![]() | ![]() | ![]() |
![]() Mozilla Firefox | ![]() OPERA | ![]() Google Chrome | ![]() SAFARi |
Baş səhifə » Məqalələr » Ziyarətgahlar |
![]() Azərbaycan torpağı daim Əhli-Beyt (ə) ailəsinin sığınacaq yerlərindən biri olub. Buna misal olaraq Bakıda Bibi heybət, Bakının Nardaran kəndində Rəhimə xanım ziyarətgahı, Bülbülə kəndindəki İmamzadə, Bakının Bilgəh kəndindəki Leyla xanım ziyarətgahı və başqa ziayarətgahları qeyd etmək olar. Bu məkanlarda İmam (ə) övladları dəfn olunub və hər zaman xalqımız tərəfindən böyük ehtiramla ziyarət olunur. Belə ziyarətgahlar ölkəmizin müxtəlif bölgələrində də mövcuddur. Onlardan Gəncə, Bərdə İmamzadəsini və s, nümunə göstərmək olar. Bu kiçik yazıda Ölkəmizin qədim şəhərlərindən biri olan Bərdə İmamzadəsi barədə oxuculara məlumat vermək istəyirik. Bərdə şəhərində yerləşən bu qədim ziyarətgahda İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayilin qəbri yerləşir. O dövürlərdə Əbbasi xəlifələrinin Əhli-Beyt (ə) ailəsinə etdiyi zülmlərin əlindən hicrət edən Şahzadə İsmayil daim Əhli-Beyt (ə) aşiqi olan Azərbaycan torpağına sığınır. Bu yerlərdə xalqın dəstəyi və köməyi ilə Əbbasi xəlifələrinin zülmündən amanda qalmaq mümkün idi. İpək yolunun üstündə yerləşən Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdə Şahzadə İsmayilin məskunlaşdığı yer olur. O ömrünün sonuna kimi bu torpaqda yaşayıb dünyasını dəyişir. Əhli-Beyt (ə) ailəsinin davamçıları olan Azərbaycan xalqı İmam (ə) övladının dəfn olunduğu məkanı qoruyub saxlamış və hər zaman ziyarət etmiş, onu vasitəçi bilib öz istəklərini Allah-təaladan istəyirlər. Hal-hazırda da bura xalqımızın daim ziyarət etdiyi yerlərdən biridir. 12 ci əsrdə İbrahim adlı tacir xalqın bir qəbri ziyarət etdiyini görür, maraqlananda ona bildirirlər ki burada İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayil dəfn olunub bunu eşidən tacir öz hesabına qəbrin üstündə çay daşlarından günbəzli ziyarətgah tikdirir. Qeyd edək ki, Ensklopediya da bu ziyarətgah "Tacir İbrahim” adı ilə qeyd olunub. 1868 - ci ildə İmamzadə türbəsinin 4 minarəsi Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən bərpa olunub. Sonda bir məlumatıda qeyd edək ki, Memar Kərbəlayi Səfixan Qarabaği 1788 – ci ildə Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şuşada anadan olub. 1910 – cu ildə isə dünyasını dəyişdiyi bildirilir. Memar Kərbəlayi Səfixan Qarabaği 1864 – cü ildə Şuşadakı Gövhərağa məscidini, 1868 – ci ildə isə Ağdam məscidini bərpa edib. | |
Baxılıb: 714 | Reyting: 0.0/0 |
Cəmi şərhlər: 0 | |