Həsən (ə) və Hüseynə (ə) buyururdu ki, "Siz cənnət cavanlarının Ağasısınız”? Ey Yezid! Allah səni yox etsin, Allah sənə lənət etsin!” (Müntəhayül-əmal, s. 601)
Yezid, arpa suyu istəyir, öz dostlarına verir, qumar oynayan və şərab içən halda Əba Əbdüllahül-Hüseynin (ə) müqəddəs başınının hörmətini saxlamırdı ki, qələm onu yazmaqdan utanır.
Hüseynin (ə) qızı Səkinə (ə.s) buyurub: "And olsun Allaha! Yeziddən daha kafir, daha zalım və daha daşürək görmədim.”
İmam Əli ibn Musa ər-Rza (ə) bu barədə buyurub: Bizim şiələrimiz heç vaxt arpa suyu (pivə) içməz. Çünki o, bizim düşmənlərə məxsusdur...və ilk dəfə Yezid onu, cəddim Hüseyn ibn Əlinin (ə) içdi. (Uyunul-əxbarür-Rza (ə), c. 2, s. 25)
İmam Səccad (ə) son dərəcə müsibət və məzlumluq halında olduğu halda lakin tam şücaətlə məclisə daxil olub Yezidə xitabən buyurdu: " Rəsulullah (s) bizi bu halda görsə səninlə necə rəftar edəcəyini güman edirsən?!” Sonra buyurdu: "Ey Yezid, vay halına! Əgər necə bir əmələ əl atdığını, Əhli-beytlə, qardaşımla əmilərimlə nə etdiyini bilsəydin mütləq dağlara qaçar, yerdə oturub uca fəryad edərdin!” Atam Hüseynin –Fatimə (ə.s) və Əlinin (ə) övladının başını şəhərin darvazası üzrəindən asmısan?... Sənə rüsvaylıq və peşmanlıq müjdəsi verirəm ,elə bir gündə ki, gözlər ağlardır. (Əl-irşad,s. 231 –Biharül-ənvar, c. 45, bab: 39, s. 136)
Belə bir vəziyyətdə Yezid, hörmətsizlik və abırsızlığını o həddə çatdırdı ki, bir qədər olanları anlamağa başalayan camaat üçün yezidçilərin çirkin siması daha da üzə çıxır və Müaviyənin Əhli-beyt (ə) əleyhinə zəhərləyici təbliğinin nəticəsi puç olurdu. Deməli, Kərbəlanın, Hüseyn hərakatının carçısı Zeynəb (ə.s), yenə də meydana daxil olub özünün ağır vəzifəsini yerinə yetirəcəkdi. O həzrət qəlbidağlı və müsibətdə olduğuna baxmayaraq əzəmətlə, anası Faiteyi-Zəhra (ə.s) və uca atası Həzrət Əli ibn Əbi Talib (ə) kimi ayağa qalxdı. Bəlağətli bir xütbə oxudu. Ərəb Əqiləsnin (ə) sözləri camaat arasında elə bir təsir qoydu ki, bütün məclisdə olanların nalə və şivən səsi ucaldı. Bu minvalla, öncə sərxoş halda badə içən və hörmətsizlik göstərən Yezidi utandırdı. O, başını aşağı salıb məclisi sakitləşdirmək üçün İmam Hüseynin (ə) öldürülməsinin günahını ibn Ziyadın boynuna atmağa atdı.
Yezidin məclisində baş verən digər hadisə də onun bir daha rüsvay olmasına səbəb oldu. İmam Səccadın (ə) o məslisdə oxuduğu xütbə ismət və paklıq sülaləsini (ə) tanıtdırıb Yezidin cinayətinin üstündən pərdə götürdü. Yezidçilərin ifşa olması və onları alçaq sifətlərinin üzə çıxması camaatı təsirləndirdi, onlarda ayıq-sayıqlıq düşüncəsin artırıb ged-gedə baş verənlərə görə nifrət və qəzəblərini oyatdı. Bu minvalla Yezid öz etdyiklərindən peşman olduğunu bildirir və öz günahını xəbis ibn Ziyadın boynuna atırdı.
Əlbəttə, bu peşmanlıq üzdə idi. O, əslində öz məqam və taxtını qorumaq üçün çalışırdı. Aşura hadisəsindən sonra ibn Ziyad Şama gəldi. Yezid, ona bol mal bağışyıb onu öz hərəmxanasına ötürdü və öz etdiklərindən sevincli və sərxoş idi. (Təzkirətül-xəvas: s. 146)
Nəhayət Şamda əsirlikdə olduqları halda Əhli-beyt (ə) (ə) gizli və aşkar mübarizələri nəticəsində Yezid zəlil oldu. Hadisələr, onun əleyhinə və İmam Hüseynin (ə) leyhinə tərəf dəyişdi. İmam Hüseynin (ə) Kərbəla qiyamı həzrət Zeynəb və İmam Səccadın (ə) zəhməti ilə təkmil oldu.