İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il

MƏQALƏLƏR

Baş səhifə » Məqalələr » Ziyarətgahlar

Bibi Heybət


image

Hər zaman İslam dininə məhəbbət, əqidəvi dini dözümlülük nümayiş etdirən Azərbaycan xalqı tarix baxımından dini inancları ilə yanaşı bu inanclara hörmət əlaməti olaraq ucaldılan türbələri ilə bu gün də xalqın inam yeri olaraq гаlr. Minlərlə insanın şəfa mənbəyi, Allah və bəndəsi arasındakı vasitəçi qərar verilən bu ali şəxslər hər bir fərdin çətin dəqiqələrinin pənah ünvanı olması ilə yanaşı xoş günlərinin əqidə qoruyucusu timsalındadır.Sizi bir müqəddəs məkan "Bibi Heybət" ziyarətgahı ilə tanış etmək istəyirik. Bu ali müqəddəs pir ilə tanışlığı ziyarətgahın axundu Hacı Hikmət Əlizadənin vasitəsi ilə etdik.

Hacı bizə tikinti layihə və tarix barəsində dolğun və maraqlı faktlar bildirməklə bir daha bu ziyarətin uca məqamına pərəstiş hissimizi artırdı.   Ziyarətgahın tarixi məzar üzərindəki kitabədən əlavə Əllamə Məclisinin " Biharul Ənvar" kitabının 118-ci cildində də öz əksini tapıb. Belə ki, burada İmam Kazımin (ə)  övladları haqqındakı məlumatda Fatimə Kübra adı ilə adlandırılan və hal-hazırda İranın Qum şəhərindəki Məsumənin (ə)  doğumu və dəfn olunduğu ünvan, Qum şəhəri haqqında məlumatla yanaşı Fatimə Suğra adı ilə qeyd olunan və Bakının cənub hissəsində dəfn olunduğu  "Bibi Heybətin" adı göstərilir.

Tarixdə qeyd olunan hadisə isə Əbbasi xəlifəsi Əbdullah Məmun tərəfindən təzyiqlərə məruz qalan İmam Kazımin (ə)  övladlarından olan Fatimə Suğra (Bibi Heybə) Baba Sucad adlı gəmiçi bir şəxsin köməyi ilə Ənzəlidən üç uşağı ilə bərabər gizli surətdə Azərbaycana gətirilir. Baba Sucad ünvan bildiyi Əhli-beyt (ə) sevən dostu tacir hacı Bədirlə görüşüb hadisəni oma danışır. Hacı Bədir Əbbasi xanidanının təzyiq və zülmkarlığı müqabilində İmam ailəsinə qarşı məhəbbətini bir daha nümayiş etdirərək Fatimə Suğranı uşaqları ilə yanaşı evində məskunlaşdırır.

Lakin hər kəsin bu qadının kimliyi ilə maraqlanmasını nəzərə alıb öncə ünvanı dəyişib içəri şəhəri tərk edir. Adını da dəyişərək Hacı sözünün baş hərfini Hey- Bədir adının baş hərfi Bəni götütməklə Heybət deyə adlandırır. Məhz  bu xanımda bu hərf toplusundan yaranan adla Heybənin bibisi yəni Bibi Heybət deyə çağırılmağa başlanılır. Bu ad həm hacı Bədirin gizlin qalması, həm də Fatimə Suğra - Bibi Heybənin təhlükəsiz həyat yaşaması üçün zəmin olur. Hacı Bədir dünyasını dəyişən vaxt vəsiyyət edir ki, onu Fatimə Suğranın ayaq tərəfində dəfn etsinlər və ona nökər kimi sinə daşı və adı həkk olunan heç bir şey etməsinlər.Bu gün ziyarətgahın giriş hissəsində məzar daşı qoyulan hacı Bədir ziyarətgaha gələnlərin ilkin rastlaşdıqları məzardır. Ziyarətgahın əsəs hissəsində isə xanım və övladlarının yer aldığı dörd müqədəs məzar vardır.   Ziyarətgahın türbə vəziyyətində tikilişi 300 il sonra 1257-ci ildə Şirvanşah Fərrux Zal tərəfindən inşa edilir. Tikinti bir layihə və bir Ziyarətgahdan ibarət pir formasında tikilir.

