalım qövmdən xilas et» cümləsilə, o, özünün fasiq mühitdən və onların cinayətlərindən kənar olduğunu bildirir. Bu ağıllı və fədakar qadının ömrünün sonunda söylədiyi cümlələr nə qədər dəqiq və hesablanmış ifadələrdir. Bu ifadələr bütün mömin kişi və qadınlara ilham bəxş edən bir cümlələrdir. Bu, fasiq mühit və həyat yoldaşlarını bəhanə gətirərək, Allaha itaət etməkdən boyun qaçıranların bəhanələrini əllərindən alan bir cümlələrdir.
     Şübhəsiz ki, həmin dövrdə Firondan daha hiyləgər, qüdrətli, əzəmətli bir şəxs yox idi. Həmçinin, cinayətkar Fironun işgəncəsindən də daha şiddətli bir işgəncə yox idi. Ancaq bütün bunlara baxmayaraq, bu möminə qadın zalıma boyun əyməyib, tutduğu İlahi yoldan son nəfəsindək çəkinmədi.
     Asiyə öz duası ilə Allah dərgahında və behiştdə bir ev tikilməsini arzu edir. Behiştdə olmaq, cismə aid bir istək, Allah dərgahında olmaq isə ruhun ehtiyacıdan doğan bir istəkdir. Asiyə öz duasında kiçik bir cümlə ilə bunların hər ikisini cəm etmişdir.
     Sonra bütün imanlı şəxslər üçün nümunə hesab edilən bir qadına işarə olunaraq buyurulur: «Allah (mömin qadınlara) həmçinin namusunu, ismətini qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkir. Biz (Cəbrayıl vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu».
     Məryəm iman baxımından ən ali dərəcəyə yüksəlmiş, bütün asimani kitablara, İlahi hökmlərə iman gətirmişdi. Əməl baxımından bütün İlahi əmrlərə tabe olur, hər cəhətdən Allaha itaət edirdi. 
     «کلمات» kəlməsi ilə «کتب» kəlməsinin fərqi bu ola bilər ki, «کتب» kəlməsi peyğəmbərlərə nazil olan bütün səmavi kitablara işarədir. «کلمات» kəlməsi isə kitab şəklində olmayan vəhylərə aiddir.
     Məryəm İlahi kitablara və vəhylərə səmimi qəlbdən elə iman gətirirdi ki, «Maidə» surəsinin 75-ci ayəsində o, «Siddiqə» (çox təsdiq edən) adı ilə zikr olunmuşdur (Bir çoxları «Siddiqə» kəlməsini «düz danışan» kimi mənalandırmışlar). Belə yüksək məqama sahib olan bu imanlı qadın haqqında Quranın müxtəlif ayələrində rast gəlmək olar ki, bunlardan ən mühümü onun adıyla başlayan surədir.
     Beləliklə, Qurani-Kərim bu izahları ilə cinayətkar yəhudilərin Məryəm haqqında söylədiklərinə və nalayiq sözlərlə onun paklığını şübhə altına salanlara cavab verərək, onu pak və ismətli hesab edir.
     «Öz ruhumuzdan ona üfürdük» ifadəsi, ruhun ali olmasına və əzəmətinə işarədir. Başqa sözlə desək, «ruh»un «Allah»a əlavə olunması «təşrifiyyə izafəsi»dir ki, hər hansı bir şeyin əzəmətini bildirmək üçün işlədilir. («Beytullah» sözündəki «beyt» kəlməsinin «Allah» kəlməsinə artırıldığı kimi. Halbuki, Allahın nə ruhu var, nə də yaşamaq üçün evi.)
     Qəribədir ki, bəzi təfsirçilər Allah dərhgahına yaxın olan qadınlar haqqında hədis nəql edərkən, bu hədislərə istinad edərək «Aişə»ni onların ən üstünü hesab etmişlər. Onların bu hədisi «Təhrim» surəsinin təfsiri üçün nəql etməmələri daha yaxşı olardı. Çünki «Təhrim» surəsində belə saxta hədislərə açıq-aydın cavab verilir. Belə ki, surənin əvvəlində Allah və Peyğəmbərin (s) qəzəbinə səbəb olaraq məzəmmət olunan iki qadının «Həfsə» və «Aişə» olduqlarını əksər sünni təfsirçilər və tarixçiləri təsdiq etmişlər. Bu faktı, sünnilərin ən mötəbər hədis kitabı olan «Səhih Buxari»də də tapmaq olar («Səhih Buxari», c.6, səh.195).
     Biz bütün azad düşüncəli insanlardan xahiş edirik ki, bu surənin ayələrini bir daha gözdən keçirsinlər ki, hansı hədisin saxta və ya səhih olmasını anlaya bilsinlər.
Kateqoriya: Quranda qadın | Əlavə edən: Elcin (30.11.2011)
Baxılıb: 718 | Reyting: 0.0/0
Cəmi şərhlər: 0
Имя *:
Email *:
Код *: