Səadətli Qurban bayramı |  | Zi-hiccə ayının onuncu günü, qurban gününə təsadüf edir. Bu bayram günü, möminlər üçün ibadət edib Allah feyzindən faydalanmaqla Onun qürbünə yaxınlaşmaq üçün bir fürsətdir. Dua kitablarında bu günün fəzilətlərini bəyan olunmaqla yanışı bu böyük günün əhəmiyyəti və o günün xüsusi əməlləri də yazılıb. O cümlədən, o günün müstəhəb olan əməlləri arasında çox tövsiyə olunan əməllərindən biri də qüsl etməkdir. Bayam namazını təşkil olunması, qurablıq ətdən dadmaq, "nüdbə” və "Səhifeyi-Səccadiyyə” kitabında İmam Səccadın (ə) duasını oxumaq da o əməllər arasındadır. (Müraciət edin; "Məfatihül-cinan”: Qurban bayramının gününün əməlləri) Yaxşı olar ki, o gün, insan öz günün ətalətdə deyil, onun əməllərini yerinə yetirməklə Allahın rəhmət və inayətini əldə etsin. Mərhum arif, Mirzə Cavad Təbrizi (r), bu günün feyzlərindən faydalnmağa hazır olmaq barədə belə yazır:
|
"Bayramın başlanması ilə (diqqət et) çalış ki, bütün əməlləri yerinə yetirəsən. Çünki o əməllər Allahın nəzərinə özünə yönətməyə, Onun razılığını qazanmağa səbəb olar. Allah-taala dünya, axirət, həyat və ölümünün Malikidir. Belə bir Allahın ütufət və mehribanlığından qafil olmaq olmaz. Əks təqdirdə, Onun ətalarından məhrum olmaqla nəticələnə bilər.” "Bəli, bu günün başlanğıcında qəlbi Alahdan qeyrisindən paklamaq niyyəti ilə qüsl edirsən. O zaman həqiqi "Allahu əkbər” deyirsən. Ondan sonra təqva və əxlaq libası ilə bəzənmək üçün ən təmiz paltarlarını geyib bayram namazı qılmaq üçün müsəllaya (namaz qılınınan məkəna) tərəf get.” (Əl-müraqibat: s. 457) <
...
ƏTRAFLI »
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 597 | Müəllif: Elcin | Tarix: 06.11.2011 | Şərhlər (2)
|
Abdullah Məhz və İmam Həsənin (ə) övlarından bir qrupunun şəhadəti |  | Hicri təqvimi ilə 145-ci il, zi-hiccə ayının 10-cu günü, İmam Həsənin (ə) övladı Abdullah ibn Həsən (Müsənna) öz qardaşlar və əmioğulları ilə birlikdə Mənsur Dəvanəqinin zindanında şəhadətə çatdılar. Onlar elə bir zindanda qalardılar ki, orada gecə və gündüz ayırd edə bilmirdilər. Abdullah Məhzin qardaşları Həsən və İbarim idi. O iki böyük şəxsin anası, Fatimə binti Həsən (ə) idi. Əmioğuları isə Yəqub, İshaq, Əbülhəsən Ələl-İbad, Abbas və Abdullah idi. O böyük şəxsiyyətlərdən İbrahim ibn Həsən kimi bəziləri, diri-diri dəfn, bəzilərini isə evdə ikən damı onların üzərinə uçurdub şəhid etdilər. Ali-Həsənin (ə) məzarları Bağdadın yaxınlığında yerləşir və "Qüburi-səb`ə” adı ilə məşhurdur. (Məraqidül-məarif: c. 2, s. 15) Mənsur, Əhli-beytə (ə) bəslədiyi xüsusi ədavətə görə o böyük şəxslərin şəhadətindən öncə 144-cü ildə göstəriş verdi ki, Ali-Həsənin (ə) əl-ayağını zəncirləyib (çamuş) örtüksüz (yəhərsiz) atlara süvar edib Rəbəzəyə sürdülər. Onları bu halda çılpaq (köynəksiz), günəş altında, onun qarşsında saxladılar. |
