İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Təqvim

«  May 2011  »
Be Ça Çş Ca Cm Şb Bz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il
Baş səhifə » 2011 » May » 6 » Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti
19:23
Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti

Fatimə (salamullahi əleyha) haqqında danışmaq istəsək üç mühüm sualla üzləşərik. Əgər həmin sualları cavablandıra bilsək, o Xanımın (s. ə) şəxsiyyəti, fəziləti və məqamı bizə az da olsa aydınlaşar. Əlbəttə, Fatimeyi-Zəhra (s. ə)  kimi pak və iffətli qadını göy aləmində yer aləmindən daha yaxşı tanıyırlar. O cəhətdən, bu bəhsimizdə ən çox faktlar əsasında Xanımın şəxsiyyəti haqqında bəhs edəcəyik. Beləliklə, həmin məsələlər ibarətdir: 1. Fatimənin (s. ə) İslam aləmində şəxsiyyəti və fəzilətləri; 2. Fatimənin (s. ə)  ömrü və şəhadəti  3. Fatimənin (s. ə) dəfni və qəbri. Peyğəmbərin (s) ciyərparəsi haqqında bu sualların cavabı bizlərə çox şeyi çatdırır.
- Fatimeyi-Zəhranın (s.ə) İslam aləmində şəxsiyyəti və fəzilətləri. Fatimə (s. ə) Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilməsinin 5-ci (ya ikinci) ilində camadiəl-sani ayının 20-də Allah-Təala tərəfindən Məkkə şəhərində İslam Peyğəmbərinə hədiyyə olunur. (Biharul-Ənvar, 43-cü cild, səh-2). Elə bir övlad ki, İslam aləmində Qiyamətə qədər dünya və Axirət xanımlarının xanımı olacaqdır. Elə bir qadın ki, Peyğəmbərin (s) pak nəsli, Fatimə (s) və  Əmirəl-möminin Əlinin (ə) vasitəsi ilə Qiyamətə qədər davam edəcəkdir (Quran-Kərim, Kövsər surəsi). 
Elə bir qadın ki, əxlaq, raftar və sözləri bütün qadınlar üçün iffət çırağıdır. Fatimeyi-Zəhranın (s.ə) şəxsiyyət və fəziləti İslam tarixçiləri və alimləri arasında ixtilafsız, tam şəkildə qəbul edilir və ən mötəbər mənbələrdə nəql olunur. İslam Peğəmbəri (s) ilk gündən bu övladına xüsusi diqqət və nəvaziş etmiş və onun haqqında həddən artıq fəzilət və kəramətlər zikr etmişdir: "Fatimə mənim vücudumun  bir parçasıdır. Hər kəs onu şad etsə, məni şad etmiş və hər kəs onu qəmləndirsə, məni qəmləndirmişdir. Fatimə mənimçün hamıdan əzizdir. (Əmali Şeyx Müfid, səh-24; Səhih Buxarı, 4-cü cild, səh-210, Müsənəd Əhməd, 4-cü cild, səh-326). İslam Peyğəmbəri (s) Quran ayələrinə və etiqadımıza əsasən, heç vaxt məntiqsiz və hikmətsiz söz danışmaz. Qurani-Kərimdə oxuyuruq: ”O, kefi istəyəni (havadan) danışmır.” (Nəcm surəsi, 3-cü ayə). Əzəmətli əxlaq sahibi olan İslam Peyğəmbəri (s) (Qələm surəsi, 4-cü ayə) görəsən, bu pak sözləri Fatimə (s.ə)  haqqında yalnız onun qızı olduğuna görə buyurur, yoxsa Allah-Təala tərəfindən o Həzrətə belə buyurulur? Əlbəttə, bütün dəlil və şahidlər onu göstərir ki, Fatimə Allah-Təala tərəfindən İslamda çox mühüm bir şəxsiyyət kimi təqdim olunur. Elə bir şəxsiyyət ki, İslam Peyğəmbəri (s) kimi atası, Əmirəl-möminin Əli (ə) kimi həyat yoldaşı, İmam Həsən və İmam Hüseyn (ə) kimi pak və qəhrəman oğulların, Zeynəb (s. ə) kimi qəhrəman qızın  anasıdır. Fatimənin (s.ə) fəzilətlərindən Peyğəmbər (s) nəslinin yalnız onun və əmirəl-möminin Əlinin (ə) vasitəsilə bu günə kimi bizə çatması çox mühümdür. Tarixdə İslam Peyğəmbəri (s) oğlan övladı olmadığına görə və nəslinin gələcəkdə kəsiləcəyi ehtimalını verməklə münafiqlər tərəfindən bəzən məzəmmətlər olunurdu. Allah-Təala Kövsər surəsini nazil edir və surədə bu məsələ xüsusi vurğulanır. ”(Ya Peyğəmbər! sənə sonsuz deyən) sənin düşməninin özü sonsuzdur! (Sənin nəslin Qiyamətə qədər törəyib artacaq)”. Görəsən, bu gün dünyada Fatimeyi-Zəhradan (s.ə) başqa elə bir şəxs tapıla bilər ki, Peyğəmbər (s) nəslinin davamını bizə çatdırdığını idda etsin? Tarixdə belə bir iddia olmamış və olmayacaqdır. Müasir cəmiyyətdə hansısa ölkə başçısının yaxın adamı və ya böyük bir şəxsiyyətlə danışmağı, hətta şəkil çəkdirməyi belə özünə iftixar bilənlər az deyillər. Amma Fatimeyi-Zəhra (s.ə)  Peyğəmbərin (s) vücudunun bir parçası olması ilə yanaşı, bütün ona aid fəzilətləri öz iffət və isməti və Allah-Təalanın ona olan xüsusi mərhəməti ilə ələ gətirmişdir. Allah-Təala Fatiməni (s.ə)  xüsusi fəzilət və üstünlüklərlə bütün dünya qadınlarına nümunə kimi təqdim edir. Təfsirçilər Qurani-Kərimdə Fatimə (s.ə)  haqqında nazil olmuş ayələrə də işarələr ediblər. Fatimeyi-Zəhra (s.ə) Quranda adı çəkilən və işarə olunan bütün fəzilətli qadınlardan üstündür. Ümumiyyətlə, Quranda on iki fəzilətli qadının adı müxtəlif  cəhətlərinə görə çəkilir və ya işarə olunur. Onlar aşağadakılardır: 1. Həvva-Allaha tövbə etməklə (Əraf surəsi, 22-ci ayə); 2. Fironun həyat yoldaşı Asya-Allaha ən möhkəm iman gətirən və Onu sevən kimi (Təhrim surəsi, 10-cu ayə); 3-4. İbrahimin (ə) həyat yoldaşları Sara-Allah peyğəmbərinə xidmətçi kimi (Hud surəsi, 71), Hacər isə Allah yolunda bütün çətinliklərə sinə gərib hicrət etdiyinə görə (İbrahim surəsi, 37); 5. Musanın (ə) anası-iman gətirib Allahın əmri ilə öz balasını diri-diri beşikdə çaya atıb, ağlar gözlə Allah-Təalaya təvəkkül edən qadın kimi (Taha surəsi, 38);  6. Musanın (ə)  həyat yoldaşı və ya Şüeyb peyğəmbərin (ə) qızı-iffət və həyasını qoruyan mömin bir qadın kimi (Qəsəs surəsi, 25); 7. Zəkəriyyanın həyat yoldaşı-saleh əməl sahibi və Allah-Təalaya çox dua edən qadın kimi; (Ənbiya surəsi, 90) 8. İmranın həyat yoldaşı-qızı Məryəmi Allah yolunda ixlasla məsciddə xidmətçi nəzir etdiyi üçün (Ali İmran surəsi, 34) 9. Əyyub peyğəmbərin (ə) həyat yoldaşı- fədakar və ən çətin vəziyyətdə əriylə birgə olub, ona arxa olan möminə qadın kimi (Sud surəsi,43); 10. Bilqeyis-haqq yolunu tanıyıb, ağıl və təfəkkürlə ölkə başçısı və qüdrəti olan halda, Allaha tam təslim qadın kimi (Nəml surəsi, 44); 11. Məryəm (s.ə)-pak və iffətini qoruyub, Allah dərgahında xüsusi bəndəçilik məqamına nail olması və Behiştdən ona ruzi gələn qadın kimi (Ali İmran surəsi, 42); 12. Həzrət Xədicə (s. ə) Allah yolunda iman gətirdikdən sonra bütün mal və sərvətini xərc edən qadın kimi (İnşirah surəsi, 8) tanıtdırır.
Fatimeyi-Zahra (s.ə) Quranda adı çəkilmiş və ya işarə olunmuş on iki qadının bütün fəzilətlərinə ən yüksək dərəcədə malik olmuş və Peyğəmbərimiz (s) tərəfindən bütün bu qadınların və aləmlərin qadınlarının seyyidəsi (xanımı) kimi tanıtdırılmışdır. ("Mənqib” İbn Şəhr Aşub, 3-cü cild, səh-323) Qurani-Kərimdə Peyğəmbər (s) və Əhli-Beyti (ə) haqqında harda ayələr gəlmişsə, Fatimə (s.ə)  o ayələrdə öz əksini tam şəkildə tapmışdır. Onlardan bəzilərinə işarə edirik:
1. Fatimə (s.ə) Allah-Təala tərəfindən pak və pakizə qərar verilənlərdəndir: "Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər! " (Əhzab surəsi, 33)
2. Fatimə (s.ə)  öz nəzrinə kamil şəkildə əməl edən və xalis oruc tutanlardandır: "Onlar elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək  gündən (Qiyamət günündən) qoxarlar.”(İnsan surəsi, 8)
3. Fatimə (s.ə) Allaha xatir sədəqə verənlərin, xalis bəndələrin və Allaha müştaqların ən kamil nümunəsidir: "Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.” (İnsan surəsi, 8-9)
4. Fatimə (s.ə)  səbr edənlərin ən kamil nümunəsidir: "Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.” (İnsan surəsi, 12)
5. Fatimə (s.ə)  zikr edənlərin, təvazökarlıqla dua edənlərin və Allahdan qorxanların ən kamil nümunəsidir: "Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö’min kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (Axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (Əhzab surəsi,-35)
6. Fatimə (s.ə)  atası Peyğəmbərin (s)  yanında Əhli-Kitabla and içmə mərasimində duası qəbul olan kamil bir qadındır: "(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (mə’lumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lə’nət etməsini diləyək!" (Ali İmran, 61)
7. Nəhayət Fatimə (s.ə)  kamil Allah bəndəsi olaraq, həm o Allahından razıdır və həm də Allah-Təala ondan razıdır: "("Ey arxayın nəfs!") Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!  (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!" (Fəcr surəsi, 27-28-30)
Rəvayətlərdə Fatimənin (s.ə) məqamı haqqında minlərlə hədislər var. Belə ki, İslam Peyğəmbəri (s) Allah dərgahında olan əzəməti ilə yanaşı, cəmiyyətdə qadına əşya kimi baxılanda, Fatimə (s.ə)  evə daxil olduqda Həzrət bütün vücudu ilə ayağa durur, qızının əlindən öpür və onu öz yerində əyləşdirir. (Biharul-Ənvar, 43-cü cild, səh-45). Fatimə (s.ə)  evdə həyat yoldaşına münasibətdə ən nümunəvi, cəmiyyətdə iffət və ismət sahəsində ən ibrətamiz, müsəlmanların ictimai və siyasi məsələlərində ən fəal, elm və təqvada ən üstün qadın sayılır.
Müasir zamanda özünü sübhdən axşama kimi tele-ekranlarda açıq-saçıq şəkildə insanlara göstərən üzdəniraq qadınlar öz əməlləri ilə fəxr edirlər. Bəzi qəlbi korlar da onları cəmiyyətdə qadınlara nümunə kimi göstərməyə çalışır və meyar seçirlər. Paltar geyinməkdə özlərini onlara oxşatmağa çalışırlar. Amma Fatimə (s.ə)  örpək tutmaqda o səviyyədə iffətə malik idi ki, bir gün Peyğəmbər (s) kor səhabələrdən biri İbn Məktumla birlikdə Fatimənin (s.ə) evinə daxil olur. Fatimə onu görcək tez örpəyə bürünür. Peyğəmbər (s) sonra soruşanda ki, nəyə görə kor kişini görəndə örpək tutdun, cavab verir: "Atacan! O məni görmür, mən ki, onu görürəm!” Peyğəmbər (s) bu sözü eşitdikdə, buyurur: "Həqiqətən, sən mənim vücudumun bir parçasısan!” (Şeyx Əbbas Qumi, Müntəhal-amal, 1-ci cild, səh-134) Ayişədən nəql olunur ki, İslam Peyğəmbəri (s) həmişə Fatiməni (s.ə) nəvaziş edir və onunla görüşür, ondan cənnət ətrini aldığını bəyan edirdi. (Feyz Kaşani, Fatimətuz-Zahra, 1-ci cild, səh-255)
- Fatmənin (s.ə)  şəhadəti. Çox təssüflər ki, Allah-Təalanın Qurani-Kərimdə bu qədər fəzilət bəyan etməsi və Allah Rəsulunun (s) dəfələrlə Fatimənin (s.ə) məqamını müsəlmanlara çatdırması Peyğəmbərdən (s) sonra Fatiməyə (s.ə) olunan müsibət və əziyyətlərin qarşısını almağa mane olmur. Həzrət Məhəmmədin (s) qızı haqqında bütün tövsiyələrinə baxmayaraq, Peyğəmbərin (s) vəfatından dərhal sonra hakimiyyyət başına gələnlər öz hakimiyyətlərini qorumaq üçün Mədinədə bu pak və kamil Xanımı incitməkdən və şəhadətə yetirməkdən çəkinmədilər. O, atasından sonra çox həyat sürə bilmədi. Əksər tarixçilərin nəzərinə görə, Fatimə (s.ə) Peyğəmbərdən (s) sonra cəmi 75, yaxud 95 gün yaşadı. Əksər tarixçilər Xanımın 18 yaşında şəhid olmasını qəbul edirlər (Əllamə Məclisi, Biharul-Ənvar, 43-cü cild, səh-9). Peyğəmbərin (s) vəfatından sonra Əmirəl-möminin Əli (ə) bəzi dostları ilə birlikdə qanunusuz keçirilmiş xilafət seçkisini qəbul etməmiş və İmamın evində cəm olmuşlar. Bu zaman xain plan əsasında həmin evə od vurulur. Fatimə (s.ə) bu hadislərdə İmam Əlinin (ə) vilayətini öz canı ilə qorumağa çalışır, qapı ilə divar arasında qalaraq yaralanır və qısa müddətdən sonra şəhid olaraq dünyasını dəyişir.
Nəhayət sonuncu sual budur ki, Fatimənin (s.ə) qəbri hardadır? Bütün bu hadisələr və onlarla haqsızlıqlar səbəb olur ki, Peyğəmbərin (s) öz ciyərparəsi, ümmətinə tapşırıb getdiyi Fatimeyi-Zəhra (s.ə) öz vəsiyyətinə görə gecə, gizlin halda dəfn olunsun. Bunun da hikməti ondan ibarətdir ki, Fatimə (s.ə) özündən sonrakı müsəlman ümmətinə haqqında bu qədər fəzilət və məqamlar zikr olunan Peyğəmbər qızına zülm olunmasını və Əmirəl-möminin Əlinin (ə) Vilayəti yolunda şəhidliyini çatdırmaq istəyir. Qoy gələcəkdəki müsəlmanlar haqq ilə batili ayıra bilsinlər. Adətən, tarixdə böyük şəxsiyyətləri xüsusi dəfn edirlər və hamı mərasimdə iştirak etmək istəyir. Amma Fatimə (s.ə) ona və İmam Əliyə (ə) olunan zülm və haqsızlığa görə özü vəsiyyət edir ki, "Ya Əli! Mənə gecə qüsl ver, gecə dəfn elə və mənə zülm edənlərə dəfnimdə iştirakına və hətta sonradan da qəbrimi ziyarət etməsinə şərait yaratma. (Əllamə Məclisi, Biharul-Ənvar, 43-ci cild, səh-186; Müsnəd Əhməd ibn Həmbəl, 6-cı cild, səh-183).
Sonda Bakıdakı Fatimeyi-Zəhra (s.ə) adına məscidin sökülməsi hökmünü verənlərin nəzərinə çatdırmaq istəyirəm ki, bu işi təşkil və icra edənlərin Allah-Təaladan əlavə, Fatimeyi-Zəhranın (s.ə) da qəzəbinə tuş gəlməsi labüddür. Çünki Fatimeyi-Zəhra (s.ə) Allah yolunda şəhid olan ən yüksək məqamlı və fəzilətli bir qadındır.
Baxılıb: 787 | Müəllif: Elcin | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *: