Səfərdən qayıdan Peyğəmbər (s), həmişə olduğu kimi öncə həzrət Fatimənin (s.ə) evinə daxil oldu. Həzrət Əli (ə) Peyğəmbərə (s) buyurdu: "Allah bizə bir
qız övladı əta etdi. Siz ona ad qoyun”. Həzrət (s) buyurdu: "Fatimənin (s.ə) övladları mənim övladlarım, onların ixtiyarları isə,Allahdadır.
Buna görə də, vəhyi və Allahın göstərişini gözlüyürəm”. Bu vaxt Cəbrail (ə) nazil oldu və buyurdu: "Allah sənə salam göndərir və buyurur: bu körpəni Zeynəb adlandır. Çünki Biz "Lövhi-məhfuzda” bu adı onun üçün yazdıq”.
İslam Peyğəmbəri (s), o körpəni öpüb buyurdu: "Ümmətimdən burada olan və olmayanlara tövsiyə edirəm ki, bu qıza ehtiram etsinlər. Çünki o, Xədicəyi-Kübraya oxşayır”.(Setareqane Derəxşan; cild-2, səh.132)
Bir rəvayətdə də, deyilir ki, həzrət Zeynəb (s.ə) uşaq ikən Peyğəmbər (s) onu yanına çağırarar öpür.və üzünü onun üzünə qoyaraq buyurur: "Cəbrail mənə xəbər verdi ki, bu qız müsibət və bəlalarda mənim Hüseynimə (ə) şərikdir”. (Mərd afərine ruzeqar; səh-10).
Misirin məşhur yazıçılarından biri Muhəmməd Qalib Şafei, Bəni-Haşimin uca məqamlı bu xanımın haqqında belə yazır: "Əhli-beytin (ə), əsil-nəcabət və həmçinin paklıq cəhətindən ən uca məqamlı qadınlarından biri də, həzrət Əli ibn Əbu Talibin (ə) qızı, həzrət Zeynəb
(s) idi. O, Əhli-beytin (ə) elm sərçeşməsindən sirab olmuşdu. Natiqlik və bəlağətdə, Allahın böyük nişanələrindən sayılırdı. Helmdə, səxavətdə, bəsirətdə və işlərin tədbirində təkcə Bəni -Haşim deyil, hətta ərəblər arasında seçilirdi. Camal və calal sifətləri,
mənəviyyat, fəzilət və əxlaqı özündə toplamışdı. Gecələr ibadət edər, gündüzlər oruc tutar, təqva və pərhizkarlığı ilə tanınardı”. (Mərd afərine ruzeqar; səh-14)