İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il

MƏQALƏLƏR

Baş səhifə » Məqalələr » Hədisdə qadın

Merac hədisinin işığında qadın və cəmiyyət
Merac hədisinin işığında
qadın və cəmiyyət


     Muhəmməd (s) meracda olarkən ümmətin bir qism qadınlarını əzab içərisində görüb. Bu qadınlara hansı əməllərinə görə əzab verildiyinə diqqət etsək, görərik ki, bu əməllər cəmiyyətə ciddi ziyan vurur və fərdi ziyandan çox, ictimai fəsad törədir. Şərhə keçməzdən əvvəl hədisi bütünlükdə qeyd edirik.
     Şiə məzhəbinin böyük alimi və elmi simalarından olan İslamın mötəbər hədisçisi Həzrət Əbdüləzim Həsəni (həzrət Hadinin (ə) buyurduğuna əsasən, onun ziyarətinin savabı imam Hüseynin (ə) ziyarətinin savabı ilə bərabərdir) imam Cavaddan (ə), o Həzrət (ə) də ataları vasitəsi ilə Əlidən (ə) belə nəql edir: «Mən və Fatimə (ə) Peyğəmbərin (s) yanına getdik. O Həzrət (s) çox möhkəm ağlayırdı. Soruşdum: «Atam, anam sənə fəda! Ağlamağınızın səbəbi nədir?» Buyurdu: «Meraca aparıldığım gecə ümmətimin bəzi qadınlarını gördüm.Çox şiddətli əzab içində idilər. Onları bu şəkildə görcək, məni ağlamaq tutdu. Başının qabağının tükü ilə Cəhənnəm divarından asılmış bir qadın gördüm. Əzabın şiddətindən beyni qaynayırdı. Dili ilə Cəhənnəm divarına bağlanılmış bir qadın gördüm. Cəhənnəmin ən isti və çirkli maddəsini onun ağız və boğazına tökürdülər. Sinəsi Cəhənnəm divarına yapışdırılmış bir qadın gördüm. Cəhənnəmdə iki ayağından asılmış bir qadın gördüm. Öz bədəninin ətini yeyən bir qadın gördüm. Belə ki, ətindən od yağırdı. Əli-ayağı bağlanılmış bir qadın gördüm. Ona çoxlu ilan və əqrəb hücum etmişdi. Əl-ayağı bağlı olduğu üçün qaçıb qurtara və özünü heç cür müdafiə edə bilmirdi. Kor, kar və lal bir qadın gördüm. Onu od dolu bir tabuta qoymuşdular. Bədəninin dərisi və əti cüzam xəstəliyinə tutulmuş adamın dərisi və əti kimi tikə-tikə olaraq yerə tökülürdü. Üzü və bədəni od tutub yanan bir qadın gördüm. Onu pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edirdilər. Başı donuz başı, bədəni ulaq bədəni olan bir qadın gördüm. O, milyonlarla əzaba düçar olmuşdu. İt sifətində olan bir qadın gördüm. Od arxasından daxil olub ağzından xaric olurdu. Əzab mələkləri Cəhənnəm alətləri ilə onun başına, bədəninə vururdular».
     Həzrət Zəhra (ə) ərz etdi: «Mənim məhbubum, gözümün işığı, onların bu dünyada nə etdiklərini və nə üçün bu növ əzablarla qarşılaşdıqlarını mənə söylə». Həzrət (s) buyurdu: «Başının qabağının tükü ilə Cəhənnəm divarından asılan qadın başının qabağının tükünü naməhrəmdən qorumamışdır. Dili ilə Cəhənnəm divarına bağlanmış qadının əri onun dil sancmalarından amanda qalmamışdır. Sinəsi Cəhənnəm divarına yapışdırılmış qadın öz ərinin cinsi tələblərinin doydurulmasına yol verməmişdir. Cəhənnəmdə iki ayağından asılmış qadın ərinin icazəsi olmadan istədiyi yerə gedirmiş. Öz bədəninin ətini yeyən və ətindən od yağan qadın ərindən qeyrisi üçün bəzənir və öz bəzəyini naməhrəm kişilərə göstərirmiş. Əli-ayağı bağlanıb ilan, əqrəb hücumuna məruz qalan qadın namazı yüngül sayar, özünü nəcasət, cənabət və heyzdən paklayıb qüsl verməzdi. Kor, kar və lal qadın ərindən başqası ilə cinsi əlaqədə olub, övlad doğmuş və onu öz ərinin boynuna atmışdır. Od tutan qayçı ilə əti doğranan qadın özünü yad kişilərin ixtiyarına vermişdir. Üzü və bədəni od tutub yanan və pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edilənlər fahişəlik üçünvasitəçilik edər və qadınları kişilərin cinsi tələblərini doydurmaq üçün onlarınixtiyarına verərmişlər. Başı donuz başı, bədəni ulaq bədəni olan və milyonlarla əzaba məruz qalan qadınlar ara vurar və yalançılıqla məşğul olarmışlar. İt sifətində olan, od arxasından daxil olub ağzından xaric olan qadın eyş-işrət məclislərində müğənnilik etmiş və həsəd xəstəliyinə bulaşmışdı».
     
