1. Peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd (s) ibn Abdullahın xoşbətx təvəllüdü günü
2. Şiə məzhəbinin başçısı imam Cəfəri Sadiqin (ə) xoşbəxt təvəllüdü günü
1. Peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd (s) ibn Abdullahın xoşbətx təvəllüdü günü Amul-fil
ili, rəbiül-əvvəl ayının 17-ci günü, cümə peyğəmbərliyin parlaq günəşi
Məkkənin üfüqündən doğdu və onun parlaqlığı kainata bir başqa şəkildə
cilvələndirdi. Bəli! Peyğəmbərlərin sonuncusu gəldi ki, bəşəriyyəti
nadanlıq və küfr əsarətindən xilas etsin, onları nur və və səadət
sərçeşməsinə tərəf hidayət etsin. Minlərlə peyğəmbərlərin ən ağır
işkəncələrə qatlaşıb daşıdıqları peyğəmbərliyi kamal nöqtəsinə və
zirvəyə çatdırsın. O həzrətin əziz adı, Məhəmməd künyəsi
Əbülqasimdir. Əziz atasını adı həzrət Abdullah, uca anasının adı isə
həzrət Aminə binti Vəhəbdir . (Kəşfül-ğəmmə, c.1, s. 14) Təvəllüddən öncə baş verən hadisələr O pak nümunənin təvəllüdü gecəsi dünyada təəccüblü hadislər baş verdi. Burada onlardan bir neçəsi ilə kifayətlənirik: 1. Min illər boyu sönməyən "fars” yanar ocağı (ibadətgah) o gecə söndü. 2. Pərəstiş olunan "Savə” gölü, birdəfəlik quruyub duzluq sahəyə çevrildi. 3. Allahın Evdinə olan bütün bütlər yerə töküldü və asimandan belə bir nida eşidildi: "Haqq gəldi, batil yox oldu. Həqiqətən də batil məhvə olmağa məhkumdur” ( "İsra” surəsi, 84-cü ayə) 4. İran padşahlarının (mədainin) böyük eyvanı titrəməyə başladı və onun dörd sütunu çökdü. 5.
Səmavə çayının suyu (Kufə və Şam arasında yeriləşir) çoxaldı və axmağa
başladdı. (Əl-əmali, Şeyx Səduq, s. 444 –Bihrül-ənvar: c. 15, s. 257) İmam
Sadiq (ə) buyurub: " İblis (şeytanların atası) göyün yeddinci qatında
gəl-get edirdi; İsa (ə) dünyaya gəldəndə üç asimana pərvaz etməkdən
məhrum olundu. Lakin islamın əziz Peyğəməri (s) dünyaya gələndə bütün
yeddi göy təbəqəsində pərvaz etmək ona qadağan olundu. Göyə qalxan
şeytanlar səmada şəhab daşları ilə qovulurdular. (Biharül-ənvar, c. 15,
s. 257) Peyğəmbərin (s) möcüzələri Səmavi Qurani-məcid kitabı
Peyğəmbərin (s) ölməz möcüzələrindən hesab olunur. Lakin ondan başqa o
həzrətdən çoxlu möcüzələr müşahidə olunurdu ki, burada onlardan
bəzilərinə işarə edirik: 1. Heyvanlarla danışmaq 2. Ölülərin dirilməsi, korların görməsi və xəstələrin şəfa tapması üçün etdiyi duaların qəbul olunması 3. Peyğəmbərin (s) bütün dilləri bilməsi və onun bütün dillərdə danışması 4. O həzrətin əlində kiçik daşlar təsbih deyirdi və elə bir şəkildə ki, camaat da onu eşidirdi. 5. Peyğəmbərin (s) günəş altında gölgəsi yox idi. 6. O həzrətin mübarək əli hansı yeməyə toxunsaydı o, bərəkətli olardı və çox sayda adamı doydurardı. 7. Allahın Rəsulu (s) ağzının suyunu bir quyuya atsaydı o quyu bərəkətlənib su ilə dolardı. 8.
Allahın Rəsulu (s) yumşaq torpaqda yeriyərkən ayağının izi qalmazdı,
lakin möhkəm daş üzərində yeriyərkən ayağının izi qalardı.
(Həqqül-yəqin, s. 36) 2. Şiə məzhəbinin başçısı imam Cəfəri Sadiqin (ə) xoşbəxt təvəllüdü günü Hicri
təqvimi ilə 83-cü il, rəbiül-əvvəl ayının 17-ci günü bazar ertəsi, İmam
Cəfər Sadiq (ə) Mədinədə dünyaya göz açdı və varlıq aləminə camalnın
nuru ilə səfa və təravət bağışladı. Onun uca atası İmam Məhəmməd Baqir
(ə) və əziz anası Ümmi Füruvə - pərhizkar, imanlı və yaxşı əməl sahibi
olan qadınlardan idi. O İmamın mübarək adı, Cəfər, şərəfli künyəsi Əbu
Əbdullah idi. Ləqəbləri; Sabir, Fazil, Tahir, və Sadiq. O həzrətin
görünüşü haqqında belə nəql olunub ki, ortaboylu, açıq üzlü (nurlu),
bədənin rəngi ağ, burnu uzunsov, saçları qara və qıvrımsaç, yanağına
qara xal var idi. (Müntəhayül-ə`mal, s. 8-ci bab, 1-ci fəsl, s. 824) Şiə bilik ocağının təsis edilməsi Həqiqətləri
açmaq üçün yaranan münasib vəziyyət, həzrət Sadiq (ə)-dən başqa məsum
İmamların heç bir üçün irəli gəlməmişdi. O həzrət, geniş şəkildə mədəni
inqilab, şiəni saf mədəniyyətini yaymaq o həzrət nəsib oldu. Belə bir
şərait isə İmamlardan heç birinə nəsib olmamışdı ...
|