Abdullah Məhz, Mənsura xitab edərək buyurdu: "Biz, Bədr günü, sizin əsirlərinizlə beləmi rəftar etdik?” Bu kəlam, Mənsura ağır gəldi, qalxıb getdi. O böyük şəxsi belə bir halda Mədinədən çölə aparanda İmam Sadiq (ə) pərdə arxasından onlara baxıb onlara baxıb o qədər ağladı ki, göz yaşı şərəfli surətinə axdı və buyurdu: "And olsun Allaha! Bundan sonra camaat Allah üçün bir hörmət saxlamadı.” (Məqatilül-talibin: s. 144, 196) Bərkidmə: | Kateqoriya: | Baxılıb: 446 | Müəllif: Elcin | Tarix: 06.11.2011 | Şərhlər (1)
|
“Səddül-əbvab” günü |  | Zi-hiccə ayının doqquzu, islamın əziz peyğəmbərin (s) göstərişi ilə, bütün səhabələrin evinin qapıları Peyğəmbər məscidinə bağlandı. Xüsui ilahi göstərişlə Əmirəlmöminin (ə) qapısı isə bağlanmadı. (Təvaziül-məqasid: s. 30) Səhabələrdən bir qrupu ərz etdilər: "Ya Rəsuləllah (s)! Nə üçün bütün qapılar bağlandı, Əlinin (ə) qapısından baqşa?” Həzrət cavab verdi: "Mən, Rəbbin vəhyinə tabeyəm.” Başqa bir rəvayətdə yazılıb ki, həzrət bir xütbə əsanasında buyurdu: "Ey camaat! Allah-taala Musa və Haruna əmr etdi ki, elə evlər tiksinlər ki, o evlərə cənabətlilər beytutə etməsinlər, oraya qadınlar daxil olmasınlar. Harun və onun övladarından başqa. Əli ibn Əbu Talibin (ə) məqamı, mənim yanımda Harunun Musanın yanında daşıdığı məqamı kimidir. Elə isə heç bir cünub qadın üçün mənim məscidimə daxil olmaq halal deyil.” Sonra Peyğəmbər (s) qalxıb buyurdu: " Bir qrup çöldə olduqlar ilə razı deyil ki, Əli ibn Əbu Talib (ə) hər zaman və hər halda məsciddə olsun. |
And olsun Allaha! Onları mən çölə çıxarmadım və Əlini (ə) məsciddə mən sakin etmədim . Mənə görə onun məqamı Harunun Musaya (ə) görə daşıdığı məqam kimidir.” Sonra Əlinin (ə) fəzilətləri əsnasında buyurdu: " Hər kəs, bu mövzudan narahat olsa, oraya getsin.” Bunu buyurarkən Şama tərəf işarə etdi. "İləlüş-şərae”, c. 1, s. 262. – "Təzkürətül-xəvas: s. 46) Bərkidmə: | Kateqoriya: | Baxılıb: 445 | Müəllif: Elcin | Tarix: 06.11.2011 | Şərhlər (0)
|
Ərəfə günü |  | Bu günün adına bayram deməsələr də, zi-hiccə ayının 9-cu günü, islamın böyük bayramlarından hesab olunur. Bu gün, Allha –taala, Öz bəndələrini ibadət və itaətə çağırıb özünün səxavət süfrəsini bəndələri üçün açmışdır. Şeytan bu gün, rüsvay, həqirət olnumuş və qəzəbli olur. Böyük həcc mərasimində ərəfə gününün zöhr vaxtından başlayaraq ərəfat səhrasına durub qürubadək mə`şərül-harama tərəf gedirlər, zəvvarlar özlərini həccin digər əməllərini yerinə yetirmək üçün hazırlayır.
Rəvayətdə belə yazılır ki, həzrət Zeynülabdin (ə) ərəfə günündə bir dilənçini gördü. Dilənçi, camaatdan kömək istəyirdi. O zaman, İmam (ə) buyurdu: "Vay olsun sənə! Bu gün, Allahdan qeyrisindən kömək diləyərlər?! Halbuki ərəfə günü Allahın rəhməti, ana bətnində olan uşaqlara da şamil olur. (Məfatihül-cinan: Ərəfə gününün əməlləri) |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 461 | Müəllif: Elcin | Tarix: 06.11.2011 | Şərhlər (0)
|
Müslüm ibn Əqilin (ə) Kufədə ümumi dəvəti |  | Hicri təqvimi ilə 60-cı il, zi-hiccə ayının 8-ci günü, özünü dəvətini Kufə camaatına çatdırdı. (Əl-İrşad: c.2, s. 445) İlk öncə camaat həzrət Müslümü (ə) misilsiz şəkildə yaxşı qarşıladılar. Amma qısa bir zamanda lənətlik İbn Ziyadın təhdid və hiylələri ilə onların hamısı Müslüm ibn Əqilin ətrafında dağılışdılar. Onu Kufə küçələrində kimsəsiz və tənha qoydular. Onların arasından təkcə bir möminə qadın o böyük şəxsə evinə daxil olmağa yol verdi və zi-hiccə ayının 9-cu gecəsini onun evində başa vurdu. ( Vəqayeül-əyyam: s. 121)
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti Hicri təqvimi 60-cı il, zi-hiccə ayının 9-cu günü, İmam Hüseynin (ə) Kufə şəhərində olan nümayəndəsi və onu kömək edib mənzilində yerləşdirən cənab Hani ibn Ürvə şəhadətə çatdlılar. (Əl-İrşad: c.2, s. 66 – Biharül-ənvar: c. 44, s. 363) Müslüm ibn Əqil dövrünün təqvalı və seçilmiş şəxsiyyəti hesab olunurdu. İmam Hüseynin (ə) göstərişi ilə Kufə camaatının nə qədər sədaqətli olmasını təyin edib İmam xəbər çatdırmaq üçün bu şəhərə gəlmişdi. Çünki Kufə camaatı minlərlə məktub yazıb İmam Hüseyni (ə) dəvət etmişdilər. |
Onlar öncə həzrət Müslümü (ə) istiqanlı qarşıladılar. Übeydullah Kufə şəhərinə hakim təyin olunanda onun yalan vədlərinə uyub qorxu və cahillik üzündən İmam Hüseynin (ə) müdafiə edən şəxsdən əl çəkdilər. Həzrət Müslüm (ə), ibn Ziyadın əlaltılar tərəfindən tutulub nəhayət son dərəcə qərib və məzlumcasına şəhadətə çatdı. Düşmənlərin, ney dəstələrini yandırıbı dam üzər
...
ƏTRAFLI »
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 516 | Müəllif: Elcin | Tarix: 06.11.2011 | Şərhlər (0)
|
İmam Hüseynin (ə) Məkkədən İraqa tərəf hərəkəti | 
| Hicri təqvimi ilə 60-cı il, zi-hiccə ayının altıncı günü İmam Hüseyn (ə), camaatın Yezidə beyət olunmasının qarşısını almaq üçün Məkkədən Kufəyə tərəf yola düşdü. O, dörd ay ondan öncə əhli-beytindən olan bir qurpla dünyaya gəldiyi və yaşadığı məkan olan Mədinədən Məkkəyə gəlmişdi. O, Məkkədə olduğu zaman, Allah evinin ziyarətinə gələn çoxlu zayirlərin gəlişinində faydalanaraq müsəlmanların böyük bir hissəsini Yezidin zalım və xarab höküməti haqqıda məlumatlandıra bildi. Kufəlilərin dönə-dönə İmamı çağırmaq üçün göndərdikləri dəvətləri və Yezid hökumətinin Məkkədəki terror fəaliyyətləriçilərinin vasitəsi ilə o, Kufəyə tərəf yollandı. Onun Məkkəni tərk etməsi, zi-hiccə ayının səkkinci günü- həcc günlərinin ilk gününə təsadüf etdiyi üçün, camaatın nəzərini, İmamın Yezidin zalım hökuməti ilə müxalifətinə cəlb etdi. (Vəqayeül-əyyam: s.122) |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 470 | Müəllif: Elcin | Tarix: 06.11.2011 | Şərhlər (0)
|
İmam Kazımın (ə) Bəsrə Zindanına köçürülməsi | 
| Hicri təqvimi ilə 179-cu il, zi-həccə ayının 6-cı günü, İmam Kazımı (ə) əllləri zəncirli halda Bəsrəyə apardılar. O, İsa ibn Cəfər ibn Əbi Mənsurun yanında bir il müddətində məhbus oldu. Sonra onu Bağdada göndərdilər. İsa, onu öz evinin otaqlarından birində həbs edib şadlıq etməyə edirdi. Onun katiblərindən (yazarlarından ) biri xristian idi. O, deyirdi: " Bu, Saleh və Allahın layiqli bəndəsi Musa ibn Cəfər (ə), bu evdə məhbus olan zaman oyun-əyləncədən (səslərindən) elə şeylər eşitdi ki, güman etmirəm ki, o həzrətin şərif təsəvvüründən keçmiş olsun” İmam Kazım (ə), Bəsrədə bir il müddətində həbsdə oldu. Sonra onu Bağdada apardılar Fəzl ibn Rəbinin yanında məhbus etdilər. (Vəqayeül-əyyam, s. 120 – Feyzül-üllam: s. 111) |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 394 | Müəllif: Elcin | Tarix: 06.11.2011 | Şərhlər (0)
|
İmam Baqirin (ə) şəhadəti | 
| Hicri təqvimi ilə 114-cü il, zi-hiccə ayının 7-ci günü, imamətin beşinci parlaq ulduzu İmam Baqir (ə), Hişam ibn Əbdülməlik vasistəsi ilə zəhərləndi və şəhadətə çatdı. (Feyzül-əllam: s. 110, - Vəqayeül-əyyam: s. 118) Deyirlər ki, o məlunun göstərişi ilə bir atın zeyninə çolxu zəhər sürtüb o atı İmam Baqirin (ə) hüzuruna gətirdilər və o israrla o həzrətdən ata süvar olmasını istədilər. O həzrət çarəsiz o ata süvar oldu. Zəhər, o həzrətin bədəninə şiddətlə təsir etdi. Elə bir şəkildə ki, o həzrəti hər iki budu (çirk edib) şişdi. Üç gün yatağa düşdü və şəhadətə çatdı. (Əl-xəraic vəl-cəraih: c. 2 s. 604 –Biharül-ənvar: c. 46, s. 331) O həzrət, şəhadət gecəsi övladı İmam Sadiqə (ə) buyurdu: " Mən bu gecə dünya ilə vidalaşacağam. İndicə atam Əli ibn Hüseyni (ə) gördüm ki, mənim üçün xoş bir şərbət gətirdi və əbədiyyət sarayı və haqqın görüşünü mənə müjdə verdi.” (Biharül-ənvar: c. 46. s. 213) |
İmam Baqir (ə) özünün yas və matəm mərasimi üçün səkkiz yüz dirhəm vəsiyyət etdi. İmam Sadiq (ə) bu barədə buyurub: " Atam buyurdu: Ey Cəfər! Mənim malımdan bir miqdar ağlayanlar üçün vəqf et, on il, Minada - həcc mövsümündə mənim üçün ağlasınlar və matəm mərasimini yeniləsinilər.” Kafi: c. 2, s. 495 – Bəsairül-dərəcat: s. 141) Həzrət Baqir (ə), kiçik yaşlarında Kərbəlada olub. Aşura hadisəsi və ondan sonra Məhəmməd (s) sülaləsinə üz verən ağır müsibətləri yaxından izləyib, uca ata babası – Seyidlər Ağasının şəhadətini və bibisinin əsir düşməsini hər gün xatırlayır, mübarək çöhrəsinə göz yaşı axıdırdı. Bərkidmə: | Kateqoriya: | Baxılıb: 371 | Müəllif: Elcin | Tarix: 06.11.2011 | Şərhlər (0)
|
Mənsur Dəvanəqinin ölümü | 
| Hicri təqvimi ilə 158-ci il, zi-hiccə ayının 6-gı günü Mənsur Dəvanəqi həlak oldu və Hucunda dəfn edildi. Onunla, bəni-üməyyə sülaləsindən olan Hişam ibn Əbdülməlik arasında çox bənzərlik var idi. Qan tökən, paxıl, rəhmsiz, ədalətsiz şəxs idi. Əbu Talib sülaləsinə (ə) bütün zülmləri rəva görürdü. Böyük şəxslərdən çoxlarını zalımcasına şəhadətə çatdırırdı. İmamətin 6-cı parlaq ulduzu İmam Sadiqi (ə) şəhadətə çatdırması, onun ən böyük cinayətidir. (Tətümmətül-müntəha: s. 203- Vəqayeül-əyyam: s. 118) |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 396 | Müəllif: Elcin | Tarix: 06.11.2011 | Şərhlər (1)
|
İmam Cavadın (ə) şəhadəti | 
| Bir rəvayətə əsasən hicri təqvimi ilə 220-ci il, zi-hiccə ayının beşinci günü imamət və vilayətin 9-cu parlaq ulduzu həzrət İmam Cavad (ə) şəhadətə çatıb. Əlbəttə məşhur deyimə görə o bu hadisə zi-qədənin sonuna təsadüf edir. Bu barədə məlumat əldə etmək isəyənlər o ayın gündəminə müraciət edə bilərlər. |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 509 | Müəllif: Elcin | Tarix: 06.11.2011 | Şərhlər (0)
|
Suviq hadisəsi | 
| Hicri təqvi ilə 2- ci il, zi-hiccə ayının beşinci günü suviq hadisəsi baş verdi. (Mənaqibi- Ali- Əbi Talib (ə): 1. s. 164 –Biharül-ənvar c. 20, s. 2) O hadisə belə oldu: Bədr hadisəsindən sorna Əbu Süfyan nəzr etdi ki, Peyğəmbərdən (s) öz intiqamını almadıqca heç bir qadınla yaxınlıq etməsin, özünə yağ sürməsin (bəzənməsin). O məqsədlə iki yüz nəfərlə Mədinənin geniş bir məntəqəsinə getdilər. İki ev və bir neçə ağaclığa od vurdular. Öz nəzrini yerinə yetirmək üçün ənsardan iki böyük şəxsi öldürdülər. Bu xəbər Peyğəmbərə (s) çatanda Əbu Ləbabəni Mədinəyə təyin etdi. Həzrət Əmirəlmöminin (ə) başçılığı ilə mühacir və ənsardan iki yüz nəfər Ərizə tərəf hərəkət etdi. Peyğəmbərin (s) xəbərdar olmasını bilən Əbu Süfyan tələsik öz qoşununa göstəriş verdi ki, özləri ilə gətirdikləri azuqəni atıb qaçmaq üçün yükləri yüngül olsun. |
Müsəlmanlar çatan zaman onlar qaçmışdı. Ona görə də "seviq” (buğda unu) kisələrini (buğda ununu saxlamaq üçün nəzərdə tutulan dəri kisə) götürüb qayıtdılar. Ona görə də bu hadisə "zatül-suviq” adlandırıldı. (Müntəhayül-əmal: s. 88. Birinci bab, 6-cı fəsl) Bərkidmə: | Kateqoriya: | Baxılıb: 500 | Müəllif: Elcin | Tarix: 06.11.2011 | Şərhlər (0)
|
|