     Hədisin şərhi
     1. Başının qabağının tükü ilə Cəhənnəm divarından asılan qadın başının qabağının tükünü naməhrəmdən qorumamışdır.
 
     Təsadüfi deyil ki, Peyğəmbər (s) ilk əzab çəkən qadının əzab səbəbinin hicabsızlıq olduğunu bildirir. Ayələrlə və hədislərlə qəti şəkildəvacib olmuş hicab əmri, İslamın bütünlükdə ideal qadın olmaq çağırışıdır. Bu ideal qadın əxlaqi keyfiyyətlərilə birlikdə, ayə və hədislərdə göstərilən çərçivədə geyinməlidir. Hətta başın qabaq hissəsinin tükü də görünsə, hicab kamil olmaz və yuxarıdakı əzaba səbəb olar. Deməli, hicab cəmiyyətin əmniyyətinin birinci qarantıdır.
     2. Dili ilə Cəhənnəm divarına bağlanmış qadının əri onun dil sancmalarından amanda qalmamışdır.
     Cəmiyyətin əsas aparıcı və işçi qüvvəsi kişilərdir. Şərq ölkələrində olduğu kimi, Amerika və Avropa ölkələrində də belədir. Siyasət, ticarət və s. kimi sahələrdə qadınların sayını kişilərlə bərabərləşdirmək cəhdi tarix boyu həmişə uğursuzluqla nəticələnib. Kişilər cəmiyyət həyatında daha çox üstün rola sahib olublar. Amma bu işin pərdə arxasında qadınlar durur. Yəni, qadınlar ailələrindəki kişilərlə hörmətlə davranmalı, onlardakı özlərinə inam hissini öldürməməlidirlər. Bütün bunlar isə şirin dillə mümkündür. Hətta kişinin böyük səhvləri də olsa, bunu qadın incəliyi, nəzakəti və şirin dillə həll etmək daha düzgündür. Bəs qadın dili ilə kişiyə əziyyət verərsə, nə baş verər? Əvvəla, kişi evdən əsəbi çıxar və əsəbini işdəkilərin üstünə tökər. İkincisi, öz evini idarə edə bilməyən, təhqir görən kişi, işdə özünü bacarıqsız hiss edəcək ki, bu da cəmiyyətə bir başqa zərbədir. Daha ağır nəticələr isə ailələrin dağılması və uşaqların ailə mühitindən məhrum olaraq böyüməsidir. Acı dilli olmağın ziyanlarından çox yazmaq olar. Bircə onu demək kifayətdir ki, bütün ictimai mənşəli məsələlər kimi, bu məsələ də onlarla, yüzlərlə, bəzən minlərlə insanın haqqına girməyə bais olur.
     3. Sinəsi Cəhənnəm divarına yapışdırılmış qadın öz ərinin cinsi tələblərinin doydurulmasına yol verməmişdir.
     Fahişəlik və pozğunluq bütün cəmiyyətlərin bəlasıdır. Bu bəladan çıxış yolu isə normal ailələrin qurulmasındadır. Bəs normal ailədə cütlər bir-birilərinin cinsi ehtiyaclarına lazımi cavab vermirlərsə? Xüsusilə, təbiət etibarilə kişilərin cinsi tələblərinin daha mütəmadi və təxirəsalınmaz olduğunu nəzərə alsaq, onların həyat yoldaşlarının bu tələblərə cavab verməməsi təkcə ailə üçün deyil, bütün cəmiyyət üçün təhlükə mənbəyidir. Belə hallar pozğunluğun artmasına səbəb olur. Pozğunluq təkcə mənəvi-əxlaqi cəhətdən yox, həm də bir çox yoluxucu xəstəliklər mənbəyi olduğu üçün(onlardan bəzisi öldürücüdür) cəmiyyətə böyük təhlükə yaradır. Əlbəttə, bu iş ailənin dağılmasına da səbəb olabilər ki, bu da bütöv bir problemlər ordusunu bərabərində gətirər.
     4. Cəhənnəmdə iki ayağından asılmış qadın ərinin icazəsi olmadan istədiyi yerə gedirmiş.
     Bütün müəssisələrdə olduğu kimi, ailə müəssisəsində də bir başçı, bir müdir ola bilər. Bu, hər hansı bir işin müvəffəqiyyətlə nəticələnməsinin yeganə yoludur. Təsəvvür edin ki, bir dövlətin iki prezidenti var. Nəinki dövlət, hətta kiçik bir sex də iki müdirli olsa, tezliklə məhv olar. Ailə də kiçik bir dövlətdir. İlahi göstərişlər bizə ailə başçısı kimi kişini məsləhət görür və qadının harasa gedərkən həyat yoldaşından icazə almasını vacib sayır. İnsan ağlı və təcrübəsindən qaynaqlanan dünyəvi psixoloji nəzəriyyələr də kişinin əsl başçı, məsuliyyət sahibi olduğu ailələrin daha normal münasibətlərə sahib olduğunu təsdiq edir. Əks təqdirdə, yəni, qadının başçı olduğu, kişinin isə hökm vermək ixtiyarından məhrum olduğu ailələr dağılmasa da, psixoji cəhətdən problemli övladlar yetişdirirlər və bunun ziyanı da yenə cəmiyyətə qayıdır.
     5. Öz bədəninin ətini yeyən və ətindən od yağan qadın ərindən qeyrisi üçün bəzənir və öz bəzəyini naməhrəm kişilərə göstərirmiş. 
     Burada söhbət pozğunluqdan getməsə də, bu pis işə rəvac verən əməldən gedir. Ərindən başqası üçün bəzənən qadın nə qədər namuslu olsa da, başqalarını təhrik etmiş olur. Gənclər arasında aparılan sorğu da onu göstərir ki, onları pozğunluq yuvalarına aparan və ya onanizm və s. kimi pis vərdişlərə qurşanmağa vadar edən qüvvə küçədə-bacada gördükləri bəzəkli qadinlardır. Cəmiyyət içərisində cəzbedici geyimlərdən istifadə edib bəzənən qadının neçə-neçə yuva yıxdığının, neçə nəfəri günaha sürüklədiyinin hesabını yalnız Allah bilir. Nəticədə, belə qadın həm özü Allahın qəzəbinə düçar olub Cəhənnəm əzabına məruz qalır, həm də bir çox insanı özü ilə birlikdə Cəhənnəmə yuvarladır. 
     6. Əli-ayağı bağlanıb ilan, əqrəb hücumuna məruz qalan qadın namazı yüngül sayar, özünü nəcasət, cənabət və heyzdən paklayıb qüsl verməzdi. 
     Əsas məsələlərdən biri budur: özü pak olmayan, pak cəmiyyət yarada bilməz. Aləmlərin Rəbbinin göstərişlərini yüngül sayan, yüksək dəyərlərdən məhrum olar. Belə insanların cəmiyyətə faydalı olması, yalnız vicdanlarının səsini dinləməklə mümkün ola bilər. Bu da çox çətin başa gəlir. Axı şeytan daim insana nüfuz etməyə çalışır və onun qarşısını alan qüvvə bəndənin Allahla ünsiyyəti, xüsusilə namazıdır! Bir insanın namaz qılmaması, onun Allahın razılığına can atmaması kimi qiymətləndirilə bilər. Allahın razılığına çalışmayan, təbii ki, nəfsinin razılığına doğru yönələcək və şəxsi mənfəətləri naminə hər bir şeyə razı olacaq. Belə düşüncə tərzi isə bir çox ictimai bəlaların mənbəyidir.
     7. Kor, kar və lal qadın ərindən başqası ilə cinsi əlaqədə olub, övlad doğmuş və onu öz ərinin boynuna atmışdır.
