Übeydullah ibn Ziyadın Kufə məscidində çıxışı | 
| Hicri təqvimi ilə 61- ci il, məhərrəm aynının 4-də Kufə hakimi Übeydullah ibn Ziyad, camaat imam Hüseynə (ə) kömək etməsinlər deyə Kufə məscidində bir kəskin bir çıxış etdi. İmam Hüseynə (ə) kömək edəcəkləri təqdirdə onları ölüm və edamla hədələdi. Həmçinin, imam Hüseynin (ə) qanının mübah olması haqqında qazının fətvasını qiraət edib göstəriş verdi ki, Kufə şəhərinin bütün giriş-çıxışın bağlasınlar. (Əl-vəqaye vəl-həvades, c.2, səh. 123) |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 504 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
Kərbəla torpağının bir qisminin imam Hüseyn (ə) tərəfindən alınması | 
| Hicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 - də, imam Hüseyn (ə), hazırda pak məzarnın yerləşdiyi torpaq sahəsini 60 min dirhəmə, Neynəva və Qazəriyə əhalisindən alıb onlarla şərtləşdi ki, onların qəbrini ziyarət etmək istəyən zəvvarlara yolu göstərib onları üç gün qonaq etsinlər. (Məcməül-bəhreyn, c.5, səh. 461, "Kərbəl” bölməsi). |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 542 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
Ömər ibn Sədin qoşunun Kərbəla diyarına daxil olması | 
| Hürr ibn Yəzid, imam Hüseyn (ə) və onun köməkçilərini Kərbəladə mühasirəyə alıb onların Kufəyə tərəf getməsinin qarşını adlıqdan sonra, Übeydullah ibn Ziyad, Yezidin qoşunun başçılığını Ömər ibn Sədə tapşırdı. Ömər ibn Səd, hicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 - də altı və ya doqquz min nəfər döyüş qüvvəsi ilə Kərbəlayə varid oldu. ("Əl-irşad”, c. 2, səh. 84 - Məaliul-Sibtəyn, c. 1, səh.301) |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 452 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
Həzrət Hüseynin (s) Kufə camaatına məktubu | 
| Məhərrəmin 2-ci günü, imam Hüseyn (ə) kufəlilərin yazdığı məktublara cavab yazıb. Məktubda onların dönə-dönə dəvət və yazılarını xatırladaraq beyətlərində sadiq qalmalarınını o həzrət kömək etmələrini istədi. Həzrət, Qeys ibn Müsəhhər Seydaviyə göstəriş verdi ki, məktubu Kufəyə çatdırsın. Lakin məmurlar yolda onu həbs edib şəhadətə çatdırdılar. ("Əl-irşad”, c. 2, səh. 37- "Biharül-ənvar”, c.44 səh, 381) |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 514 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
Həzrət Məhəmmədin (s) islama dünyəvi çağırışı günü | 
| İslam, Mədinə və onun ətrafında bərqərar olduqdan sonra hicri təqvimi ilə 7-ci il, məhərrəm ayının üçü, bütün dünyanı islamın zühura gəlməsi xəbəri və dünyanı bu dinə dəvət etmək məqsədi ilə müxtəlif ölkəlrin Şah və imperatorlarına məktub göndərmklə rəsmi olaraq o dinə dəvət etməyə başladı. Tarixçilər o məktubların sayının 12 - 26 aralarında oduğunu yazırlar. ("Lühuf”, səh. 97- "Feyzül-əllam”, səh. 142) |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 458 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
Həzrət Hüseyn (ə) karvanının Kərbəlaya daxil olması | 
