Üzdə isə məsələni şuraya tapşırsa da onu elə bir şəkildə öncədən proqnozlaşdırdı ki, nəticə etibarilə Osman xəlifə olsun.
Osmanın bidətləri
Osman, özünün hökumətdə olduğu dövrdə aşağıda sayılan böyük mənfi işləri gördü:
1. Daş, kərpic, səruc, qiymətli və xoşiyli hind ağaclarından istifadə etməklə gözəl və geniş mənzillər tikdi. Çoxlu yer və çeşmələrə sahib çıxdı və öz evində çoxlu mal topladı. O, öləndə onun xəzinəsində yüz əlli min dinar və bir milyon dirhəm olduğu məlum oldu. Hüneyn ətrafında dəyəri yüz min dinar olan yerlədən başqa, ondan çolxu inək, qoyun və dəvə də qalmışdı. (Mürucüz-zəhəb: c. 2, s. 341)
2. Əbdürrəhman ibn Ovf və Zübeyr ibn Əvam kimi şəxslərə o qədər mal, torpaq və bağ onlar da daş, kərpic və təbaşirədn suvaq edərək evlər tikdilər. Təkcə Zübeyrdən, öləndən sonra 50 min dinar, min qulam və min at qalmışdı. (Mürucüz-zəhəb: c. 2, s. 341).
3. Abdullah ibn Öməri üç müsəlmanı öldürdüyü üçün cəzalandırıb qisas almadı. Ömər ibn Xəttabın dəfnindən sonra Ömərin oğlu, Əbulölöyə əli çatmadığı üçün onun kiçiç qızını qapının önündə öldürdü. Müsəlman Hormoz Əcəmini və Səd bin Vəqqasın qulamı Cəfinəni də öldürdü. Ömərin ölümündən bir neçə gün öncə o iki nəfəri Firuzla danışan halda görmüşdü.
Səd ibn Vəqqas, Abdullah ibn Öməri yere yıxıb qılıncını aldı və qulamlarına göstəriş verdi ki, şura bitincə onu həbs etsinlər. Osman xəlifə olanda Əli ibn Əbi Talib (ə) başqaları dedilər: Ondan qisas al! Osman isə onu azad etdi və dedi: "Dünən atası öldürüldü, bu gün oğlunu öldürüm? Mən, müsəlmanların xəlifəsi olaraq, Abdullahı bağışladım.” (Əl-Qədir, c. 9, s. 260 – Danestənihaye-tarix: c. 3,s. 223)
4. Allahın düşməni olan Mərvanın atası, Həkəm ibn Əbil-Ası ehtiamla Mədinəyə gətirdi. O, Osmanın əmisi və Peyğəmbər (s) və Əhli-beytlə (ə) düşmənliyi məşhur idi. Həkəm ibn Xatir, Peyğəmbərə (s) etdiyi hörmətsizliklərə görə o həzrət tərəfindən Taifə sürgün olunmuşdu. Peyğəmbərin (s) şəhadətindən sonra Əbu Bəkr və Ömər, Osmanın Həkəmi geri qaytarmaq üçün ediyi vasitəsiçili qəbul etmədilər. Hökümət onun əlinə düşəndə Əmisi Həkəm və Mərvanı Mədinənin ətrafına gətirməklə Peyğəmbərin (s) əmrinə qarşı çıxdığını açıq şəkildə nümayiş etdirdi.
Çox keçmədi Həkəmin yerinə, Əbazəri zülm və işkəncəyə məruz qoyaraq sürgün etdi. Digər tərəfdən də müsəlmanların əmlakından yüz min dirhəm Həkəmə verdi. Bundan başqa müsəlmanların hamısının haqları olduğu "ifriqiyyə”nin yüz min dirhəm miqdarında xümsünü Fədəklə bərabər Mərvana verdi. Təkidlə Mərvanı özü üçün vəzirliyə və katibliyə seçdi. Halbuki Peyğəmbər (s) dəfələrlə Mərvanı lənətləyib. (Şəfaüs-südur: c. 1, s. 321)
5. Peyğəmbərin (s) onun haqqında "od əhlidir” buyurduğu Vəlid ibn Əqəbəni Kufəyə vali (başçı) təyin etdi. Vəlid, fasiq və şərabiçən idi. Gecədən sübhdək kəniz və müğənni qadınlarla şərab içirdi. O halda məscidə gedib sübh namazını dörd rəkət qılıb dedi: "İstəyirsinsə, daha çox qılım!” O, səcdə halında deyirdi: "Uşrub və usquni!” (Mürucüz-zəhəb: c. 2, s. 343-344)
Nəql olunub ki, çoxsaylı Kufə, Misir və Bəsrə əhalisi etiraz etmək üçün Osmanın yanına gəldilər. O, təhlükəli vəziyyət yarandığını gördükdə Əmirəlmöminini (ə) vasitə qərar verərək vəd verdi ki, onların istəyini yerinə yetirsin! Onun veridyi vədə görə hakimləri dəyişib gözəl üslub və ədaləti bərpa etsin. Etirazçılar öz şəhərlərinə qayıdan da, Osman tərəfindən göndərilmiş digər yolla gedən elçini gördülər. Onu tutudular və gördülər ki, onda Osman tərəfindən Misirin vaslininə yazılmış bir namə var. Namədə yazılmışdı: "Bunlar sənin hüzuruna çatanda birini öldür, digərinin əlini kəs...” Onlar qayıtdılar. Mədinəyə qayıdarək yol boyu digər çolxu şəxslər də onlara qoşuldu. Onun evini 50 günədək müsahsirədə saxladılar. Osman, mühasirədə olan günlərdə Əmirəlmöminindən (ə) su istədi. Həzrət onun üçün üç ədəd soyuq su məşqi apardı. Bəni-haşimin mane olmaq olmasına baxmayaraq nəhayət etirazçılar onun evinə töküldü və misirli bir kişi onu öldürdü. Bir rəvayətə əsasən o hadisədə İmam Həsən (ə) yüngül xəsarət aldı, Qənbər isə başından yaralandı. (Mürucuz-zəhəb: c. 2, s. 353)