     İnsan həyatıbir qadın və bir kişinin birgə həyatı ilə başlayır. Əgər bu başlanğıc halal yolla, namus və iffət prinsiplərinə əsaslansa, mənəvi cəhətdən sağlam övladlar dünyaya gələr. Əks halda, xəmiri haramla yoğrulmuş insanların daxili, elə bünövrədən şeytanın məskəni olar. Xüsusilə, ərli bir qadının başqasından uşaq dünyaya gətirib bu məsələni gizlətməsi, azğınlığın son həddidir. Dünyada ən azğın nəzəriyyələr və kütləvi qırğınlar, məhz belə haram cütləşmədən dünyaya gələn insanlar tərəfindən törədilir. Həmçinin buyurulur ki, Peyğəmbər və İlahi rəhbərləri – məsum imamları yalnız haramzadələr, yəni kəbinsiz dünyaya gələn insanlar qətlə yetirə bilirlər. Belə övladlar Allahın sonsuz lütfü və öz ciddi-cəhdləri sayəsində hidayət olub ibadət əhli olsalar da, İslam əhkamı onların dini rəhbər olmasını qadağan edir. Bu, onlardan asılı olmayaraq, bünövrələrinə qoyulmuş haramın istənilən vaxt aşkar olaraq cəmiyyətdəki insanlara ziyan vurmasının qarşısını almaq üçündür. Əlbəttə, ruh elmindən insanlara az şey məlumdur və biz haramdan dünyaya gələn insanların xüsusiyyətini tam olaraq dərk edə bilmirik. Odur ki, qeyd etdiklərimizlə kifayətlənirik.
     8. Od tutan qayçı ilə əti doğranan qadın özünü yad kişilərin ixtiyarına vermişdir. 
     Pozğunluq barədə yuxarıda bir qədər qeyd etmişik. Yazılanlara əlavə olaraq qeyd etməliyik ki, qadınların pozğunluğu böyük bəladır. Birincisi, müxtəlif yoluxucu xəstəliklər mənbəyi olan belə qadınlar, pul qazanmaq üçün ölümcül xəstəlikləri belə yaymaqdan çəkinmirlər. İkincisi, kifayət qədər tez-tez rast gəlinir ki, belə qadınlar təsadüfi "müştəri”dən uşaq dünyaya gətirirlər. Məlumdur ki, belə uşaqlar həm haramdan doğulduğu, həm də pozğun qadının tərbiyəsində olduqları üçün cəmiyyət üçün böyük bir təhlükə mənbəyidirlər. 
     9. Üzü və bədəni od tutub yanan və pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edilənlər fahişəlik üçün vasitəçilik edər və kişilərin cinsi tələblərini doydurmaq üçün qadınları onların ixtiyarına verərmişlər.
     Yenə pozğunluğa rəvac verən mühüm məsələdən – pozğunluq yuvalarından söhbət gedir. Çox qızlar ismətlərini (istəyərək və ya istəməyərək) məhz belə məskənlərdə itirir, bu yolun yolçusuna çevrilirlər. Fahişəlik üçün vasitəlik edən şəxsin qadın olması, məsələni bir az asanlaşdırır. Axı qızlar kişilərdən çəkindiyi üçün qadınlara daha çox etimad edir. Bir sözlə, indi haqqında daha çox eşitdiyimiz insan alverçilərini dünyada məhkəmə məsuliyyəti gözlədiyi kimi, axirətdə də yuxarıda qeyd olunan acı bir əzab gözləyir. 
     10. Başı donuz başı, bədəni ulaq bədəni olan və milyonlarla əzaba məruz qalan qadınlar ara vurar və yalançılıqla məşğul olarmışlar.
     Cəmiyyətin bəlaları çoxdur və onların ən böyükləri ara vurmaq və yalandır. Hədislərdə buyurulur ki, yalan bütün pisliklərin başıdır. Yalan deyən insandan hər cür pis işi gözləmək olar. Çünki o, yalan söyləməkdən çəkinmədiyi üçün hər vəziyyətdə insanların nəzərində öz nüfuzunu qoruyub saxlaya bilir. Ara vurmaq isə iki insan arasına düşmənlik sala bildiyi kimi, böyük bir müəssisəni dağıtmağa, hətta dövlətlər arasında müharibə salıb milyonların qanını axıtmağa müqtədir olan iyrənc bir işdir.