| Məşhur rəvayətə görə hicri təqvimi ilə 61-ci ildə həzrət Seyidüş-şühəda (ə) öz Əhli-beyt (ə) və əshabı ilə birkikdə Kərbəlaya çatdı. Rəvayətə əsasən həzrətin atı daha hərəkət etməyıb dayandı. Həzrət Hüseyn (ə) "bu məntqənin adı nədir” deyə soruşdu. Dedilər: "Qaziriyə”. Buyurdu: "Başqa adı yoxdur?” Dedilər:” Şatül-furat”. Həzrət (ə) başqa adı haqqında soruşdu: Dedilər: Kərbəla. O zaman həzrət ürəkdən bir ah çəkib ağladı və buyurdu: "Əllahummə əzuzu bikə min-əl-kərbi vəl-bəla, And olsun Allaha! Bura Kərbəla torpağıdır. Allaha and olsun, bu məkanda bizimlə olan kişiləri öldürəcəklər, arvad-uşaqlarımızı əsir aparacaqlar..Ey comərdlər, (atlardan yerə) enin ki, bizim qəbrlərimizin yeri burdadır. |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 525 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
Əmirəlmömininin (ə) övladı Məhəmməd ibn Hənəfiyyənin vəfatı | 
| Hicri təqvimi ilə 81-ci il, məhərrəm ayının ilk günü, Məhəmməd ibn Hənəfiyyə Əbdülməlik ibn Mərvannın hakimiyyətdə olduğu dövrdə 65 yaşında ikən vəvat etdi və Bəqi məzarlığında dəfn olundu. Bəzilrinin fikrincə o, ömrünün sonlarında Əbdüllah ibn Zübeyrin fitnəsindən xilas olmaq üçün Tayifə qaçıb və orada dünyasını dəyişıb. Bəzi rəvayətlərə əsasən Allahın Rəsulu (s) Məhəmmədin doğumunu Əmirəlmömininə (ə) müjdə verib öz adını və ləğəbini ona əta etdi. Məhəmməd ibn Hənəfiyyə bilikli, şücaətli və güclü kişi idi. Nəql olunub ki, həzrət Əlinin (ə) hüzuruna müəyyənı sayda zireh gətiriləndə, zirehlədən biri adi ölçüdən uzun idi. Məhəmməd zirehin aşağısını yığıb, atasının nişanladığı yerdən tutdu və dəmirdən olan o zirehin ətəyini (ipək) parça kimi qoparıb qısaltdı. (Muntəhayül-amal, 3-ci bölmə, 6-cı fəsil, səh.263) |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 383 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
Mədinə xalqının Yəzid əleyhinə qiyamı | 
| Hicri təqvimi ilə 63-cü ildə Mədinə xalqı, Əbdullah ibn Hənzəlinin başçılığı ilə Yezid hakimiyyətinə əleyhinə qiyama qalxıb Mədinədə sakin olan əməviləri şəhərdən xaric etdi. O qiyamın xəbəri Şam ordusuna çatdı. Şam qoşunu şəhərə hücum etdi və ağrılı "hərrə” faciəsi baş verdi. |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 570 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
Həzrət Hüseynin (ə) karvanının Bəni Məqatilin qəsrinə çatması | 
| Tarixə əsasən hicir təqvimi ilə 61-ci il, məhərrəmin ilk günü imam Hüseynin (ə) karvanı Kərbəla səfəri zamanı yolda Bəni Məqatilin qəsrinə çatdı. Orada Übeydullah ibn Hürr Cofi ilə görüşüb onu köməyə dəvət etdi. O, imam Hüseynin (ə) dəvətini qəbul etmədi. Lakin bu üzdən həmişə xəcalət çəkib peşmanlıq odunda yanırdı. Nəhayət məhz bu halla dünyadan köçdü. (Əl-irşad, c.2, səh. 81) |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 522 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
“Zatür-rüqa” müharibəsi | 
| Hicri təqvimi ilə 4-cü il, Qüreyş kafirləri Mədinə ətrafında olan qəbilələri, o şəhəri mühasirəyə almaq üçün sövq etdilər. İslamın əziz peyğəmbəri (s) 400 (digər bir nəqlə əsasən 700) nəfərlə birlikdə, onlarla üzləşmək üçün Mədinədən xaric oldu. Üç gün onlarla müharibə etdi. Onlardan gələn təhlükə dəf olunduqdan sonra həzrət (s) bu hadisəyəyə görə "xöfv” namazı qıldı. (Kəmal ibn Əsir. c. 2, səh 172). |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 453 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
Zəkatın ilk toplandığı gün | 
| Tarixin bu təqvimindən Peyğəmbəri-əkrəm (s) zəkat toplamaq üçün təyin etdiyi şəxsləri Mədinə ətrafına göndərdi. Bu iş, çətin və ağır anlarda ehtiyaclılarla birlik, onların dərdinə şərik olmaq və çarəsizlər üçün bir ümid nəsimi idi. |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 422 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
“Şebi - Əbi Talib” hadisəsi | 
| Peyğəmbərin Peyğəmbərliyə (s) təyin olduğu beşinci gün İslamın gün-gündən nüfuzunun çoxalması ilə bağlı Qüreyş kafirləri qərara aldılar ki, əlbir olub Peyğəmbəri-Əkrəmi (s) qətlə yetirsinlər. Əbu Talib (ə) bu bədxah qərardan xəbərdar olduqan sonra Peyğəmbərin (s) canının qorumaq üçün Bəni-haşimi qadın və uşaqları ilə birlikdə "Əbu Talib Şeb”-i tanınan dərəyə köçürdü. O böyük şəxsin qiymətli övladları gecə-günüz pərvanə kimi Peyğəmərin (s) vücudunun şəmi ətrafında dolanırdı. Onların böyük səyi Qureyş kafirlərinin peyğəmbəri (s) öldürmək cəhdini nəticəsiz etdi. Ona görə də onlar Darün-nüdvə -də bir tolanıb bir məclis təşkil etdilər. Orda bir müqavilə yazıb müsəlmanlarla hər növ müamiləni, alış-veriş, nikah və ünsiyyəti qadağan etdilər. Onlara, mümkün olan hər bir vasitə ilə peyğəmbərin (s) öldürülməsinə razı olub onu kafirlərə təhvil verməsi üçün müsəlmanlara təzyiq göstərirdi. |
Peyğəmbər (s) və müsəlmanların Şebi-Əbu Talib -də mühasirəsi çox ağır və dözülməz keçirdi. Şebi-Əbu Talibin ətrafında məskun olanlar, gecələr Bəni-Haşim uşaqlarının aclıqan ucalan səslərini eşitdi. İki ildən bir neçə ay keçdikdən sonra Allahın əmri ilə qarşıqalar o müqaviləni təkcə orada yazılmış Allahın adı istisna olmaqla bütünlüklə yeyib aradan qaldırdılar. Həzrət Əbu Talib (ə) müşriklərə o möcüzəni xəbər verdi. Onlar çarəsiz qalıb müsəlmanaları mühasirədə saxlamaq və onları incitməkdən yayındılar. Beləliklə müsəlmanlar öz
...
ƏTRAFLI »
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 393 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (0)
|
Ali-Məhəmmədin (s) hüznlü günlərinin başlanması | 
| Məhərrəm ayının ilk günü, Əhli-beytin (ə) hüzn ayının ilk günüdür. O gün bütün peyğəmbərlər və mələklər Əhli-beytin (ə) sevənlər və ardıcılları hüznlüdür. Rəvayətdə deyilib: Hər il Məhərrəmin ilk günündən aşura günündək Şəhidlər ağasının parça-parça olmuş köynəyi Allahın ərşindən asırlar və bütün aləmi qəm bürüyür. (Xəsaisüs-zeynəbiyyə, s.). Məhərrəm imam Rzanın (ə) kəlamında Rəyyan ibn Şəbib deyir: "Məhərrəmin ilk günü İmam Rzanın (ə) xidmətinə müşərrəf oldum. Həzrət söz əsnasında buyurdu: Ey Şəbibin oğlu! Cahiliyyət dövrünün ərəbləri məhərrəm günlərində müharibəni haram bilirdi. Ammma bu ümmət məhərrəm ayının aradan qaldırdılar və Peyğəmbərin (s) ehtiramını saxlamadılar. Bu ayda bizim qanımızı halal bilib bizim hörməti sındırdılar. Bizim övladlarımzı və qadınlarımızı əsir etdilər. Bizim yudumuza od vurub malımızı qarət etdilər. |
Allahın Rəsuluna (s) görə (Onun adına görə) bizə hörmət etmədilər. Həqiqətən aşura günü bizim ürəyimizi yandırdılar, (ağlamaqan) kipriklərimiz yara bağladı, gözümüzün yaşını axıtdılar. Bizim əzizimizi Kərbəla torpağında (hörmətsizlik edib) kiçik sayıb, bizim üçün möhnət və bəla qiyamətədək (ondan) irs qaldı. Bərkidmə: | Kateqoriya: | Baxılıb: 586 | Müəllif: Elcin | Tarix: 29.11.2011 | Şərhlər (2)
|
|