Şəhadət qüslü |  | İmam Hüseyn (ə) həzrət Əli Əkbəri otuz nəfər süvari və iyirmi nəfər piyada qoşunla su fəratdan su gətirmək üçün göndərdi. Onlar öz tuluqlarını su ilə xeymələrə gətirdi İmam öz əshabına üz tutub buyurdu: Qalxın və su için. Bu, sizin sonuncu azuqənizdir. Dəstəmaz alın, qüsl edin və paltarlarınızı yuyun ki, sizin kəfəniniz olsun. Nəql olunub ki, Əbdürrəhman və Bürəyr ibn Xuzəyr təmizlənmək - hamam və nəzafət üçün nəzərdə tutulan çadırın qapısında növbədə duruşdu. Bürəyr Əbdürrəhmanla zarafat edirdi. Əbdürrəhman ona dedi: "İndi zarafat vaxtı deyil”. Bürəyr dedi: Mənim qohumlarım bilir ki, nə cavanlıqda nə də yaşlılıqa (qocalıqda) zarafat əhli olmamşam. Mənə səadət və cənnət vəd olunuduğu üçün, (sər əz pa tanımıram) sevindiyimdən özümə sığmıram, özümlə cənnət arsında məsafənin təkcə şəhadət oldğunu bilirəm. ("Əmaleyi-Şeyx Səduq”, səh. 221, 30-cu məclis). |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 424 | Müəllif: Elcin | Tarix: 04.12.2011 | Şərhlər (0)
|
İmam Hüseyn (ə) xeymələrinin ətrafında xəndəklərin qazılması |  | İmam Hüseyn (ə) köməkçilərinə fərman verdi ki, xemələrin ətrafında xəndək qazsınlar. Onu ox və neylə doldursunlar ki, düşmən hücum edən zaman onları yandırsınlar, düşmənlə xeymələr arasında yolu kəsib təkcə imamın (ə) köməkçiərinin yerləşdiyi hissəni açıq qoysunlar və döyüş orada həyata keçsin. (İmamül-Hüseyn (ə) və əshabuhu,səh.257) |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 476 | Müəllif: Elcin | Tarix: 04.12.2011 | Şərhlər (0)
|
İmam Hüseynin (ə) (düşmənlərə) xütbəsi |  | İmam Səccad (ə) buyurub: Atam imam Hüseyn (ə), aşura gecəsi öz əshabını öz yanına çağırdı. Onun sözlərini eşitmək üçün Mən də xəstə olduğum halda onun yanına getdim . Atam, əsahaba vö öz köməkçilərinə buyurdu: "Ən gözəl sitayişlərlə Allah sitayiş edir, xoşluq və rahatsızlıqda Ona təşəkkür edirəm. İlahi, Sənə şükür edirəm ki, bizi peyğəmbərliklə (s) əziz etdin, Quran elmi, dinin fiqh elmini bizə karamət buyurdun. Bizə, eşidən qulaq, görən göz və ayıq ürək əta etdin. Bizi şükür edənər sırasıda qərar ver! Əmma b`əd. Həqiqətən də mənim yoldaş və əshabından daha yaxısı və daha vəfalılardan sorağım yoxdur. Öz Əhli-beytimdən (ə) daha itaətçi, daha sileyi-rəhmə bağlı qalanı tanımıram. Mənə kömək etdiyinizə görə Allah sizə yaxşı mükafat versin. Bilirəm ki, sabah bunlarla döyüşəcəyik. Mən, sizinlə olan beyətimi aradan qaldırıram. Yola düşüb getməniz və təhlükəli məkanından uzaqlaşmanız üçün gecənin qaranlığından örtük kimi istifadə etmənizə icazə verirəm. Sizlərdən hər biriniz Əhli-beytimizin (ə) bir nəfərin əlini tutub kənd və şəhərələ dağılın ki, Allah, (sizi bəladan xilas etməklə) öz fərəcini sizin üçün qərar versin. Bu cammatın işi, mənimlədir. | Mənə əlləri çatsa, sizinlə işləri yoxdur.” İmamın buyurduqlarından sonra Əhli-beyt (ə) və o həzrətin əshabı, bir-birinin arxasınca qalxıb şəhadətədək öz fədakrlıq və imam Hüseynə (ə) vəfalı olacaqlarını ciddi olaraq bildirdi. (Kəmali-ibn Əsir, c. 4. Səh. 57, Əl-irşad, c.1, səh. 91).Bərkidmə: | Kateqoriya: | Baxılıb: 535 | Müəllif: Elcin | Tarix: 04.12.2011 | Şərhlər (0)
|
İmam Hüseyn (ə) tərəfindən müharibənin təxirə salınması istəyi |  | Məhərrəmin doqquzunda, əsr vaxtı Ömər ibn Səd öz qoşunlarına üz tutub bağırdı: "Ey Allah ordusu, atalın və sevinin ki, cənnətə gedirsiniz! Beləliklə onun ordusu, imam Hüseynin (ə) xeymələrinə tərəf hərəkət etdi. İmam, öz xeyməsinin önündə oturub qılıncına söykənmişdi. Başını dizinin üstünə qoyumuşdu. O zaman mübarək başını qaldırıb həzrət Əbülfəzlə (ə) buyurdu: "Ey Əbbas, canım sənə fəda olsun, ata süvar ol, onlardan soruş ki, nə üçün buraya gəliblər?” Həzrət Əbbas (ə) iyirmi nəfər sahəbə ilə birlikdə düşmən qoşunu tərəfə gedib onların nə üçün gəldiklərini soruşdu. Ömər ibn Səd onun cavabında dedi: "Ya, Yezidlə beyət edin, ya da, qanlı döyüşə hazır olun”. Həzrət, onlara dedi: "Gözləyin, sizin sözününü imam Hüseynə (ə) çatdırım.” Onların sözünü o həzrətə (ə) çatdırdı. Həzrət (ə) buyurdu: "Qardaşım Əbülfəzl! Düşmən ordusuna qayıt, namaz və Allaha razü niyazla məşğul olmaq üçün bu axşamı onlardan möhlət al.Allah bilir ki, mən namaza, Quran oxumağ və dua etməyə məhəbbət bəsləyirəm.” Beləliklə də müharibə təxir ə düşdü. |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 455 | Müəllif: Elcin | Tarix: 04.12.2011 | Şərhlər (0)
|
İmam Hüseynin (ə) xeymələrinin mühasirəyə alınması |  | İmam Sadiq (ə) buyurub: Tasu günü, imam Hüseyn (ə) və onun ətrafında olanlar Kərbəlada mühasirəyə alındı, Şam qoşunu o həzrəti öldürmk üçün toplanıb Mərcanənin oğlu və Ömər İbn Səd onların ətrafında toplanan qoşunların sayının çoxluğundan sevinirdi. O həzrəti və onun dostlarını zəif sayıb, onlara kömək gəlməyəcəyini, iraqlıların həzrət kömək etməyəcəyini yəqin etdilər |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 485 | Müəllif: Elcin | Tarix: 04.12.2011 | Şərhlər (0)
|
İmam Hüseynin (ə) Kərbəlada Ömər ibn Sədlə görüşməsi | 
| İmam Hüseyn (ə) heç bir vəchlə döyüşün baş verməsinə razı deyildi. Qarşıdurmanın qarşını almaq üçün çox çalışırdı. Bu üzdən hidayət əsnasında ya o həzrətin, beyət etmədən gəldiyi yerə qayıtması, ya da müsəlman kimi yaşamaq üçün (digər ölkəyə) islam ölksənin sərhədlərindən birinə getməsi barədə razılaşsınlar deyə Ömər ibn Sədlə görüşdü. Ömər ibn Səd, görüşün nəticəsini (təklifini) Übeydullah ibn Ziyada göndərdiyi məktub əsnasında yazdı. Übeydullah məktubun cavabında onu şiddətli danlayıb ona göstriş verdi ki, imam Hüseyn (ə) və onunla birgə olanlar, Yezidə beyət etməsələr, onlarla döyüşsün. (Səfinətül-bihar, c.2, səh. 270, "Ömər” bölməsi). |
Bərkidmə: | Kateqoriya: | Baxılıb: 439 | Müəllif: Elcin | Tarix: 04.12.2011 | Şərhlər (0)
|
|