Sonradan onun yan  tərəflərinə artırılan Şeyx Ələsgər türbəsi və 1911-ci ildə tikintisi tamalanan Hacı Şeyx Əli türbəsi ilə üç hissəli tikinti kompleksinə verilir. Ziyarətgahı bir minarədən ibarət tikili tamamlayırdı. Xalqın ixtiyarında olan ziyarətgah zaman-zaman müxtəlif  dəyişikliklərə məruz qalsa da öz formal xarekterini sovetlər birliyinin Azərbaycandakı qəsbkarlıq siyasətinə qədər qorunub saxlayır. 20-30-cu illərdən başlayaraq Azərbaycan cəmiyyətində İslam dininə qarşı başlanan soyuq müharibələr, represiyalar, sürgün və güllələmələrlə yanaşı dini ocaqların əksəriyyətinin qapıları bağlandı.

Lakin Bibi Heybət ziyarətgahı daha acınacaqlı hal ilə üzləşdi. 1934-cü ilin sentyabrında mərkəzi Komitə ziyarətgahın şosse yolundakı maniələrini nəzərə alıb oranın sökülmə qərarını verdi. İki gün sonra isə bu ali ocaq dövlət tərəfindən partladıldı. Tikintinin partlayışından sonra qalan qapı və orta, müqəddəs məzarlar olan hissə allahsız insanlar tərəfindən tamamilə dağıdıldı.Məscidə məxsus zəngin kitablar, xal,alar, tarixi məlumatları əks etdirən əlyazmalar isə qeyri məlum ünvanlara aparıldı. Beləcə vəhşi sovet irticaçı rejimi əqidəvi insanların bir çoxuna amansız divan tutur, qəlbində əqidə toxumu qalanları isə qorxu və vahimə içində təzyiqlərdə saxlayır.

1943-45-ci illər ərzində tikintisi tamamlanan və sovetlər ittifaqının фaşızm üzərindəki qələbəsinə həsr olunan Salyan şossesi " Qəbələ tağları " adı ilə ziyarətgahın üzərində inşa olmaqla yol massivi salınır. Layihənin müəllifi olan Vartanov soyadlı şəxsin hazırladığı layihə əsasən tağlardan ibarət olduğu üçün tağlar 6 sütundan ibarət sütunların dəniz istiqamətində və sonrakı iki sütun düz məzarların yanına məscidin orta hissəsinə düşüb. Ziyarətgahın araşdırılıb üzə çıxarılması Sovetlər ittifaqının süqutundan sonra 1992,93-cü illərdə Ruhanilər İdarəsinin təşəbbüsü ilə, Milli təhlükəsizlik nazirliyinin arxiv sənədlrinin üzərində tədqiqat aparıldıqdan sonra mümkün olur.Ziyarətgahın məhz "şəhər qapıları" аdlanan şossenin altında qaldığı yəqinləşdikdən sonra Ruhanilər idarəsinin bir qrup heyyəti araşdırmanı dəqiqləşdirmək üçün Qəbələ tağlarının yoldan kənar hissəsi tərəfində qazıntılar apardılar. Elə ilk qazıntılar məscidin partladılmasından sonra qalan divarın son hiсsələrini üzə çıxarır.

Bundan sonra Ruhanilər İdarəsinin Azərbaycan Respublikasının dövlət orqanlarına faktla əlaqədar müraciəti olur. Lakin yolun heç hansı bir formada dəyişdirilməsini mümkünsüz сайan bəzi məmurlar bu işə qəti etiraz edirlər.  Ruhanilər İdarəsinin ciddi cəhdi 1994-cü ilin mayında o zamankı prezident Heydər Əliyevin "Təzə pir" məscidinə gəlişi zamanı öz nəticəsini verir. Prezident ziyarətgahlara, pirlərə qarşı rəğbətini bildirərək yolun dağ istiqamətinə çəkilmə şərti ilə ziyarətgahın ərazisini Ruhanilər İdarəsinə qazıntı üçün icazə verir. 1994-cü ilin sonu 1995-ci ilin əvvəlləri məscidin üzə çıxarılır. Bundan sonra ərazidə işləyən Dövlət Layihəsalma İnstitutu köhnə layihənin kiçik olmasını nəzərə alıb yeni 4 korpusdan ibarət layihə hazırlayır. Layihədə 1-ci korpus ziyarətgahın yer aldığı hisсə ölçü baxımından böyüdülsə də memarlıq baxımından şərq üslubunu qoruyur. Ziyarətgah sıldırım ərazidə olduğu üçün tikintidən öncə burada geoloji kəşviyyat işləri aparılaraq süxurlar yoxlanılır.

1996-cı ildə isə nəzərə аlınan ölçülər əsasında bünövrəaltı möhkəmlətmə işləri başlayır. 1 il sürən möhkəmlətmə işləri 28-32 metr arasında, diametri 60 sm оlаn 128 ayaqla məscidi saxlamaг üçün güclü dayaqlar qoyulur.Ziyarətgah uçqun hissədə yerləşdiyi üçün burada dayaq qoymaq üçün istifadə olunan bir çox alətlər texnika gücü ilə deyil, sırf əllə mümkün olur. Elə bu baxımdan idi ki, dayaq qoyma işi bir il sürür. 1997-ci ildə ərazisi 1200 kv. metr olan ziyarətgahın özülü qoyulur. Burada ölkə prezidenti Heydər Əliyev də iştirak edir. Eyni halda məscidin layihəsi ilə də  tanış olan prezident əsas kompleks ziyarətgahı, kompleksin həyəti, yardımçı xidmətçi zona, ziyarətgahın arxa sildırım hisəsinə dayaqvermə, muzey və kitabxana layihəsini bəyənir. Tikilişin bitirilməsinə bir il vaxt nəzərdə tutulur.

Ziyarətgahın əsas binası bir il ərzində tikilsə də bu tikintinin birinci qismi idi. 1999-cu ilsə isə ziyarətgah kompleksinə xüsusilik bəxş edən uzunluğu  43 metr hündürlükdə iki minarə tikilib qurtarır. Köhnə tikilidə uzunluğu 2 dəfə kiçik olan bir minarəli kompleksdən fərqli olaraq bu tikilidəki uca minarələr möhtəşəmlik və gözəllik yaradırdı. Kompleksdə ucaldılan ikinci minarə ölkə prezidentinin şərəfinə ucaldılsa da 1999-cu ildə 28 mart  tarixi Qurban bayrаmı günündə ziyarətgahda olan prezident buna etiraz edir. Adının Heydər olması ilə əlaqəli prezident bu minarəni İmam Əli (ə) adının daşımasına göstəriş verir.  Ziyarətgah müdiriyyəti elə oradaca prezidentdən Araz radiosunun ölkə üçün ümumi, Bibi Heybət ziyarətgahı üçün xüsusi namaz vaxtında azаn səsləndirməsini xahiş etdilər. Prezident bu işi bəyənir. Elə o gündən hər gün namaza çağırış olan Azan Araz radiosu və ziyarətgah minarələrindən səslənirdi. Çox əfsus ki, prezident dünyasını dəyişəndən sonra Araz radiosu bu layihəni dayandırdı. Ümid etmək olar ki, nə vatxsa bu gözəl iş Araz radiosu tərəfindən bərpa olunacaq.

Ziyarətgahda hal-hazırda bəzək-xəttatlıq işləri davam edir.  Ziyarətgahın qadınlar və kişilər üçün nəzərdə tutulan hissəsindən əlavə məzarların yerləşdiyi üç kompleksli binada davam edən nəqqaşlıq işləri tikiliyə xüsusi şərq gözəlliyi bəxş edir ki, ruhi qida ilə bərabər Azərbaycan incəsənətinin əbədiyaşar abidəsi olaraq şəhərin giriş qapılarından İslam dininə böyük rəğbət və etiqad göstərən xalqın inamını tərənnüm edir. Lakin bu layihənin hələ ki, gerçəkləşən bir hisсəsidir. Gözəl memarlıq arxitektura işlərinin tam bitməsinə zaman gərəkdir. Eyni halda layihənin icrası üçün lazım olan məhdud ərazini nəzərə alaraq 2005-ci ilin oktyabırında ölkə prezidentinin fərmanı ilə ziyarətgahın yaxınlığındakı 35 ailənin köçürülməsi işlərinə başlanılıb. Prezident fərmanına əsasən ev sahibləri şəhərin mərkəzində ən gözəl mənzillərlə təmin olunmaqla yaşayış yerlərindən köçürülüblər.

Əlbəttə, bu işdə manеə olan hələ də elə ailələr var ki, ziyarətgahın ərazisini zəvvarlara göstərilən xidmətin öz xeyrinə əlverişli şərait kimi hesablayaraq yeni tələblərlə ərazidən çıxmamağa çalışırlar. Bu isə tikintinin yubanmasına səbəb olur. Ancaq biz inanırıq ki, dini inanclarımıza hörmət edən müqəddəs ziyarətgahlar yolunda hər bir insan məqsədyönlü addım atmaqla yanaşı İlahi təqvada Tanrı sevgisini qazanacaq, bu yöndə manеə deyil, təkan olacaq.  

Kateqoriya: Ziyarətgahlar | Əlavə edən: Elcin (19.05.2011)
Baxılıb: 545 | Şərhlər: 1 | Reyting: 0.0/0
Cəmi şərhlər: 1
0
1) Susan (17.06.2012 15:52) [Материал]
You keep it up now, undretasnd? Really good to know.

Имя *:
Email *:
Код *: