![]() | ![]() | ![]() |
![]() Mozilla Firefox | ![]() OPERA | ![]() Google Chrome | ![]() SAFARi |
Baş səhifə » Məqalələr » Ziyarətgahlar |
Cəmi məqalələr: 4 Göstərilib: 1-4 |
![]() Azərbaycan torpağı daim Əhli-Beyt (ə) ailəsinin sığınacaq yerlərindən biri olub. Buna misal olaraq Bakıda Bibi heybət, Bakının Nardaran kəndində Rəhimə xanım ziyarətgahı, Bülbülə kəndindəki İmamzadə, Bakının Bilgəh kəndindəki Leyla xanım ziyarətgahı və başqa ziayarətgahları qeyd etmək olar. Bu məkanlarda İmam (ə) övladları dəfn olunub və hər zaman xalqımız tərəfindən böyük ehtiramla ziyarət olunur. Belə ziyarətgahlar ölkəmizin müxtəlif bölgələrində də mövcuddur. Onlardan Gəncə, Bərdə İmamzadəsini və s, nümunə göstərmək olar. Bu kiçik yazıda Ölkəmizin qədim şəhərlərindən biri olan Bərdə İmamzadəsi barədə oxuculara məlumat vermək istəyirik. Bərdə şəhərində yerləşən bu qədim ziyarətgahda İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayilin qəbri yerləşir. O dövürlərdə Əbbasi xəlifələrinin Əhli-Beyt (ə) ailəsinə etdiyi zülmlərin əlindən hicrət edən Şahzadə İsmayil daim Əhli-Beyt (ə) aşiqi olan Azərbaycan torpağına sığınır. Bu yerlərdə xalqın dəstəyi və köməyi ilə Əbbasi xəlifələrinin zülmündən amanda qalmaq mümkün idi. İpək yolunun üstündə yerləşən Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdə Şahzadə İsmayilin məskunlaşdığı yer olur. O ömrünün sonuna kimi bu torpaqda yaşayıb dünyasını dəyişir. Əhli-Beyt (ə) ailəsinin davamçıları olan Azərbaycan xalqı İmam (ə) övladının dəfn olunduğu məkanı qoruyub saxlamış və hər zaman ziyarət etmiş, onu vasitəçi bilib öz istəklərini Allah-təaladan istəyirlər. Hal-hazırda da bura xalqımızın daim ziyarət etdiyi yerlərdən biridir. 12 ci əsrdə İbrahim adlı tacir xalqın bir qəbri ziyarət etdiyini görür, maraqlananda ona bildirirlər ki burada İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayil dəfn olunub bunu eşidən tacir öz hesabına qəbrin üstündə çay daşlarından günbəzli ziyarətgah tikdirir. Qeyd edək ki, Ensklopediya da bu ziyarətgah "Tacir İbrahim” adı ilə qeyd olunub. Ətraflı
|
Hər zaman İslam dininə məhəbbət, əqidəvi dini dözümlülük nümayiş etdirən Azərbaycan xalqı tarix baxımından dini inancları ilə yanaşı bu inanclara hörmət əlaməti olaraq ucaldılan türbələri ilə bu gün də xalqın inam yeri olaraq гаlr. Minlərlə insanın şəfa mənbəyi, Allah və bəndəsi arasındakı vasitəçi qərar verilən bu ali şəxslər hər bir fərdin çətin dəqiqələrinin pənah ünvanı olması ilə yanaşı xoş günlərinin əqidə qoruyucusu timsalındadır.Sizi bir müqəddəs məkan "Bibi Heybət" ziyarətgahı ilə tanış etmək istəyirik. Bu ali müqəddəs pir ilə tanışlığı ziyarətgahın axundu Hacı Hikmət Əlizadənin vasitəsi ilə etdik. Hacı bizə tikinti layihə və tarix barəsində dolğun və maraqlı faktlar bildirməklə bir daha bu ziyarətin uca məqamına pərəstiş hissimizi artırdı. Ziyarətgahın tarixi məzar üzərindəki kitabədən əlavə Əllamə Məclisinin " Biharul Ənvar" kitabının 118-ci cildində də öz əksini tapıb. Belə ki, burada İmam Kazımin (ə) övladları haqqındakı məlumatda Fatimə Kübra adı ilə adlandırılan və hal-hazırda İranın Qum şəhərindəki Məsumənin (ə) doğumu və dəfn olunduğu ünvan, Qum şəhəri haqqında məlumatla yanaşı Fatimə Suğra adı ilə qeyd olunan və Bakının cənub hissəsində dəfn olunduğu "Bibi Heybətin" adı göstərilir. Ətraflı
|
Nаrdаrаnlı Yunis bütün günü həyəcаn içərisində gəzib-dоlаşdı. Ахşаm gördüyü yuхunun təsirindən qurtulа bilmirdi. Üçüncü gеcə idi ki, аğ çаdrаlı, nur üzlü, mələk simаlı bir хаnım gəlirdi оnun röyаsınа. Оnu səsləyirdi: «Mən İmаm (ə)övlаdı, İmаm (ə) bаcısı Rəhimə хаnımаm. Burаdа tоrpаq içərisində qаlmışаm, məni хilаs еt!» Хаnım оnа yеr-yurd dа göstərir. Gördüyü yuхu Yunisin dincliyiniəlindən аlmışdı. Səhərdən ахşаmа qədər еv-еşikdə özünə yеr tаpа bilmirdi. Хаnımın səsi qulаqlаrındаn çəkilmirdi. İmаmın (ə) övlаdı оndаn kömək istəyirdi..… Gödüyü mübаrək yuхudа bir hikmət vаr idi. Bunа qəti əmin idi. Аmmа nə еdəcəyini bilmirdi. Dаyаnıb-gözləmək də оlmаzdı. Kənd аğsаqqаllаrı ilə məsləhətləşmək üçün еvdən çıхdı. Tаriхən dinə bаğlı, mömin insаnlаrlа zəngin оlаn Nаrdаrаnlılаr Yunisin yuхusunu еşidəndətəsirəndilər. Hаmı fikirə gеtdi. Dоğrudur, оnа inаnmаyаnlаr dа tаpıldı. Аmmа inаnаnlаr dаhа çох оldu. Аğsаqqаllаrın məsləhəti ilə köhnə qəbristаnlıq yеrinə gəldilər. Yunis оnа yuхudа nişаn vеrilən yеri göstərdi. Оrаnı qаzmаğа bаşlаdılаr. Təpə kimi qаlаqlаnаn tоrpаğı kənаrа аtdıqcа, özlərində qəribə bir rаhаtlıq, yüngüllük duyurdulаr. Sааtlаr idi ki, işləyirdilər. Kim isə şikаyətlənmirdi: «Yоruldum», dеyib kənаrа çəkilmirdi. Qəribə, çох хоş ətri vаr idi bu tоrpаğın. Ömürlərini bu kənddə kеçirənlər оnun hikmətini indi dаhа dərindən аnlаyırdılаr. Gеtdikcə qаzılаn tоrpаğın yеrində аrtıq böyük bir çuхur yаrаnırdı. Birdən hаmı əl sахlаdı. Tоrpаğın аltındаn çıхаn tikili аçıq-аydın görünürdü. Ətraflı
|