     11. İt sifətində olan, od arxasından daxil olub ağzından xaric olan qadın eyş-işrət məclislərində müğənnilik etmiş və həsəd xəstəliyinə bulaşmışdı.
     Eyş-işrət məclisləri bütün müqəddəsliklərin yoxa çıxdığı, bir çox fəsadların – qumar, içki, narkotik, pozğunluq və s. baş verdiyi məclislərdir. Belə məclislərdə, adətən, müğənni qadınlar məclici daha da xoşagəlimli, cəlbedici edirlər. Yalnızca həmin qadının oxuduğu musiqini dinləyib simasına tamaşa etmək üçün gələn insanlar da az olmur. Əlbəttə, müğənni qadın da məclisə insanları cəlb etmək üçün bacardıqca cəlbedici, şəhvətamiz geyim və hərəkətlərə üstünlük verir. Nəticədə, böyük bir ictimai bəlanın təşkilatçısına çevrilir. Həsəd aparmağın da insanlar arasında necə pis işlərə səbəb olduğu məlumdur. Bu pis xüsusiyyət qardaşı-qardaşa, ananı balaya düşmən edə bilir. (Həsəd barədə müxtəlif kitablardan daha geniş məlumat əldə etmək olar.)
     Yuxarıda sadalananlar barədə bir ümumiləşdirmə aparmaq istərdik:
     1, 3, 5, 7, 8, 9, 11 saylı xüsusiyyətlər pozğunluq, ona rəvac verən xüsusiyyətlər barədədir. "Merac”hədisində qadınlar barədə qeyd olunan 11 xüsüsiyyətdən 7-sinin birbaşa pozğunluqla əlaqəli olması, bu bəlanın əhəmiyyətinin göstəricisidir.
     Qalan xüsusiyyətlərdən ikisi isə dil ilə yoldaşına əziyyət verən, ondan icazəsiz evdən çıxan qadınlar haqqındadır. Bu xüsusiyyətlər cəmiyyətdə aparıcı rola malik olan kişilərə evdə rahat və hörmət dolu bir şərait yaratmaqla əlaqəlidir. Evdən əsəbi çıxan və ailə başçısı kimi saya alınmayan kişilərin (bu səbəblərə görə) yol verdiyi xətalara, (işlədiyi sahələrdəki) insanlarla əsəbi davranışlarına evlərindəki qadınlar da şərikdir.
     Digər xüsusiyyətlər isə ara vurmaq, yalan və həsəd aparmaqla əlaqəlidir. Bunlar qadınların cəmiyyət həyatında birbaşa iştirakı ilə əlaqəlidir. Təəssüf ki, bu xüsusiyyətlər (yalan istisna olmaqla) qadınlarda kişilərə nisbətən daha çox olur. Belə xüsusiyyətə malik qadınlar cəmiyyətin normal fəaliyyətinə pozucu, dağıdıcı təsir göstərir.
     Son olaraq görürük ki, bu hədisdə cəmiyyətə qadınlardan gələ biləcək bütün qlobal bəlalar sadalanıb. Bu bəlalar dünya həyatını qaraltdığı kimi, axirətdə də şiddətli əzab mənbəyidirlər. Tezliklə imam Mehdinin (ə) zühuru ilə bütün dünya cəmiyyəti fəsad və bəlalardan xilas olar, inşallah. Bunun üçün də, qadınların yuxarıdakı xüsusiyyətlərdən uzaq olması üçün məqsədyönlü iş aparılmalıdır. Beləliklə, ağamızın zühuruna ən gözəl şəkildə hazırlaşmış olarıq. Axı cəmiyyətin bəlası da, xilası da qadınlardan asılıdır!
     
     Merac hədisinin mənbəsi: Bihar, 100-cü cild, səh-245
     
     
Müəllif: Kəmalə Mirməcidli
     Redaktor: Mehriban Məhəmmədli

Kateqoriya: Hədisdə qadın | Əlavə edən: Elcin (30.11.2011)
Baxılıb: 885 | Reyting: 0.0/0
Cəmi şərhlər: 0
Имя *:
Email *:
Код *: