İmam Hüseyn (ə) qiyamının hədəfi Allah taala Qurani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be məruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104) Əgər bir şəxs əmr be məruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s) və kitabının yer üzərində xəlifəsidir. (Məcməul-bəyan, 2-ci cild, səh. 807) İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be məruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.» (Bihar, 44-cü cild, səh. 329) Ərbəin ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Hüseyn (ə)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi. (Məfatihu-l-cinan, Ərbəin ziyarəti, səh. 468) Allahın Rəsulu (s) buyurub: «Həsən və Hüseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.» (Bihar, cild 43, səh.29) Əmr bil-məruf və nəhy ənil-münkər yoldunda Hər hansı bir tayfa öz tövrünü dəyişməyincə, Allah taala da onun tövrünü dəyişməz. (Rəd surəsi, ayə 11) Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2) İmam Baqir (ə) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır. Həzrət Şüeyb peyğəmbər (ə) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?” Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. (Azərəxşi digər əz asimane Kərbəla, səh. 103) İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yəni şəhəri alt-üst et). Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib. Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yəni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində etiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir. (Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8) Əhli-beyt (ə) bəşəriyyət üçün bir ülgüdür Həqiqətən Allahın Rəsulu (s) sizin üçün gözəl bir örnək və nümümunədir. (Əhzab surəsi, ayə 21) İmam Hüseyn (ə) buyurmuşdur: Mənim məktəbim sizin üçün bir ülgüdür. (Mosuətu kəlimati-l-imamil Hüseyn (ə), səh. 361) İmam Hüseyn (ə) başqa bir yerdə belə buyurub: Allahın Rəsulu (s) mən və hər bir müsəlman üçün ülgüdür. (Vəqətut-təf, səh. 201) Həzrət Məhdi (ə) Fatimə (s)-ın şəxsiyyəti barəsində belə buyurur: Peyğəmbəri Əkrəmin qızı mənim üçün gözəl bir örnək və ülgüdür. (Bihar, cild 53, səh. 180) İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.” (Məqtəli Xarəzmi səh. 184) Allah taala Fatimeyi Zəhranın fəziləti barəsində Peyğəmbəri Əkrəmə belə buyurub: Ey Əhməd, əgər sən olmasaydın kainatı yaratmazdım, əgər Əli olmasaydı səni yaratmazdır və əgər Fatimə olmasaydı hər ikinizi də yaratmazdım. (Cünnətul-asimə, səh. 148) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
اعمال مشترک اول هر ماه 1ـ دعا در زمان دیدن هلال خواندن دعاى هلال وارد شده است و أقلّش آن است که سه مرتبه بگوید اللّهُ اَکْبَر و سه مرتبه لا إلهَ الَّا الْلّه و سپس بگوید: اَلْحَمْدُ لِلّهِ الَّذى أذْهَبَ شَهْرَ کَذا وَ جاءَ بِشَهْرِ کَذا. بهترین دعاى زمان رؤیت هلال دعاى 43 «صحیفه سجّادیه» است.(1) 2ـ قرآن خواندن هفت مرتبه سوره «حمد».(2) 3ـ روزه از أمورى که بر آن تأکید شده، سه روز روزه گرفتن در هر ماه است. مرحوم «علّامه مجلسى»(رحمه الله) در «زادالمعاد» مى گوید: مطابق مشهور، این سه روز، پنجشنبه اوّل ماه و پنجشنبه آخر ماه و چهارشنبه اوّل از دهه وسط ماه است.(3) 4ـ نماز شب اوّل ماه: دو رکعت نماز بجا آورد، به این نحو که: در هر رکعت پس از سوره «حمد» سوره «انعام» را بخواند سپس از خداوند متعال بخواهد که او را از هر ترسى و هر دردى ایمن گرداند. روز اوّل ماه: خواندن نماز اوّل ماه که آن دو رکعت است، در رکعت اوّل بعد از «حمد» سى مرتبه سوره «توحید» و در رکعت دوّم بعد از «حمد» سى مرتبه سوره «قدر» بخواند و بعد از نماز صدقه اى در راه خدا بدهد; هر کس چنین کند، سلامت خود را در آن ماه از خداوند متعال گرفته است.(4) اعمال مشترک روزهاى ماه رجب این اعمال مخصوص روز معینى نیست، بلکه در تمام ماه انجام مى شود. 1ـ روزه از پیامبر(صلى الله علیه وآله) نقل شده است که هر کس یک روز از این ماه را روزه بگیرد، از ناراحتى قیامت ایمن خواهد بود. در روایت دیگر آمده است روزه یک روز ماه رجب براى رضاى خدا، در بر دارنده رضوان الهى، خاموش کننده خشم خدا، و مسدود کننده درى از درهاى آتش است.(5) در روایتى از رسول خدا(صلى الله علیه وآله) آمده است: هر گاه کسى نتواند در این ماه روزه بگیرد، هر روز صد مرتبه این تسبیحات را بخواند، تا ثواب روزه آن را دریابد: سُبْحانَ الاِلهِ الْجَلیْلِ، سُبْحانَ مَنْ لا یَنْبَغِى التَّسْبیْحُ اِلَّا لَهُ، سُبْحانَ الْأَعَزِّ الْأَکْرَمِ، سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّةَ وَ هُوَ لَهُ اَهْلٌ.(6) 2ـ دعا 1) خواندن دعائى که امام صادق(علیه السلام) به شخصى تعلیم داد که در هر صبح و شام و بعد از هر نماز، آن را بخواند: بِسِمِ اللّهِ الرَّحمنِ الرَّحیْم یا مَنْ اَرْجُوُه لِکُلِ خَیْر وَ آمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ، یا مَنْ یُعْطِى الْکَثیرَ بالْقَلیلِ، یامَنْ یُعْطى مَنْ سَئَلَهُ،...الخ.(7) 2) در تمام ایام ماه خصوصاً در روز اول بخواند:« یا مَن یَمْلِکُ حَوآئِجَ السآئِلینَ...»(8) 3) در هرروز بخواند:« خابَ الْوافِدوُنَ على غَیْرِکَ...»(9) 4) شیخ طوسى(رحمه الله) مى فرماید: مستحب است، هر روز این دعا را بخواند: اَللّهُمَّ یا ذَا الْمِنَنِ السّابِغَةِ، وَالْألآءِ الْوازِعَةِ، وَالرَّحْمَةِ الْواسِعَةِ،...(10) 5) شیخ طوسى(رحمه الله) از ابو جعفر محمّد بن عثمان بن سعید، که از نوّاب چهارگانه حضرت مهدى(علیه السلام) است، این روایت را از آن حضرت نقل کرده که در هر روز از ایّام رجب، این داعا را بخوان: اَللّهُمَّ إِنّى اَسْئَلُکَ بِمَعانى جَمیعِ ما یَدْعُوکَ بِهِ وُلاةُ اَمْرِکَ، اَلْمأمُونُونَ عَلى سِرِّکَ،..الخ. 3ـ زیارت امام رضا(علیه السلام) زیارت امام رضا(علیه السلام) در ماه رجب مستحب است. در روایتى از امام جواد(علیه السلام) زیارت آن حضرت مورد تأکید قرار گرفته است.(11) 4ـ بجا آوردن حج عمره عمره رجبیه: انجام عمره در ماه رجب فضیلت فراوان دارد. طبق روایات اهل بیت(علیهم السلام)«عمره» در ماه رجب فضیلتى هم ردیف حج دارد. در روایتى از امام صادق(علیه السلام) آمده که از حضرت پرسیدند «عمره در ماه رجب افضل است یا ماه رمضان؟» فرمود: «عمره در ماه رجب افضل است». و نیز در روایت دیگرى از امام صادق(علیه السلام) آمده است: أَفْضَلُ الْعُمْرَةِ، عُمْرَةُ رَجَب ;«با فضیلت ترین عمره، عمره در ماه رجب است».(12) 5ـ خواندن دعاى مخصوص این ماه در هر روز(13) 6ـ ذکر گفتن این ذکرها در این ماه توصیه شده است: الف) هزار بار «لا إله الَّا اللّه» ب) صد بار «أسْتَغْفِرُ اللّهَ الَّذى لا إلهَ إِلّا هُو، وَحْدَهُ لا شَریکَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ». ج) هزار بار «أَسْتَغفِرُ اللّهَ ذا الْجَلالِ وَ الاِکْرامِ مِنْ جمیعِ الذُّنُوبِ وَالآثامِ».(14) 7ـ نماز در هر شب ماه رجب، دو رکعت نماز خوانده شود: به این نحو که در هر رکعت بعد از سوره حمد سه مرتبه سوره کافرون و یک بار سوره اخلاص بخواند و پس از اتمام نماز، بگوید: لا إلهَ اِلَّا اللّهُ وَحْدَهُ لا شَریکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیى وَ یُمیتُ وَ هُو حَىٌّ لا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلى کُلِّ شَىء قَدیرٌ وَ إِلَیْهِ الْمَصیرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلّا بَاللّهِ الْعَلِىِّ الْعَظیمِ. اللّهُمَّ صَلِّ عَلى مُحَمَّد النَّبىِّ الأُمّىِّ وَ آلِهِ. و سپس خواسته هاى خود را از خداوند طلب کند.(15) 8ـ اعمال «لیلة الرغائب» اولین شب جمعه ماه رجب «لیلة الرغائب» نام دارد که داراى فضیلت بسیارى است رسول خدا(صلى الله علیه وآله) در حالى که فضیلت ماه رجب را بیان مى کرد، فرمود: «از اولین شب جمعه ماه رجب غافل نشوید که فرشتگان آن شب را«لیلة الرغائب» نامیدند». آنگاه رسول خدا(صلى الله علیه وآله) اعمالى را براى آن شب به این کیفیت بیان فرمود:« روز پنج شنبه اوّل ماه را روزه مى گیرى، چون شب جمعه فرا رسید، بین نماز مغرب و عشاء دوازده رکعت نماز مى خوانى (هر دو رکعت به یک سلام)،به این صورت که در هر رکعت از آن، بعد از سوره «حمد» سه مرتبه سوره «قدر» و دوازده مرتبه سوره «اخلاص» مى خوانى; پس از اتمام نمازها هفتاد مرتبه مى گویى: «اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ» آنگاه به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ» سپس سر از سجده بر مى دارى و هفتاد مرتبه مى گویى: «رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ» بار دیگر نیز به سجده مى روى و هفتاد مرتبه مى گویى: «سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلا ئِکَةِ وَ الرُّوحِ» آنگاه حاجت خود را مى طلبى، که ان شاءاللّه برآورده خواهد شد. رسول خدا(صلى الله علیه وآله) در فضیلت این اعمال فرمود: «کسى که چنین نمازى را بخواند، خداوند همه گناهانش را بیامرزد... و در قیامت در باره هفتصد تن از خاندانش شفاعت مى کند، و چون شب اوّل قبر فرا برسد، خداوند پاداش این را به نیکوترین چهره، با رویى گشاده و درخشان و زبانى فصیح و گویا، به سوى قبر او مى فرستد، آن چهره نیکو به وى مى گوید: «اى حبیب من! بر تو بشارت باد! که از هر شدّت و سختى نجات یافتى» او از آن چهره نورانى مى پرسد: «تو کیستى؟ من تا کنون چهرهاى از تو زیباتر ندیده ام و بویى از بوى تو خوشتر به مشامم نرسیده است» آن چهره نیکو پاسخ دهد: «اى حبیب من! من پاداش آن نمازى هستم که تو در فلان شهر، فلان ماه و در فلان سال بجا آوردى; من امشب به نزد تو آمدم، تا حقّت را ادا کنم و مونس تنهایى تو باشم و وحشت را از تو مرتفع سازم (و همواره در کنارت بمانم) تا زمانى که همگى در روز رستاخیز برخیزند و در عرصه قیامت بر سرت سایه بیفکنم. خلاصه هیچ زمانى پاداش این کار نیک از تو قطع نخواهد شد».(16) ______________ 1-وقایع الایّام، صغحه 11. 2-مفاتیح نوین، صفحه 579. 3- مفاتیح نوین، صفحه 580. 4-مفاتیح نوین، صفحه 579. 5- بحار الانوار، جلد 97، صفحه 47. 6- مفاتیح نوین، صفحه 607. 7- مفاتیح نوین، صفحه 615. 8- مفاتیح نوین، صفحه 608. 9- مفاتیح نوین، صفحه 608. 10- مفاتیح نوین، صفحه 609. 11- مفاتیح نوین، صفحه 619. 12-مفاتیح نوین، صفحه 619. 13- مفاتیح الجنان، صفحه 133. 14- مفاتیح نوین، صفحه 616. 15- مفاتیح نوین، صفحه 617. 16- مفاتیح نوین، صفحه 618.

İSLAM

İSLAM DİNİ

İslam — (ərəb. الإسلام‎‎, əl-'islām) monoteist- təkallahlı səmavi bir dindir. "İslam" adı, s-l-m (سلم) kökündən törənmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır:

İSLAMIN TARİXİ

AZƏRBAYCAN TARİXİ

GƏNCƏNİN TARİXİ

GƏNCƏ ABİDƏLƏRİ

PEYĞƏMBƏRİMİZ (S.A.S)

ALLAHIN ADLARI

ƏHLİ-BEYT

NAMAZI BELƏ QILAQ

SUAL-CAVAB

TƏQLİD

İSLAM FƏLSƏFƏSİ

BİZİMLƏ ƏLAQƏ


Dini Musiqilər


Statistika






Saytda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Axtar


 Saytımızın bütün resurslarından rahat şəkildə istifadə etmək üçün aşağıdakı Brauzerlərdən istifadə etmək məsləhət görülür. Tövsiyyə olunun Brauzerlər aşağıdakılardır:

 Mozilla Firefox 

 OPERA 

 Google Chrome 

 SAFARi

QADIN və Hicab dərsləri








KEÇİDLƏR

QURBAN BAYRAMI


ORUCUN HÖKMLƏRİ


QƏDİR GECƏSİ NƏDİR?


FİTR BAYRAMI


TARİXİ ABİDƏLƏR
 

İSLAMDA BAYRAM

Təqvim

«  İyun 2011  »
Be Ça Çş Ca Cm Şb Bz
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Əlamətdar günlər

Праздники Азербайджана

Xəbərlər

Qan Yaddaşımız!

Azərbaycanın İşğal olunmuş Əraziləri
Dağlıq Qarabağ zonası ərazisi
4388 kv.km

UNUTMA!
Xocavənd
18 fevral 1992-ci il
Xocalı
26 fevral 1992-ci il
Şuşa
8 may 1992-ci il
Laçın
18 may 1992-ci il
Kəlbəcər
2 aprel 1993-cü il
Ağdərə
17 iyun 1993-cü il
Ağdam
23 iyul 1993-cü il
Cəbrayıl
18 avqust 1993-cü il
Füzuli
28 avqust 1993-cü il
Qubadlı
31 avqust 1993-cü il
Zəngilan
28 oktyabr 1993-cü il
Baş səhifə » 2011 » İyun » 1 » Rəcəb ayının fəziləti və əməlləri
01:49
Rəcəb ayının fəziləti və əməlləri

Rəcəb ayı üstün aylardan biridir. Bu elə bir aydır ki, Allahın lütf və inayəti bu ayın orucunu tutanların üzərindədir. Rəcəb ayının fəziləti haqqında çoxlu rəvayətlər nəql olunmuşdur. Allahın Rəsulu (s) bu barədə belə buyurub: «Rəcəb ayı böyük aydır. Hörmət və fəzilətdə heç bir ay ona çatmaz. Kafirlərlə müharibə bu ayda haramdır. Rəcəb Allahın ayı, Şəban mənim ayım, Ramazan isə ümmətimin ayıdır. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, Allah-Təalanın razılığını qazanar, İlahi qəzəb ondan uzaq olar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar».
 İbni Babiveyh mötəbər sənədlə Salimdən rəvayət etmişdir: «Rəcəb ayının axırına bir neçə gün qalmış İmam Sadiqin (ə) hüzuruna getdim. O Həzrətin (ə) mübarək gözləri mənə sataşan kimi soruşdu: Bu ayda oruc tutmusanmı? Dedim: Yox, yəbnə Rəsuləllah. Həzrət (ə) buyurdu: O qədər savab əlindən çıxıb ki, onun miqdarını Allahdan başqa heç kəs bilmir. Bu elə bir aydır ki, Allah-Təala onu başqa aylara fəzilətli qərar verib və hörmətini böyük tutub. Sonra dedim: Yəbnə Rəsuləllah, qalan günləri oruc tutsam, onun bəzi savablarına nail ola bilərəmmi? Buyurdu: Ey Salim! bu ayın axırında bir gün oruc tutan şəxsi Allah-Təala ölüm çətinliyindən, ölümdən sonrakı qorxudan və qəbr əzabından saxlayar. Onun axırından iki gün oruc tutan şəxs siratdan asanlıqla keçər. Üç gün oruc tutan şəxs isə, Qiyamət gününün böyük qorxusundan amanda qalar».
İmam Museyi Kazım (ə) belə buyurub: «Rəcəb bir əzəmətli aydır ki, Allah-Təala o ayda yaxşı əməlləri neçə dəfə artırar və günahları o ayda məhv edər. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, cəhənnəmdən bir illik yol miqdarında uzaqlaşar və hər kəs o ayda üç gün oruc tutsa, behişt ona vacib olar».
Rəcəb tövbə və məğfirət ayıdır. Bu ayda çox deyilməsi tövsiyə olunan zikrlərdən biri «Əstəğfirullahə və əsəluhut-təubə»-dir.
İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) belə nəql edir: «Rəcəb ayı, mənim ümmətimin istiğfar ayıdır. Bu ay da günahlarınızın bağışlanmasını diləyin ki, Allah-Təala bağışlayan və mehribandır». Belə isə Əstəğfirullahə və əsəluhut-təubə, zikrini çox deyin.Bu ayın digər mühüm əməlləri isə imkansızlara, kimsəsizlərə əl tutmaq və sədəqə verməkdir.
Həzrət Əli (ə) belə buyurub: «Hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah-Təala onu elə əzizləyər ki, o cür əzizləməni nə göz görüb, nə qulaq eşidib, nə də bir insanın xəyalına gəlib».
Həzrət Peyğəmbər (s) belə buyurub: «Hər kim Rəcəb ayında 100 dəfə «Əstəğfirullahəl-ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh» söyləsə və sonra sədəqə versə, Allah-Təala da onun işini rəhmət və bağışlanma ilə xətm edər və hər kim ki, bu zikri 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar».
Rəcəb ayının 13, 14 və 15-ci gününün əməlləri
Etikaf
Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kəbəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmaili tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), ruku və səcdə edənlər üçün pak-pakizə edin» («Bəqərə» surəsi, ayə 125).
Etikaf müstəhəb əməllərdən biri hesab olunur. İslam tarixini yazanlar Allahın Rəsulunun (s) hər il Rəcəb və Ramazan aylarında evdən çıxaraq, Hira mağarasına getdiyini və orada Allaha ibadət etməklə məşğul olduğunu qeyd ediblər. Etikafın məxsus günləri Rəcəb ayının 13, 14 və 15-i və Ramazan ayının son 10 günüdür.
Etikafı «came məscid»ində yerinə yetirmək lazımdır. Əgər insan 2 gün etikafda olarsa, bu işi 3-cü gün davam etdirmək ona vacib olar. Etikafda olan şəxs bu 3 gün ərzində, yalnız zərurət olduğu halda məsciddən bayıra çıxa bilər. İmam Sadiq (ə) buyurmuşdur: «Etikaf, yalnız ədalətli pişnamazın camaat namazı qıldığı cümə məscidində olmalıdır».
Məymun ibn Mehman deyir: Həsən ibn Əlinin (ə) yanında oturmuşdum. Bir kişi gəlib dedi: «Ey Rəsuləllahın övladı! Filankəsin məndən filan qədər alacağı var və məni həbs etmək istəyir». İmam (ə) buyurdu: «Allaha and olsun, mənim pulum yoxdur ki, sənin borclarını ödəyim». Sonra həmin kişi ilə söhbət etdi. Məymun deyir ki, İmam (ə) ayaqqabılarını geyərkən, ona ərz etdim: «Yəbnə Rəsuləllah! Etikafda olduğunuzu unutmusunuzmu?»
Həzrət (ə) buyurdu: «Unutmamışam, ancaq atamın babam Rəsuləllahdan (s) belə nəql etdiyini eşitmişəm ki, müsəlman qardaşının ehtiyacını ödəmək üçün çalışan 3 min il oruc tutan və gecələri oyaq qalaraq Allaha ibadət edən şəxs kimidir».
İnsan zəruri halda (məsələn, şahidlik etmək, xəstənin ziyarətinə getmək, səfərdən gələn birini qarşılamaq, qonağı yola salmaq və ya cənazə dəfni üçün) etikafı poza bilər. Əgər insan zəruri işlərdən biri üçün məsciddən çıxarsa, ən yaxın yolu seçməli, ehtiyac olan miqdardan çox məsciddən kənarda qalmamalı, oturmamalı, kölgənin altı ilə hərəkət etməməli və imkan daxilində kölgədə oturmamalıdır. Bu ayın əməlləri içərisində pak İmamlardan (ə) bir çox dualar və ibadətlər rəvayət olunub. Biz bu ayın əməllərini sizlərə müxtəsər şəkildə çatdırırıq.
Rəcəb ayının on üçüncü gününün daha bir əməli
Rəvayətlərə əsasən, Fil ilindən otuz il sonra Rəcəb ayının on üçündə, Kəbə evinin içində Həzrət Əmirəl-möminin Əli (ə) dünyaya gəlmişdir. Bu gün «Əyyamul-beyz»in birinci günüdür. Bu gündə tutulan oruc üçün çoxlu savab vardır.
Rəcəb ayının on üçüncü gecəsində, həmçinin iki rəkət namaz qılmaq müstəhəbdir. Bu namazın qılınma qaydası belədir: Hər rəkətdə Həmddən sonra bir dəfə «Yasin» surəsi, bir dəfə «Mulk» surəsi və bir dəfə «İxlas» surəsi deyilməlidir.
Ummu Davud duası
Bu dua əzəmət və bərəkətlə dolu olan dualardandır. Əllamə Məclisi yazmışdır: «Bil ki, Rəcəb ayının ortasının ən ümdə əməllərindən biri Ummu Davud duasıdır ki, ibn Babuyə şeyx Tusi, Seyid ibn Tavus (Allah onlardan razı olsun) mötəbər hədislərə istinadən rəvayət ediblər ki, bu dua hacətlərin verilməsi, qəm-qüssənin götürülməsi, zülmün dəf olunması üçün təcrübə edilib» («Zadul-məad» 21). İmam Sadiq (ə) belə buyurub: «Hər kəs bu duanı oxusa, mütləq onun duası qəbul olar, hətta əgər yerin və göyün qapıları sənin istəyinə mane olsa belə».
Ummu Davud əməli Şeyxin «Misbah» kitabına əsasən belədir: Rəcəb ayının 13, 14 və 15-ci günləri oruc tutulmalıdır. 15-ci gün zaval (günorta) vaxtı qüsl edilməlidir. Günorta azanı olandan sonra, zöhr və əsr namazları sakit və xəlvət yerdə qılınmalıdır. Namaz bitdikdən sonra üzü qibləyə Həmd və İxlas surələrini (hər biri 100 dəfə), «Ayətul-kursu» 10 dəfə, sonra Ənam, İsra, Kəhf, Loğman, Yasin, Saffat, Fussilət, Şuəra, Duxan, Fəth, Vaqiə, Mulk, Qələm surələri və İnşiqaq surəsindən Nas surəsinə qədər, daha sonra isə Ummu Davud duası oxunmalıdır. 


Rəcəb ayının fəziləti 

"Rəcəb, Behiştdə süddən ağ, baldan şirin bir çayın adıdır.” (İmam Kazim (ə)) Bismillahir-Rəhmanir-Rəhim! Əlhəmdu lillahi Rəbbil-aləmin! Allah Təbarək və Təalanın rəhmət və mərhəmətindəndir ki, ehsan etdiyi saysız-hesabsız nemətlər müqabilində şükürsüzlüyə qapılan qullarını məhvə məhkum etməmiş, yol verdikləri hər nöqsan və günaha görə, onlara bəla göndərməmişdir. "Ərhəmər-Rahimin” olan Allah, bəndələrinin günahdan təmizlənib, qəlblərinin imanla dolması, beləliklə də, Allaha yaxınlaşmaları üçün, müəyyən vasitələr qərar vermişdir. O vasitələr ki, həqiqətən də, onlardan lazımınca istifadə edə bilsək, xeyir əldə edənlərdən və nicat tapanlardan olarıq. Şərafət və fəziləti böyük olan, dua və ibadət ayı kimi tanıdığımız üç ay-Rəcəb, Şaban və Ramazan ayları da, həmin vasitələrdəndir.

Allahın lütfünə çatmağımız, günahlarımızın bağışlanması üçün, fürsətdir ki, bu aylardan istifadə edib faydalanaq!  İbadət etmək, oruc tutmaq, Allahdan bağışlanma diləyib tövbə etmək və duaya məşğul olmaq, adları çəkilən aylarda daha çox tövsiyyə edilmişdir. Müsəlman şəxs, bu zaman çərçivəsində, mənəviyyatını kamilləşdirmək və nuraniyyətini artırmaq üçün, gözəl şans qazanır. Axirət azuqəsi toplamaq üçün, bu aylar münasibdir. Bu üç ayın, hər birinin özünəməxsus fəzilət və bərəkəti, eləcə də, bir çox dua və əməlləri vardır. Allah, bu mübarək ayları ibadətlə keçirən bəndələrinə, dünya və Axirət səadəti vəd etmişdir. Bəli, bu ayların birincisi Rəcəb ayıdır.

Rəcəb ayı, hicri təqviminin 7-ci ayıdır. Bu ay, Allahın müsəlmanlara bəxş etdiyi lütfdür. Bu ay, İslamda müqəddəs, mübarək, kəramətli ay hesab edilir. İmam Kazimın (ə) təbiri ilə desək, Rəcəb, Behiştdə süddən ağ, baldan şirin bir nəhrin (çayın) adıdır. Eyni zamanda, Rəcəb ayı, haram sayılan aylardan biridir. Haram aylar 4-dür: Zil-qədə, Zil-hiccə, Muhərrəm və Rəcəb. Bu aylar "Əşhurul-Hurum” adlanır və bu aylarda müharibə etmək haramdır. Quranda "haram aylar” haqqında belə buyurulur: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır.” (Tövbə 36) Deməli, Rəcəb ayı, həm də, əmniyyət, rahatlıq, arxayınlıq ayıdır. Müsəlmanların bu ayda daha çox ibadət və itaət etmək imkanı vardır. 

 

Bu ayın fəziləti haqqında, bir hədisində Həzrət Peyğəmbər (s) belə buyurur: "Rəcəb ayı, böyük aydır, hörmət və fəzilətdə heç bir ay, ona çatmaz və kafirlərlə qital, bu ayda haramdır. Rəcəb Allahın ayı, Şəban mənim ayım, Ramazan isə, mənim ümmətimin ayıdır. Rəcəb ayında, 1 gün oruc tutan şəxs, Allah-Təalanın rizayətinə səbəb olar, İlahi qəzəb ondan uzaq olar və Cəhənnəm qapılarından biri, onun üzünə bağlanar.” Gördüyümüz kimi, şərif hədis böyük məna kəsb etməkdədir. Əgər biz hədisi 2 hissəyə bölsək, görərik ki, 1-ci hissədə bu ayın böyüklüyündən, hörmət və fəzilətindən bəhs edilmişdir. Peyğəmbərimiz (s) "hörmət və fəzilətdə heç bir ay, ona çatmaz” buyuruğunda, bu ayın fəziləti açıqca bəyan edilmişdir.

Həzrətin (s) daha sonra, Rəcəb ayının Allah ayı olduğunu vurğulaması, bir daha bu ayın möhtəşəmliyindən, əzəmətindən xəbər verir. 2-ci hissəyə gəldikdə isə, bu ayda bircə gün belə oruc tutmağın, hansı qazancın əldə edilməsinə səbəb olmasından danışılır. Rəcəb ayının bir xüsusiyyəti də vardır ki, bu ayda ibadət edən bəndələrin "həsənə” (yəni, yaxşı olan) əməllərini Allah-Təala bir neçə dəfə artırır, pis əməl və günahları yuyub aparır (yəni, bağışlayır). İmam Kazim (ə) buyurur: "Rəcəb bir əzəmətli aydır ki, Allah Təala o ayda yaxşı əməlləri neçə dəfə artırar və günahları o ayda məhv edər...” Bizim üzərimizə düşən vəzifə, bu ayın bərəkətindən istifadə edib faydalanmaq və bu ayı gözəl şəkildə dəyərləndirməkdir.   

Rəcəb ayı tövbə və "istiğfar” ayıdır.

Rəcəb ayı, həmçinin, tövbə etmək, Allahdan günahların bağışlanmasını istəmək üçün də, münasib və əlverişli aydır. Bu ay, bizlərə fürsət verir ki, Allah dərgahında tövbə edək, günahlarımızın silinməsini, səhvlərimizin bağışlanmasını Allahdan istəyək. Allahın tövbə qapısı hər zaman bəndələrinin üzünə açıqdır, amma, Allah hörmətli qərar verdiyi bu ayın xatirinə, bu ayda tövbə edənlərin tövbəsini daha tez qəbul edir. Odur ki, daha çox "istiğfar” etməli, Allahın rəhmətinə sığınınb, bu mübarək ayda, günahlarımızın bağışlanmasını diləməliyik! İmam Sadiq (ə) həzrət Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: "Rəcəb ayı, mənim ümmətimin istiğfar ayıdır. Bu ayda günahların bağışlanmasını diləyin ki, Allah-Təala bağışlayan və mehribandır. Belə isə "əstəğfirullahə və əsəluhut-təubə” zikrini çoxlu deyin.” Həzrət Peyğəmbərdən (s) aşağıdakı məzmunda hədis nəql edilmişdir: "Hər kim rəcəb ayında 100 dəfə "əstəğfirullahəl-ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” desə və oxuduğu bu duanı sədəqə ilə xətm etsə, Allah da, onun vəziyyətni rəhmət və məğfirətlə ilə xətm edər. Və hər kim bu zikri 400 dəfə desə, onun üçün 100 şəhidin savabını yazarlar». İlahi, bizləri, bu ayda tövbə və "istiğfar” edənlərdən və tövbələri qəbul olunmuş kimsələrdən qərar ver, Amin! 

Rəcəb əhli, Behişt əhlidir.

Rəcəb ayında oruc tutan, tövbə edib məğfirət diləyən, bir sözlə ibadət edən kimsələr, bu ayın hörmətini uca tutan, Allahın razılığını düşünən kimsələrdir. Onlar hədisdə "Rəcəb əhli”, "Rəcəb ayının camaatı” kimi təqdim edilmişdir. "Rəcəb əhli” bu ayı ixlas ilə ibadət edənlərdir ki, Allah-Təala onlara Behiştdə saraylar vermiş, onların çöhrəsini nurlu etmiş, bu nurdan ətrafdakıları da, faydalandırmışdır. Allah-Təala bu insanları mübarək qılmış, məqamlarını əziz tutmuş, onların başlarına dürr və yaqutla bəzədilmiş sultanlıq tacları qoymuş və kim bilir başqa hansı nemətləri onlara əta etmişdir.

İmam Sadiq (ə) buyurur. "Qiyamət günü, carçı ərşin bətnindən bir fəryad çəkər: Eynər-Rəcəbiyyun? (Rəcəb əhli haradadır?) Və insanlardan bir qrup ayağa qalxar və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində 1000 mələk və sol tərəfində 1000 mələk olar və onlar deyərlər: Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənin üzərinə əta etdiyi, sənin üzərinə mübarək olsun! Bu zaman, Allah tərəfindən nida gələr: Ey mənim qadın və kişi bəndələrim! İzzət və Cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə Behiştdə saraylar verəcəyəm ki, orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdılar. Siz, könüllü surətdə mənim xatirimə bir ayda ki, onun hörmətini uca tutdum və haqqının riyaət olunmasını vacib bildim-oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi Behiştə aparın! Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tuta. Və hətta, 1 gün olsa belə-əvvəlində, ortasında və ya axırında.” Bəli, həmin insanların mükafatı Behiştdir. Çün ki, bu insanlar Rəcəb ayını ibadətlə keçirmiş, bu ayı hörmətli ay hesab edib məqamını uca tutmuşlar və bu ayın camaatı olmuşlar. Allah-Təala özü zəmanət vermişdir ki, "Rəcəb əhli”, Behişt əhlidir, Behiştdə əbədi qalacaq kimsələrdir. İlahi, bizi Rəcəb ayını ibadətlə keçirənlərdən və bu mübarək ayın camaatından qərar ver, Amin! 

Rəcəb ayında oruc tutmaq.

Rəcəb ayında oruclu olmaq, müsəlmanlara tövsiyə edilmişdir. Bu ayın orucu, bir neçə tərəfdən faydalıdır. Hər şeydən əvvəl oruc tutmaq, bu ayda bəyənilmiş və müstəhəb əməllərdən biridir və səbəb olur ki, günahlar bağışlansın. Bu ayın orucunu tutmaq, insanı pəhrizkar olmağa çağırır və növbəti ayların-Şaban və Ramazan aylarının orucunun müqəddiməsi sayılır. Bundan əlavə, bu ayın orucu, Şaban, xüsusən Ramazan ayının vacibi orucunu yerinə yetirmək üçün, hazırlıq mərhələsidir. Rəcəb ayında oruc tutan şəxs, artıq həm cismən, həm ruhən Ramazanın vacibi orucundan ötrü, bir növ hazırlıqlı olur. Rəcəb ayında mümkün qədər bu və digər ibadətləri yerinə yetirmək, imanı gücləndirən amildir. Rəcəb ayının orucunu tuta bilməyənlər, savaba nail olmaq üçün, sədəqə versinlər, imkansız şəxslərə yardım etsinlər.   

Hədislərdə Rəcəb ayının orucu.

İndi isə, görək Məsumların (ə) buyurduğu hədislərdə, Rəcəb ayında oruc tutan kimsələrə verilən İlahi sərmayə nədir ki, Qiyamət günü onların karına çatacaqdır! Qeyd etdik ki, Peyğəmbəri-Əkrəm (s) Rəcəb ayında bir gün də olsa, oruc tutan kimsələrin, Allahın rizayətinə səbəb olacaqlarını, İlahi qəzəbin onlardan uzaq olacağını və Cəhənnəm qapılarından birinin, onların üzünə bağlanacağını buyurmuşdu. Bir başqa hədisdə, İmam Kazimin (ə) belə buyurduğu nəql edilir: "Rəcəb, Behiştdə süddən ağ, baldan şirin bir nəhrin (çayın) adıdır. Rəcəb ayında bir gün oruc tutan şəxs, mütləq o nəhrdən içəcəkdir.” "Eynər-Rəcəbiyyun” hədisinin sonunda da, öz istəyi ilə Allah rizası üçün oruc tutan kişi və qadınların, Allahın əmri, mələklərin vasitəsilə Behiştə aparılmalarından bəhs edilmişdir. Görün bu mübarək ayda bircə gün oruc tutmaq, bizə nələr qazandırır!

İbn Babivey adlı bir şəxs, mötəbər sənədlə Salimdən rəvayət etmişdir: "Rəcəb ayının axırına bir neçə gün qalmış, İmam Sadiqin (ə) hüzuruna getdim. O həzrət məni görən kimi soruşdu: Bu ayda oruc tutmusanmı? Dedim: Yox! Yəbnə Rəsuləllah. Həzrət buyurdu: O qədər savab əlindən çıxıbdır ki, onun miqdarını Allahdan başqa heç kəs bilmir. Bu elə bir aydır ki, Allah-Təala onu başqa aylara fəzilətli qərar verib və hörmətini böyük tutub. Sonra dedim: Yəbnə Rəsuləllah, qalan günləri oruc tutsam, onun bəzi savablarına nail ola bilərəm? Buyurdu: Ey Salim! Allah bu ayın axırından 1 gün oruc tutan şəxsi, ölüm çətinliyindən, ölümdən sonrakı qorxudan və qəbr əzabından saxlayar. Onun axırında 2 gün oruc tutan şəxs, siratdan asanlıqla keçər. 3 gün oruc tutan şəxs isə, Qiyamət gününün böyük qorxusundan amanda qalar.” İmam Kazim (ə) buyurur: "...Bəs hər kəs ki, Rəcəb ayında 1 gün oruc tutsa, cəhənnəmdən bir illik yol miqdarında uzaqlaşar və hər kəs o ayda 3 gün oruc tutsa, behişt ona vacib olar” Müsəlmanlar bu İlahi mükafatlara layiq görülmək istəməzlərmi? Belə bir məqama çatmaqdan ötrü səy etməzlərmi?  

Rəcəb ayının bəzi əməlləri.

Hədislərdə Rəcəb ayının əməllərinin 2 qisim olduğu bildirilmişdir. 1-ci qisim əməlləri, bu ayın bütün günlərində yerinə yetirmək olar. Yəni, həmin əməllər məxsusi 1 gün üçün deyildir. 2-ci qisim əməllər isə, müəyyən edilmiş gün gecələrdə yerinə yetirilir.

Bu ayın 1-ci gecəsində, bir kəsin ayı gördükdə bu duanı oxuması müstəhəbdir. "Allahummə əhilləhu ələynə biləmni vəlimani vəssələmətə vəl-İsləmi rəbbi və rəbbukəllahu əzzə və cəllə.” Həmçinin, bu ayın əvvəlində, ortasında və axırında qüsul etmək müstəhəbdir. Bir kəs bu günlərdə qüsul edərsə, günahları bağışlanar.

Rəsuli-Əkrəm (s) buyurur: "Rəcəb ayının əvvəlində, ortasında və axırında qüsul edən şəxs, o aydan çıxanda, dünyaya gələndə pak olduğu kimi, günahlardan paklanır.” Bu gecənin müstəhəb əməllərindən 1-i də, İmam Huseynin (ə) və digər Məsumların (ə) pak hərəmini ziyarət etməkdir. Bu gecədə müstəhəbdir ki, möminlər namaz qılsın, və bir-birini dua etsinlər. Rəcəbin 1-ci günü, oruc tutmaq müstəhəbdir. Rəvayətdə vardır ki, Həzrət Nuh (ə) gəmiyə bu gün minmiş, və gəmiyə minənlərə oruc tutmağı əmr etmişdir. Bu gün də, qüsul etmək və İmamları (ə) ziyarət etmək müstəhəbdir. İmam Baqir (ə) da, bu gün, yəni, Rəcəb ayının 1-i dünyaya gəlmişdir. Rəcəbin 13-cü günü, oruc tutmaq müstəhəbdir. Bu günün bir əlamətdarlığı da, budur ki, möminlərin əmiri həzrət Əli (ə) bu gün müqəddəs Kəbə evində dünyaya gəlmişdir.

Bu ayın 15-ci gecəsində də, qüsul etmək, İmamları (ə) ziyarət etmək, namaz qılmaq, hətta, oyaq qalıb ibadət etmək müstəhəbdir. Rəcəb ayının 15-ci günü, namaz qılıb oruc tutmaq tövsiyə edilmişdir. Rəyyan ibn Əssəltdən belə nəql edirlər: "İmam Cavad (ə) Bağdadda olan zaman, rəcəb ayının 15-i və 27-si oruc tutdu. Həzrətin (ə) ətrafında olanlar da, oruc tutdular. Həzrət (ə) bizi, 12 rəkət namaz qılmağa əmr etdi.” Həmçinin, qüsul etmək və İmam Huseyni (ə) ziyarət etmək də, bu günün müstəhəbatındandır. İbn Əbi Nəsr deyir: "İmam Rzadan (ə), İmam Huseyni (ə) hansı ayda ziyarət etməyi soruşdum. Həzrət buyurdu: Rəcəb və Şaban aylarının yarısında.” Rəcəb ayının 27-ci günü, şərafətli günlərdən biridir. Bu gün, İslamın bayramı və zühur etdiyi gündür. Bu gün məbəs, yəni, həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür.

Bir neçə əməl, bu gündə müstəhəbdir. O cümlədən qüsul etmək, oruc tutmaq, salavat zikr etmək, Məsumları (ə) ziyarət edib dua etmək və təyin edilmiş duaları oxumaq bu gün müstəhəbdir. Bu gün, il ərzində həmin 4 gündən biridir ki, o günlərdə oruc tutmaq, 70 ilin (müstəhəb) orucuna bərabərdir. Odur ki, bu gün oruc tutmaq faydalıdır. Rəcəbin sonuncu günü, müstəhəbdir ki, möminlər qüsul etsin, oruc tutsunlar və namaz qılıb çoxlu dualar etsinlər. Bu gündə tutulan oruc, günahların bağışlanmasına səbəb olur. (Rəcəb ayının əməlləri haqqında ətraflı məlumat üçün, "Məfatihul-Cinan” kitabına müraciət edə bilərsiniz!) 

Allahı and verək öz İzzət və Cəlalına, bizləri bu mübarək günlərin bərəkətindən faydalananlardan qərar versin, ibadət və dualarımızı qəbul etsin, günahlarımızı bağışlasın, dünya və Axirətdə Quran və Əhli-beytdən (ə) ayrı salmasın, Amin!

Bərkidmə: Şəkil 1
Baxılıb: 890 | Müəllif: Elcin | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *: