Namaz cədvəli - 2012 may ayı üçün |
Tarix |
Sübh |
Günəş |
Zöhr |
Əsr |
Məğrib |
İşa |
01 may | 05:10 | 06:41 | 13:38 | 17:28 | 20:53 | 21:53 | 02 may | 05:08 | 06:39 | 13:38 | 17:29 | 20:54 | 21:55 | 03 may | 05:07 | 06:38 | 13:38 | 17:29 | 20:55 | 21:56 | 04 may | 05:05 | 06:37 | 13:37 | 17:29 | 20:57 | 21:58 | 05 may | 05:03 | 06:36 | 13:37 | 17:29 | 20:58 | 21:59 | 06 may | 05:02 | 06:35 | 13:37 | 17:30 | 20:59 | 22:00 | 07 may | 05:00 | 06:33 | 13:37 | 17:30 | 21:00 | 22:02 | 08 may | 04:59 | 06:32 | 13:37 | 17:30 | 21:01 | 22:03 | 09 may | 04:57 | 06:31 | 13:37 | 17:30 | 21:02 | 22:04 | 10 may | 04:55 | 06:30 | 13:37 | 17:31 | 21:03 | 22:06 | 11 may | 04:54 | 06:29 | 13:37 | 17:31 | 21:04 | 22:07 | 12 may | 04:53 | 06:28 | 13:37 | 17:31 | 21:05 | 22:08 | 13 may | 04:51 | 06:27 | 13:37 | 17:32 | 21:06 | 22:10 | 14 may | 04:50 | 06:26 | 13:37 | 17:32 | 21:07 | 22:11 | 15 may | 04:48 | 06:25 | 13:37 | 17:32 | 21:08 | 22:12 | 16 may | 04:47 | 06:24 | 13:37 | 17:32 | 21:09 | 22:13 | 17 may | 04:46 | 06:23 | 13:37 | 17:33 | 21:10 | 22:15 | 18 may | 04:44 | 06:22 | 13:37 | 17:33 | 21:11 | 22:16 | 19 may | 04:43 | 06:21 | 13:37 | 17:33 | 21:12 | 22:17 | 20 may | 04:42 | 06:21 | 13:37 | 17:33 | 21:13 | 22:19 | 21 may | 04:40 | 06:20 | 13:37 | 17:34 | 21:14 | 22:20 | 22 may | 04:39 | 06:19 | 13:37 | 17:34 | 21:15 | 22:21 | 23 may | 04:38 | 06:18 | 13:37 | 17:34 | 21:16 | 22:22 | 24 may | 04:37 | 06:18 | 13:37 | 17:34 | 21:17 | 22:23 | 25 may | 04:36 | 06:17 | 13:37 | 17:35 | 21:18 | 22:25 | 26 may | 04:35 | 06:16 | 13:38 | 17:35 | 21:19 | 22:26 | 27 may | 04:34 | 06:16 | 13:38 | 17:35 | 21:20 | 22:27 | 28 may | 04:33 | 06:15 | 13:38 | 17:36 | 21:20 | 22:28 | 29 may | 04:32 | 06:14 | 13:38 | 17:36 | 21:21 | 22:29 | 30 may | 04:31 | 06:14 | 13:38 | 17:36 | 21:22 | 22:30 | 31 may | 04:30 | 06:13 | 13:38 | 17:36 | 21:23 | 22:31 | 01 iyun | 04:29 | 06:13 | 13:38 | 17:37 | 21:24 | 22:32 |
Azərbaycanın bölgələrində namaz vaxtının Bakı vaxtı ilə fərqi aşağıdakı kimidir (dəqiqə ilə):
Ağdam +11, Astara +2, Gəncə +14, Qazax +19, Quba +6, Lənkəran +3, Saatlı +7, Sabirabad +5,
Şamaxı +6, Şəki +12, Xaçmaz +10, Yevlax +11, Naxçıvan + 17, Göyçay +8, Zaqatala +14. |
...
ƏTRAFLI »
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 1438 | Müəllif: Elcin | Tarix: 08.05.2012 | Şərhlər (0)
|
İmam Əli ibn Muhəmməd Baqirin (ə) şəhadəti |  | Hicrətin 116-cı ili Cəmadius-sani ayının 27-si Əbul-Həsən Əli ibn Muhəmməd Baqir (ə) Erdehale Kaşanda şəhadətə yetdi. (Məraqidul-Məarif; c-2, s. 79. Rovzatul-Cenat; c-4, s. 212). Belə nəql olunub ki, bir dəstə Əhli-beyt (ə) dostları və şiələri Kaşan Əhalisindən imam Baqirə (ə) bir məktub yazdılar ki, biz sizdən uzaq olduğumuz üçün öz övladlarınızdan birini yol göstərmək, dini hökümləri öyrətmək üçün bizim məmləkətimizə göndərin. İmam Baqir (ə) öz böyük oğlu cənab Əli ibn Muhəmmədi (ə) onlar üçün göndərdi.
|
O həzrətin Kaşana daxil olduğu vaxt camaat onu tarixdə misli görünməmiş şəkildə qarşıladılar. Yazırlar ki, Peyğəmbər (s) ailəsinin o pak sülaləsini qarşılamaq üçün görüşünə təqribən altı minə yaxın adam gəlmşdi. Beləliklə o həzrət mascıddə camaatın hidayəti ilə məşğul olur və Kaşanın ətrafından olan şiələr də, onun görüşünə gəlir və ondan çoxlu kəramətlər görürdülər. O, Mədinəyə atası üçün bir çox məktublar yazaraq özünün və şiələrin vəziyyətindən atasını xəbərdar edirdi. Nəhayət imam Baqirin (ə) şəhadətindən iki il sonra cənab Əli ibn Muhəmməd dostları, məvaliyanları, qohumları ilə birlikdə dövlət məmurlarının hücumuna məruz qalaraq hamısı orada şəhadətə çatdı. (Muraqidul-məarif; c-2, səh-80). İndinin özündə də, cənab Əli ibn Muhəmmədin mübarək qəbri Erdehale Kaşanda Əhli-beyt (ə) aşiqlərinin ziyarətgahıdır. İmam Hadinin (ə) şəhadəti Bir rəvayətə əsasən hicrətin 254-cü ili Cəmadius-sani ayının 27-si, imam Hadi (ə) 42 yaşında Mötəz Abbasinin göstərişi ilə zəhərləndirilərək şəhadətə yetdi və Samira şəhərində öz evində torpağa tapşırıldı. (Vəqayiul-əyyam; səh-298). Bərkidmə: | Kateqoriya: | Baxılıb: 1303 | Müəllif: Elcin | Tarix: 08.05.2012 | Şərhlər (1)
|
Əbu Bəkr ibn Əbi Quhafənin ölümü |  | Hicri təvimi ilə 13-cü ili cəmadius-sani ayının 22-i, Əbu Bəkr ibn Əbi Quhafə 67 yaşında öldü. (Tətimmətul-muntəha; s. 24). O, Peyğəmbərin (s) vəfatından sonra bəni Saidənin nəngin Səqifə üzüvlərinin xəifəliyə seçdiyi ilk şəxsdir. Bu seçim qeyri-obyektiv idi ki, hətta bu cərəyanın əsil ünsürlərindən olan Ömər, deyib: "Əbu Bəkrlə beyət tədbirsiz, məsləhətsiz, diqqətsiz və cahiliyyət dövründəki kimi oldu. Allah müsəlmanları onun şərrindən qorudu! Hər kəs belə bir işi təkrar etsə onu öldürün!”. (Sireye ibn Hişam; c-4, səh-308. Əl-ğədir; c-5, s. 370). Əbu Bəkrin qəsb etdiyi xələfiləiyin müddəti iki il, dörd ay davam etdi. |
O, bu müddətdə böyük cinayətlər törətdi ki, qələm onu yazmaqda xəcalət çəkir. O, cinayətlərdən bir neçəsini burada qeyd edirik. 1. Xəlifəliyinfətin qəsbi; 2. Peyğəmbərin (s) bədəninin bir parçası həzrət Fatimeyi-Zəhraya (s.ə) etdiyi əzab-əziyyətlər; 3. Fədəkin qəsbi; 4. Peyğəmbərin (s) adına düzəltdiyi yalan hədis (həqiqətən biz peyğəmbərlər özümüzdən irs qoymuruq...); 5. İsamənin ordusuna qarşı ziddiyəti və Peyğəmbəri (s) narahat etməsi; 6. Peyğəmbərin (s) hədislərini yandırması; 7. Səqifə hadisələri zamanı həzrət Zəhranın (s.ə) evinə hücum etmə əmrini verməsi; 8. Xalid ibn Vəlidin dəhşətli cinayətləri qarşısında sükut etməsi və.s . (Bax: "Əbu Bəkr”, Seyid Məhəmməd Həsən Cəvahiri). Nəql olunur ki, Əbu Bəkr ölümünd
...
ƏTRAFLI »
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 890 | Müəllif: Elcin | Tarix: 08.05.2012 | Şərhlər (0)
|
Həzrət Ümmi Gülsümün vəfatı | 
|
Hicri təqvimi ilə 61-ci il, cəmadius-sani ayının 21-ci günü, yəni imam Hüseynin (ə) karvanını Kərbəladan Mədinəyə qayıtmasından dörd ay sonra həzrət Əlinin (ə) qızı Ümmü Gülsüm vəfat etdi."Riyahinuş-şəriəh” belə yazılıb. "Əmirəlmöminin Əli (ə) Ümmü Gülsümü Ovn ibn Cəfəri Təyyara ərə verdi. Həzrət Ümmü Gülsüm Kərbəla hadisəsində iştirak etmişdir. O, Aşura günündə bacısı həzrət Zeynəb (s) və başqa bacıları ilə birlikdə Kərbəla əsirlərini və uşaqları qoruyurdu. Həzrətin Küfədə İbn Ziyadın məclisində oxuduğu xütbələr, Qasidiyyə və Qənsəriyyədə oxuduğu şeirlər və İmamın (ə) qırxı günü söylədiyi mərsiyələr onun şücaətinə və əzəmətinə dəlalət edir. Nəhayət həzrət Ümmü Gülsüm Kərbəladan Mədinəyə qayıdandan dörd ay sonra, imam Hüseynin (ə) şəhadətindən ürəyi qəmlə dolu halda dünyadan getdi və torpağa tapşırıldı”. (Riyahinuş-şəriəh; c.3, s.244, 256). |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 692 | Müəllif: Elcin | Tarix: 08.05.2012 | Şərhlər (1)
|
Cənnət xanımlar Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü | 
|
Be`sətin 64-cü ili, cəmadius-sani ayının 5-ci, günü imamət və vilayətin 11 parlaq ulduzunun mehriban anası həzrət Fatimeyi-Zəhra (s.ə) Məkkə şəhərində dünyaya göz açdı.Varlıq aləmini üzünün nurlu camalı ilə nurlandırdı. (Vəqayiul-əyyam; səh-290). Belə nəql olunubdur ki, "Merac” gecəsi Allah təala Öz əziz Peyğəmbərinə (s) iyi və rəngi mələkləri təəccübləndirən bir alma hədiyyə verdi. Allah Peyğəmbərə (s) almanı yeməsini əmr etdi. Həzrət (s) almanı böləndə ondan bir nur parıldadı. Cəbrail (ə) dedi: "Ya Rəsuləllah, bu Fatimənin (s.ə) nurudur. O sənin sülbündən gələn bir qızdır”. (Məaniul-Əxbar; səh-376. Biharul-Ənvar; c. 42, s.18). |
Besətin 4-cü ili şaban ayının 10-u, Cəbrail (ə) Peyğəmbərə (s) Fatimənin (s.ə) dünyaya gəlməsinə zəmin yaratmaq üçün müqadimə olaraq həzrət Xədicədən (s) qırx gün uzaq qalmasını dedi. Bundan sonra Həzrət (s), qırx gün gündüzlər oruc tutur, hər axşam iftar vaxtı Fatimə binti Əsədin evinə gedir və cənnət yeməkləri ilə iftar edirdi. Beləliklə qırxıncı axşam əmr gəldi ki, Xədicənin (s) evinə get. Allah, bu gecə sənin sülbündən pak bir zürriyyə yaradacağına görə Öz zatına and içib. Həzrət yerindən qalxıb Xədicənin (s) evinə getdi. (Əl-ədədul-qəviyyə; səh-220. Biharul-ənvar; c-16, səh-78). Ana bətnində Hamiləlik dövründə, həzrət Zəhra (s.ə) anasının bətndə onunla söhbət edirdi. Anasına təsəlli verir, onu səbirli və dözümü olmağa dəvət edirdi. Peyğəmbər (s) Xədicəyə (s) buyurdu: "Cəbrail (ə) mənə müjdə ve
...
ƏTRAFLI »
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 841 | Müəllif: Elcin | Tarix: 08.05.2012 | Şərhlər (0)
|
Həzrət Ümmul-Bəninin (s) vəfatı | 
|
Hicri təqvimi ilə 64-cü il, cəmadius-sani ayının 13-cü günü, həzrət imam Əlinin (ə) sevimli həyat yoldaşı və Qəməri-bəni-Haşim, həzrət Əbülfəzlul-Abbasın (ə) əziz anası Ümmül-bənin (s) vəfat etdi. (Ümmül-bənin (s), Seyyidətun-nisaul-ərəb; s.84). Həzrət Zəhranın (s.ə) şəhadətindən sonra, Əmirəlmöminin imam Əli (ə), Fatimə Kəlabiyə ilə evləndi. Əqil, ərəblərin əsil-nəsəbini yaxşı tanıdıyırdı. Ona görə də həzrətin o xanımla evlənməsi qardaşının vasitəçiliyi ilə həyata keçdi. İmamın (ə), o böyük xanımdan Abbas, Cəfər, Abdullah, Osman adında dörd övladı dünyaya gəldi. Onların hamısı Aşura hadisəsində şəhadətə çatdı. Həzrət Ümül-Bəninin (s) Aşura hadisəsindən sonra bütün günü Bəqi qəbristanlığına gedir və övladlarının müsübətinə elə mərsiyə oxuyardı ki, camaat onun ətrafına toplanar, sözlərindən təsirlənərdilər. Nəql olunur ki, hətta daş qəlbli Mərvan bin Həkə onun şer və mərsiyələrini eşidəndə dayanıb ağlayardı. O həzrət fani dünya ilə vidalaşana qədər daim ağlayıb ahü-zar etdi. (Rəyyahinuş-şəriəh; c.3, s.294). |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 749 | Müəllif: Elcin | Tarix: 08.05.2012 | Şərhlər (0)
|
Müstənsir Billah Əbbasinin ölümü | 
| Hicri təqvimi ilə 640-cı il cəmadius-sani ayının 10-cu günü Əbbasilərin otuz altıncı xəlifəsi Müstənsir Billah öldü. O xilafətə çatanda atalarının əksinə olaraq ədalətin bərpa edir elm əhlinə çox ehtiram göstərirdi. Həmçinin məscidlərin tikilməsi, körpü və yolların təmirində onun rolu var idi. O, Bağdad şəhərində Dəclə çayının şərq tərəfində misli görünməmiş mədrəsə tikdirdi və orada dörd məzhəbin tədrisi üçün dörd nəfər təyin etdi. Həmçinin tatarlarla müharibə zamanı yüz min nəfərdən ibarət böyük bir ordu hazırlayıb onları məğlub etdi. ("Tətimmətul-muntəha", s. 576).. |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 788 | Müəllif: Elcin | Tarix: 08.05.2012 | Şərhlər (0)
|
Həzrət Siddiqeyi Tahirə Fatimeyi Zəhranın (s.ə) şəhadəti | 
| Məşhur rəvayətə əsasən, hicri təqvimi ilə 11-ci il, cəmadius-sani ayının 3-cü günü, (Peyğəmbərin (s) vəfatından 95 gün sonra) həzrət Zəhranın (s.ə) şəhadətinə təsadüf edir. (Beytul-Əhzan; səh-261. Dəlayilul-imamə; səh.45. Müstədrək, Səfinətul-Bəhar; c. 2, səh.85). Peyğəmbərin (s) vəfatından sonra, o Həzrətin (s) əziz qızının evinə üç dəfə hücum etdilər və hər dəfə pak Əhli-Beytin (ə) ədəbsizlik və göstərib hörmətini sındırdılar. Bu üç dəfədən birində, həzrət Zəhranın (s.ə) evinə od vurdular. Həzrət Zəhranın (s.ə) qapı arxasında olduğunu bildiklrinə baxmayaraq ki, təpiklə qapını açdılar və qapının mismarı Xanımın (s.ə) sinəsinə batdı. O hadisə əsnasında xanımın (s.ə) ciyərparəsi olan həzrət Möhsün (ə) şəhadətə yetdi. |
Həzrət Əmirəlmöminin imam Əlini (ə), beyət almaq üçün başaçıq, ayaqyalın və əlibağlı məscidə apardılar. Həzrət Zəhra (s.ə) bu işə mane olmaq üçün önə keçdi. Amma hücum edənlər qırmanc və qılın tiyəsi ilə o böyük xanımı vuraraq həzrət Əlidən (ə) ayırdılar. (Beytul-Əhzan; s.110). Peyğəmbərin (s) vəfatından sonra ən dərdli hadisələrdən biri də, həzrət Siddiqeyi-Tahirənin (s.ə) sınıq qəlb, yaralı bədən və hüzünlü halda Ühüd şəhidlərinin ziyarətinə getməsi və peyğəmbərin (s) haqq canişini həzrət Əlinin (ə) məzlumiyyətinə ağlamasıdı. O Həzrətin (ə) yaralarının ağrıları getdikcə çoxaldı. Mədinə yaxınlığında bir ağacın altında əyləşərək ağlayıb nalə edirdi. Munafiqlər o ağacı da, kəsdilər. Ondan sonra imam Əli (ə) orada bir kölgəlik düzəltdi. Sonradan o kölgəlik "Beytul-əhzan” ("hüzn evi”) kimi məşhur oldu. (Beytül-əhzan; səh-110). O, həzrətin (s.ə) xəstəliyi günbəgün şiddətləndi. Yaralı sinəsi, sınmış qabırğası ağrıları, ciyərparəsi Möhsünün (ə) şəhad
...
ƏTRAFLI »
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 732 | Müəllif: Elcin | Tarix: 08.05.2012 | Şərhlər (0)
|
Harun Ər-Rəşidin ölümü | 
| Hicri təqvimi ilə 193-cü il cəmadius-sani ayının 2-ci günü Harun Ər-Rəşid qırx dörd yaşında, Tus şəhərinin Sənəbad kəndində cəhənnəmə vasil oldu. Onun xəlifəlik dövrü 23 il davam etdi. Hakimiyyəti olduğu müddətdə onun zülmü bütün islam məmləkətlərini bürümüş və Ələvilərdən çoxunu şəhadətə yetirmişdir. ("Tətimmətul-Muntəha", s. 295). Harunun ən böyük cinayətlərindən biri, yeddinci höccət imam Kazimi (ə) illərlə Bağdadın qaranlıq zindanlarında saxlayaraq sonda zəhərləyib şəhadətə yetirməsidir. |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 732 | Müəllif: Elcin | Tarix: 08.05.2012 | Şərhlər (0)
|
Vəlid ibn Yezidin həlak olması | 
| Hicrətin 126-cı ili Cəmadius-sani ayının 29-u, bəni Abbas xəlifələrindən biri olan Vəlid ibn Yezidin vəfatı günüdür. O, Yezid ibn Vəlidlə döyüş zamanı faciəli şəkildə həlak olub. (Vəqayiul-əyyam; səh-300). Belə nəql olunur ki, Vəlid, mulhid və fasiqlikdə tanınmış şəxsdir. O, hətta zahiri baxımdan da, İslama məhəl qoymurdu və şərab içmək onun peşəsi idi. Tarixi kitablarda deyilir: o, göstəriş verir ki, hovuz tiksinlər və onu şərabla doldursunlar. Vəlid sevinib vəcdə gələn zaman özünü o hovuza atıb doyunca şərab içsin. Əhli-sünnə kitablarnda deyilir ki, bir axşam azançı sübh azanı deyirdi. Vəlid qalxıb şərab içdi onunla birlikdə sərxoş olmuş cariyəsi ilə yaxınlıq etdi və and içdi ki, gərək camaatla namaz qılsın o sərxoş və cənabətli qadına paltarını ona geyindirib məscidə göndərdi. Pişnamaz camaat namazı qıldı. Onun fasiqliyi və pis əməlləri o həddə çatdı ki, öz məhrəmləri ilə belə nigah edir və öz işindən utanmırdı. (Tətimmətul-muntəha; səh-164). |
Bəli, əhli səqifənin cinayəti nəticəsində İslam o yerə çatdı ki, onun kimi fasiq adamlar müsəlmanların xəlifəlik məqamına əl atdılar ki, onlar başdan-ayağa fəsad və zülm olub şeytanın müəllimi sayılırdılar. İmam Hadinin (ə) oğlu seyid Məhəmmədin vəfatı Hicrətin 252-ci ili Cəmadius-sani ayının 29-u, İmam Hadinin (ə) oğlu həzrət Seyid Məhəmməd Samira şəhərində vəfat etdi. (Muraqidul-məarif; c-2, səh-262). Seyid Məhəmmədin məaqamı o həddə idi ki, şiələrdən bir qrupu güman edirdilər ki, imam Hadidən (s) sonra o imamətə çatacaq. Lakin böyük atasının dövründə onun vəfat etməsindən məlim oldu ki, imam Həsən Əskəri (ə) imam olacaq. İmam Həsən Əskəri (ə) qardaşı seyid Məhəmməd canablarına çoxlu məhəbbət bəsləyirdi. Onun vəfatından çox təsirlənmişdi. Seyid M
...
ƏTRAFLI »
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 425 | Müəllif: Elcin | Tarix: 08.05.2012 | Şərhlər (0)
|
|