İslam — (ərəb. الإسلام, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:
İslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilib.
Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə...
Dahi Nizaminin vətəni, qədim mədəniyyət abidəsi - Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzündə, Gəncə çayın hər iki sahilində yerləşir.
Gəncə şəhərində 504 tarixi abidə siyahıya alınıb. Bunlardan 288-nin dövlət tərəfindən qorunur.
Həzrəti Muhəmməd (s) hicri təqvimlə 570-ci ildə Məkkə şəhərində (Səüdiyyə Ərəbistanı) anadan olub...
Allah təbarəkə və təalanın 99 gözəl və müqəddəs adları və onların mənaları...
"Əhli-beyt" sözü lüğətdə "ev əhli" mə`nası verməsinə baxmayaraq, istilahi mə`nada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir.
Allah-Təala buyurur: "İman gətirən bəndələrimə de ki, namaz qılsınlar!.." (İbrahim surəsi, ayə 31)
Sizi maraqlandıran hər bir sualları bizə təqdim edə bilərsiniz, o cümlədən sayt haqqında öz təəsüratlarınızıda bölüşə bilərsiniz..
"Təqlid” sözü ərəb mənşəli olub, lüğətdə əsl mə`nası "öhdəsinə bir şey almağa” deyilir...
İslam fəlsəfəsi mürəkkəb bir elm olaraq antologiya, qnoseologiya‒ idrak nəzəriyyələri kimi müxtəlif məsələlərdən bəhs edir.
bu bölümün köməkliyi ilə saytın inzibati heyəti ilə və ümumilikdə idarəçilərlə əlaqə saxlaya bilərsiniz
Vacib ehtiyata əsasən, fəqirə illik xərclərindən artıq və bir sadan (təqribən 3 kq.) az verilməsin.) Əgər bir sanın yerinə, bir sa adi ərzağın qiyməti qədər olan yarım sa yaxşı mal verilsə kifayat deyil. Əgər onu fitrənin qiyməti məqsədi ilə də versə, eybi var. İnsan, hər ikisinin qarışığı o məntəqənin adi yeməklərindən sayıldığı halda, sanın yarısını bir növdən (məsələn, buğdadan), yarısını isə başqa növdən (məsələn, arpadan) verə bilər. Fitrənin zəkatı verildikdə ehtiyaclı qohumları yadlardan, sonra ehtiyaclı qonşuları digərlərindən, habelə, ehtiyaclı olan elm əhlini elm əhli olmayanlardan önə salmaq müstəhəbdir. Əgər fəqir hesab edib bir şəxsə fitrə verilsə, sonradan fəqir olmaması məlum olsa, o malı geri alıb müstəhəqqə verə bilər. Əgər geri almasa gərək öz malından fitrəni versin. Əgər aradan gedibsə, fitrəni alan şəxs aldığının fitrə zəkatı olduğunu bilsə, gərək onun əvəzini versin. Belə olmadığı halda əvəzini vermək ona vacib deyil. Əgər fitrə verən şəxs fəqir axtarışında səhlənkarlıq etməyibsə ona da bir şey vacib deyil. Ehtiyacı olmasını iddia edən şəxsə fitrə zəkatı vermək olmaz. Gərək onun fəqir olmasına əmin olsun. Ən azı xarici görünüşündən (fəqir olmasını) güman etməlidir. Yaxud, əvvəllər fəqir olduğunu bilir, (hazırda isə) fəqirliyinin aradan getməsi məlum deyil.