İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 3
Qonaqlar: 3
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il

MƏQALƏLƏR

Baş səhifə » Məqalələr » Quranda qadın

Biz sənə Kövsər əta etdik
Biz sənə Kövsər əta etdik
«Kövsər» surəsinin təfsiri
(«Əl-mizan fi təfsiril-Quran» kitabından tərcümə)
Surənin tərcüməsi:
     
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

     Bağışlayan və mehriban Allahın adı ilə.
     
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ

     1. Həqiqətən, biz sənə Kövsər (Fatimə (s.ə)) bəxş etdik.
     
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

     2. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!
     
إِنَّ شَانِئَكَ هُوَ الأبْتَرُ

     3. Həqiqətən, sənin düşməninin özü sonsuzdur!
     Təfsir:
     Bu surədə, Həzrət Rəsuləllahın (s) mübarək qəlbini sevindirmək üçün ona «Kövsər» əta olunduğu bəyan olunur. Burada bildirilir ki, oğlan övladı olmadığı üçün Peyğəmbərə (s) nəsli kəsilmiş deyib, dil yarası vuranın özü nəsli kəsilmişdir.
     Bu surə, Quranın ən qısa surəsidir və onun Məkkədə, yoxsa Mədinədə nazil olması barədə müxtəlif rəvayətlər var. Nəzərə elə çarpır ki, bu surə Məkkədə nazil olmuşdur. Bir sıra təfsirçilər bu barədə mövcud olan hədislər arasındakı ziddiyyəti aradan qaldırmaq üçün deyiblər: «Ola bilsin ki,bu surə iki dəfə – bir dəfə Məkkədə və bir dəfə Mədinədə – nazil olubdur».
     
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ

     «Məcməul-bəyan» kitabında yazılıb: كَوْثَرَ sözü «فوعل» vəznində olub, şənindən çoxluq irəli gələn bir şeyə deyilir və «Kövsər» – çoxlu xeyir deməkdir («Məcməul-bəyan», c.10, səh.548).
     Lakin təfsirçilər «Kövsər» sözünün təfsiri, yəni bu sözdə nəzərdə tutulan məna barədə qəribə fikirlər yürüdüblər. Bəzilərinin fikrincə «Kövsər» – çoxlu xeyir deməkdir («Ruhul-məani», c.30, səh.245).
     Başqa fikirləri də qısa şəkildə nəzərinizə çatdırırıq:
     1. Cənnətdə bir çaydır.
     2. Cənnətdə və ya məhşərdə Həzrət Peyğəmbərə (s) xas olan hovuzdur.
     3. Peyğəmbərin (s) övladlarıdır.
     4. Peyğəmbərin (s) səhabələri və Qiyamətədək olan davamçılarıdır.
     5. Peyğəmbərin (s) ümmətinin alimləridir.
     6. Quran və onun saysız fəzilətləridir.
     7. Peyğəmbərlik məqamıdır.
     8. Quranın, şəriət və onun hökmlərinin asanlaşdırılmasıdır.
     9. İslam dinidir.
     10. Tovhiddir.
     11. Elm və hikmətdir.
     12. Allah elçisinin (s) fəzilətləridir.
     13. Bəyənilən məqamdır.
     14. Peyğəmbərin (s) mübarək qəlbinin nurudur və s.
     Belə ki, bəzi təfsirçilər «Kövsər» sözünün təfsirində iyirmi altıya yaxın fikir söyləmişlər.
     «Kövsər» sözünün təfsiri barədə yuxarıda qeyd olunan yalnız birinci və ikinci fikrin sahibləri bir sıra mövcud hədislərə əsaslanıblar, başqa fikirlər isə əsassız iddialardır.
     Əgər surənin sonuncu ayəsində «innə şaniəkə huvəl əbtər» buyurulduğunu və «əbtər» sözünün mənasının «nəsli kəsilmiş» olduğunu, bundan əlavə bu ayə ilə Peyğəmbərə (s) təskinlik verildiyini nəzərə alsaq, bu nəticəyə gəlmək olar ki, «Kövsər» sözünün burada ifadə etdiyi məna, yalnız və yalnız Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi böyük nəsildir. Yaxud bu söz həm çoxlu xeyir, həm də böyük nəsil mənalarını daşıyır. Bunu da qeyd etmək lazımdır ki, nəslin böyüklüyü çoxlu xeyirlərdən biridir. Xülasə, əgər söhbət nəsil barəsində olmasaydı – istər təklikdə, istərsə də çoxlu xeyirdən biri kimi «innə şaniəkə huvəl əbtər» kəlamında «innə» sözünün işlənilməsi mənasız olardı. Çünki «innə» sözü «həqiqətən» mənasını verməklə yanaşı, səbəbiyyəti də ifadə edir (yəni «innə»-dən əvvəlki cümlə səbəb, ondan sonrakı cümlə isə nəticədir). Odur ki, «Kövsər» sözünü «çay və ya hovuz» kimi mənalandırmaq, bu iki ayə arasında məna bağlılığı yaratmır. Diqqət edin: «Biz sənə hovuz verdik, çünki sənə tənə vuran özü nəsli kəsilmiş və ya xeyirdən məhrumdur».
     Saysız hədislər mövcuddur ki, bu surə, Peyğəmbərə (s) nəsli kəsilmiş deyib, dil yarası vurana cavab olaraq nazil olubdur. Belə ki, Peyğəmbərin (s) iki – oğlu Qasim və Abdullah dünyadan köçdükdən sonra ona belə bir dil yarası vurulubdur. Beləliklə, aydın olur ki, Peyğəmbərə (s) dil yarası vurub, «əbtər» adlandıran şəxsin məqsədi barədə təfsirçilərdən birinin aşağıdakı izahı əsassızdır:
     «Peyğəmbərə (s) dil yarası vuran şəxs, ona «əbtər» dedikdə, Peyğəmbərin (s) camaatdan uzaq düşməsini və ya xeyirdən məhrum olmasını nəzərdə tutmuşdur. Allah-Taala da, ona cavab olaraq, buyurur ki, onun özü hər şeydən məhrumdur».
     «İnna ətəynakəl...» ifadəsi «biz» əvəzliyi («mutəkəllimun mə-əl ğəyri» şəxsi) ilə bəyan olunub, böyüklük və ucalığı bildirdiyi üçün əta olunan şəxsi minnətçi salır. Bundan əlavə, bu ayə Peyğəmbəri (s) sevindirmək üçün nazil olunduğuna görə, bu ayədə mülkiyyəti bildirən «əta etmək» sözü işlənilib: 
     «Biz sənə çoxlu xeyir verdik».
     Bu ayə, Fatimənin (s.ə) övladlarının Peyğəmbərin (s) nəsli olduğuna da dəlalət edir və bunun özü Qurani-Kərimin qeybi xəbərlərindən biridir.
     Göründüyü kimi, Allah-Taala Peyğəmbərin (s) vəfatından sonra onun nəslinə elə bir bərəkət verdi ki, onlara qarşı edilən zülmə və onların dəstə-dəstə qətlə yetirilmələrinə baxmayaraq, indiyədək dünyada onun nəsli kimi böyük nəslə rast gəlinməyibdir.
     
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

     Surənin ümumi mənasından, eləcə də ayənin əvvəlində «فاء» (fə) ədatının işlənməsindən belə məlum olur ki, «Sənə çoxlu xeyir verdik» ayəsinə bağlanan namaz qılmaq və qurban kəsmək hökmü, nemətin şükrünü yerinə yetirmək məqsədi daşıyır və belə bir məna kəsb edir: «İndi ki, biz sənə minnət qoyub çoxlu xeyir verdik, bu böyük nemətin şükranəliyi olaraq, namaz qıl və qurban kəs!»
     İstər şiə, istərsə də sünni qaynaqlarında Peyğəmbərdən (s), Əlidən (ə), eləcə də imam Sadiqdən (ə) və başqa İmamlardan (ə) nəql olunan hədislərə əsasən, «نحر» (nəhr) sözü namazın təkbirini (yəni «Allahu Əkbər» sözünü) deyərkən əlləri boyuna tərəf qaldırmaq mənasındadır («Burhan təfsiri», c.4, səh.514 və «Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Lakin bəzi təfsirçilər belə deyiblər:
     «Bu ayənin mənası belədir: Qurban bayramının namazını qıl və dəvə qurban et! (Çünki «nəhr» sözü dəvənin xüsusi bir qaydada kəsilməsi və «ذبح» (zibh) sözü isə dəvədən qeyri heyvanların kəsilməsi deməkdir)» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Başqa bir dəstə təfsirçilərin nəzərincə isə ayənin mənası belədir:
     «Rəbbin üçün namaz qıl və rükudan qalxan zaman qamətini tam düzəlt» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Bu ayənin mənası barədə başqa fikirlər də mövcuddur («Durrul-mənsur» təfsiri, c.6, səh.403). 
     
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ

     «شانی» (şaniə) sözünün mənası «qəzəbli düşmən», «ابتر» (əbtər) sözünün mənası «nəsli kəsilmiş» deməkdir. Bu ifadə ilə (yəni, nəsli kəsilmiş sözü ilə) Peyğəmbərə (s) dil yarası vuran şəxs – As ibn Vail olmuşdur.
     Bir sıra təfsirçilərin nəzərincə, «əbtər» sözünün mənası «xeyirdən məhrum olan» və ya «qövmündən uzaq düşən» deməkdir. Lakin nəzərinizə çatdırdıq ki, bu fikir ayənin nazil olma səbəbi ilə uyğun gəlmir.
     Hədislər əsasında araşdırma
     «Durrul-mənsur» təfsirində nəql olunur ki, ibn Cərir, Buxari və Hakim Əbu Büşrdən, o da Səid ibn Cübeyrdən və o da ibn Abbasdan rəvayət edibdir ki, o dedi (ibn Abbas): «Kövsər, Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi xeyirdir».
     Əbu Büşr nəql edir ki, mən, Səid ibn Cübeyrə dedim: «Camaatın bəzisi bu əqidədədirlər ki, Kövsər, Cənnətdə bir çayın adıdır». 
     Səid dedi: «Cənnətdəki çay da, Allah-Taalanın Peyğəmbərə (s) bəxş etdiyi xeyirlərdən biridir» («Durrul-mənsur» təfsiri, c.6, səh.402).
     Yenə də «Durrul-mənsur» təfsirində qeyd olunub ki, ibn Əbu Hatəm, Hakim, ibn Mərdəviyyə və Beyhəqi öz «Sünən»lərində («Sünən» – sünnə əhlinin qaynaq kitablarıdır) Əli ibn Əbu Talibdən nəql ediblər ki, o Həzrət (ə) Cəbrayıldan soruşdu: «Allah-Taala hansı«نحیره»-yə (nəhirətun) əmr edir?»
     Cəbrayıl dedi: «Burada Allah-Taala dəvə qurban kəsməyə göstəriş vermir. Allah-Taala əmr edir ki, həm namazın təkbirətul-ehramını dedikdə, həm də rükuya getdikdə və rükudan qalxdıqda, «Allahu Əkbər» dediyin vaxt əllərini yuxarıya qaldır. Bu bizim və yeddi göy qatında olan mələklərin namazının qaydasıdır. Hər bir şeyin bir zinəti olduğu kimi, namazın da zinəti hər «Allahu Əkbər» deyərkən, əlləri yuxarı qaldırmaqdadır».
     Allahın elçisi (s) buyurub: Əlləri yuxarı qaldırmaq ehtiyac və yalvarış rəmzidir və Allah-Taala (kafirləri məzəmmət edərkən) buyurub:
     
فما استکا نوا لربهم وما یتفرعون

     Yəni, nə özlərini Rəbblərinə möhtac bilirlər, nə də qarşısında yalvarırlar («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Müəllifin sözü: Peyğəmbərdən (s) nəql olunan bu hədisi «Məcməul-bəyan» təfsirinin müəllifi, Əsbəğ ibn Nəbatənin «Məqatil» kitabından əxz etmişdir. «Məcməul-bəyan» təfsirinin müəllifi qeyd etmişdir ki, Sələbi və Vahidi də bu hədisi öz təfsirlərində nəql ediblər. O, əlavə etmişdir ki, bütün İmamlar (ə) bu hədisi Peyğəmbərdən (s) nəql ediblər. Yəni, «nəhr» sözü namazda «Allahu Əkbər» deyərkən, hər iki əli boğazın çökəkliyi səviyyəsində yuxarı qaldırmaq mənasındadır («Məcməul-bəyan» təfsiri, c.10, səh.550).
     Həmçinin, «Durrul-mənsur» təfsirinə əsasən, ibn Cərir nəql edir ki, Əbu Cəfər «fəsəlli li-rabbikə» ifadəsi barədə: «Yəni namaz qıl!» «وَانْحَرْ» ifadəsi üçün isə deyib: «Yəni, həm namaza başlayarkən, həm də «iftitah» təkbirlərini (namaz əsnasında deyilən «Allahu Əkbər») deyərkən əlləri yuxarı qaldır» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Həmçinin, «Durrul-mənsur» təfsirində ibn Mərdəviyyə nəql edir ki, ibn Abbas «fəsəlli li rabbikə vənhər» ayəsinin təfsirində deyib: «Allah-Taala əziz Peyğəmbərinə (s) vəhy nazil etdi ki, namazın təkbirətul-ehramını dedikdə, əlləri boğazın çökəkliyinə qədər yuxarı qaldırsın. «نحر» (nəhr) sözünün mənası budur» («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     «Məcməul-bəyan» kitabının müəllifi sözü gedən ayənin təfsirində Ömər ibn Yəziddən belə nəql edir:
     «Fəsəlli li rabbikə vənhər» ayəsinin təfsiri barədə İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim. Buradakı «nəhr» sözü əlləri üz səviyyəsinə qədər qaldırmaq deməkdir(«Məcməul-bəyan», c.10, səh.550).
     Müəllifin sözü: Daha sonra «Məcməul-bəyan»nın müəllifi deyir:
     Abdullah ibn Sinan da eynilə bu hədisi imam Sadiq (ə)-dan nəql etmişdir. Bu hədislə yaxın məzmunlu hədisi isə Cəmil o Həzrətdən (ə) rəvayət edib («Məcməul-bəyan», c.10, səh.550).
     «Durrul-mənsur» təfsirində qeyd olunub ki, ibn Səd və ibn Əsakir Kələbidən, o da Əbu Salehdən və o da ibn Abbasdan belə nəql ediblər:
     Peyğəmbərin (s) ən böyük övladı Qasim idi. Ondan sonra sıra ilə Zeynəb, Abdullah, Ummu-Gülsüm, Fatimə və Ruqəyya olub. Peyğəmbərin (s) övladları içərisində Məkkədə ikən birinci Qasim dünyadan getdi. Bu vaxt As ibn Vail Səhmi dedi: «Onun (Peyğəmbərin) nəsli kəsildi və o, nəsli kəsilmişdir». Allah-Taala da ona cavab olaraq, bu ayəni nazil etdu ki, As ibn Vailin özü «əbtər» və nəsli kəsilmişdir («Durrul-mənsur» təfsiri, c.6, səh.403).
     Yenə də «Durrul-mənsur»da qeyd olunub ki, Zübeyr ibn Bəkkar və ibn Əsakir Cəfər ibn Muhəmməddən və o da atasından belə nəql ediblər:
     «Allah elçisinin (s) oğlu Qasim Məkkədə dünyadan getdi. Oğlunun dəfnindən qayıdarkən Peyğəmbər (s) As ibn Vail və onun oğlu ilə rastlaşdı. As hələ uzaqdan Peyğəmbəri (s) gördükdə dedi: «İndi ona bir dil yarası vuracağam!»
     Peyğəmbər (s) yaxınlaşdıqda As ona dedi: «Əcəb nəslin kəsildi!»
     Onun bu sözünə cavab olaraq, bu ayə nazil oldu: «İnnə şəniəkə huvəl əbtər».(«Durrul-mənsur» təfsiri, c.6, səh.404). 
     Həmçinin, ibn Əbi Hatəm nəql edir ki, Sudey dedi: «Qureyşlilər bir nəfərin oğlan övladı öldükdə belə deyirdilər: «بترفلان». Yəni, filan kəsin nəsli kəsildi».
     Peyğəmbərin (s) də övladı dünyadan köçdükdə, As ibn Vail ona «بتر» yəni, oğlan övladı öldü və bu kişi (yəni Peyğəmbər (s)) necə də nəslikəsikdir (çünki heç bir oğlan övladı qalmadı) dedi («Durrul-mənsur» təfsiri, c.6, səh.404). 
     Müəllifin sözü: Bəzi tarixi qaynaqlarda («Ruhul-məani», c.30, səh.248) qeyd olunub ki, Peyğəmbərə (s) dil yarası vuran Vəlid ibn Müğeyrə və Əbu Cəhl («Ruhul-məani», c.30, səh.248), yaxud Əqəbə ibn Əbi Muit («Ruhul-məani», c.30, səh.248) və yaxud Kəb ibn Əşrəf («Ruhul-məani», c.30, səh.248) olubdur.
     Lakin daha doğrusu budur ki, Peyğəmbərə (s) tənə vuran şəxs As ibn Vail olubdur. Bu nəzəriyyəni təsdiqləyən sənəd isə mərhum Təbərsinin «Ehticac» kitabında, Həsən ibn Əlidən (ə) nəql olunan hədisdir.
     O Həzrət (ə) üzünü Əmr ibn Asa tutub belə buyurub: «Sən müştərək yataqda doğulmusan (Yəni, anan həm As ibn Vail ilə yatıb, həm də başqaları ilə). Sən doğulanda da Qüreyşdən bir neçə kişi sənin üstündə mübahisə apardılar: Əbu Süfyan dedi ki, bu oğlan mənim nütfəmdən yaranıb. Vəlid ibn Müğeyrə dedi ki, məndəndir».
     Osman ibn Haris, Nəzr ibn Haris ibn Kəldə və As ibn Vail də hər biri bu iddianı etdilər. Beləliklə, onların içərisindən ən məlunu, zülmkarı, zinakarı və nəsli-nəcabəti bilinməyəni olan As ibn Vail başqalarını üstələyib səni özünə calaşdırdı.
     Eləcə də, sən o kəssən ki, özünü belə öyüb demisən: «Bu mənəm ki, Muhəmmədə dil yarası vurmuşam. As ibn Vail dedi ki, Muhəmməd nəsli kəsilmiş bir kişidir. Yəni, onun oğlan övladı yoxdur. Dünyadan getdikdən sonra ondan heç bir nişanə qalmayacaq».Allah-Taala isə onun cavabında buyurdu: «İnnə şəniəkə huvəl əbtər»...(Təbərsinin «Ehticac» kitabı, c.1, səh.411)
     Quminin təfsirində isə «İnnə ətəynəkəl kovsər» ayəsi barədə yazılıb: «Kövsər, cənnətdə bir çayın adıdır və Allah-Taala oğlu İbrahimin əvəzində onu Muhəmmədə (s) bəxş etmişdir» («Quminin» təfsiri, c.2, səh.445).
     Müəllifin sözü: Bu hədis (Quminin təfsirindəki hədis), «mürsəl hədis» (yəni, ravilərin adı məlum olmayan hədis) və həmçinin «müzmər hədis» (yəni, bu hədisdə «buyurdu» sözünün kimə aid olduğu və bu hədisi hansı İmamın (ə) buyurduğu aydın deyil) olmaqdan əlavə, məzmunca başqa hədislərlə ziddiyyətlidir.
     Lakin «Kövsər» sözünü «cənnətdəki çay» kimi təfsir etməyin, onun «çoxlu xeyir» mənasını ifadə etməklə ziddiyyəti yoxdur. Belə ki, ibn Cübeyrin rəvayətində rastlaşdıq ki, cənnətdəki çay da «çoxlu xeyir»dən biridir.
     
Kateqoriya: Quranda qadın | Əlavə edən: Elcin (30.11.2011)
Baxılıb: 723 | Reyting: 0.0/0
Cəmi şərhlər: 0
Имя *:
Email *:
Код *: